ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ


Mənim qabağımda kiminsə qəddinin əyilməyini xoşlamıram



Yüklə 2,19 Mb.
səhifə25/40
tarix10.02.2018
ölçüsü2,19 Mb.
#42641
1   ...   21   22   23   24   25   26   27   28   ...   40

Mənim qabağımda kiminsə qəddinin əyilməyini xoşlamıram

Bi dəfə, bu Prişif deyirdüy də ordan bi qadın, hər yeri gəzib, ona deyiblər ki, xərçəng xəstəliyi var səndə – başunda. Yatıb yuxuda görüb atamı. Necə görüb, deer gördüm ki, tunel kimi yerdən keşdim, atamı aşkarda görmeyib aaa, sorağnan gəlib tapıb. Dedi ki, bırda Mir Tağı Ağanın evi buradır. De­dük, hə elə düz gəlmisən. Sorağlaşa, sorağlaşa gəlib çıxıb bu­ra. Gəldi başın-zadın adyalnan-zadnan bağlıyıb, xəstədi. Gəl­di çıxartduğ yuxarı, dedi, yox mən gördüyüm bıra döör. Bala­ca ev idi, köhnə, belə tunel kimi yerdən keşdim. Gətirdüy onu ordan keçirtdüy. Keşdi, dedi hə bıraydı. Oturdu evin divar­rarın öpür, ocağın başına pərvanədi də. Doymur də bı adam. Ağ­lıyır, amma sevinir. Deer, mənə bı kişini göstəriblər, dər­di­min dərmanı bırdadı. Atam da işdə idi. Bı qadın gözzədi. Nəsə çörəy-zad yedi elədi, sora anam xəbər verdi ki, atam gə­lir. Qadın dik durdu ayağa. Dedi ki, mən onun ayağların öpə­cəm. Dedilər ki, o razı olmaz. Dedi yox, sizi and verirəm Al­la­ha mənə dəymöun.

Gəldi çıxdı atam, bı yıxıldı ayağlarına. Atam dik durdu ayağa. Tutdu qolunnan qaldırdı ayağa. Dedi:

– Bacı, qalx!

Dedi:

– Yo, mən əhd eləmişəm. Dedi:



– Elə bil öpdün. Xayiş eliyirəm, elə şey eləmə. Mənim qabağımda kiminsə qəddinin əyilməyini xoşdamıram.

Qadın dedi, ağa, mənə yuxuda səni göstəriblər. Bəs be­lə. Anam ələmnən bi dənə yaylığ aşdı, nənəm rəhmətdiy atdı onun başına. Dedi ki, bı Əbəlfəz ələmidi hökmlidi, bı imam balasının evinnən sənə şəfa. Bağladı onun başına getdi. Siz inanin ki, o ölən bı ölən. O arvad indiyə qədər də yaşadı, cəmi iki ildi rəhmətə gedib.



Qızı qayıdan arvad

Bi dəfə də bir başqa qadın gəldi, onun qızının toyu ol­muşdu, amma qaytarmışdılar. Qızı bədbaxt eləmişdilər. Gəl­di ağlıya-ağlıya, Gülüstan bacımın yanına. Deeb, mən baş götü­rüb hara gedim, qızımın toyu da olub bədbəxt elədilər. Mən ağamı istiyirəm. Allah elə də ağlıyır ki. Mən onun qəbri üstə getmək istiyirəm. Gedib fırranıb atamın qəbri üstə. Ağlı­yır­mış, hamı baxıb ki, bı qızı zadı döör də yad adamdı. Deeb, ağa, gəlmişəm, məni bırdan nəümüd qaytarma. Mən sənnən əl çəkmərəm. Neçə saat orda ağlıyıb qəbir üstündə. Siz inanaın iki gün sora onun işi düzəldi, gəlib qızı apardılar.

* * *

Biri də vardı ki, çox kasıb adam idi, həmişə gələrdi, ağam ona pulsuz parasız qələm çalardı, özünə, balalarına. Ya­sin oxutduraradı, ərizə yazdırardı. Ümumiyyətlə, atam heç kəsdən təmənna ummazdı. Mollalar var də deyər ki, 5-10 manat ver yasin oxuyum. Mənim atam yox, yox, yox. Ömrün­də o gözdəməzdi ki, onun Quranının altına pul qoysunnar.


* * *

Allah rəhmət elısin ona. Bax həmişə prisyaqa olanda atamı çağırardılar, gedib xeyir-dua verərdi. Məktəblər başdı­yan­da, son zənglərdə onun xeyir duası mütləq olardı. O qədər gözəl danışığı var idi, natiq idi, natiq. O balaca vücudunun olmasına baxma, çox savaddı adam idi. Yaxşı yaddaşı var idi.



Mələklərin baş əyməsi

Bir dəfə bı qonşumuz var Naciyə, yatar yuxuda görər ki, iki dənə cavan oğlan qanadı var, mələkdi, uça-uça göydən gəldi, atama 3 dəfə baş əydi salam verdi. Yenə uçdu getdi. Əslində belə olub ki, həmin bu qadın bir şey üçün istehza eliyib. Kimsə başqa bir söz deyib bizim haqqımızda, bu arvad da “hə” deyib, axı bı evin, ocağın çarşablılarının sinə vırmağın sən görmüsən, bütün möcüzələrin çoxunu sən görmüsən bı evdə. Biz uşağ ol­muşuğ, sən axı yaşdı olmusan. Bax bı “hə” sözünə görə Allah­tala gecə salıb belə bir şeyi onun yuxusuna. Söhbət əsnasında qayıdıb bu qadın o adamlara deyib ki, mən bı gözümnən gör­müşəm, olub. Onun həmin gözü ölənə qədər də görmədi.


Ağanın yuxuda kömək etməsi

Bi gün dəlləyə getmişəm başımı qırxdırmağa, gördüm Tahir oturub orda. Bı durdu ayağa dedi, Möhsün, sən mənə niyə demirdün, ağa, sənin atondu. Dedim, əstafurulla mənim atamnan sənin nə işün var?

Dedi:

– Ə bilirsən nə olub?



Dedim:

– Yoo.


O vaxtı mal daşıyırdılar İrana, Rusiyaya. Deer, mən getdim Rusiyaya alverə. Getdim ora. Hansı mağazinə girdim, dedilər, mal yoxdu. İndi dilxor olmuşam ki, hamı da bilir mən da alverə gəlmişəm. Borc, xərc, filan, nəsə. Ə, mən necə qayıdacam rayona. 2-3 gündü girincəm hessad eliyə bilmi­rəm. Nəsə gecədi yatmışam. Deer, gecənin bi yarısı, yuxuda gordüm ki, bi kişi peyda oldu. Hələ ağanı da tanımır ha. Kişi deeb, oğul, niyə belə narahatsan. Deyib ki, ağa belə bi şey üçün gəlmişəm, hessad peşmançılığdı. Vaxt daralıb getməli­yəm, hec nə də iş alınmıyıb. Ağa deyib, oğul, heç narahat ol­ma, səhər gedərsən elə həmin mağazinnərə. Onun ətrafında da var. Oların hamısına mal verəcəylər. Deib, ay ağa, mən nə vaxt­dı gəzirəm deellər, mal yoxdu. Ağa deeb, a kişi, sənə de­yirəm gedərsən. Deer, durdum ayağa səhər, Allah, Məhəm­məd ya Əli deyib düzəldim yola.

Gəldim həmən mağazinnərə mal nə qədər. Dedilər, nə qədər istiyirsən götür, lap borca da, gələn dəfə verərsən. Deer, indi oturmuşam fikirrəşirəm. Bə o kişi kim idi, gecə mənim yuxuma girmişdi? Nəsə malı aldım, gətirdim, yerbəyer elədim filan. İndi bı hadisənin üstünnən bir neçə il kecər. Deer, təsa­düfən mən bıra girəndə, atonnan üzbəüz rastdaşdım. Aaa həmən adam, mən başdadım əsməyə. Dedi:

– Oğul, noolub?

Dedim:


– Heç, ağa, mən sizi yuxuda görmüşəm.

Deer əl atdım cibimə ki, bının bırasına pıl qoyum, deer, əlimi qaytardı. Bi nədi belə? Dedim:

– Ağa, sənə çatacağ.

Deyib:


– Yox ee nədi bı pıl?

Dedim:


– Sizin halal haqqıvızdı, nəzirdi, bəs hal-qəziyə belədi.

Danışıb bına olanı. Deyib hə belə de. Onda mən də ha­lalığ olsun deyə ölənnərüvə yasin oxuyaram. Deyir, kişi ge­dənnən sora dəlləydən soruşdum ki, ə Tapdığ bı kimdi? Deeb, ə, Möhsünü tanımırsan? Onun atasıdı Mir Tağı Ağa. Əəə mən neçə ildə heç bını görməmişəm.

Övladarınnan elə deməg olar ki, hamısına kecib seyid­dik. Məsəl ba o Mir Qabil qardaşıma bi şey vəhy kimi gəldi, mütləq olmalıdı.

Ağanın adını da elə nəvəsinə qoymuşuğ.




Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin