D ədə Qorqud ● 2016


Çevrilmə ­– eyni zamanda dönərgəlik, yəni obrazın öz ilkin şəklinə mü­vəq­qəti qayıtması kimi təzahür edir



Yüklə 2,43 Mb.
səhifə131/154
tarix01.01.2022
ölçüsü2,43 Mb.
#103364
1   ...   127   128   129   130   131   132   133   134   ...   154
5. Çevrilmə ­– eyni zamanda dönərgəlik, yəni obrazın öz ilkin şəklinə mü­vəq­qəti qayıtması kimi təzahür edir:

C.Bəydili (Məmmədov) yazır: “Dönərgəlik demonik varlıqların görünüşü və təbiətində özünü göstərməklə yanaşı, mifoloji strukturlu personajın öz cildini magik yolla dəyişdirməsi şəklində təzahür edir. Obrazın funksional səciyyəsində əsaslı yer tutan dönəlgəlik demonik təbiətli olmanın özündən gələn bir keyfiyyət kimi xtonik varlıqların başlıca əlaməti olub əslində onların ilkinliyi ilə bağlıdır. Dönərgəlik dün­yalar arasındakı sərhədə işarə edir. Demonik varlıqların – dönəlgələrin o biri dün­yada yaşadıqlarına, başqa yerdən olduqlarına inanılmışdır. Dönəlgə təbiətli varlıq­ların ən çox olduqları yer funksional pozulmanı rəmzləndirərək “köhnə”, “yarımçıq” kimi anlaşılan dəyirman, qalaça, qəbiristanlıq və s. kimi yerlərdir. Həmin diffuz zonalar həm dönəlgə varlıqların olduğu yer, həm də onlarla təmas yeri ola bilir. Məs., çay o biri dünyaya aparan yolda bir sərhəd olduğu kimi, həm də şər qüvvənin, xtonik demonun olduğu yer kimi çıxış edə bilir” (4, 109).



Elmi ədəbiyyatlarda göstərildiyi kimi, dönərgəlik bir obrazın müvəqqəti olaraq öz ilkin şəklinə, əslinə çevrilməsidir. S.Y.Neklyudov yazır: “Dönərgəlik – mifolo­giyada personajın öz görkəmini sehrli (magik) şəkildə dəyişməsidir. Əksəriyyət etibarilə, daha sonra qayıtmaq şərtilə ilkin (əsil) görkəminə müvəqqəti çevrilmədir” (16, 234).

Göründüyü kimi, dönərgəlik öz mahiyyəti etibarilə çevrilmədir. Lakin bunun digər formalardan fərqi ondan ibarətdir ki, burada obraz yeni bir obraza çevrilmir, əksinə, müvəqqəti olaraq əvvəlki şəklinə qayıdır, daha sonra yenə də sonrakı şəklinə dönüşür. Yəni bu obrazlar, əslində, şəklini dəyişmiş, bir şəkildən o biri şəklə keçmiş obrazlardır. Ancaq bu obrazlar hərdən müvəqqəti olaraq öz köhnə şəkillərinə qayıdırlar. Bu hala biz daha çox əfsanələrdə təsadüf edirik. Burada qurd-arvad, ilan-arvad obrazları var. Bunlar əvvəlcə qurd, yaxud ilan olmuş, daha sonra qadın şəklinə düşmüşlər. Lakin öz əvvəlki şəkilləri üçün darıxan bu obrazlar gecələr müvəqqəti olaraq qurda, yaxud ilana çevrilirlər. Bir əfasanə mətninə nəzər salaq:

“Bir kişi dostugilə gəlir. Çörəh yeyillər, içillər, axşam olur. Kişi durur getsin, dostu deyir ki, ə kişi, getmə, gecədi, bir şey olar. Kişi deyir ki, yox gedəcəm, at altımda, tüfəng belimdə, nədən qorxacam?

Dostunun arvadı bını eşidir. Demiyəsən, bı arvad bizdən yeylərdənimiş. Arvad durup çıxır eşiyə, donun dəyişip qurt donuna düşür. Durur kişinin yolu üstünə. Bın­nar tutaşır. Kişi görür ki, yox, bacarmayacax, birtəhər pıçaxnan bı adamcılın döşün­nən yaralayır. Adamcıl aradan çıxır. Kişi də ta gedəmmiyip qeyidir dostugilə, başına gələni danışır.

Bu dəmdə arvad gəlir. Kişi baxır ki, arvadın döşü yaralanıp. Məsələni annıyır. Qeyidip dostuna deyir ki, bə o adamcıl sənin arvadındı. Mən onu yaralamışam.

Dostu heş zad demir. Durup ev-eşiyi axtarır. Kərmə qalağında arvadın donunu tapır, yandırır. Arvad qışqırır, özünnən gedir. Əncax ta əli hara yetəcək. Donu yanannan sora adam adamçıllıxdan çıxır, adam olur” (9, 30-31).

Göründüyü kimi, bu əfsanənin süjetinin əsasında çevrilmə motivi durur. Ar­vadın əsli (ilkin halı) qurddur. O, zamanla qurda çevrilə bilir. Lakin donu yandı­rıldıqdan sonra daha qurd ola bilmir, birdəfəlik adam olaraq qalır. Qeyd edək ki, burada mövcud olan çevrilmə totemist, animist konsept olaraq da izah edilir. Bu məsələ ayrıca tədqiq olunacaqdır.

Bu motivə nağıllarda da təsadüf olunur. M.Kazımoğlu yazır: “Libas dəyişib başqalaşmanın ənənəvi süjetlərindən biri qurbağanın gözəl qıza çevrilməsi əhvalatını əks etdirir: Padşahın böyük oğlu vəzirin qızına, ortancıl oğlu vəkilin qızına alma at­dığı halda, kiçik oğlunun atdığı alma hər dəfəsində gedib bir qurbağaya dəyir. Kiçik qardaş “qismətdən qaçmaq olmaz” deyib qurbağa ilə evlənəsi olur. Və çox keçmir ki, qurbağa – gəlin möcüzələr göstərməyə başlayır – gəlinlər içində ən gözəl xalını o to­xutdurur, ən gözəl paltarı o tikdirir. Möcüzənin ən böyüyü geyinib-keçinib əri ilə bir­likdə padşah hüzuruna getmək lazım gələndə baş verir – qurbağa dönüb nazənin bir sənəm olur və öz gözəlliyi ilə həm ərini, həm qayınatasını, həm də qayınları və qa­yın arvadlarını mat qoyur. Sehrli don söhbəti nağılın məhz bu yerində oraya çıxır. Gözəl-göyçək arvadının təzədən qurbağaya dönməsini qətiyyən istəməyən kiçik qar­daş böyük qardaşlarının sözü ilə sehrli donu yandırmaq qərarına gəlir. Sehrli donun yan­dırılması kiçik qardaşın başına bəlalar gəlməsinə səbəb olur – qurbağa-gəlin qey­bə çəkilir, dəmir çarıq, dəmir əsa geyib dünyanı dolaşan, yeraltı dünyada qurba­ğa­lar səl­tənətinə gedib çıxan kiçik qardaş istəkli arvadına min bir əzab-əziyyətdən sonra qo­vuşa bilir (7, 5).

Göründüyü kimi, bu mətndə də süjetin əsasında çevrilmə motivi durur. Arvadın əsli (ilkin halı) qurbağadır. O da donu yandırıldıqdan sonra qurbağaya çevrilmək imkanını itirir və birdəfəlik adam olaraq qalır.

Məsələnin bu tərəfi çevrilmənin həm də kosmoqonik yaradılış hadisəsi olduğunu göstərir.


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin