D ədə Qorqud ● 2016



Yüklə 2,43 Mb.
səhifə126/154
tarix01.01.2022
ölçüsü2,43 Mb.
#103364
1   ...   122   123   124   125   126   127   128   129   ...   154
Məsələnin qoyuluşu: İnsanlar ta qədim zamanlardan ətraf aləmdə baş verən təbiət hadisələrinə biganə qalmamışlar. Onlar gördükləri, müşahidə etdikləri təbiət hadisələrini öz dünyagörüşlərinə uyğun şəkildə yeni formada təqdim etmişlər. Tə­biət­də yaşayan heyvanların, bitkilərin, eləcə də digər təbiət hadisələrinin müxtəlif mərhələlərdə düşdükləri şəraitə uyğunlaşmaları və nəticədə meydana çıxan yeni görkəmləri, keçirdikləri dəyişim mərhələsi təbiətin zəruri hadisələri hesab olunur. Bu mərhələdə meydana çıxan dəyişikliklər insanların diqqətini çəkmiş və onların təsəv­vürlərində öznəməxsus formada canlanmış, həyatlarında yeri gəldikcə əks olunmuş­dur. Daha da təkmilləşdirilərək şifahi xalq nümunələrində müxtəlif don geydirilərək yenidən canlandırılmışdır. Daha sonralar dinləyici diqqətini cəlb etmək üçün bir motiv olaraq istifadə edilən bu dəyişim, çevrilmə həyatın, elmin bir çox sahələrində yenidən meydana çıxmışdır.

İşin məqsədi: Tədqiqatın aparılmasında əsas məqsəd “Azərbaycan folklorunda çevrilmə motivi” probleminin ümumnəzəri əsaslarının araşdırılmasıdır.
Ümumiyyətlə, folklor nümunələrində rastlaşdığımız bütün dəyişmələri birbaşa çevrilmə motivi adlandırmaq da düzgün deyildir. Çevrilmə motivi geniş anlayış olub, incə məna çalarlarına görə fərqlənir. Çevrilmə insanın şüuru altından və şüurunun yaradıcı gücündən meydana çıxan arzuların ifadəsi, xəyal gücünün məhsuludur. Çevrilmə motivinin olduğu nümunələrdə çevrilmə prosesi folklor nümunəsinin məqsədi ilə bağlı olub, fikri daha maraqlı, fərqli formada çatdırmağa kömək edir.

L.Vinoqradova yazır ki, çevrilmə – canlı varlığın, yaxud əşyanın öz cildini, zahiri görkəmini, ipostasını dəyişmə qabiliyyəti, başqa sözlə, digər bir varlığa, bitkiyə, əşyaya, daşa və s. çevrilmə imkanı haqqında xalq inamlarının əks olunduğu folklor motividir (13, 67).



V.Propp mediasiya zamanı çevrilməni ruhun çevrilməsi, S.Neklyudov isə hər hansı çevrilməni ruhun müxtəlif varlıqlarda əks eləməsi şəklində izah etmişdir. Dö­nəl­gəlik və ya don dəyişdirmə epik mətnlərin dilində təfsilata varmağa gərək qal­ma­dığı yerlərdə sadəcə “oldu” (məs., “...quş olub...”) sözü ilə də ifadə oluna bilir. Be­ləliklə, ənənəvi folklor bədii təfəkkürünün komponenti kimi dönəlgəlik motivi öz qay­nağı etibarilə mifoloji düşüncədən gələn bir sıra əski görüş və təsəvvürlərlə bağlıdır (4,111)


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin