D ədə Qorqud ● 2016



Yüklə 2,43 Mb.
səhifə67/154
tarix01.01.2022
ölçüsü2,43 Mb.
#103364
1   ...   63   64   65   66   67   68   69   70   ...   154
Çapa tövsiyə edən: Fil.ü.e.d. Ramazan Qafarlı

Ləman VAQİFQIZI (SÜLEYMANOVA)

F ilologiya üzrə fəlsəfə doktoru, dosent

AMEA Folklor İnstitutunun

Dədə Qorqud” şöbəsinin aparıcı elmi işçisi



e-mail: lemansuleymanova@rambler.ru
BAYATI ŞƏKLİNDƏ DEYİLƏN LAYLALAR
Xülasə

Ümumtürk folklorunun tərkib hissəsi olan laylalar vaxtilə Azərbaycan folklorunda da geniş ya­yılmışdır. Uşaqların öz kökünə bağlı şəkildə böyüməsində laylalar olduqca önəmli yerə sahibdir. Azər­baycan laylaları müxtəlif şəkillərdə deyilsə də, bir qismi də bayatı formasında olmuşdur. O cüm­lə­dən, uşaq folklorunun janrlarından olan əzizləmə və oxşamaların da bir qismi bayatı formasında de­yilir.

Laylaların bir qismi funksional baxımdan dəyişilir, bəzi laylaları həm də oxşama, əzizləmə kimi demək mümkündür. Bəzən də bu proses tərsinə inkişaf edir. Yəni əzizləmə və oxşamaların bir qismi yerinə görə, həm də layla kimi söylənir.

Bayatı formasında deyilən laylaların simvolikası da maraq doğurur.

Bölgələrimizdə sicilləmə formasında deyilən laylalarla, həmçinin az sayda da olsa, süjetli laylalarla da üzləşdik.

Bəzi bölgələrimizdə beşik başında hətta layla əvəzinə dini zikrlərin də oxunmasının şahidi olduq.

Laylalarda söyləyicilər çox zaman öz şəxsi talelərini dilə gətirirlər. Bu üzdən bir çox laylalarda kədər, nisgil duyulur, hətta bir qisim laylalarda vətən, yurd həsrəti ilə də üzləşmək mümkündür. Bu tip laylalara daha çox erməni təcavüzü nəticəsində Qərbi Azərbaycan, Dağlıq Qara­bağ və ətraf rayonlarımızdan didərgin düşmüş insanların repertuarında rast gəlirdik.

Bununla yanaşı, bəzi laylalarda yumor da sezmək mümkündür. Adətən, bu cür laylaları daha çox baməzə qadınların dilindən eşidirdik.

Layla yalnız beşik başında oxunan nəğmə deyil. Eyni zamanda yas məclislərində layla ilə qarşılaşırıq. Bu, beşik başında oxunan nəğmələrdən bir qədər fərqlənir. Ölünü o biri dünyaya yola salan məclis iştirakçıları söylədikləri ağıların sonluğunu çox zaman laylay sözü ilə bitirirlər. Bu həm sinkretik paralelizm formasında söylənilən, həm də bayatı formasında deyilən ağılara aiddir.

Layla daha çox qadınlar tərəfindən söylənilsə də, hərdənbir lay­la de­yən kişi söyləyicilərlə də rastlaşdıq, ancaq onu da qeyd edək ki, onların reper­tuarı qadın söyləyicilərlə müqayi­sədə çox kasıbdır. Ötən əsrin 70-80-ci illərinə qədər Azərbaycanda beşik başında layla deməyən ana, nənə tapmaq, bəlkə də, mümkün deyildi. Çox təəssüf ki, müasir dövrümüzdə layla söyləməyi bacaran qadınların sayı sürətlə azalmaqdadır.


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin