S.Rzasoy teorisində ideyanın qoyuluşu
məqamına baxış
Dünya mifoloji sistemində butavermə, şəkildəyişmə və eləcə də məkandəyişmə, bu dünya və axirət semantemi yetərincə işlənmiş mövzudur.
Mif dövrü məkandəyişmə xaos-kosmos münasibətləri müstəvisində təhlil edilirsə, daha sonra inisasiya – ölüb-dirilmə aktı prosesi filoloji mətn predmeti kimi ortama gəlir.
Bu tipli motiv və süjetlər filoloji fikri uzun illər, daha doğrusu, yüz illər məşğul etmişdir. Bəs nəticə, elmi sonuç olaraq hansı bəşəri mənaya imza atılmışdır?
Min illərin o tərəfində qalan mif və onun mahiyyəti insanlıq tarixinin nə qədər boş “vadilərdə” dolaşıb sərgərdan qaldığını göstərir. Ancaq mifik dünyagörüşünü incələyib, onu dərk edib, bəşər övladı üçün məchul olan paganik “vahimə”ləri aydınlaşdıranlar elmi cəmiyyətə təqdim edən alimlərdir. Seyfəddin Rzasoy şöbəsində təşkil etdiyi lektoriyalarda uzun illər davam edən “mif” mifini dağıtdı. Diskussiyalarda mifik zamanın və mifik məkanın ən sadə modulunu hipotetik məcraya yönəldə bildi. Oxuyub öyrəndiklərinə Allahın (c.c.) bəxş etdiyi hikmətlə süslənmiş münasibəti elmi ictimaiyyət üçün yeni parafraz oldu.
Oğuz, Dədə Qorqud, Koroğlu, Keçəl Həmzə, Nigar xanım (ümumiyyətlə, xanım semantemini), aşıqlıq, fani və baqi semantemlərini çağdaş folklorşünaslığın fəlsəfi spektrində proyeksiyalandırdı. Mən onun kitabından sitatlar gətirməyəcəm, lakin hər sətri milli folklorşünaslıq elmi üçün dəyər kəsb edən bu əsərə münasibət bildirərək bu əsərdən doğan əsəri ortama gətirəcəm.
Dostları ilə paylaş: |