D ədə Qorqud ● 2016


Çevrilmə ­– şaman (qam-şaman, dərviş) praktikasında mediasiya, yəni bir məkandan (dünyadan) o birisinə keçmək üçün şəkildəyişmə aktıdır



Yüklə 2,43 Mb.
səhifə129/154
tarix01.01.2022
ölçüsü2,43 Mb.
#103364
1   ...   125   126   127   128   129   130   131   132   ...   154
3. Çevrilmə ­– şaman (qam-şaman, dərviş) praktikasında mediasiya, yəni bir məkandan (dünyadan) o birisinə keçmək üçün şəkildəyişmə aktıdır:

Bildiyimiz kimi, şamanlar o biri dünyalarla əlaqəyə girə bilən varlıqlardır. Bu əla­­qə mediasiya adlanır. Ona görə də şamanlar medumlar, meditorlar hesab olunurlar. On­­lar mediasiya vasitəsi ilə göyə – tanrıların dünyasına, yaxud yeraltına – ölülərin dün­­ya­sına gedə bilirlər. Göyə gedən şamanlar – ağ şamanlar, yeraltına gedən şa­man­lar – qara şamanlar adlanırlar.

Yer altına, yəni ölülər dünyasına (xaos dünyasına) gedən şaman tanınmamaq üçün hökmən görkəmini, cildini, şəklini dəyişməli idi. Çünki şaman ölülər dünyasına xəs­tələnmiş insanın ruhunu tapıb yenidən xəstənin özünə qaytarmaq üçün gedir. Əgər ölülər dünyasının sakinləri, yaxud qoruyucuları onun ölü yox, diri olduğunu bilsələr, onun özünü tutub burada saxlaya bilərlər. Odur ki, şaman cildini, görkəmini, şəklini dəyişib, özünü xaos dünyasının sakinlərinə oxşatmalıdır.. S.Rzasoy yazır ki, xaos ölülər dünya­sıdır. Bura ölmədən gəl­mək müm­kün deyildir. Xaosa diri statu­sunda adlayan şa­man/qəh­rə­manlar ri­­tual ölümlə, cilddəyişmə/çevrilmə ilə bu dün­yaya adlayırlar (12, 360).

M.Kazımoğlu yazır ki, özünü gizlədib başqa dona girməyin ən arxaik mənası qəhrəmanın dəyişib o dünya sakinlərinin görkəminə uyğun bir görkəm alması inamı ilə bağlıdır. O dünya sərhədinə çatan qəhrəman o dünyanın eybəcər sakinlərinin görkəmini qəbul edir ki, təhlükədən qoruna bilsin. Zahiri görünüşün, o cümlədən geyimin magik gücünə inam xalq arasında bu gün də yaşamaqdadır (7, 11).

Müəllifin bu yanaşmasından məlum olur ki, çevrilmə arxaik mifik-magik, ritual-mifoloji görüşlərlə bağlıdır. R.Kamal (Rəsulov) çevrilməni “Kitabi-Dədə Qorqud” dastanının nümunəsində qədim mif və rituallarla əlaqələndirir. O yazır: “Oğuz epik abidəsi “Kitabi-Dədə Qorqud” eposundakı folklor-ritual çevrilmələri çevrilmənin özünəməxsus zaman və janr indikatoru kimi çıxış edə bilir. Eposun poe­tikasında çevrilmənin bütün mərhələ və səviyyələrinin təzahürlərini aşkarlamaq olur. Çevrilmə (metamorfoza) folklor düşüncəsinin universal kateqoriyasıdır. Personajlarla bağlı baş verən çevrilmələr eposunun arxaik təbiətindən xəbər verir. “Dədə Qorqud” poetika­sının bu xüsusiyyəti, haqlı olaraq, dastanın mif-ritual qaynaqları ilə izah olu­nur (19).

Çevrilmənin şaman praktikası ilə bağlılığı da onun ritual-mifoloji köklərinə işarə edir.




Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin