Mircənnətin yuxusu
Bizim bi qonşu var onun on səkkiz il evladı olmeeb. Arxa qonşuda savaşmışdılar, ona demişdilər ki, sonsuzsan. O, ağlıya-ağlıya gəldi, anam da iş görürdü. Gəldi yapışdı babamın şəklinnən. Dedi:
– Ay ağa, səən eviün nökəriyəm, məni burdan naümüd qaytarma. Ya əlimi üz, ya ətəyivi.
Elə ağlıyır ki. Gəldi o köhnə evimizdəydük onda. Ora da neçə əsrin evidi haa. Dedi oon piləkannarının daşın, torpağın yeyərəm mən. Anam gördü bağrı çatdeer, dedi qıza it cəhənnəmə get. Onu arxadan yol var idi, ordan yola salduğ getdi. Bir gün mən də yuxuda gördüm ki, nənəm mənnən kimya göndərdi, iki nəfərə. Biri aldı tökdü gülün dibinə, bına verdim, aldı işdi. Dedi, oxay nə ləzzətdidi. Elə yuxuda da gəlirəm nənəmin yanına, deyirəm nənə bəs belə də aldı işdi , nənəm də bulağ kimi yer idi, ordan su qaynıyırdı, əlin atdı ordan bi lüt uşağ götürdü, dedi, apar ver Ayidə gəlinə. Bu onun qismətidi.
Bi dəfə də yenə yatmışdım. Təkəm evdə, gördüm ki, gəldilər həmin ocağ evdə, biri çağırdı, ürbəntdi çarşablı adamdı, qadındı, kişidi bilmirəm. Çağırdı Mir Cənnət!
Dedim:
– Bəli, dedi qızım, mən sənə söz deyirəm, apar çatdır yiyəsinə. Bəs sizin qonşuda Qulamhüseyn var. Biz də bilmirük, elə hamı Qulam deyir, sən demə adı Qulamhüseyn imiş. Dedim bizim qonşuda belə adam yoxdu. Dedi var, yoldaşının adı Ayidədi. Bəs onun evladı olacağ. Artığ 2 ay 18 gündü. O, sənin ayağıva gələcək. Özü gələcək. Nəsə mən ayıldım. Bir gun Ayidə gəldi paltar gətirdi sərməyə. Dedi, al bunu sər, dedim mən qəbul eləmirəm. Özün. Gəldi sərdi, yığdı, gedəndə nənəmə dedi ki, bəs, bibi, Cənnət mənə cavab qaytarıb. Nənəm dedi, səbəbsiz yerə olmaz. Çağırdı məni. Dedim ki, nənə, bəs belənçiy yuxu görmüşəm. And olsun Allaha nolbanol ayına, gününə qədər, düz idi. Ayidə məəttəl qaldı. Dedi, hə bəs doğurdan da belədi.
Ona hara deerdilər getmiirdi. Deyirdi mən ancağ bılara inanıram. Həmişə də gələrdi atam ona cibinnən xərjdig verərdi. Əmi, gəlmişəm xərjdiy ver. Mən sənin verdiylərünnən ancağ yeyirəm. Atam da ona demişdi ki, inşallah sənə Allahtala övlad payı verəcəy narahat olma. Elə də oldu. Sadəcə olarağ müddətü gözzə. Səbr elə, onun vaxtı var, qızım. O vaxt düz on səkkiz il çəhdi. Şükür ilahiyə hec kəsin həyatı boyu inanmadığı bir möcüzə oldu ki, onun evladı oldu. Bütün həkimlər də qarantiya vermişdi evladı olmiyacay, hər yerə də aparmışdılar. Həmin uşağın adı İlkindi, indi onun özünün dört dənə də uşağı var.
Ağam da insanı inandırmağı bacarırdı ki, istədigüə nail olacağsan. Onda o xüsusiyyət var idi.
İlannarın qeyb olması
Bi dəfə həyətə bir neçə dənə ilan gəlmişdi, daşdarın arasınnan çıxmışdı. Anam da məni orda gözətçi qoymuşdu ki, daşdarın arasınnan çıxıb uşağları vira bilər ilan. Hamısı başdarın çıxardıb baxır üzümüzə. Mən də hardasa 5-6-cı sinifdə oxuyuram. Durmuşam qoruyuram. Anam təşvişnən dedi, görən bı ilannar nətər olacağ? Ağam işdə, bı ilannarı neyniyək, elə bil üstümüzə atılmağ istiyir. Hansıki indi o ocağ olan yer var ha, bax orda. Hamımız bir-bir nöbeynən gəlib dururuğ. Anam çörəyin yedi mən durdum, sora belə-belə də. Bi də gördüy atam gəlir. Bu evimiz yarı tikilmişdi. Atamın gəlməyinə elə sevinnəm ki, gəlib bıları öldürəcəy. Gördüm atam gəldi həyətə girdi, ilannar onnan da yox oldu. Dedim:
– Ay dadaş, bırda ilan var idi.
Dedi:
– Ay qızım, orda ilan qalmaz.
Gəldi ayağın qoydu o daşın üstünə, mən bayağdan o daşın arasına baxıram ki, o ilan məni vıracağ. İndi həmin ilannar yoxa çıxdı. Dedim:
– Yox, ay ata, bırda ilan var idi.
Dedi:
– Qızım, sənə dedm axı, orda ilan qalmaz.
Daşı götürdüm itələdim çay daşları idi, bı tərəfə o tərəfə. Heş nə yoxdu. Nə ilanı gedən görmədim, nə də yuvasını. Qeybə çəkildi.
Bizim həyətə it sürüynən gəlib girərdi. Çağırarduğ dadaş, gəl həyətə it dolub, bizim həyət də həmişə açığ olub. Həyətə düşməginnən itdər yox olardı.
Mir Tağı Ağanın beytül-malı
Mən sürücü işdiyirdim, həmişə evdən çıxanda səhər-səhərlər namaza durardı ağam, Quranın altınnan keçirdərdi məni. Mənə atasının adını qoyub, ona görə mənə “ata” deyərdi. Bir gün bizim bı köhnə Alvadı kəndi var, ora tikinti matrialı gətirmişəm. Maşını boşaldmağ bir az vaxt çəkir də. Gəldim gördüm mağazada un satıllar. 80-ci illər idi o vaxt, biyaz un qıt idi. İki tay un aldım. Gəldim evə. Camaat da çox idi orda. Bı da bırda oturmışdı. Evdə də heç kim yox idi, tək oturmışdı. Quran oxuyurdu. Maşını saxladım, taksi idi, unnarı düşürtdüm. Hə nə isə oxudu qutardı, dedi:
– Dədə, nə almısan?
Dedim:
– Hec, un almişam.
Gəldi birinə köməy elədüy, qoyduğ içəri. İkincisinə dedi, yox dəymə qoy qalsın orda. Bildim ki, kiməsə verəcək, cünki bında belə şeylər olurdu. Bir də görsən gəlirdim mən, elə həyətdən deyirdi ki, əə, cıbündə nə var? Adam da oturub evdə gözdiyir də. Ona beytül-mal deyirdilər də. Verərdilər bı da üssün düzəldərdi, ya o qardaşımnan, ya mənnən pıl alardı düzəldərdi payliyardı. O adamlar hər ay gəlırdilər onun yanına.
Özü payliyardı adamlara. İndi məsəl beytül-mal veriblər bına bı qədərdi, cağırardı bizi ki, gəlün bı adamları yola salun. Bıların məsəl un, qənd almağa pılları yoxdu. Yəni imkansız adamlardı.
Nəsə saxladı orda məni, mən də maşını qoyub gəlmişəm orda. Bi dənə də balaca maşınımız var idi. Dedi:
– O unu götür qoy maşına. Bilirsən bınçın orda indi durub ağlıyan var. Dedi, rayonnan almısan?
Dedim:
– Yo Alvadıdan.
Dedi:
– Vay, vay, vay. Sizin üzüzzən elə ajdığ yağır.
Da səsimi də çıxarmadım. Qoyduğ maşına, sürdüy Alvadıya o mağazanın qabağına. Gördüy 2 dənə yaşdı qadındı satıcıynan mübahisə eliyillər ki, əşi, bı un siyahıynan gəlib. Sən niyə bizim unumuzu vermirsən. Əllərində də araba gətiriblər unu aparmağa, un da yox. Demək ağaya hissiyat gəlib ki, biz kiminsə malını yeyirük də. Dedi, düş aç bağacı. Qızım, gəlün bıra. Gotür qoy ora unu. Gotürüb qoydum unu arabıya. Hə gedün.
Dedi:
– Bə, əmi, bının pılı?
Dedi:
– Oon pılı catıb uje. Fırrandüğ çıxdüğ gəldüy.
Hə belə vəhlər çox olurdu.
Bi də görürsən yerinnən dururdu birdən, deyirdi gedirəm filankəs xəstədi, vəziyyəti pisdi. Məətəl qalırduğ özümüz də. Yəni bı hardan bildi bını.
Dostları ilə paylaş: |