ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ


Seyid Sadiqin cəddi xərçəng xəstəliyini sağaldır



Yüklə 2,19 Mb.
səhifə19/40
tarix10.02.2018
ölçüsü2,19 Mb.
#42641
1   ...   15   16   17   18   19   20   21   22   ...   40

Seyid Sadiqin cəddi xərçəng xəstəliyini sağaldır

Masallıda biri vardı, gedib Bakıda deyiblər rakdı. Başqa yerlərdə də deyiblər həmin xəstəliyi. Bı dedi məndə da uje ay söbəti qalıb da. Nəzir boyun aldı ağanın cəddinə. Onun qar­daş­darı Germaniyada idi, getdi ora. Hardasa bir 15 gün keç­mişdi üstünnən bı həmin adam gəldi. Həkimlər demişdi belə bi şey yoxdu onda. Onda ağa rəhmətə getmişdi uje. Hə gəldi qəbir üstə. Möcuzəlidi kim nə boyun alır, hamısı qabıl olur. O adam da nəzirini verdi.



Seyid Sadiq Ağanın kəramətləri

Məsəl olub gedib toya, söz vermiyiblər, tufan olub toy­xana zad, qarışıb aləm bir-birinə. Toy olmıyıb demək olar ki. Bu nəsildə seyid çox olub, atası, qardaşı buların içində ən güj­dü cəddi ağa olub. İcdərində də ən məsumu bı olub. Özünün də doqquz qızı var, bi oğlu. Onu bu yerə Allah qaldırıb səxa­vətinə görə, dəhşət səxavətdi olub, türmədən oğlannar burax­dırıb eee. Ora gedib deeb əyəm buraxmason filan şey olacağ. Həmən o adam da əgəm buraxmaq mümkündü buraxdırıb, ya gorürsən cəzasını yüngülləşdirib. Güjdi yaddaşı var idi ağa­mın. Məsəl deeb filankəsüü filan vaxtı mən türmədən bırax­dır­­mışam. O adam da deerdi, “hə” düz deer də. Bu cür cətdi ağır­­lığı əvvəldən olub, amma bu 1980-ci ildən bu yana lap güjdi olub. Bu ətrafdakı məsələn, Bədəlandakı, Qızılavardakı seyid­lər­nən bular əmiuşağı sayılıllar. Bir birinə hörmət eli­yiblır də bular. Elə olar da bura ziyarətə gəlilllər, bılar da ora­lara gedil­lər, bi şey boyun alanda. Bizim də borcumuz bulara xidmət eləməydi. Allah deer yaxşısına özünə görə, pisinə də mənə görə hörmət elə. Deer, tapşırdı gedəndə budı pey­ğəm­bəri sadiq, dedi Qurana əmanət. Quranda deer, həzrəti pey­ğəm­bəri – səni aləmlərə rəhmət olaraq göndərdik. Bular da oların nəvələridi. Ağamın babaları Ərəbistannan köçüb gələn­nərdi. Amma özü burada anadan olub. Atası gözəl Quran oxuyan olub, əzbərdən Quranı deyirmiş Adı Seyid Rza ağa.

Babası Mirbəşir ağır Seyid olub. Onu tutublar o vaxtı, bizdə də Şeyx Bəşir var. Əslində o tutulmalıymış. Bını tutub­lar əvəzində. Bı orda demeeb ki, mən o döörəm. Tutublar sürgünə göndərməyə. Mindiriblər maşına görüblər maşın get­mir. Aparıblar haralara oralarda da nələrsə baş verib möcü­zələrdən, nə isə amma yenə demeeb ki, mən o döyüləm. Apa­ra bilmiyiblər axırı. Bilirsüz biri Seyx Bəşir olub, biri Mir Bəşir. Ad vermeeb. Orda da bıraxıblar. Ağam özdə tez bağış­dıyan idi. Biri xətrinə dəyəndə onu bağışdıyardı. Bi xüssu­si­yəti var idi belə kxxk (zarafatyana çıxardığı səs) eliyən idi. Mə­səl biri yoldaşıynan gedir kxxk eliyəndə qayıdıb ağanı vırıb da. Amma başına iş gələnnən sora gəlib ağadan üzr is­siib, ağa da bağışdeeb. Kinni döyüldü, sadə adam idi.

Seyid Sadiqin cəddi xəstəni sağaldır

Bizdə bi Teymur Yahyayev var idi icra başçısı, elə bi­zim kətci idi, Teymur onnan çox qorxurdu. Ağa girirdi içəri daa dayanmazdı ki. Bi dəfə rəis mavininə tapşırıblar ki, ağa gələlndə buraxma ha, qonağlar var nazirriydən gəliblər. Nəsə ağa girər içəri day nə demeeb. Day Teymura nələr demeeb. Olar da baxıblar, ədə, bu nədi, Teymur da deeb ağadı də bizim ağamızdı. Bunın kimisi yoxdu da. Amma həmin adam­lar ki, var orda həmin məclisdə olublar, indi olar ağanın ölən­nən sora üstünə gəlillər. Bura ən cox xəstələr gəlir, şəfa da tapıllar. Vallah bura xəstə gətmişdilər day yer qalmamışdı gəzzirməsinnər. Hətta yaylığnan zadnan bağladılar məzarın dəmirinə, elə bi ki, havalı kimi olmuşdu də. Gətdilər maşın­nan uzanan vəziyyətdə düşürtdülər, səhərdən düz saat 4-ə ki­mi o, uzandı ağanın ziyarətində, uzatdılar özündə döyül aaa ba­xa bilmir adama, camaat da gəlir gedir öz ziyarətdərini eli­yir. Cavanca oğlandı 30 necə yaşında, 4 günnən sora onu gör­düm qolunnan tutub ayağ üstə gəzir.

Qurban da kəsilir burda, elə olur gündə 25-30 qurban olur, nəzir, başqa şeylər də gətirillər.

Seyid Sadiqin ürəyinə damır

Bi dəfə bi ailə olub evində kişisi olmeeb, heç nəyləri də olmeeb yeməyə, uşağ çox olub, qadın da xəstələnib. Ağanın ürəyinə gəlib ki, kimsə möhtajdı, durub bazarrığ eliyib necə lazımdı gondərib olara. Öz də belə şeylər çox olub ha, bi bu döyül. Kimədə nə desə, heç kim inciməzdi onnan, lap söy­sey­di də. Yolda durardı bi də gordün propkadı Masallıda, hə, nə­di bəs ağa durub ortada bu üzdən alır buraxır, o üzdən pul alır buraxır. Öz də kefnən aaa necə isteer, hünəriydi kimsə dil­lən­sin. Bi də gördün kefinə gəlirdi ordan aldığı nəziri bı biri maşına verirdi. O ölən günü kimin toyları vardı hamı saxladı. Zaddar a Allahdan qorxannar.



Dəsmal

Bi dəfə bizim rəis olub – Dövlət Səfərov, deer, otur­muş­duy dostdarnan, biz də tanımıruy də, ağa gələr söyə-söyə nə­sə. Deeb, bu kimdi? Deeblər ki, bəs belə belə ağamızdı. Bının da seyiddərə hörməti böyük imiş. Nəsə ağanı otuzdurublar yannarında. Ağa bına deeb, sən Naxcıvannısan? Deeb, hə, har­dan bildün? Deeb, ə, mən bilirəm. Nə isə durub gedəndə bına 3 dənə cib dəsmalı verər. Bı da hələ onda rəis zad döy­müş ee. Deer, heç üstünnən iki il nə çəhmədi ordakıların üçü də vəzifəyə gedib. Deer, gözzənilmiyən bi şeydi da. Deer, mən elə onda fikirrəşdim ki, ağanın o dəsmalı mənə vermə­sin­dədi hikmət elə.


Tfu üzünə


Bi dəfə bazarda bi gəlin xaylağına belə pxkk eliyər, gəlin də nətər qorxarsa, qucağınnan uşağ düşər yerə. Gəlin qayidar mini söyər. Bi da qayidar heç nə deməz, bi dənə baxar mına deyər tfuu üzüvə. İnanın heç gəlin biyaz getməz ki, uşağ qarışığ tarapp dəyib yerə. Gəlin uje ölür, pis haldadı. Camaat yığılışar tökülər bıra, adə, noolub? Ağanı tapdılar gətdilər. Gəldi bellədi ye, ay çəpəl, dur ayağa. Dedi, məəm ayağlarıma yıxılma, gala bı zadı, ehsanı, nəziri verrəm sənə, get o uşaxçın xəjdə.

İndi bura qəbirsannığda basdırılıb, onun qardaşı burda basdırılmışdı onun yanında dəfn elədilər. Deer uşağı olmı­yan­nara kanfeti ya dişdeeb, ya da belə verib, deeb gala ye, get doğacağsan. Yaxşı oxumağı da vardı. Bi də gördün mikrafonu alar­dı, getdi yeeee. Amma Quran filan oxumağı bilməzdi. Atası hə, oxuyardı amma özü yox.


Sah Səfi və ya Qaynar bulaq
Niyyət eliyirsən, o bulax qayniyir, sənin də niyyətin hasil olur. Xalq arasında əslində belə danışılırdı. Bu Sah Səfi də o vaxtı Səfəvilər dövlətinin rəhbərlərinnən, burda gəlib məskən salıblar, bu binanı bir on il bundan qabaq bizdə bi xeyriyyəci var idi, o gəlib tikdi. Dədə babadan burda bi balaca bina var idi, Sah Səfi ocağı deyirdilər, quyuya da “Qaynar bulağ”. Yaşdılar deyirdilər ki, olar gəlib burda torpağ mə­nimsəmiyiblər. O qədər halal adam olublar ki, bu ərazini olar qızıl pulnan alıblar, onnan sora oturub burda düşərgə salıblar, çox mənzərəli yer olub bura yaxşı suyu olub buranın, ağaj­dığı. Sora döyüşdərə gediblər burdan.

Bu bulağın 2-3 metrə dərinniyi var. Soradan bura yanına dəmir-zad eliyiblər. Biz uşağ olanda deyirdilər ki, güya bura beşiynən bir uşağ düşüb, sora gedib çıxıb Kərbəlada, belə be­lə sözdər deyərdilər. Amma təmirdə gordülər heç 3 metrə yox idi onun dərinliyi. O vaxt burda çoxlu ilannar olub. Natəmiz, pis adamlar gələndə, ilannar ona hücum eliyiblər. Ona görə də hər adam bura gələ bilmiyib. İndi də davam eliyir, res­pub­li­kada məşhur olan bir ocaxdı bura, hər yerdən də gələn var bura. Tək o dini mərasimlər vaxtı yox, ilin bütün vaxtlarında gəlil­lər bura. Məhərrəmlik mərasimlərini də burada keçi­rir­dilər. O tərəf kişilər üçündü, bu yan arvatdar. Qapağı açıllar suya niyyət eliyirsən, niyyətin qəbul olacaqsa, su qaynayir. Elə bunun möcüzəsi də odur ki, bu su nə quruyur, nə də aza­lır. İlboyu su sakitcə axıb gedir. Həmin o vaxtkı oların o əs­gərrərinnən birda dəfn olunanları da var. Ocağın arxasında mə­zarlıq var ordadı.




Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin