D ədə Qorqud ● 2016


Çevrilmə ­– mif-folklor mətnlərində trikster obrazlara məxsus davranış formalarından biridir



Yüklə 2,43 Mb.
səhifə130/154
tarix01.01.2022
ölçüsü2,43 Mb.
#103364
1   ...   126   127   128   129   130   131   132   133   ...   154
4. Çevrilmə ­– mif-folklor mətnlərində trikster obrazlara məxsus davranış formalarından biridir:

Əvvəlcə trikster obrazın kim olduğunu qısaca aydınlaşdıraq. Səfa Qarayev və Hikmət Quliyev yazırlar ki, “trikster bir çox hallarda əsas qəhrəmanın oyun­­baz əvəze­dicisi, əks üzü kimi anlaşılsa da, əslində, o, özü­nü həm də bir obrazın daxilindəki ziddiyyətlərdə, təsdiq və inkaredici kontekstlərdə büruzə verir” (8, 17).

Alimlərin bu fikrindən trikster obrazının iki cəhəti aydın olur:

Birincisi, trikster əsas qəhrəmanın oyun­­baz əvəze­dicisi, əks üzüdür. Yəni bir mətndə əsas qəhrəmanla yanaşı, onun xarakterinin əksi olan obraz da olur.

İkincisi, trikster eyni zamanda vahid bir obrazın bir-birinə əks olan üzlərindən biridir. Yəni folklor qəhrəmanı xarakter etibarilə iki əks üzə malik ola bilir. Bunu das­tanlarımızda daha aydın müşahidə etmək olur. Məsələn, biz Koroğlunu əlində qılınc düşmənlə üzbəüz durub vuruşan qəhərəman kimi təsəvvür edirik. Ancaq “Koroğlu” dastanının bəzi variantlarında Koroğlu eyni zamanda hiyləgər obraz kimi də təzahür edir. Bu isə onun qəhrəman xarakterinin mərdlik, alicənablıq, qorxmazlıq kimi key­fiyyətləri ilə ziddiyyət təşkil edir. Yaxud Molla Nəsrəddin müdrik, alicənab olduğu qədər, həm də hiyləgər, kələkbazdır.

Beləliklə, trikster obraz iki cür olur. Bunun birincisi odur ki, trikster əsas qəh­rəmana tam ziddiyyət təşkil edən, əsas qəhrəmanın əksi olan müstəqil obrazdır. İkincisi odur ki, trikster vahid bir obrazın müsbət xarakterinin mənfi tərəfidir.

P.Radin yazır ki, trikster Amerika hindularının mifo­lo­gi­ya­­­sının və mümkündür ki, bütün mifologiyaların ən qədim ob­­razıdır (18, 233-234).

Maraqlıdır ki, triksterlik çevrilmə hadisəsi ilə sıx bağlıdır. Axı deyildi ki, trikster həm də bir qəhrəmanın fərqli üzüdür. Bu halda trikster obraz bir haldan başqasına düşmək üçün çevrilmə üsulundan istifadə edir. K.Q.Yunq yazır ki, hiyləgər oyunlara və ziyankar hərəkətlərə məhəbbət, cildi dəyişmək qabiliyyəti, ikili (yarı hey­­van, yarı ilahi) təbiət, hər cür əzab-əziyyətə meyillilik triks­ter­lərə xas keyfiyyətlərdir (21, 338 ).

Triksterlərin çevrilmə ilə bağlı olduğunu K.Levi-Stros da təsdiq etmişdir. O, mifik quşlar olan Quzğun, Koyot obrazlarını triksterlər kimi təhlil edərək yazır: “Triksterlər özü­nə­məxsus marginal-mediator xarakterə malikdir: onlar leş ye­yə­rək həyatla ölüm arasında mediasiyanı həyata keçirirlər (20, 5).

Triksterlərin şamanlar kimi o biri dünya – xaosla bağlılığını ayrıca tədqiq etmiş Y.Çernyavskaya çevrilmə, dönərgəliyin onlara xas dörd əsas keyfiyyətdən biri olduğunu qeyd etmişdir: uşaqlıq, am­bivalentlik, gülüş başlanğıcı, dönərgəlik (20, 3).


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin