D ədə Qorqud ● 2016


Çevrilmə – ilk növbədə folklor mətnlərinə xas olan motivdir



Yüklə 2,43 Mb.
səhifə128/154
tarix01.01.2022
ölçüsü2,43 Mb.
#103364
1   ...   124   125   126   127   128   129   130   131   ...   154
1. Çevrilmə – ilk növbədə folklor mətnlərinə xas olan motivdir:

Motiv, bildiyimiz kimi, həm yazılı ədəbiyyat, həm də folklor mətnləri üçün xa­rak­terik olan elementdir. Motiv süjeti təşkil edən ünsürlərdən biridir. Cümlə cümlə üzv­lərindən (sintaqmlardan) təşkil olunduğu kimi, süjet də motivlərdən təşkil olunur. A.Za­xarkin bədii ədəbiyyatda motiv haqqında yazır ki, o, motiv təhkiyənin ən kiçik mənalı komponentini, bədii əsər süjetinin ən sadə tərkib hissəsini bildirən termindir (14, 226).

Motiv folklor süjetləri üçün də xarakterikdir. Əslində, folklor süjetlərinin mahiyyəti elə onu təşkil edən motivlərlə müəyyənləşir.

Tədqiqatlardan məlum olur ki, motivin folklor süjetlərində funksiyaları ge­niş­dir. Ona görə də B.N.Putilov qeyd edir ki, motiv termini folklorşünaslıqda bir ne­çə mənada işlənir: “Bunlarda biri “süjetin toxumu”, “süjeti yaradan formul”dur (“ər öz arvadının toyunda”, “atanın oğulla vuruşması”, “ilanla vuruş” tiplərində olduğu kimi). Motiv bu mənada “süjet mövzusu” anlayışı ilə üst-üstə düşür və müasir araş­dırmalarda, haqlı olaraq, bu anlayışla əvəz olunur. İki digər məna isə istənilən folklor süjetinin mütləq elementi, folklor təhkiyəsinin tipik vahidi olan motiv ter­mininin müxtəlif səviyyələrinə aiddir. Motiv invariant səviyyəsində – stereotip, və­ziy­yətlərin, kolloziyaların, hadisələrin, hərəkətlərin, xarakteristikaların sxematik ümu­miləş­mə­sidir (məsələn, “möcüzəli doğuluş”, “silah əldə edilməsi”, “deyiklinin axtarışı”, “yu­xu-öncəgörmə”, “sehrli əşyaların alınması”, “bacı-qardaş inçesti”). Mo­tiv ayrı-ayrı mətn­lər səviyyəsində – stereotipin, sxemin gerçəkləşməsidir. Müasir elm­də motiv termininin bu iki səviyyəsini fərqləndirmək məqsədi ilə birinci səviyyə üçün “moti­fe­ma”, ikinci səviyyə üçün “allomotiv” terminləri təklif olunur (17, 83-84).

Göründüyü kimi, müəllifin bu qeydində “motiv” termininin üç mənası ilə üzləşirik:

Birincisi, motiv – süjetin mövzusudur;

İkincisi, motiv – sxem-ümumiləşmədir və “motiv”in bu məna səviyyəsi moti­fema adlanır;

Üçüncüsü, motiv – sxem-ümumiləşmənin konkret mətndəki təzahürüdür və “motiv”in bu məna səviyyəsi allomotiv adlanır.

Buradan belə bir nəticə çıxarmaq olur ki, çevrilmə motivi bütün mətnləri, va­riant­ları əhatə edən, ümumiləşdirən sxem kimi motifemadır. Bu motifema konkret mətn­lərdə fərqli şəkillərdə təzahür edir. Çevrilmə motivinin hər bir konkret təzahür şəkli allomotividir.



2. Çevrilmə – folklor mətnlərində personajların şəkildəyişməsi, yəni öz za­hi­­ri görkəmlərini dəyişməsi, bir varlıqdan başqa varlığa çevrilmələri, bir cild­dən başqa cildə düşmələri şəklində baş verir ki, bu da elmdə eyni zamanda me­ta­­morfoza adlanır.


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin