Keywords: Kettle’s test, gender, youngers, indentification, masculinity
Giriş
Rusiyalı psixoloq V.A.Koryakov müasir tələbələrin ənənəvi üsullarla təhsil almalarına daha az maraq göstərmələrini qeyd etmiş və modul texnologiyalarla onların müstəqilliyini, fəallığını və özünü inkişaf imkanlarını artırmaqla təhsilə marağın keyfiyyətini artırmağın mümkünlüyünü qeyd etir. Modul texnologiyalar özündə təlimin müxtəlif formalarını, o cümlədən müəllim və tələbələrin birgə fəaliyyət şəraitinin imkanlarını əks etdirir.O, yazır: ”Bu sistem proqram materialları və mütəxəssis hazırlığı üzrə keyfiyyət artımını maksimum səviyyədə təmin etməyə imkan verir” (V.A.Koryakov,s.119.) V.A.Koryakov mütəxəssislərin ənənəvi yollarla modul texnologiyaları arasındakı müqayisələrinə istinad edir və ikincinin hazırda daha çox əhəmiyyət daşıdığını bildirir.
Lakin, apardığımız təhlillər belə deməyə əsas verir ki, tələbələrin fəaliyyətinin əsasında fundamental məsələlər durur. Bu məsələlər içərisində fəaliyyətin motivi, məqsədi, dəyərləri, fərdi təlabatlar, sosial yönümlər və maraqlar əsas yer tutur. Bütün bunlar isə birgə fəaliyyət və ünsiyyət prosesndə dərk edilir. Ona görədə tələbələrdə birgə fəaliyyət motivlərinin yaradılması əsas məsələ olmalıdır. Birgə fəaliyyət və ünsiyyət prosesində onlarda şəxsiyyət keyfiyyətləri formalaşır. Bu keyfiyyətləri daha dərin formalaşdırılması üçün tələbələrin birgə fəaliyyət prosesindəki ünsiyyət “mədəniyyətını” və ona təsir edən cinsi identifikasiyanı öyrənmək lazımdır. Yalnız bundan sonra müxtəlif tələbə qrupları üçün modul texnologiyalarından istifadə etmək məqsədə uyğun ola bilər. Bu məqsədlə Sumqayıt Dövlət Universitetində təhsil alan tələbələr arasında tədqiqat keçirdik.
Tədqiqatın məqsədi cinsi identifikasiyanın gənclərin şəxsiyyət keyfiyyətlərinə və ünsiyyət tərzinə təsirini öyrənmək idi. Çünki psixologiya lüğəti cinsi deferensasiyanı belə müəyyənləşdirir: "Subyektin özünü digər obyektlərə oxşatması prosesi, məsələn, qrupla eyniləşdirməsi" və ya " Fərdin kişi və ya qadın kişi sosial statusa malik olması üçün sematik, reproduktiv, sosial - mədəni və davranış kimi xarakteristikalar kompleksini əldə etməsi vacibdir". Yəni, sosial planda fərd cəmiyyətin şüurunda möhkəmlənmiş kişi və qadın rolları stereotiplərinə və davranışlarına riayət etməlidir, "Ümumi qəbul olunmuş" çərçivədən çıxma yaxşı qarşılanmır.
Bizim tərəfimizdən belə bir işçi hipoteza irəli sürülür ki, "kişi" və "qadın" keyfiyyətləri və xüsusiyyətləri təkcə bir cinsə aid deyildir. Onlar tamamilə bir-birinə zidd xarakteristikalar deyildirlər ("Kişilik " xüsusiyyətləri nə qədər çox olarsa "qadınlıq" az olarsa, demək əsl "normal" kişidir prinsipi üzrə və əksinə).Hər bir xüsusiyyət bu və ya digər cinsin nümayəndələrinə mənsub ola bilər.Bu xüsusiyyətləri ailə tərbiyəsi, oğlan və qızların istənilən cinsin xüsusiyyətlərini mənimsəməsi və sosial mühitin təsiri formalaşdira bilər. Eyni zamanda müasir ictimaiyyəti bu kateqoriyalarsız təsəvvür etmək mümkün deyil: cinsi identifikasiya (fərqləndirmə), əməyin cinsi bölüşdürülməsi, cinsi strangiya, cinsi simvolizim, stereotiplər, maskulinlik, feminlik, cinsi sosiallaşdırma və digər terminlər sosial həyatımıza daxil olub.
Pedaqoji psixologiyanın yeniyetməlik və gənclik yaşında əsas fəaliyyətinin ünsiyyət olduğunu nəzərə alsaq və psixoloji ədəbiyyatlardakı ünsiyyətlə bağlı araşdırmalara əsaslansaq, onda cinsi identifikasiyanın şəxsiyyətin inkişafına təsirini öyrənə bilərik. Bu məqsədlə Tekstoloji hərəkətin liderlərindən biri Ceyms Kettelin metodikasından istifadə etmək məqsədə uyğundur. R.B.Kettelin metodikası 1949 - cu ildə çap olunmuş 105 sualdan ibarət çoxfaktorlu şəxsiyyət sorğusudur. Sorğunun əsas məqsədi cəmiyyətdə kişi və qadınların təhkim olunmuş rolları həqqındakı geniş yayılmış adi fikirlər istisna olmaqla, qadın və kişilərin şəxsi xarakteristikaları arasındakı fərqləri müəyyən etməkdir. Bu metodikaya əsasən "kişilik- qadınlıq" (yumşaqlıq -sərtlik) adlanan I şkalanın şərhi zamanı minimal miqdar (1-3) bal, maksimal miqdar (8-10) baldır götürülür. R.B.Kettelin metodikasında kişilik göstericiləri (praktiklik, obyektivlik, emosional yetkinlik, sərtlik, realistiklik, müstəqillik, məsuliyyətlilik), qadınlıq göstəriciləri isə (həssaslıq, narahatlıq, emosional yetkinləşmə, zahiri komponentlərin əhəmiyyətliliyi, mülayimlik, asılılıq, tələskənlik, qərarsızlıq, zəhlə tökənlik) hesab olunur. Metodika dörd xüsusiyyəti müəyyən etdiyinə görə tədqiqat üçün əlverişlidir. (B.Kettelin şəxaiyyəti çoxfaktorlu analizi metodikası 16 şkaladan ibarətdir və bunlardan açıqlanmış xarakteristikalara əsasən 4 blokda qruplaşdırılmışdır: intellektual xüsusiyyətlər ( B, L, M, Q1), emosional vəziyyət (C, O, F, Q ), şəxsiyyətlərarası qarşılıqlı təsir və kommunikativlik (E, A, H, F, N, Q2, L),sosial möhkəmlik (sadiqlik) (G, Q1, Q3, N)).
Tədqiqat Sumqayıt Dövlət Universitetinin təlləbələri apasında aparılmışdır.Tədqiqata cəlb olunanlar müxtəlif ixtisaslar üzrə oxuyan 2 kurs tələbələridir. Onlar iqtisadiyyat, tarix, filologiya, kimya-biologiya, riyaziyyat, psixologiya, mühəndislik fakültəsinin tələbələridir. 90 nəfər iştirakçıdan 45 nəfəri oğlan 45 nəfəri isə qız olmaqla orta yaş həddı 18--20 götürülüb.
Tələbə oğlan və qızlara paylanmış 90 blankdan hər biri səmimilik və düzlük dərəcəsinə görə yoxlanmış, 54 blank seçilərək araşdırma üçün yararlı hesab edilmişdir. Yəni həm qızlara paylanmış 27 blank, həm də oğlanlara paylanan 27 blank tam səmimi cavablanmışdır. Alınmış nəticələrin müqayisəsi üçün oğlan və qız qruplar üzrə hər qrup üçün orta "profil" düzəldilmişdir. Alınmış "profil"lərin tutuşdurulması göstərdi ki, fərq əmsalı 1-1 dır.
Dostları ilə paylaş: |