D ədə Qorqud ● 2016



Yüklə 2,43 Mb.
səhifə139/154
tarix01.01.2022
ölçüsü2,43 Mb.
#103364
1   ...   135   136   137   138   139   140   141   142   ...   154
Mir Sədi Ağa ocağı

Mirlər kəndindəki Mirlər ocağı nəinki Qubadlı əhalisinin, hətta ətraf rayonların sakinlərinin də güclü inam yeri idi.

“Kəndimizdə Mirsədağa adında ağır bir seyid, ojax vardı. Qubatdının Mirrər kəndində. Ora ağzı əyri gedən düz gəlirdi. Hamı o qədər inanırdı ki, kimin nə ziyaratı vardı, ora gedirdi. Vax gəlir, sovet dövründə, bı represiya dövründə da, kişini tutullar. Gətirillər, Qubatdıdan qırx klometr aralı Zəngilan rayonunda Ankara stansyası varıydı. Ordan gedirdi qatarrar. Gətirillər qatara mindirəndə Mirsədağanı, qatar getmir. Hamı təəcüb eliyir. Düzəldə bilmillər. Axırda, qurban olduğum özü deyir ki, indi gedejeh qatar. O bı sözü deyənnən sora qatar tərpənir. O qədər kişinin ojağına hamıda inam vardı dana. Hamı şahit oldu ki, qatar getmədi (6,134).

Seyidin həbs olunması və onun aparıldığı minik vasitəsinin (bəzi mətnlərdə qatar, bəzilərində minik maşını) xarab olması Azərbaycanın bir çox bölgələrinin folklorunda yayılmış motivdir.

“Mirsədağanın, vax gəlir, oğlu olur. Kişi bilir ki, onun başına gətrilən oyun­nar­dan oğlunun da başına gətirejehlər. Oğluna deyir ki, get oxu, həkim ol. Əlində diplo­mun olsun, heş kəsin şəkki-şupəsi olmasın dana. Oğlu gəlir, oxuyur, olur həkim. Xəs­dələrə davası-dərmanı, nə verirdi, bilmirəm, ancağ özünün elə əliynən insannar şəfa tapırdılar. Vax gəlir, Mirməhəmmət həkim (Mirsədağanın oğlu – top.) gəlir Bakıya, Bakıdan qayıdanda Fizuli rayonunda qəzıya uğ­ru­yur. Yer-göy – hamı qan ağlıyırdı. Gətirillər onu Qubatdıya. İndi dəfn eləməh vaxdı gəlir. Hələ dəfn eləməmişdən də deyir o qəzaya uğradığı yerdə də bütün yerdə-göydə olan quşdar hamı qanat saxla­mışımış. Gətirillər Qubatdının Mirrər kəndinə – öz kəntdərinə, aparsınnar dəfn eləmə­yə. Kəndimizin də ortasınnan çay axırdı. And içirdilər, dəfn olunan dəyqada quşdar, dərə­lərdə, dağlarda olan heyvannar hamısı yığılıp gəlmişdi. Elə ki dəfn qutarıp, hamsı dağılıp gedipdi” (6, 138-139).

Topladığımız mətnlərdə haqqında danışdığımız ziyarətgahlar xəstələrin şəfa yeri, övladsız anaların ümid yeri, arzuların, niyyətlərin gerçəyə qovuşduğu yer olmaqla yanaşı, həm də xüsusi bacarıq sahiblərinə “vergi” verildiyi bir məkandır.

“Qurban olduğum Mirsədağagilin evində bir qohum qızı varıymış. Onun həyə­tində olurdu da. Görür ki, bir dənə ilan gəlir, ağzı da açıx. Nəysə da… Şəklə (sözü­gedən qızın adı Şəkildir – top.) deyip ki, get, bala, o ilanın boğazında sümüh var, onu çıxart. O da qorxup. Deyip ki, qorxma, get! Gedip çıxarıpdı sümüyü. İlan heş nə eləmiyipdi. Səssizcənə düzəlip yola çıxıp gedipdi. Onnan sora Allahtaala tərəfinnən ona vergi verilipdi. Mədədən sümüh, nə bilim, gözdən qılçıx çıxartmax”(6, 139).

Yuxarıdakı mətndə Dəmirçilər kəndinin sakini xüsusi bacarıq sahibi Şəkil xaladan bəhs olunur.

“Erməni-müsülman davasında Zeyvə erməniləri olupdu, əyənnən gələnnər dana. Deyiplər ki, gedib oranı dağıtmalısıız (yə’ni Mir Sədi ağanın ocağını – top.). O ermənilər də qəyidip ki, zad – Zeyvə erməniləri: – Onnan işimiz yoxdu, eliyəmmərih. O deyir belə, bı deyir belə… Deyillər ki, ala, sən özün get. (təklifi irəli sürən adama müraciət edirlər – top.). Qalxanda tank dalıqatda (arxasıüstdə – top.) belə çörülüpdü, o ikisi də ölüpdü – o afserrər (6, 139).

Mirlər ocağında Mir Sədi ağanın və oğlu Mir Məhəmməd ağanın məzarları yanında salın­mış ağaca da güclü inam var idi. Ziyarətə gələnlər müqəddəs ağac mode­linin təəssüratını yaradan bu ağacın budaqlarına parça qırıqları bağlayırdılar. Onlar ziyarət etməklə yanaşı, həm də dilək diləyir, onun uğurundan, müqəddəs­liyin­dən fay­dalan­maq məqsədi güdürdülər. Niyyətləri hasil olandan sonra yenə ziyarətə gələrdilər.

Bölgə əhalisinin həyatında müqəddəs elan olunmuş digər məkanlar kimi, ağacın da xüsu­si yerinin olduğu inkaredilməzdir.

Ağacın müqəddəsləşdirilməsi qədim türklərin inamlar sistemində mövcud olan ağac kultu ilə bağlıdır. Türk etnik ənənəsində ağacın başlanğıc mövqe tutduğu bizə məlumdur.

“...Bu düşüncəyə görə ilk insan doqquzbudaqlı bir ağacın altında yaradılmışdır. Türk mifologiyasına görə, “Övliya Ağac”, Tanrıya qovuşmanın yoludur. İnanışa görə, uca dağlar kimi bəzi müqəddəs ağacların baxışları da gözlə görülə bilməyəcək qədər göylərə yüksəlir ve göylərdə olduğu zənn edilən işıq dolu cənnət aləminə qovuşur. Cənnət isə Ulu Tanrının gözlə görülə bilən tərəfinə çevrilmişdir” (22).

“Qubadlıda Pir ağacı deyilən yer var, Şorbulaxdadı. Ağacın qanadı-zadı quruyub yerə düşürdü, ancaq onu aparıb evdə ojağa qoyup yandırmağ olmaz, günahdı. Ordan heş nəyi evə gətirməy olmaz. Eşitmişəm ki, guya keşmişdə orda işıx yanırmış. Mən görməmişəm, ama gejə orda yanan işığı görüplər. Əfsanədi da, dildən-dilə, nəsildən-nəslə keçip. Başqa yerdə də Pir ağa­cı varıdı, ollara toxummağ olmazdı, qırmağ olmazdı. Pir ağaclarının ziyarətinə getmirdih, ama olla­ra toxummağ olmazdı. Ziyarata İmamzadıya, Mirsədağagilin ojağına gedirdih” (15).



Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin