ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ


Hacı Mir Heydər Ağanın əyri ağzı düzəltməsi



Yüklə 2,19 Mb.
səhifə20/40
tarix10.02.2018
ölçüsü2,19 Mb.
#42641
1   ...   16   17   18   19   20   21   22   23   ...   40

Hacı Mir Heydər Ağanın əyri ağzı düzəltməsi

Atam özi Quran oxiyirdi, bəzi məsələ şərhləri bilirdi. Mənim yadıma gəlir ki, bi dənə qadın Biləsuvarın Əmənkən­din­nəndi, onun ağzı əyilmlşdi. Orda da bizim bi yaxın adam­la­rımızzan var idi, onu Bakıya aparıblar xəssəxaniyə. Həmən o adam deeb ki, dayı bizim orda bi dənə seyid var Mir Heydər Ağa aparginən onun ocağına, biz onda uşağduğ hələ. Nəsə gördüy bı qadın gəldi. Dedüy, yağın gəlib ziyarət eliyib ge­dəl­lər də. Dedi, yo, mən gedmiyəcəm, qalacam bırda, mənim ta bı ağzım düzələ gedəm. Ərinin də adı Bəşir idi. Dedi, Bə­şir, mən qallam. Əri də komunistin vaxtında işdiyirdi. Dedi, mən qala bilmiyəcəm axı. Arvad dedi:

– Sən get mən qalıram.

Nə isə o qadın qaldı olar getdilər. Üstünnən bi gün keşdi, o teşt olan evdə qalırdı qadın da. Teşt onun içində su var, camaat gəlir orda ziyarət elyir, kimyəli sudu da icir on­nan. Hə, bı qadın bi gün qaldi, utanırdı də yiyəndə su tökü­lürdü ağzınnan, yaşmağın çəkirdi yenə bi tikə daldalanırdı.

İkinci gündi. Rəhmətdik babam vardı, seyiddi özü də Mir Yaqub. Özü də ki, 41-ci ildə müharibədə iştirak eliyib. Uk­ray­nalı bi palkovnik düz 35-40 ildən sora gəlib tapmışdı onu. Ba­bam gəldi, otmışdı nahar yeyirdi ağam. Dedi, ağam, bilirsən nə var, mənə sən də dua elə, da bi ümid bilib bı qapını gəlib, Allah bına şəfa versin. Öz də bının yoldaşı, dedi ziyarət elədin gə gedəy, bı dedi yox e, mən qalacam bı belə bi əqi­dəynən gəlib. Ta düzələnə kimi mən bı seyidin cətdinə əqidə bağlamışam ki, bırda mən nicat tapacam. Nəsə üçüncü gün ax­şamı idi, yat­mış­dı bı qadın. Gördüy ağlamağ səsi gəlir, qorx­duğ dedüy, yağın bına bi şey zad olub. Durduğ ayağa gəl­düy, anam gəldi soruşdu nədi, nə işdi, a bala? Biz də gəldüy yığışduğ, dedi, yatmışdım, gordüm yuxu aləmində göy alə­min­dən bi şey gəldi içində də beş nəfər şəxs gəldi, oların ara­sında da bi dənə də qadın xeylağı var idi. İçinnən bi nurani şəxs düşdü, dedi o qadına ki, gəl bı qadına şafa ver, onun ağ­zına əlüyü çəkginən. Deer, o mənim ağzıma vırannan sora mən yuxuda diksindim oyandım, əlimi belə ağzıma apardım, gör­düm ağzım gəlıb yerinə.

Hə onnan üç gün sora gəldilər bını aparmağa, dedi ki, Bəşir, mən getmirəm, get bizim tayfa ki var ordan bi dənə də cöngə gətir bı qapıda kəsim ehsan verim, onnan sora gedim. Təbii bı 1-ci Allahın lutfüdı. Hər şey Allahın əlindədi. Amma o insannar ki, ümid bağlıyıllar, Allah da onlara nicat verir. Bu­lar mənim uşağlığda gördiyim idi. Amma bu günnəri oların o seyidlərin yolun elə saxlasoğ böyük şeydi. Biz olar ola bilmərüy axı. Atam rəhmətdik deyərdi ki, bəzi seyidlər ki var olar cətdinin yolunu saxlamasaydı, oların etiramı aradan ge­dər­di. Yəni büyünnəri Mir Həsən ağa, Mir Heydər ağa, Mir Məmməd ağa olsun, Bakıda, ya qeyri yerrərdə ki o seyidlər ki öz cəddinin etiramını saxlıyıblar, Allah olarin o əqidəsinə görə, imanına görə oları xəlq icərisində nümunə qərar verib.



Mir Heydər Ağa oğlan uşağı verir

Köhnə Alvadıdan Əmir kişi vardı, tütün zavodunun müdürü idi. Onun dossı var idi, onun oğul övladı olmaz. Əmir də ona deyər ki, bizim rayonda bi seyid vaar səni boyun alı­ram, sənə ki Allah bı qədər qız uşağı verib, bı səfər oğlan öv­ladın olsun səni aparacam Mir Heydər Ağanın ziyarətinə. Elə də oldu oğul övladı dunyaya gəldi. Gəldilər bıra Zaka­ta­la­dan. Əmir kişi dedi, bax bı seyiddi, mən səni bının cətdinə boyun almışam və sənə də oğluvun adını mən demişəm Əli qoy.

Bakıda indi də vergi nazirliyində işdiyir, biri var Allah canın sağ eləsin həmişə gedib gəlirdi atamın sağlığında da.

Ağa müşkülləri həll edir

Bi gun deer, bizim bi kətçi var onnan bi izdaniyədə olur ona deer ki, məəm biyaz işdərim dolaşığa düşüb. Deeb, ədə, bizdə bi seyid var Mir Heydər Ağa onun cətdinə boyun al, səən işdərin duzələcəy. Nə isə gedir, bi də gördüy ki, bi maşın gəldi səhər tezzən. Biz də tanımıruy. Salam əleyküm, əley­küm salam. Deer, Bakıdan gəlmişəm. Sizin bırda Mədət kişi var, onun oğlu biznən bi izdaniyədə qalır o deyib, mənim bi işim var düzəlib gəlmişəm. Deməy, atam rəhmətə gedəndə o bi başqa qardaşı var o da gəlmişdi onnan, atam rəhmətə ge­dən­də yatar, ağam onun yuxusuna girər. Bu qardaşına deyər ki, mən ağamı yuxuda gördum olara getməy issiyirəm. Qar­da­şı deyib, qal altı, ya da bazar gedərüy. Deeb, yo mən get­məliyəm. O həmin zaman gəldi, o günü atam rəhmətdiyin 7-si idi. Gəldi içəri girdi, dedi, ağa, nə işdi? Dedim ağa rəhmətə ge­dib. Dedi, sən Allah? Ağladı. And olsun onun cətdinə ax­şam yuxuma girib mən gəlmişəm. Qardaşım hətda dedi qal, 6-bazar güni gedərüy, dedim yox mən gedirəm.


Mir Heydər Ağa rusa yardım edir

Necə dəfələrnən insannar dalaşanda onu barışığa gət­miş­dilər. Ölüm də olsa idi, ağanın cətdinə xatir onu keçəcəy­dilər. Mən görmüşəm cavan oğlu ölüb, çox adamlar gedib deeb, mən keçmiyəcəm filan, ağayə eləsi var idi qabağdan de­yərdi gəlmə ha, sən gəlsön mən gərəy evimnən çıxam. Bizim bi adam var Xocavar kəndində idi, uzun muddət Rusiyada olur. Bi rus dossı var deer, dedim noolub? Dedi, bi problemim var. İşə düzəlməliyəm düzəlmir, helə bugün sabah. Deer, de­dim əəə, sluşay sən bını bizdə bi seyid var ona boyun al ona, iş düzələcəy. Nəisə bı şeylər Allahın əlindədi ha, sadəcə in­sa­nın əqidəsi Allahnan olanda niyyəti də qəbul olur. Bəli o ge­dir Allah səbəb salır o iş düzəlir. Deer, mən də Allaha dua eliyirəm ki, ay Allah, Mir Heydər Ağamın cətdi, məni bı ru­sun yaninda xar eləmə, bının niyyətini hasil elə. Deer, gördüm bı gəlir, əlin salır boynuma, dedim nə işdi? Dedi:

– Bı pılı da, rus rulu idi, o seyidə verərsən, Allah qismət eliyər bi dəfə gedib onu görərəm.

Mir Heydər Ağanın köməyi

Bi nəfər də vardı Köhnə Alvadıdan, o vaxtı sovetin vaxtında Rusiyaya işdiyiridi, deer otmuşuğ samalyotda, bi dəssə adam. Gördüy, ə, samalyot bi neçə dəfə fırrandı, ama düş­mədi. Deer, hardasa bi iyirmi nəfər Köhnə Alvadıdandı, sora orda dedilər ki, bəs təkər açılmır. Elə mını dedilər hamı düşdü çaxnaşmaya. Dedim, Ya Mir Heydər Ağanın cətdi, mənim aman, zaman bi dənə oğlum var, o da dədəsiz qal­masın, ya ağamın cətdi, özün bırda nicat ver xəlqi bırda qərq el­əmə. Deer, dedim, əlimi atdım öz pılımnan 10 manat qoy­dım bıra. Deer, bi də gördüm ordan dikdavat elədilər ki, bəs narahat olmeün təkərrər açıldı enirüy.

Bilirsüz bı mənim danışmağım yox, xəlqin danışmağıdı. Bu gün adi bi məclisə gedirüy deellər Mir Heydər Ağamın ruhuna bi salavat. O bizim ağamızdi ona bizim əqidəmiz var.


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin