Cü IL tarixində əlavə edilmişdir 1 Qan dövranı sistemi neçə yerə bölünür?


) Xəstəliklərin sonuncu Beynalxalq Təsnifatına (XBT - 10) əsasən ÜÇ ( ÜÇ - ürək çatışmazlığı) - nın klinik təsnifatına aşağıdakılardan hansılar aid edilir?



Yüklə 3,32 Mb.
səhifə29/32
tarix14.06.2018
ölçüsü3,32 Mb.
#53671
1   ...   24   25   26   27   28   29   30   31   32

1215) Xəstəliklərin sonuncu Beynalxalq Təsnifatına (XBT - 10) əsasən ÜÇ ( ÜÇ - ürək çatışmazlığı) - nın klinik təsnifatına aşağıdakılardan hansılar aid edilir?

1. kəskin və xroniki

2. sol mədəcik və sağ mədəcik

3. sistolik və diastolik

4. yarımkəskin

5. dəqiqləşdirilməmiş
A) 1 , 3, 5

B) 2, 3, 5

C) 1, 3, 4

D) 2, 3, 4

E) 1, 2, 3
Ədəbiyyat:Ürək çatışmazlığın diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010. Səh 10.
1216) Amerika Kardiologiya Kolleci (ACC) və Amerika Ürək Assosiasiyasının (AHA) ürək çatışmazlığı (ÜÇ) təsnifatının C mərhələsində nələr baş verir?
A) ÜÇ - ın inkişafı üçün yüksək risk. Funksional və ya struktur dəyişikliklər aşkar olunmur

B) ÜÇ - ın şikayət və ya əlamətləri yoxdur

C) ürəyin struktur dəyişiklikləri ilə bağlı olan simptomsuz ÜÇ (ürəyin struktur dəyişikliyi, lakin şikayət və ya əlamətləri yoxdur)

D) kombinə olunmuş dərman müalicəsinə baxmayaraq, ürəyin nəzərə çarpan struktur dəyişikliyi və sakitlik vəziyyətində ÜÇ - ın nəzərə çarpan əlamətləri mövcuddur

E) ürəyin struktur xəstəliyi ilə bağlı olan simptomlu ÜÇ
Ədəbiyyat:Ürək çatışmazlığı diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010. Səh 11.
1217) Əks göstərişlər olmadıqda, funksional fiziki yük sınaqlarının hansı nəticəsindən ehtimal olunur ki, xroniki ürək çatışmazlığının mümkün səbəbi ürəyin işemik xəstəliyidir?
A) EKQ-da ST seqmentinin izoxətdən 0, 5 mm depressiyası

B) Ürək vurğularının sayının maksimal həddinin 85%-ə çatması

C) EKQ-da tək-tək mədəcik ekstrasistoliyalar

D) Sınağın müsbət olması

E) EKQ-da ST seqmentinin izoxətdən 0, 5 mm elevasiyası
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
1218) Əks göstərişlər olmadıqda, funksional fiziki yük sınaqlarının hansı nəticələri xroniki ürək çatışmazlıqlı xəstələrin erkən diaqnostikasında və Nyu-York təsnifatına əsasən funksional siniflərinin obyektiv qiymətləndirilməsində köməklik göstərmirlər?
A) ST seqmentinin çəpqalxan itibucaqlı depressiyası

B) 1-1, 5 mm qədər ST seqmentinin horizontal depressiyası

C) Fiziki yüklənməyə qarşı tolerantlığın azalması

D) Fiziki yüklənmə zamanı hemodinamik göstəricilərin dəyişilməsi

E) Arterial təzyiqin qəflətən kəskin qalxması (230/120 mm c. süt-nə qədər)
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
1219) Xroniki ürək çatışmazlıqlı xəstələrin minimal doza ürək qlikozidlərilə müalicəsi zamanı preparatın orta doyma dozasına çatmasına yox, əksinə individual terapevtik effektə əsaslanmalıyıq. Bu effektə aşağıdakılardan hansı aid deyil?
A) təngnəfəsliyin və ödemlərin azalması

B) atım fraksiyasının artması

C) gecə yuxusunun normallaşması

D) ürək vurğularının sayının dəq. 60 - 70 qədər azalması

E) diurezin artması
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 149
1220) Xroniki ürək çatışmazlıqlı xəstələrdə ürək qlikozidlərinin qanda hansı doydurucu konsentrasiyası (mq/ml) ölümü 2 dəfə artırır?
A) 2, 0

B) 4, 0


C) 1, 0

D) 3, 0


E) 2, 5
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 149
1221) Xroniki ürək çatışmazlıqlı (XÜÇ) xəstələrin diaqnostikasında funksional yüklənmə sınağı nəyi əks etdirir?
A) Ürəyin həcm dəyişikliyini

B) Yalnız fiziki işgüzarlığın azalmasını

C) Miokardın perfuziya pozğunluğunu

D) XÜÇ-ın diaqnostikasının xüsusi metodudur

E) Ürəkdə morfoloji dəyişiklikləri
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.97
1222) Xroniki ürək çatışmazlığının medikamentoz müalicəsində əsas dərman qruplarına hansı preparatlar aid deyil?
A) Angiotenzin çevirici fermentlərin inhibitorları

B) “Ləng” kalsium kanallarının blokatorları

C) β - adrenoblokatorlar

D) Diuretiklər, ürək qlikozidləri

E) Aldosteronun antaqonistləri
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh.30 ; V.Ə.Əzizov. Daxili xəstəliklər.Baki-2011 Səh.468; Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 119
1223) Medikamentoz müalicənin müasir konsepsiyasına müvafiq olaraq xroniki ürək çatışmazlığında istifadə olunan əlavə dərman qruplarına hansı aiddir?
A) “Sürətli” kalium kanalların blokatorları

B) Angiotenzin II reseptorlarının blokatorları, vazopeptidazaların inhibitorları

C) İlgək diuretikləri, antikoaqulyatantlar

D) Nitropreparatlar

E) Statinlər, aspirin
Ədəbiyyat: V. Ə. Əzizov. Daxili xəstəliklər. Bakı-2011. Səh. 468; Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 119
1224) Xroniki ürək çatışmazlığı olan xəstələrdə medikamentoz müalicənin müasir konsepsiyasına müvafiq olaraq, istifadə olunan köməkçi dərman qruplarına hansı dərman maddələri aid deyil?
A) antiaritmik dərmanlar (əsasən 3 sinif)

B) aspirin, antikoaqulyantlar

C) kalsium kanallarının blokatorları

D) periferik vazodilatatorlar (nitratlar)

E) angiotenzin çevirici fermentin inhibitoru
Ədəbiyyat: V.Ə.Əzizov. Daxili xəstəliklər. Bakı-2011 Səh.468; Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 119
1225) Xroniki ürək çatışmazlığında istifadə olunan AÇFİ –in hansı reaksiyaları müsbət hesab olunmur? (AÇFİ - angiotenzin çevirici fermentin inhibitoru).
A) miokardın interstisial fibrozunun formalaşmasının ləngiməsi

B) miokardın hipertrofiyasının geriyə inkişaf etməsi

C) sol mədəciyin dilatasiyasının proqressivləşməsinin qarşısının alınması

D) ürək, damar və başqa orqanlarda remodelləşmə proseslərinin yavaşıması

E) koronar damarların vazokonstriksiyası
Ədəbiyyat: Г. Е. Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 120-121
1226) ABŞ ekspertlərinin (1999) rəyinə əsasən hansı hallarda xroniki ürək çatışmazlıqlı (XÜC) xəstələrdə ürək qlükozidləri istifadə olunur? (ABŞ – Amerika Birləşmiş Statları).
A) taxisistolik səyrici aritmiya zamanı XÜÇ-ün bütün funksional siniflərində

B) sol mədəciyin diastolik disfunksiyasının üstünlüyü ilə olan XÜÇ -da

C) mədəcik ekstrasistoliyalı xəstələrdə

D) sinus ritmi saxlanılmaqla miokardın infarktından sonrakı kardiosklerozda

E) ürəyin işemik xəstəliklərində
Ədəbiyyat: V.Ə.Əzizov. Daxili xəstəliklər. Bakı-2011 Səh. 472; Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 143
1227) Kiçik dozada ürək qlikozidlərinin XÜÇ - lı xəstələrin müalicəsində, müasir tendensiyaya görə, ikinci müalicə prinsipini gözləməyi tələb etdiyindən inotrop preparatlarla aşağıdakı dərmanlardan hansının mütləq birgə istifadəsi vacib deyil? (XÜÇ - xroniki ürək çatışmazlığı).
A) prazozin

B) enalapril

C) spironolakton

D) laziks

E) konkor
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 149
1228) Xroniki ürək çatışmazlıqlı xəstələrin ürək qlikozidləri ilə müalicəsində ücüncü prinsip dedikdə nə başa düşülür?
A) ehtiyac olarsa β-adrenoblokatorlar ilə vacib birliyi

B) xəstəliyin klinik şəklinin, laborator və instrumental müayinə metodlarının əsaslı analizi

C) preparatın kiçik dozada istifadəsi (məsələn, diqoksin sutkada 0,25 mq dozaya qədər)

D) angiotenzin çevirici fermentin inhibitoru ilə vacib birliyi

E) diuretiklər ilə vacib birliyi
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 149
1229) Aşağıdakılardan hansı əlamət xroniki ürək çatışmazlığını xarakterizə edən kompleks sindromlara aid deyil?
A) Uzun müddət ayaq üstə durduqda yaranan huşun itməsi

B) Sakit vəziyyətdə ürəkdə struktur dəyişikliyin obyektiv əlamətləri

C) Sakitlik və ya fiziki gərginlik zamanı yaranan təngnəfəslik və/və ya ümumi zəiflik

D) Sakit vəziyyətdə ürəkdə funksional dəyişikliyin obyektiv əlamətləri

E) Ağciyərlərdə və ya aşağı ətraflarda durğunluq əlamətləri
Ədəbiyyat:Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh.9
1230) Ürək çatışmazlığı xəstəliklərin beynəlxalq təsnifatına (XBT - 10) əsasən necə qeyd olunur?
A) I 50.9

B) I 52


C) 150.0

D) 150.1


E) I 50
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh.9
1231) Durğunluq ürək çatışmazlığı xəstəliklərin beynəlxalq təsnifatına (XBT - 10) əsasən necə qeyd olunur?
A) I 50

B) I 50.1

C) I 50.0

D) I 50.9

E) I 51
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh.9
1232) Sol mədəcik çatışmazlığı xəstəliklərin beynəlxalq təsnifatına (XBT - 10) əsasən necə qeyd olunur?
A) I 20

B) I 50.0

C) I 21

D) I 22


E) I 50.1
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh.9
1233) Dəqiqləşdirilməmiş ürək çatışmazlığı xəstəliklərin beynəlxalq təsnifatına (XBT - 10) əsasən necə qeyd olunur?
A) I 24

B) I 40.0

C) I 50.9

D) 1 25


E) I 40.1
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh.9
1234) Ürək çatışmazlığının (ÜÇ) əlamətləri olan və natriumuretik peptidlərlə müalicə almamış xəstələrdə bu peptidlərin hansı miqdarında xroniki ÜÇ-nın olması ehtimal olunmur? (BNP- beyin natriumuretik peptidi, NT-proВNР - N-terminal beyin natriumuretik peptidinin sələfi, pq/ml - pikoqram millilitr).
A) BNP >600 pq/ml-dan çox, NT-proВNР>3000 pq/ml-dan çox

B) BNP >800 pq/ml-dan çox, NT-proВNР>4000 pq/ml-dan çox

C) BNP = 100-400 pq/ml-ə bərabər, NT-proВNР = 400-2000 pq/ml-a bərabər

D) BNP < 100 pq/ml-dan az, NT-proВNР< 400 pq/ml-dan az

E) BNP >400 pq/ml-dan çox, NT-proВNР>2000 pq/ml-dan çox
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh. 14
1235) Ürək çatışmazlığının (ÜÇ) əlamətləri olan və natriumuretik peptidlərlə müalicə almamış xəstələrdə bu peptidlərin hansı miqdarında xroniki ÜÇ-nın olması qeyri müəyyənlik təşkil edir? (BNP- beyin natriumuretik peptidi, NT-proВNР – N-terminal beyin natriumuretik peptidinin sələfi, pq/ml - pikoqram millilitr).
A) BNP >600 pq/ml-dan çox, NT-proВNР>3000 pq/ml-dan çox

B) BNP >400 pq/ml-dan çox, NT-proВNР>2000 pq/ml-dan çox

C) BNP = 100-400 pq/ml-ə bərabər, NT-proВNР = 400-2000 pq/ml-a bərabər

D) BNP >800 pq/ml-dan çox, NT-proВNР>4000 pq/ml-dan çox

E) BNP < 100 pq/ml-dan az, NT-proВNР< 400 pq/ml-dan az
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh. 14
1236) Ürək çatışmazlığının (ÜÇ) əlamətləri olan və natriumuretik peptidlərlə müalicə almamış xəstələrdə bu peptidlərin hansı miqdarında xroniki ÜÇ-nın olması ehtimal olunur? (BNP - beyin natriumuretik peptidi, NT - pro ВNР – N-terminal beyin natriumuretik peptidinin sələfi, pq/ml - pikoqram millilitr).
A) BNP =100-400 pq/ml-ə bərabər, NT-proВNР =400-2000 pq/ml-ə bərabər

B) BNP >400 pq/ml-dan çox, NT-pro ВNР>2000 pq/ml-dan çox

C) BNP >500 pq/ml-dan çox, NT-proВNР>2500 pq/ml-dan çox

D) BNP <100 pq/ml-dan çox, NT-pro ВNР <400 pq/ml-dan az

E) BNP >700 pq/ml-dan çox, NT-proВNР>3000 pq/ml-dan çox
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh. 14
1237) Xroniki ürək çatışmazlıqlı xəstələri diuretiklər və/və ya AÇFİ, ARB və ya aldosteronun antaqonistləri ilə müalicə edərkən, hansı xəstəlik və ya simptoma rast gəlinmir? (AÇFİ - angiotenzin çevirici fermentin inhibitorları, ARB- angiotenzin II reseptorlarının blokatorları).
A) hiperkaliemiyaya

B) zərdab kreatininin azalmasına

C) anemiyaya

D) böyrək funksiyasının zəifləməsinə

E) hiponatriemiyaya
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh18
1238) Klinik əlamətləri olan xroniki ürək çatışmazlıqlı xəstələrdə natriumuretik peptidlərin qan plazmasındakı konsentrasiyasının aşağıdakı halların hansında əhəmiyyəti yoxdur?
A) proqnozun təyinində

B) mülicə bazis preparatla başlandıqda

C) evə yazılmaq haqqında qərar verildikdə

D) hospitalizasiya qərarı verildikdə

E) mərhələnin müəyyənləşdirilməsində
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 20
1239) Xroniki ürək çatışmazlıqlı xəstələrdə nebivololun başlanğıc dozası sutkada nə qədərdir?
A) 5,0 mq gündə 2 dəfə

B) 7,5 mq gündə 2 dəfə

C) 10,0 mq gündə 2 dəfə

D) 2,5 mq gündə 1 dəfə

E) 1,25 mq gündə 1 dəfə
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 30
1240) Xroniki ürək çatışmazlıqlı xəstələrdə nebivololun hədəf dozası sutkada nə qədərdir?
A) 2,5 mq gündə 2 dəfə

B) 10,0 mq gündə 1 dəfə

C) 12,5 mq gündə 1 dəfə

D) 5,0 mq gündə 3 dəfə

E) 20,0 mq gündə 1 dəfə
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 30
1241) Xroniki ürək çatışmazlıqlı xəstələrdə kandesartanın başlanğıc dozası sutkada nə qədərdir?
A) 12 və ya 16 mq gündə 1 dəfə

B) 20 və ya 24 mq gündə 1 dəfə

C) 24 və ya 32 mq gündə 1 dəfə

D) 1 və ya 2 mq gündə 1 dəfə

E) 4 və ya 8 mq gündə 1 dəfə
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 30
1242) Xroniki ürək çatışmazlıqlı xəstələrdə kandesartanın hədəf dozası sutkada nə qədərdir?
A) 12,0 mq gündə 1 dəfə

B) 8,0 mq gündə 2 dəfə

C) 32 mq gündə 1 dəfə

D) 4,0 mq gündə 1 dəfə

E) 24,0 mq gündə 2 dəfə
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh
1243) Xroniki ürək çatışmazlıqlı xəstələrdə valsartanın başlanğıc dozası sutkada nə qədərdir?
A) 40 mq gündə 2 dəfə

B) 60 mq gündə 3 dəfə

C) 160 mq gündə 2 dəfə

D) 120 mq gündə 3 dəfə

E) 80 mq gündə 2 dəfə
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 30
1244) Xroniki ürək çatışmazlıqlı xəstələrdə valsartanın hədəf dozası sutkada nə qədərdir?
A) 40 mq gündə 3 dəfə

B) 20 mq gündə 3 dəfə

C) 120 mq gündə 2 dəfə

D) 80 mq gündə 1 dəfə

E) 160 mq gündə 1 dəfə
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, sə
1245) Xroniki ürək çatışmazlıığı olan xəstələrdə spironolaktonun başlanğıc dozası sutkada nə qədərdir?
A) 75 mq gündə 2 dəfə

B) 100 mq gündə 2 dəfə

C) 25 mq gündə 1 dəfə

D) 12,5 mq gündə 3 dəfə

E) 50 mq gündə 1 dəfə
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 30
1246) Xroniki ürək çatışmazlıqlı xəstələrdə spironolaktonun hədəf dozası sutkada necə milliqramdır?
A) 100-150 mq gündə 1dəfə

B) 5,0-10,0 mq gündə 2dəfə

C) 2,5-5,0 mq gündə 2dəfə

D) 75-100 mq gündə 1dəfə

E) 25-50 mq gündə 1dəfə
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 30
1247) Simptomlu ürək çatışmazlığı və sistolik disfunksiyası (azalmış atım fraksiyası) olan xəstələrdə diuretik və AÇFİ-nin kombinasiyası effekt vermədikdə hansı preparatı əlavə etmək lazımdır? (AÇFİ- angiotenzin çevirici fermentin inhibitorları, ARB- angiotenzin II reseptorlarının blokatorları, H/İSDN - hidralazin və izosorbid dinitrat).
A) ARB-nı

B) Aldosteron antaqonistlərini

C) Kalsium antaqonistlərinin dehidropiridin törəmələrini

D) β - adrenoblokatorları

E) H/İSDN-ı
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 29
1248) Simptomlu ürək çatışmazlığı və sistolik disfunksiyası (azalmış atım fraksiyası) olan xəstələrdə klinik sabitlik alınana qədər titrlədikdə hansı qrup dərman kombinasiyasını başlamaq lazımdır? (AÇFİ- angiotenzini çevirici fermentin inhibitorları, ARB- angiotenzin II reseptorlarının blokatorları, H/İSDN- hidralazin və izosorbid dinitrat).
A) Ürək qlikozidi və β - adrenoblokator

B) α - adrenoblokator və AÇFİ

C) Diuretik və AÇFİ (və ya ARB)

D) H/İSDN və kalium antaqonistləri

E) Kalsium antaqonistləri və hidralazin
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 29
1249) Simptomlu ürək çatışmazlığı və sistolik disfunksiyası (azalmış atım fraksiyası) olan xəstələrdə diuretik, AÇFİ və β-blokatorların kombinasiyası effekt vermədikdə və xəstəliyin əlamət və şikayətləri davam edərsə, onda hansı qrup preparatı klinik sabitliyə uyğun titrləmə ilə əlavə etmək lazımdır? (AÇFİ - angiotenzin çevirici fermentin inhibitorları, H/İSDN- hidralazin və izosorbid dinitrat, ARB- angiotenzin II reseptorlarının blokatorları).
A) Aldosteron antaqonistlərini və ya ARB- nı

B) Diuretiklərdən digər preparatı

C) β - adrenoblokator qrupundan digər preparatı

D) Kalsium antaqonistlərinin fenilalkilamin törəmələrini

E) H/İSDN-ı və ya ürək qlikozidlərini
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 29
1250) Xroniki ürək çatışmazlıqlı xəstələrdə angiotenzini çevirici fermentin inhibitorlarıyla (AÇFİ) müalicəyə başlayarkən, aşağıdakıların hansı daha çox əhəmiyyət kəsb etmir?
A) 2-4 həftədən sonra dozanın tədricən artırılmasının nəzərdən keçirilməsi

B) Böyrək funksiyası və plazma elektrolitləri yoxlanılması

C) Sol mədəciyin atım fraksiyası ≤ 40%-dən (kiçik və ya bərabər) olan xəstələrə AÇFİ təyin edilməsi

D) Ciddi nəzarət altında olan xəstələrdə titrləmənin daha sürətlə aparılması

E) Böyrək funksiyasının pisləşməsi və ya hiperkaliemiya zamanı dozanın artırılması
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 31
1251) Xroniki ürək çatışmazlıqlı xəstələrdə β - adrenoblokatorlarla müalicəyə başlayarkən, aşağıdakılardan hansı daha çox əhəmiyyət kəsb etmir? (AÇFİ - angiotenzin çevirici fermentin inhibitorları, ARB- angiotenzin II reseptorlarının blokatorları, FS-funksionaql sinif, NYHA- Nyu-York Ürək Assosiasiyası).
A) AÇFİ və/və ya ARB-nın optimal dozada qəbulu

B) Böyrək funksiyası nəzərə alınmaqla, plazma elektrolitlərinin yoxlanılması

C) Sol mədəciyin atım fraksiyasının ≤ 40%-dən kiçik və ya bərabər olması

D) Xəstələrin vəziyyətinin klinik cəhətdən sabit olması (məsələn, sidikqovucuların dozasının yaxın zamanlarda dəyişdirilməsinə ehtiyac olmadıqda)

E) Ürək çatışmazlığı əlamətlərinin olması (NYHA II-IV FS)
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 32
1252) Xroniki ürək çatışmazlıqlı xəstələrin β - adrenoblokatorlarla müalicəsi zamanı dozasının titrlənməsində hansı şərtlər nəzərdə tutulur? (ÜÇ- ürək çatışmazlığı).

1. 2-4 həftədə bir dəfə həkimin qəbulunda olmaq (bəzi hallarda dozanın yavaş-yavaş artırılmasına zərurət yarana bilər)

2. ÜÇ-ın ağırlaşması əlamətləri, simptomlu hipotenziya (məs.: baş gicəllənmə) meydana çıxarsa, hər müraciətdə dozanın artırılması

3. diastolik disfunksiya əlamətləri yaranarsa, hər müraciətdə dozanın ikiqat artırılırması (əks göstəriş olmadığı halda)

4. ÜÇ-ın ağırlaşması əlamətləri, kəskin bradikardiya (nəbz dəqiqədə 50-dən az) meydana çıxarsa, hər müraciətdə dozanın artırılması

5. hər müraciətdə dozanın tədricən artırmaqla, dördüncü həftədən dozanı daha sürətlə artırmalı (arterial təzyiq nəzərə alınmalıdır)
A) 1, 2, 3

B) 2, 4, 5

C) 1, 2, 4

D) 1, 3, 5

E) 3, 4, 5
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 32


Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin