Çoxlu miqdarda buruq sularının səthə axıdılması nəticəsində həm də qrunt sularının səviyyəsinin qalxması və torpağın


aparılmalı, mazutlaşmış və dərinlik buruq süxurları ilə çirklənmiş və örtülmüş növlərdə isə laydırsız kotanla



Yüklə 19,21 Kb.
səhifə4/4
tarix02.02.2023
ölçüsü19,21 Kb.
#122896
1   2   3   4
Neftin hasilatı

aparılmalı, mazutlaşmış və dərinlik buruq süxurları ilə çirklənmiş və örtülmüş növlərdə isə laydırsız kotanla
şumlama aparılmalı, sonra hər hektara 15-20 ton samanlı peyin (ağac kəpəyi, kompos, quş peyini) və 30 ton/ha
həcmində əhəng ovuntusu verib yumşaldıcı şumlama və dişli vərdənə ilə malalama aparılmalıdır. Bu işlərdən
sonra yüksək norma ilə suvarma aparılaraq heliotermiki meliorasiya məqsədilə sahə 2 il müddətinə dincə qoyulmalıdır.
II qrupa aid olan dərinlik buruq süxurları ilə çirklənmiş və örtülmüş sahələrdə də ilk növbədə səthi yaxşılaşdırma
tədbirləri həyata keçirilir. Dərinlik buruq süxurları mexanizmlər vasitəsilə ətrafdakı neft məhsulları ilə
çirklənmiş az münbitliyə malik sahələrə paylaşdırılır. Sahələrə verilmiş süxur kütlələri xüsusi mexanizmlərlə
hamarlanır, sonra neft məhsullarının minerallaşmasını sürətləndirmək məqsədilə sahələrə fəal üzvi və mineral
maddələr, həmçinin, bakterioloji preparat verilir. Sonra isə fermentasiya qatının yaradılması məqsədilə laydırsız
kotanla 30 sm dərinliyində şumlanır və malalanır. Sahə payız aylarında yüksək su norması ilə suvarılır və 2 il
müddətinə dincə qoyulur. 3 il müddətində neft məhsulları minerallaşaraq bitki üçün lazım olan qida elementlərinə
qədər sintez olunur, biokimyəvi və mikrobioloji proseslər bərpa olunur.
III qrup çirklənmiş sahələr neft və qaz çıxarılan idarələrin hamısının ərazisində geniş yayılmışdır. Burada
neftlə hormuş torpaq qatı 0-50 və 0-100 sm (orta hesabla 70-75 sm) qalınlığında xüsusi mexanizmlərlə çıxarılıb
rekultivasiya olunacaq sahələrin kənarına yığılır. Hamarlama işlərindən sonra sahələrə neft məhsullarının minerallaşmasını
sürətləndirən fəal üzvi –mineral maddələrdən soba şkalı və ya seolit, peyin (samanlı), bakterioloji
preparat verilir. Sonra şumlama işləri aparılaraq yüksək su norması (1500-1700 m3/ ha) ilə suvarılır və üç il
müddətinə heliotermiki meliorasiya məqsədilə dincə qoyulur. Dincə qoyulmuş sahələr hər il payızda (sentyabrın sonu) laydırsız kotanla şumlanıb suvarıldıqda neft məhsullarının minerallaşması daha da sürətlənir. Üç ildən sonra I qrupda göstərilmiş sadə texnologiya tətbiq olunaraq rekultivasiya davam etdirilir. (Yaqubov, 2003).
Bioloji rekultivasiya mərhələsində sahələrdə əsasən meşə və kənd təsərrüfatı bitkiləri (əksərən çoxillik yem bitkiləri) becərilir.
Yüklə 19,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin