Cü IL tarixində əlavə edilmişdir 1 Qan dövranı sistemi neçə yerə bölünür?


) Sinus aritmiyasının yaranmasında aşagıdakılardan hansının rolu yoxdur?



Yüklə 3,32 Mb.
səhifə28/32
tarix14.06.2018
ölçüsü3,32 Mb.
#53671
1   ...   24   25   26   27   28   29   30   31   32

1172) Sinus aritmiyasının yaranmasında aşagıdakılardan hansının rolu yoxdur?
A) tənəffüs fazaları ilə əlaqədar azan sinirin tonusunun reflektor dəyişikliyi

B) tənəffüslə əlaqədar olmayan azan sinirin tonusunun özbaşına dəyişməsi

C) atrioventrikulyar düyündə impulsların qeyri - requlyar əmələ gəlməsi

D) sinoaurikulyar düyünün orqanik zədələnməsi

E) sinoaurikulyar düyünündə impulsların qeyri requlyar əmələ gəlməsi
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. стр.205
1173) Nəyi endokard örtmür?
A) Boş venaların və ağ ciyər venalarının son şöbələrini

B) Ürək qapaqlarını

C) Xordaları

D) Papillyar əzələləri

E) Ürək boşluğunu
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. , 13
1174) Proqnozu xeyli ciddi olan keçiricilik və ritm pozğunluğunun (mədəcik taxikardiyası, mədəciklərin fibrillyasiyası, III dərəcəli AV blokada və s. ) tez - tez rast gələn səbəblərinə aid olmayan xəstəlik hansıdır? (HKMP - hipertrofik kardiomiopatiya, DKMP - dilatasion kardiomiopatiya, RKMP - restriktiv kardiomiopatiya).
A) Mitral qapağın prolapsı

B) Miokarditlər

C) Spesifik ekssudativ perikardit

D) Kardiomiopatiyalar (HKMP, DKMP, RKMP)

E) Anadangəlmə və qazanılmış ürək qüsurları
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 172 - 173
1175) Sinus taxikardiyasının intrakardial formasının daha tez rast gəlinən səbəbinə hansı hal aid deyil?
A) Xroniki ürək çatışmazlığı

B) Kardiomiopatiyalar

C) Hipertireoz

D) Kəskin miokardit

E) Ağır stenokardik tutmalar, miokard infarktı
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 202
1176) II dərəcəli sinoatrial blokadanın EKQ əlamətlərinə nə aid deyil?
A) Uzun pauza zamanı yavaş sürüşən komplekslər və ritmlərin meydana çıxma ehtimalı olur

B) Sinus ritmi, lakin düzgün deyil: periodik olaraq ayrı - ayrı ürək siklləri düşürlər (Р dişi və QRST kompleksi)

C) Bir kompleksdən digərinə doğru P-Q (R) intervalının tədricən uzanması, hansı ki, QRST mədəcik kompleksinin düşməsilə kəsilir (Р dişinin saxlanılmasıyla)

D) Pauza zamanı uzanmış Р-Р intervallarının davamiyyəti (impulsun bloklaşması) bərabər və ya azacıq ondan qısa olur, nəinki 2 Р-Р intervalı (bəzən 3 və ya 4 Р-Р intervalı)

E) Uzun pauzadan sonra Р-Р intervalı tədricən qısalır
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 243
1177) Oyanma dalğasının təkrar daxil olma (re-entry) mexanizminin baş verməsi üçün hansı şərt vacib deyil?
A) Ilgəyin sahələrinin birində bir istiqamətli blokada

B) Elektrik impulsunun keçiricilik yolunun anatomik və ya funksional parçalanması

C) Qapalı çevrənin olması (keçiricilik ilgəyi)

D) Ilgəyin digər sahəsində keçiriciliyin yayılmasının ləngiməsi

E) Atrioventrikulyar düyündə oyanıqlığın artması
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 182
1178) Hansı aritmiya elektrik impulsunun yaranmasının pozulması və xüsusən sinoatrial düyündə avtomatizmin pozğunluğu (nomotop) hesabına əmələ gəlmir?
A) Sinus taxikardiyası

B) Sinus aritmiyası

C) Aparıcı supraventrikulyar ritmin miqrasiyası

D) Sinus düyününün zəifliyi sindromu

E) Sinus bradikardiyası
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 200
1179) Mexanizmi keçiricilik və elektrik impulsunun əmələ gəlməsi pozğunluğundan ibarət olan kombinə olunmuş aritmiyaları sadalayın.

1. parasistoliya

2. çıxışın blokadası ilə ektopik ritmlər

3. atrioventrikulyar dissosiasiyalar

4. mədəcikdaxili blokadalar (Hiss dəstəsi şaxələrinin blokadası)

5. mədəciklərin asistoliyası
A) 1, 2, 3

B) 1, 2, 4

C) 2, 4, 5

D) 1, 3, 5

E) 3, 4, 5
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 202
1180) Sinus aritmiyasının qeyri tənəffüs formasında EKQ-da nə müşahidə olunmur?
A) R-R müddətinin (0, 15 san çox) sıçrayışlı (aperiodik forma) dəyişməsi

B) R-R intervallarının müddətinin tənəffüs aktında 0, 15 san cox həddini aşan dəyişməsi

C) Sinus ritminin saxlanılması

D) Tənəffüsü saxlayarkən aritmiyanın qalması

E) R-R müddətinin (0, 15 san çox) tədricən (periodik forma) dəyişməsi
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. стр. 205
1181) Frederik sindromunda hansı EKQ dəyişikliyi müşahidə olunmur?
A) Daimi R-R intervalı (düzgün ritm)

B) Sinus mənşəli mədəcik ritmi

C) Qeyri sinus mənşəli mədəcik ritmi (ektopik: düyünlü və ya idioventrikulyar)

D) EKQ-da Р dişinin olmaması, əvəzində səyrici dalğa (f) və ya qulaqcıq titrəməsinin (F) qeyd olunması

E) Mədəcik yığılmalarının sayının dəq. 40–60 -ı keçməməsi
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 249 - 250
1182) Mədəciklərin hansı ritm pozgunluğu Morqanyi-Adams-Stoks sindromun əmələ gəlməsinə səbəb olmur?
A) III dərəcəli atrioventrikulyar blokada, əsasən tam blokadanın distal forması

B) Tez-tez təkrarlanan supraventrikulyar politop ekstrasistoliyalı I dərəcəli sinoatrial blokada

C) III dərəcəli blokada zamanı II və III sıra ektopik mərkəzlərin avtomatizminin kəskin zəifləməsi

D) Çox vaxt tam atrioventrikulyar blokada zamanı müşahidə olunan mədəciklərin titrəməsi və səyriməsi

E) II dərəcəli atrioventrikulyar blokada, əsasən distal forması
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 250
1183) Hiss dəstəsinin sağ ayaqcığının (şaxəsinin) natamam blokadasının EKQ əlamətlərini sadalayın.
A) I, AVL aparmalarında rS tipli QRS; III, AVF - də isə - qR tipli

B) QRS kompleksinin davamiyyəti 0, 12 san və daha çox

C) V1-də rSr' və ya rsR' tipli QRS kompleksi, I və V6-da isə azacıq genişlənmiş S dişi; QRS-in davamiyyəti 0, 09 san - 0, 11 san qədər

D) V5, V6 aparmalarında QRS kompleksi genişlənmişdir və R formasındadır

E) Ürəyin elektrik oxunun kəskin sağa yer dəyişməsi (α bucağı müsbət 1200 və daha çox)
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 255
1184) Hansı pozğunluqlar intrakardial forma sinus bradikardiyasının səbəblərinə aid deyil?
A) Aterosklerotik kardioskleroz

B) Sinoaurikulyar düyünün orqanik zədələnməsi

C) Sinoaurikulyar düyünün funksional zədələnməsi (miokardın infarktında rast gəlinir)

D) Hiperkalsiemiya və ya nəzərə çarpan hiperkaliemiya

E) Infarkdan sonrakı kardioskleroz
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 204
1185) Ürək ritmlərinin hansı pozğunluqlarında daimi elekrokardiostimulyasiyadan istifadə olunmur?
A) Keçiricilik pozğunluğununun asistoliya forması ilə müşayiət olunan kəskin klinik vəziyyətlərdə

B) Mədəciküstü paroksizmal taxikardiyaların yox edilməsinə ehtiyac olduqda

C) Yüksək riskli asistoliya baş verən bradikardiyalarda

D) Mədəciküstü paroksizmal taxikardiyaların qarşısının alınmasına ehtiyac olduqda

E) Klinik simptomatikaya malik bradikardiyalarda
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 292
1186) Ritm pozğunluqlarının hansı növünün qarşısının almasında əsasən maqnezium sulfatın istifadəsinə üstünlük verilir?
A) Volf-Parkinson-Uayt (WPW) sindromunda

B) Frederik sindromunda

C) “Piruet” tipli mədəcik taxikardiyalarında

D) Paroksizmal səyrici aritmiyalarda

E) Resiprok atrioventrikulyar taxikardiyalarında
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 273
1187) Maqnezium sulfatdan əsasən hansı ritm pozğunluqlarında istifadə edilir? (WPW - Volf- Parkinson-Uayt)
A) Supraventrikulyar paroksizmal taxiaritmiyalarında

B) Aparıcı supraventrikulər ritmin miqrasiyasında

C) Digər antiaritmik maddələrə refrakter olan WPW paroksizmlərində

D) Tez-tez baş verən mədəcik ekstrasistoliyalarında

E) Digər antiaritmik maddələrə refrakter olan mədəcik taxikardiyalarında
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 273
1188) Hansı hallarda ürək qlikozidləri istifadə olunur? (AV – atrioventrikulyar)
A) Volf- Parkinson-Uayt (WPW) sindromunda

B) AV resiprok taxikardiyaların qarşısını alınmasında və qulaqcıqların səyriməsində (ürək vurğularının sayına nəzarət məqsədilə)

C) Mədəciküstü ekstrasistoliyalı xəstələrin müalicəsində

D) Digər antiaritmik maddələrə refrakter hesab olunan mədəcik taxikardiyalarının qarşısını alınmasında

E) “Piruet” tipli mədəcik taxikardiyalarında
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 273
1189) Hansı ürək xəstəliklərində ritm və keçiricilik pozğunluğu daha tez əmələ gəlmir? (HKMP - hipertrofik kardiomiopatiya, DKMP - dilatasion kardiomiopatiya, RKMP - rerstriktiv kardiomiopatiya).
A) Kardiomiopatiyalar (HKMP, DKMP, RKMP)

B) Sol qulagcıq - mədəcik dəliyinin stenozu

C) Miokardit

D) Botal axacağın acıg qalması

E) Ürəyin işemik xəstəliyi, miokardın infarktı
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 172
1190) Hansı hallarda impulsun keçiriciliyi pozğunluğu baş vermir?
A) Impulsun dekrement (sönən) keçməsində (eyni zamanda qeyri - bərabər)

B) Maksimal diastolik sakitlik potensialının azalmasında

C) Sadə fizioloji refrakterlikdə və ya onun patoloji uzanmasında

D) Ixtisaslaşmış və yığılma qabiliyyətli hüceyrələrin triqqer aktivləşməsində

E) Re-entry oyanma dalğasının təkrari girişində
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 173
1191) Hansı hallarda impulsun yaranması və keçiriciliyinin kombinəolunmuş pozğunluqları baş vermir?
A) Parasistolik aktivləşmədə

B) Oyanma dalğasının re-entry (təkrari) qirişində

C) Hədd potensialının müsbət istiqamətə yönəlməsində

D) Diastolik depolyarizasiyanın sürətlənməsində

E) Membranların hipopolyarizasiyasında
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 173
1192) Re-entry oyanma dalğasının əmələ gəlməsi mexanizmində hansı şərait vacib deyil?
A) Dairənin bir hissəsində birtərəfli blokada

B) Elektrik impulsunun keçiricilik yolunun anatomik parçalanması və qapanmış dövrənin mövcudluğu (dövrə keçiriciliyi)

C) Dairənin diqər hissəsində oyanmanın yayılmasının ləngiməsi

D) Elektrolit pozgunluqları (hipokaliemiya, hiperkalsiemiya)

E) Elektrik impulsunun keçiricilik yolunun funksional parçalanması və qapanmış dövrənin mövcudluğu (dövrə keçiriciliyi)
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 182
1193) Sürətlənmiş ektopik ritmlərin səbəblərinə aid deyil:
A) Ürək üzərində cərrahi əməliyyatlar (eyni zamanda qapaqların protezlə əvəz olunması)

B) Parasimpatik sinir sisteminin tonusunun üstünlüyü ilə veqetativ requlyasiyanın pozgunluğu

C) Ağ ciyər ürəyi

D) Diqitalis intoksikasiyası (əsas səbəb)

E) Kəskin miokard infarktı (əsasən 1-2 sutkada), həmçinin ürəyin işemik xəstəliyinin xroniki forması
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 209
1194) Transmembran hərəkət potensialının hansı fazasında hüceyrənin hissəvi oyanması bərpa olunur (nisbi refrakter dövr)?
A) 1 (başlanğıc sürətli repolyarizasiya)

B) 3 (sürətli son repolyarizasiya)

C) 4 (diastola)

D) 2 (plato, nə vaxt ki, transmembran hərəkət potensialının miqdarı bir həddə saxlanılır)

E) 0 (hüceyrə membranının sürətlə yenidən yüklənməsi)
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. , 18
1195) İzovolümik boşalma fazasında nə baş verir?
A) Mədəciklərdə və qulaqcıqlarda təzyiq maqistral damarlardakı təzyiqdən bir az aşağı düşür

B) Mədəciklərdə təzyiq artır

C) Qulaqcıqlarda təzyiq artır

D) Mədəciklərin aktiv boşalması davam edir

E) Mədəciklərdə və qulaqcıqlarda təzyiq artır
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. , 28
1196) Parasimpatik sinirlərin (n. vagi) oyanması nə ilə müşayiət olunmur?
A) Simpatik sinir uclarında yerləşən M-xolinoreseptorlarının stimulyasiyası ilə

B) Simpatik sinir uclarında noradrenalinin ifrazının artmasıyla

C) Ürək əzələsinin yığılma gücünün və sürətinin zəifləməsilə (mənfi inotrop effekt)

D) Atrioventrikulyar düyündə keçiriciliyin zəifləməsi, hətta keçiriciliyin tam blokada halına düşməsilə (mənfi dromotrop effekt)

E) Ürək vurğularının sayının azalması ilə (mənfi xronotrop effekt)
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. , 40
1197) Aşağıdakı aritmiyanın hansının yaranma səbəbi Volf – Parkinson - Vayt (WPW) sindromu hesab olunur?
A) atrioventrikulyar blokadanın

B) qulaqcıqların titrəməsinin

C) mədəcik taxikardiyasının

D) səyrici aritmiyanın

E) resiprok atrioventrikulyar paroksizmal taxikardiyanın
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.223; М. С. Кушаковский « Аритмии сердца» 2004г.
1198) Qulaqcıq səyriməsi zamanı mərkəzi və regionar hemodinamikası stabil olan xroniki ürək çatışmazlıqlı xəstələrdə başlanğıc müalicə kimi hansı preparatlar tövsiyə olunur?
A) adenozin və xinidin

B) diqoksin və kalium preparatları

C) verapamil və panangin

D) amiodaron və maqnezium sulfat

E) anaprillin və sotalol
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 42; Руководство для врачей скорой медицинской помощи. Под редакцией проф. В.А Михайловича, А.Г. Мирошниченко. 2007 Стр.449-450
1199) Əlavə keçirici yollar olduqda (WPW sindromu) qulaqcıq səyriməsi (titrəməsi) və ürək çatışmazlığı olan xəstələrdə ürək ritmini bərpa etmək ücün venadaxilinə hansı preparat təyin edilir?
A) diqoksin

B) lidokain

C) novokainamid

D) atenolol

E) verapamil
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 42; Руководство для врачей скорой медицинской помощи. Под редакцией проф. В.А Михайловича, А.Г. Мирошниченко. 2007 Стр.449-450
1200) Qulaqcıq səyriməsi zamanı bütün digər müdaxilələr uğursuzluqla nəticələndikdə və ya əks-göstəriş olduqda, ürək ritmini nəzarətdə saxlamaq üçün hansı tədbirin aparılması müzakirə oluna bilər?
A) amiodaron 900-1200 mq/sut təyin edilməsi

B) elektrik kardioversiya

C) kardioverter defibrillyator implantasiyası

D) beta - adrenoblokatorlar qəbul edirsə, dozasının artırılması

E) atrioventrikulyar düyünün ablasiyası və kardiostimulyasiyası
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 42

Ürək-qan dövranın çatmamazlığı

1201) Ürək çatışmazlığı olan xəstələrdə bisoprololun başlanğıc dozası hansıdır?

A) 2 mq


B) 1,25 mq

C) 10 mq


D) 2,5 mq

E) 5 mq
Ədəbiyyat: С.Ю. Марцевич «β - адреноблокаторы с позиции доказательной медицины», кардиология, 2002, 4.


1202) Digoksini təyin etmək üçün göstərişlər hansıdır?

A) Ürək çatışmazlığının funksional sinif I.

B) Ürək çatışmazlığının funksional sinif II.

C) Hiperkalemiya

D) Ürək çatışmazlığının funksional sinif III və V

E) Hipokalemiya


Ədəbiyyat: Б.А. Сидоренко и др. «Место сердечных гликозидов в лечении ХСН», Кардиология, 2005, 4, с. 68
1203) Sistolik formalı ürək çatışmazlığı olan xəstələrdə I-ci pillə seçim preparatına hansı preparatlar aiddir?

A) Kardioselektiv β-adrenoblokatorları

B) Diqoksin

C) Furosemid

D) Nitratlar

E) Kalsium kanallarının antaqonistləri.


Ədəbiyyat: Современные подходы к диагностике и лечению ХСН (изложение рекомендаций АКК И АСС 2001 год), Кардиология, 2002, 6, с. 69
1204) Aşağıdakılardan hansı ürək çatışmazlığının sistolik formasının əmələ gəlməsinə daha tez səbəb olur?

A) Aortaqapaglarının revmatik mənşəli stenozu

B) Qulaqcıq paroksizmal taxikardiyası zamanı ağciyər ödeminin inkişafı

C) Ürəyin işemik xəstəliyi

D) Mitral gapağının revmatik mənşəli stenozu

E) Revmatik mənşəli aortal çatışmazıq


Ədəbiyyat: Современные подходы к диагностике и лечению ХСН (изложение рекомендаций АКК И АСС 2001 год), Кардиология, 2002, 6.
1205) Ürək çatışmazlığının sistolik formasını təyin etmək üçün əsas simptom hansıdır?

A) Baş gicələnmə

B) Hepatomeqaliya

C) Boyun damarlarının şişməsi

D) Ürək nahiyəsində sıxıcı ağrı

E) Ortopnoe


Ədəbiyyat: О.А. Штегман «Систолическая и диастолическая дисфункция левого желудочка – самостоятельные типы сердечной недостаточности», Кардиология, 2004, 2.
1206) Hansı exokardioqrafik göstərici ürək çatışmazlığının sistolik formasını təsdiqləyir?

A) Sol mədəciyin ölçüsü yüksək dərəcədə artır

B) Sol mədəcik miokardının qalınliğı artır

C) Atım fraksiyası 40%-dan az

D) Sol mədəciyin ölçüləri norma daxilində olur

E) Sol və sağ mədəciklərdə dəyişiklik baş vermir


Ədəbiyyat: Feyqenbaum H."Руководство по эхокардиографии", 5 издание, Вивар,1999
1207) Ümumi qanın neçə faizi, müvafiq olaraq, böyük və kicik qan dönranının payına düşür?
A) 74% və 26%

B) 88% və 12%

C) 44% və 56%

D) 66% və 34%

E) 84% və 16%
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 42
1208) Amortizasiyalı damarlara hansılar aiddir?
A) divarları qalın saya-əzələ lıflərindən təşkil olunmuş və nisbətən dar mənfəzli damarlar

B) divarında çoxlu elastik liflər olan elastik tipli damarlar

C) divarları qalın saya-əzələ lıflərindən təşkil olunmuş və geniş mənfəzli damarlar

D) divarları az mıqdarda elastik və əzələ lıflərindən, lakin coxlu birləşdirici toxumadan ibarət damarlar

E) divarları, ancaq bir qat endotel hüceyrələrindən təşkil olunmuş, saya-əzələ lıfləri elementləri olmayan damarlar
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 42
1209) Ürək əzələsinin ikincili zədələnməsi hesabına əmələ gələn ürək çatmamazlığı hansı xəstəliklər zamanı baş verir?

1. hipo - və ya hipertireoz

2. miokardın toksiko - allerqik zədələnməsi

3. birləşdirici toxumanın sistem xəstəliyi zamanı ürək əzələsinin zədələnməsi

4. miokarditlər

5. idiopatik dilatasion kardiomiopatiya
A) 1, 2, 3

B) 1, 2, 4

C) 1, 3, 5

D) 2, 4, 5

E) 3, 4, 5
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр 60
1210) Aşağıda göstərilən şikayətlərdən hansı xroniki ürək çatmamazlığının erkən simptomu hesab olunmur?
A) nəzərə çarpacaq əzələ zəifliyi və aşağı ətraflarda ağırlıq hissiyatı

B) ürəkdöyünmə

C) baş ağrıları

D) aşağı ətraflarda ödem

E) ürək astması və tez yorulma
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 75
1211) Xroniki ürək çatmamazlığı olan xəstələrdə təngnəfəslik əksər hallarda hansı xarakter daşıyır?
A) ekspirator, nəfəvermə çətinləşməsinin obyektiv əlamətləri ilə

B) inspirator dispnoe, nəfəsalma çətinləşməsinin obyektiv əlamətləri ilə

C) qisa müddətli tezləşmiş tənəffüs apnoe ilə növbələnir

D) qarışıq, nəfəsalma və nəfəsvermə çətinləşməsinin obyektiv əlamətləri ilə

E) taxipnoe, nəfəsalma və ya nəfəsvermə çətinləşməsinin əsaslı obyektiv əlamətlərinin üstünlüyü olmadan
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 83
1212) Xroniki ürək çatmamazlığı olan xəstələrdə ürək ritminin və keçiriciliyinin çox vaxt hansı pozuntuları aşkar olunur? (AV - atrioventrikulyar ).
A) mədəciklərin fibrillyasiyası və qayıdan ekstrasistoliya

B) qulaqcıqların fibrillyasiyası və ekstrasistoliya

C) I - II dərəcəli AV blokadalar

D) qulaqcıqların və mədəciklərin fibrillyasiyaları

E) tez - tez yaranan politop mədəcik ekstrasistoliyası
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 86
1213) IIа mərhələ xroniki ürək çatmamazlığı olan xəstələrdə hansı hemodinamik dəyişikliklər baş verir? (N.D.Strajesko və V.X.Vasilenko təsnifatı əsasən. XÜÇ - xroniki ürək çatmamazlığı).
A) Sakit halda XÜÇ əlamətləri zəif nəzərə çarpır. Hemodinamika ürək - damar sisteminin yalnız bir dövranında pozulmuşdur (kiçik və ya böyük qan dövranında)

B) Bütöv ürək - damar sistemin (həm kiçik, həm də böyük qan dövranı) nəzərə çarpan hemodinamik pozuntuları

C) Şikayətlər yalnız fiziki yüklənmədə meydana çıxır - təngnəfəslik, ürəkdöyünmə, tez yorulma ilə. Sakit halda bu klinik əlamətlər yox olur, hemodinamika normallaşır

D) Nəzərə çarpan hemodinamik dəyişikliklər və ancaq böyük qan dövranında venoz durğunluq əlamətləri, həmçinin orqan və toxumaların kəskin perfuziya və metabolizm pozuntuları

E) Nəzərə çarpan hemodinamik dəyişikliklər və yalnız kiçik qan dövranında venoz durğunluq əlamətləri, həmçinin orqan və toxumaların kəskin perfuziya və metabolizm pozuntuları
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 91.
1214) III funksional sinif xroniki ürək çatmamazlığı olan xəstələrə nəyin əsasında qoyulur? (Nyu - York ürək assosiyasının təsnifatına əsaslanaraq).
A) Fiziki aktivlik kəskin məhdudlaşıb. Təkcə sakit halda xəstə özünü yaxşı hiss edir, lakin azacıq fiziki yük zəiflik, ürəkdöyünmə, təngnəfəslik və başqa əlamətlərin əmələ gəlməsinə səbəb olur

B) Fiziki aktivlik bir qədər məhdudlaşıb. Sakitlikdə hər - hansı bir patoloji siptomlar yoxdur, adi fiziki yük zəiflik, yorulma, ürəkdöyünmə, təngnəfəslik və başqa simptomlar yaradır

C) Fiziki aktivlikdə məhdudlaşma yoxdur. Adi fiziki yük nəzərə carpan yorulma, zəiflik, təngnəfəslik və ya ürəkdöyünmə yaratmır

D) Narahatsızlıqsız hər - hansı bir yükün öhdəsindən gəlmək mümkünsüzdür. Sakit halda ürək çatmamazlığının simptomları vardır və hər hansı fiziki yük zamanı artır

E) Xəstə veloerqometrdə 150 kqm/dəq yükün öhdəsindən 3 dəqiqə gələ bilir
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 91


Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin