D ədə Qorqud ● 2016



Yüklə 2,43 Mb.
səhifə59/154
tarix01.01.2022
ölçüsü2,43 Mb.
#103364
1   ...   55   56   57   58   59   60   61   62   ...   154
Umay və kut-İnsan həyatının ana bətnindəki dövründən onun səma ilahəsi Umay­la əlaqəsi yaranır. İnsanın dünyaya gəlişinin, həyatının ilk əlaməti nəfəs-tın sayılır. İnsanın tını üzülənə, yəni nəfəsi kəsilənə qədər aylı-günlü yer üzündə yaşaması mərhələsi başlayır. Uşaq dil açıb danışana qədər onun səma ilə əlaqəsinin daha çox olduğu düşünülür. Bu dövr ərzində o, adı qədim türk yazılı abidələrində çəkilən Umay ananın qorumasında, nəzarəti altında olur. Körpə yuxuda Umayla söhbət edir, Umay onunla oynayanda yuxuda gülür, gedəndə ağlayır. Uşaq ətrafdakı insanlarla sərbəst danışmağa başlayanda isə Umayla əlaqəsi kəsilir. Şimali altaylılarda və baçat teleutlarında, saqaylar, kaçinlər, beltirlərdə uşaq böyüyüb dil açıb danışana qədər onun kutunu umay adlandırırdılar. Bu əvəzlənmə uşağın kutunu oğurlamaq istəyən bəd ruhları çaşdırmaq, uşağın kutunu onlardan qorumaq məqsədi daşıyırdı. Uşağın kutu yer üzünə enəndə o, zəif və köməksiz olur. Ona görə, Umay ana səmadan onu ana bətnindən başlayaraq, qorumaq üçün enir. Yoxsa, bəd ruhlar uşağı tələf edər (artıqan bala). Kumandinlilər inanırdılar ki, qadın hamilə olanda Umay onun bətninə uşaqla birlikdə yerləşir və ana bətnində uşağı özünə çəkən bəd ruhlarla (azalarla) mübarizə apa­ra­raq, uşağın doğulmasına köməklik edir. Ağır və uzun çəkən doğuşları belə izah edirdilər. Umay göbək bağını da kəsməyə köməklik edir. Umay nəinki, körpəni qoruyur, hətta onun üzünü yuyur, kipriklərini darayır, körpəni əyləndirir, onunla oyna­yırdı. Körpə yuxuda olanda onu güldürürdü. Azərbaycanda indi də körpə yuxuda güləndə onu mələklər güldürür deyirlər. Katuni çayının sağ sahillərində yaşayan altaylılarda və Dağlıq Altay teleutlarında uşağın altı ayı tamam olanda qam çağırırdılar ki, Umay-ene şərəfinə qamlıq etsin. Mərasimdə bir buzovu qurban kəsərək Umaydan körpəni qorumasını və qayğısına qalmasını diləyirdilər. Körpənin beşiyinə isə Umayın körpəyə hücum etməyə cəhd edən bəd ruhları öldürdüyü silahını simvolizə edən kiçik ox və yay modeli asırdılar. Sonra bu (talisman, amulet) həmayilə süd və çay çiləyirdilər. Bu ritual Balanı Umay ana kastarın çaçılqı adlanırdı və Umay ananın qaşlarını çatması uşağın xeyrinə hesab edilirdi. Uşağın Umayın qoruması altında olması o, paskan bala olana qədər, yəni 5-6 yaşına çatana qədər davam edirdi. Uşaq paskan bala olub, Umay-ene ilə əlaqəsi kəsiləndə, yeni dövrə qədəm qoyduğu zaman Şimali teleutlarda valideynin istəyi ilə Ülgənə və ya körpəyə kut göndərən digər ilahilərin şərəfinə qurban kəsilir, şaman qamlıq edirdi. Bu zamandan etibarən uşağın kutu umay adlanmırdı. Bu inanclar təkcə Altay-sayan xalqları üçün deyil, həm də Sibir xalqlarına da şamil edilir. Buryatlarda belə bir inanc qorunub saxlanır ki, körpələri Zayaşi ilahisi verir. O, 5 yaşa qədər körpələri qoruyub qayğısına qalırdı, çimizdirir, əyləndirirdi. Böyüklərə körpə uşaqların paltarlarını kəsmək, murdarlamaq, körpəni söymək, danlamaq olmazdı. Evenklər (oraçenlər) belə hesab edirdilər ki, uşağın ruhu o, sərbəst danışandan sonra formalaşır (7, 38). Uşaqla birlikdə onun bədəni ilə sıx əlaqədə olan kutu da böyüyürdü. İnsan öləndə onun kutu bədəni tərk edib Tanrıya qayıdırdı. Şimali teleutlar və şorlar da ehtimal edirdilər ki, insan öləndə kut onu göndərən ilahiyə qayıdır. Digər fikrə görəsə, yeraltı dünyaya –ölülər dünyasına gedir.

İnsanın ruhunun əsas əlamətləri kutdadır. Kut insanın əsas və başlıca və yeganə ruhudur. Yula da kutla bağlıdır.




Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin