Mənbələrdə heyvanların da ölüm xəbərçisi kimi iştirak etdiyini görürük:
Şərqi Raydinq və Yorkşir əyalətlərində yaşayan insanların inancına görə isə kimin həyətində gecəyarısı xoruz banlasa, bu ölümün əlaməti sayılırdı (1, 326).
İst-Kilbrayd qraflığında belə bir inanc var idi ki, xoruz kimi banlayan toyuq mütləq kəsilməlidir. Çünki, bu, ölümün əlamətidir (1, 222). Onların inancına görə, itin ulaması da ölümə işarə edir.
Başqa bir inanca görə, ailə üzvlərindən biri öləndə, mütləq bal arılarına xəbər vermək lazımdır, yoxsa bal arıları uçub gedər, ya da həlak olar, nəticədə, evin bərəkəti qaçar.
Arıların ölüm xəbərçisi olması ilə bağlı başqa bir inanca görə, arılar yaşıl yarpaqlı ağacın solmuş budağına qonsa, o ağacın sahibi olan ailənin üzvlərindən biri öləcək.
İst-Kilbrayd qraflığında quşların ölüm xəbərçisi olduğunu ifadə edən bu inanclar da geniş yayılmışdır: yerli əhali belə hesab edirdi ki, kim birəbitdən quşunu öldürsə, tezliklə onun ailə üzvlərindən biri öləcək (1, 251).
Başqa bir inanca görə, tək sağsağan evin ətrafında səs salaraq uçsa, bu, həmin evdə yaşayan insanlardan birinin öləcəyinə işarədir (1, 431).
Sağsağanla bağlı bu inanclar da var, belə ki, kilsəyə gedən şəxsin qarşısına uçan sağsağan çıxsa, bu həmin adamın tezliklə öləcəyini göstərir (8, 113).
Əgər kilsənin mehrabına quş qonsa, bir həftə ərzində ölüm hadisəsi baş verəcək.
Əgər kilsəyə birəbitdən quşu daxil olsa, səs çıxarsa, o zaman kilsədə olan insanlardan biri vəfat edəcək.
Uelsdə yaşayan insanlar arasında geniş yayılan inanca görə, emalatxanaya köstəbək gələrsə, il ərzində emalatxananın sahibi vəfat edəcək (6, 98).
XVII əsrədək Şotlandiya və Şimali İngiltərədə yaşayan insanlar arasında “dəfn çörəyi” ilə bağlı inanclar geniş yayılmışdır. Belə ki, yas mərasimlərində “dəfn çörəyi” gələn qonaqlara, ehtiyacı olan kasıblara verilərdi. Bu çörək bişirilərkən xəmirə darçın, qoz, şəkər və quru üzüm əlavə olunardı. Yas mərasimlərində insanlara təqdim olunan çörək “Arval Bread” və ya “Arval Cake” adlanırdı (3, 115).
Adətən dəfn mərasimlərindən sonra dəfndə iştirak edən insanlara yemək verilirdi. Bəzi mənbələrdə qeyd olunur ki, yas mərasimlərində kasıb təbəqədən olan şəxslərə pendir və çörək, keşiş və zənginlərə qaxac edilmiş quzu, donuz əti, qızardılmış mal, ya da toyuq əti verilirdi. Bəzi bölgələrdə isə keşişlərə və digər hörmətli şəxslərə bişirilmiş öküz başı, ya da qaynadılmış ət verilirdi (2, 57).
Yekun olaraq onu söyləyə bilərik ki, Böyük Britaniya xalqlarının folklorunda yas mərasimi önəmli yer tutur. Bu adət-ənənə və inancların bir qismi öz aktuallığını itirmiş, bir qismi isə forma və məzmununu dəyişdirərək bu gün də davam edir. Yas mərasimlərində icra olunan ritualların elmi araşdırılması ingilis xalqının dünyagörüşünü öyrənmək baxımından mühüm əhəmiyyət kəsb edir.
ƏDƏBİYYAT
1. Энциклопедия суеверий, Локид-Миф, Москва, 1995, стр. 557.
2. Christopher Daniell, Death and burial in Medieval England (1066-1550), New York, 1997, 242 p.
3. Edward Muir, Ritual in Early Modern Europe, second edition, Cambridge, 2005, 320 p.
4. Aspects of British Calendar customs, edited by Theresa Buckland and Juliette Wood, Sheffield Academic Press, 1993, 188 p.
5. Никитина С.Е., Устная народная культура и языковые сознание, Москва, 1993, с. 14-15.
6. Rees, Alwyn & Brinley, Celtic Heritage: Ancient Tradition in Ireland and Wales, New York, 1961, 280 p.
7. T. Pratchett, J.Simpson, The folklore of discworld: legends, myths and customs from the discworld with helpful hints from planet Earth, London, Corgi Books, 2009, 504 p.
8. Самые удивительные обычаи и традиции народов мира [Текст] /Т. П. Поленова, Ростов-на-Дону, Феникс, 2011, 253 ст.
Dostları ilə paylaş: |