Çoxlu miqdarda buruq sularının səthə axıdılması nəticəsində həm də qrunt sularının səviyyəsinin qalxması və torpağın


Suraxanı və Əzizbəyov rayonlarının neft mədənləri əraziləri tamam çirklənmiş torpaqlar sayılır. Bu ərazilərdə



Yüklə 19,21 Kb.
səhifə2/4
tarix02.02.2023
ölçüsü19,21 Kb.
#122896
1   2   3   4
Neftin hasilatı

Suraxanı və Əzizbəyov rayonlarının neft mədənləri əraziləri tamam çirklənmiş torpaqlar sayılır. Bu ərazilərdə
torpaqların profili boyunca 100 sm-dək neft məhsulları hopmuşdur, neftin miqdarı 12,5-7,8 % arasında dəyişir.
N.F.Həkimovanın (2002) məlumatına görə neftlə çirklənmiş torpaqların üst qatında humusun miqdarı 1,4-
1,3, aşağı qatlarda isə 0,8 – 0,6 %, ümumi azotun miqdarı profil boyu 0,18-0,11 % təşkil edir. Bu torpaqlarda qida
maddələri yox dərəcəsində olub əkin üçün yararsızdır.
V.A.Əhmədov və b. (2002) Abşeronda apardıqları tədqiqatlara əsaslanaraq yazır ki, neftin yüngül fraksiyaları
torpağın daxilinə hopur və ya bir hissəsi buxarlanır, neftin ağır fraksiya hissəsi torpağın səthini örtərək yüngül
fraksiyanın buxarlanmasının qarşısını alır, torpaqda aerasiyanı dayandırır və bu da canlıların, bakteriyaların
məhvinə səbəb olur.
F.S.Dadaşova (2002) qeyd edir ki, neft məhsulları torpaqların 2m dərinliyinə qədər şaquli miqrasiya edir,
torpağın üst qatını (0-16 sm) neftin ağır fraksiyası olan qatran asfaltenlər örtür. Onlar yüksək özüllü və zəif
buxarlanan məhsullar olduğundan torpağın su –hava mübadiləsini pozur. Su-hava mübadiləsinin pozulması isə
bitkinin inkişafına ziyan vurmaqla atmosferdə karbon-azot balansını pozur. Bu fraksiyaların tərkibində kimyəvi
elementlərin əksəriyyətinə rast gəlinir. Spektral analizin nəticəsinə görə ekoloji təsir baxımından toksik və toksik
olmayan mikroelementlərin əksəriyyətinin miqdarı fon səviyyəsindən xeyli çoxdur. Torpaqda polisiklik aromatik
karbohidrogenlərdən naftalin, fruoren, piren, xirizen, benzoperen kimi çox güclü neft məhsulları da müəyyən
edilmişdir (Dadaşova, 2002).
Belə birləşmələrlə çirklənmiş torpaqları rekultivasiya etmək – təmizləmək olduqca çətindir. Müəllif daha
sonra qeyd edir ki, torpaqların 2 m (bəzən daha çox) dərinliyinə qədər miqrasiya edən karbohidrogenlərin əksəriyyəti

Yüklə 19,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin