ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 2,19 Mb.
səhifə16/40
tarix10.02.2018
ölçüsü2,19 Mb.
#42641
1   ...   12   13   14   15   16   17   18   19   ...   40

Seyid Camalın Hikməti

Seyid Camal babamız olub bizim. Mənim anam seyid qızıdı. Mənim Seyid Camal babam İsfahanda olub. Onun iki oğ­lu olub. Biri Mir Abdulla, biri Mir Ələsgər. O gəlib Şura­da­ya gələndə görüb ki, Mir Ələsgər Ağa on səkkiz yaşında Mir Ab­dulla on iki yaşında. Mir Ələsgər deyib ki, baba, farsca deyib:

– Biz acımışıq. Təam istiyirik biz.

Görüb bir tayfanın kişiləri cüt sürür. Bir arvad oturub çöldə – həmin yerdə. Piyada gəlirmişlər. Deyir, səndə təam var. Bular seyid balasıdı. Başında əmmama, əlində əba, üzün­dən nur tökülür. Bular acıblar, səndə təam var? Gətir bulara bir az təam ver. Bu arvadında əri cüt sürürmüş. Bu da cücə bişiribmiş, isti çörək bişiribmiş. Verir bu seyid balalarına.

Gətirir çörəydən də kəsir, cücədən də kəsir, aparır ərinin yanına çatanda görür ki, cücə də bitirimdi, çörək də bitirim. Əri deyir:

– Bular nədi?

Deyir:

– A kişi, bəs mən bundan verdim seyid balasına. Üzün­dən nur tökülürdü. Olara verdim. Olar imam imişlər. Ay qa­çırlar, oları tuta bilmirlər. Gəlirlər ki, bu peysər var e, Asta­ranın peysəri gəlirlər ora. Mir Abdulla babaya deyir ki, oğ­lum, bura bir dərya gələcək orda, bir gəmi gələcək. Biz gə­miyə minəcəyik. Mən gəmidə harda vəfat eləsəm, orda məni dəfn eliyərsiz. Bu gəlir həmin peysərə ordan dəryaya. Dərya­dan minir gəmiyə, orda vəfat eliyir. Gəminin içində vəfat eli­yəndən sonra bu suyun yarısı çəkilir. Olur qupquru yer. Son­ra gəlirlər bunu dəfn eliyirlər. Burda bir balaca məzar düzəl­dirlər. Onunçun mərmərdən daş gəlir. Hələ indiyəcəndə qalır. Düzəldiblər, yaxşı şəraiti var.


Mir Ələsgər ağanın kəraməti

Mir Abdullaynan Mir Ələsgər Ağa azğın düşürlər. Gəlirlər çıxırlar bizim bu vilayətə. Öz də mənim həyətimə çıxırlar. Mən də olmamışam, mənim qaynatamın atası Maştamalı olub. Heç onda qaynatam olmazmış. O vaxt gəliblər, iki dənə uşağ başla­rında əmmama, əllərində əba. Sübh namazına duranda görüb, iki dənə uşağ boyun boyunluğa verib. Gəlir bular bizim dili bil­mirlər. Buların əlindən tutub aparır bizim Məçidimizə. Aparıb ora. Məçiddə axundlar deyib ki, mollalar deyib ki, buların üzün­dən nur tökülür. Əgər yağış yağmır, göy bitmir.

Əgər bularda bir möcüzat varsa, olar dua eləsin Allaha, yağış yağsın, bilək ki, bularda nəsə var. Abdulla başından əm­ma­manı götürür, Allaha öz dilində yalvarır. Bir yağış tökür. Mir Ələsgər Ağa qurşağın atır, yalvarır Allaha, yağış dayanır. Mə­nim qaynatamın atası deyir ki, mən bu iki seyidi gətirim sizə verim, gətirir öz həyətinə, uşağ imişlər. Buları evləndirir də. Öz qohumlarından alır. Mir Abdullaya bir ağac verir. O göyərir, tut ağacı olur. Kimyə kimi qalır orda. Onun adı qaldı Seyid Tutu. Mir Abdulladan olur Mir İbrahim baba. Mir İbra­himdən olur Mir Həsən baba. Bura olub dəniz.

Bizim buralara Lənkəran tərəfdən zəvvar gəlir. Bizim bu çayın üstü var. Çayın üstündə bir-iki dənə ev var imiş. Bi­zim bu yer də dəniz olub. Bular gəlirlər ki, surfa sərməyə, ola­rı daşlıyırlar. Daşlıyırlar, zəvvarlar şeylərini yığırlar, düşür­lər yola. Deyirlər suyu şor olsun, gözüvüz kor olsun, çörə­yiviz olmasın. Bizi qarğıyırlar. Pramoy gedirlər Masallıya. Gedirlər otururlar Masallıda. Süfrələrin açırlar yeyirlər, içirlər. Bulara dəyib-dolaşan olmur. Süfrəni çırpırlar deyirlər çörəyiniz çox olsun, ruzunuz çox olsun, özüvüz də şən olasız.


Ağanın Kitab Açması

Mənim babam, məsələn, biri gəlib desəydi ki, oğlum har­dadı? Yoxdu da, beş il, iki il onu mən özüm gözümnən gör­mü­şəm. Başlıyırdı onun duası var idi, oxuyurdu. Deyirdi, görün sən oların böyüyləri gəlir əcinələri. Molla xahiş eliyir ki, olar­çun qurban kəs. İndi mənim oğlum hardadı? Oğluvuz otu­rub qırmızı köynəy, ağ köynəy. Uşağ deyir, a oğlum, otu­rub tasnan baxırdı. Onun duaları var. Oturmuşdum Əhməd müəl­limgilin evin­də, babamın evi olub orda. Dedi, baba, məni biri çıxardırlar.

Mir Həbibulla gəldi, deyir, adamın adın dedi. Oxudu elədi, deyir yanındakı qıçın vurmalıdı. Oturdu taxça olur axı de­di, filankəs hardadı? Dedi, çırmalanıb oturub taxçada. De­yir, bir nəfər şəxs gəldi, biri axsıya-axsıya gəldi. Gəldilər aç­dı­lar şəhərə çıxdı getdi. Bu saat bu meşəliydədi. Sonra gör­dülər arabada qoyun-moyun gətiriblər ki, tapmışıq. Kitab açıb itəni tapmağı atamız da bilirdi, babamız da.

Seyid Sadığ Ağanın kəraməti

Bir dəfə bir yoldaşnan Tümenə qədər gedib çıxdıq pal-paltar alverinə. Trikatin parçası satmağ istiyirdik. Bir neçə atel­yeyə girdik. Neçəsinə dedik, heç kim almadı. Mən Seyid Sa­dığ Ağanın cəddini çağırdım. Yanımdakı yoldaşım mənə dedi:

– Dörd min-beş min uzaqlıqda o, sənə necə kömək eliyər?

Mən didim:

– Köməy eliyər Ağanın cəddi.

Sora əvvəlcə girdiyimiz bir ateliyə girdik dedik. Belə parça var, əvvəl olar bizə istəmirik demişdilər, sora fikirləşib dedilər, biz bir top parçanı alırıq. Mən yanımdakı yoldaşıma didim ki, gördün, Ağanın cəddi kənardan da kömək eliyir?


Şirin su quyusu

Masallı rayonu tərəvəzçilik rayonudu. Bizdə bir çöl kən­di Muğan deyilən bir yer var, Həsənli kəndi, orda da Ərkivan kəndi var bizdə, böyük qəsəbədi indi. Ən böyük kənddi. Azər­baycanda ikinci kənddi.

Orda yağış yağmır, burda yağış yağır. Bu Həsənnilər su­dan çox korruğ çəkirmişlər. Mənim babam Miriş də ağır seyid olub. Deyəllər, ay ağa, başıva dönüm, gəl gedəy bizim kənddə bir dənə quyu qazaq. Hər tərəfdə quyu qazılıb. Bizdə şirin su­du, orda şor sudu. Bir dənə quyu qaz, ordan şirin su çıxsın. Ağa­nı aparıllar ora. Ağa bizdə gəndəlaş deyilən bir bitki bitir, seyiddi, seyidin də avamı olar də, söyüd ağacınnan bir dənə ağac kəsər. Deyər, gəlin dalımca. Başdıyar bunu at kimi çap­pa­ğa. Gələr kəndin qabağında dayanar, ayağını vurar, deyər qa­zun buranı. Qazallar bını, su başdıyar çeşmə vurmağa. Onun dörd tərəfini qazallar, ordan duzlu su çıxar. O Miriş quyusunun adını qoyublar Daşdı quyu. Bu faktdı, belə bir şey olub.

Çilə qarpızı

Sora onun oğlu, mənim babam Seyid ağa, indi oğlumun adıdı. Miriş babamın atası olub. Bı isə gedər, burda bir talış qızı var bizdə, bizdə talışdar yaşıyır də. Gedəllər oturallar biz­də. Bizdə çilə olur. Çilə günü də qarpız kəsəllər burda, boranı qaynadallar, qamış deyilən bir şey var, onnan hörərdilər, qarpı­zı asardılar ki, çürüməsin. O da asılmışımış yuxarıda, ağa da gəlib bulara qonağ. Sabah da çilə olacağmış. 19 yanvarda. Ağa deyər ki, talış qızı, gətir qarpızı kəsəy yeyəy. Bunu təsdiq eli­yən­lər var, görənlər var. Deyir, ağa, cəddivə qurban olum, qar­pızı sabah səhər gələrsən, kəsərik, sənin payıvı verərəm, gəl­mə­sən, göndərərəm. Yoldaşı Kərbəlayı Nuru deyər ki, ağa dedi, gətir qarpızı kəsəy. Arvad ayağa duranda, qarpız düşər ağa­nın qabağına, dilim-dilim olar, paylıyarlar.



Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin