D ədə Qorqud ● 2016


Şəkil dəyişdirmə, metamorfoza, forma dəyişdirmə, surət dəyişdirmə, don dəyişdirmə, libasdəyişmə, paltardəyişmə, dönüşmə, başqalaşma, dönərgəlik, maskalanma



Yüklə 2,43 Mb.
səhifə127/154
tarix01.01.2022
ölçüsü2,43 Mb.
#103364
1   ...   123   124   125   126   127   128   129   130   ...   154
Şəkil dəyişdirmə, metamorfoza, forma dəyişdirmə, surət dəyişdirmə, don dəyişdirmə, libasdəyişmə, paltardəyişmə, dönüşmə, başqalaşma, dönərgəlik, maskalanma kimi ifadə edilən bu dəyişmə, çevrilmə fərqli zamanlarda şifahi xalq ədəbiyyatının müxtəlif nümunələrində dəyişik formalarda özünü göstərmişdir.

Çevrilmə hər dövrdə, hər bir xalqın folklorunda mövcud olmuşdur. Azərbaycan folklorunda çevrilmənin istifadəsi çox əvvələrə, qədim dövrə gedib çıxır. Çevrilməyə həm şifahi xalq ədəbiyyatında, həm də yazılı ədəbiyyatda təsadüf edirik.

Çevrilmə bəzən metamorfoza termini ilə də ifadə olunur. V.V.İvanov yazır ki, “metamorfozlar – mifologiyada müəyyən varlıq, yaxud əşyaların başqalarına çev­rilməsidir (15, 147).

P.N.Boratav yazır ki, metamorfoza insanların, heyvanların, bitkilərin, cansız varlıqların öz xüsusiyyətlərini itirib birindən digərinə keçməsi; cansız varlığın canlanması, canlı varlığın cansız maddə halına keçməsi, dönüşməsidir (5, 62).

Metamorfoza dünya ədəbiyyatında da geniş şəkildə istifadə olunmuşdur. Metamorfoza sözü yunanca “meta” sonra, “morphe” şəkil, forma; fransız dilində me­tamorphose, ingilis dilində metamorphosis, alman dilində metamorphse şəklində isti­fadə olunur. Türkiyə türkcəsində “başqalaşmaq” mənasında istifadə olunur. Burada çevrilmə başqa bir varlığa dönmək, dəyişmək, fərqlilik qazanmaq, eləcə də forma dəyişmək, “istihalə etmək” mənasında işlənir (1, 2).

Dünya ədəbiyyatda metamorfozaya hər zaman, hər mərhələdə müraciət edil­mişdir. Avropa ədəbiyyatına məxsus folklor nümunələrində çevrilmə insanın qurda, kərtənkələyə, yarasaya, şahzadələrin qurbağaya çevrilməsi şəklində daha çox rast gəlinir. Azərbaycan ədəbiyyatında isə daha çox insan quşa, daşa, gülə, ağaca və başqa varlıqlara çevrilir ki, buna dissertasiyada daha ətraflı toxunacağıq.



Bəzən metamorfoza ilə reinkarnasiya eyniləşdirilir. Qeyd edək ki, bu anla­yışlar bir-birindən tamamilə fərqlənir. Hər ikisində insan zahirən bir bədəndən digə­rinə keçə bilir, başqa varlığa çevrilə bilir, amma qeyd edək ki, reinkarnasiyada ruhun keçdiyi bədəndən qurtuluşu ancaq və ancaq ölümlə olur. Metamorfozada isə belə bir hadisə olmur. Metamorfozada meydana gələn çevrilmə keçici olur, o, cismin əsl mahiyyəti dəyişmir. Həmçinin burada ölüm-doğum dönüşümü olmur. Reinkarnasiya başqa yaşa­ma keçmək, yenidən doğmaq mənasını verir. Ərəb dilində “tənasüx” kimi istifadə edi­lir. “Ruhun, bir bədəndən digər bir bədənə keçişini qəbul edən batil inan­ca tənasüx, ya da bu gün daha məşhur bilinən adıyla reinkarnasiya deyil­məkdədir. Bu inanca görə, bə­dən­lər ruhların qəlibləri kimidir; ruh, qəlibdən qəlibə, bədəndən bədənə köç etmək­dədir, insan ruhu, cəsədini tərk etdikdən sonra, quruda, havada, yaxud dənizdə yaşayan hər hansı bir heyvanın bədəninə girməkdə, oradan da başqa bir heyvanın bədəninə, sonra, təkrar digər bir insanınkına girərək varlığını davam etdirməkdədir” (11).

Bu xüsusda Əhməd Yaşar Ocağın da fikri diqqəti cəlb edir: “İlkin dövrlərdə in­sanların təsəvvürünə görə dünyada mövcud olan hər bir cisim, hər bir maddə mövcud bir gücün daşıyıcısı olmuşdur. Bu cisimlər fərqli görünsələr də, onların bəzi xüsusiy­yətləri arasında müəyyən bir oxşarlıq vardır. Bu oxşarlıqlar bəzən şəkil dəyişikliyinə də yol açır ki, bir cisim birdən çox görünüşdə meydana çıxır, insan, bitki və yaxud hey­van görünüşünə girə bilir. Ancaq bu dəyişiklik keçici olub, o cismin əsl ma­hiy­yətini dəyişdirmir. Dəyişmə sadəcə şəklən olur. Bu dəyişiklik üstün bir güc tərəfindən edilən yaxşılığa mükafat və ya pisliyə cavab olaraq meydana çıxır. (10, 154).

Çevrilmə motivi ilə bağlı folklor mətnləri və elmi ədəbiyyatlar üzərində apardığımız ilkin müşahidələr nəticəsində aşağıdakı elmi qənaətlərə gəlmişik.




Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin