2. Emosional vəziyyət
2.1. Qızların nəticələri
Emosional vəziyyət nisbətən emosiyalara nail olmanın sabitliyi ilə xarakterizə olunur. Nisbətən yüksək emosional sabitlik (faktor C=7bal) optimizim, enerjililik (faktor F=7bal) bunlara müvafiq olaraq aşağı narahatlıq (faktor Q=5 bal) həmçinin aşağı psixi gərginlik (faktor Q4 =4 bal). Faktorların bu cür uyğunlaşması emosional vəziyyətin sabitliyini, həmçinin stress vəziyyətinə meyilliliyin olmamasını göstərir.
2.2. Oğlanların nəticələri
Emosional vəziyyətin kifayət qədər sabitliyi (faktor C=6 bal), süstlük, bədbinlik
(faktor F=4 bal ) və buna müvafiq sakitlik, dinclik, (faktor Q=4 bal), həmçinin taqətsizlik, aşağı motivasiya ( faktor Q4 =4 bal) . Faktorların bu cür uyğunlaşması sakitliyin sabitliyini, öz vəziyyətinə inamsızlıq, aktivliyin aşağı olmasını göstərir. Hər hansı fəaliyyət növünə motivasiyanın olmaması söz-süz ki, işin və müvaffəqiyyətin nəticələrində özünü biruzə verir.
Dostları ilə paylaş: |