D ədə Qorqud ● 2017


S.Rzasoy: alim və şəxsiyyət



Yüklə 2,56 Mb.
səhifə166/184
tarix01.01.2022
ölçüsü2,56 Mb.
#102842
növüXülasə
1   ...   162   163   164   165   166   167   168   169   ...   184
S.Rzasoy: alim və şəxsiyyət
Yuxarıda “alim və şəxsiyyət” mövzusuna işarə etdim. Belə bir el məsəli var: “Alim olmaq asandır, adam olmaq çətin”. Çox düşündürücü, dərin qatlara işləyən bir deyimdir. Deməli, həyatda hər şey qazanılır, ancaq insanlıq genetik hadisədir. İnsanlıq, adamlıq qazanılan deyil, o, Allahın (c.c.) lütfüdür. Ona görə də “alimi-biəməl” heç vaxt millət, vətən və cəmiyyət qarşısında hörmət sahibi ola bilməyib.

Əməli və elmi ilə cəmiyyətdə özünə güvənc qazanmış bir alim haqqında düşüncələrimi bölüşmək istəyirəm. Və çalışacağam ki, onun haqqında bəla­ğət­siz, metaforalardan istifadə etmədən danışım. Çünki haqq etmədikləri haq­qında bəhs etmək mənim təbiətimə yaddır. O, hamının tanıdığı, daha dəqiq ifadə etsək, humanitar-ictimai camiənin tanıdığı, AMEA Folklor İnstitutunun Mi­fologiya şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Seyfəddin Rzasoy­dur.

Hər bir dövrün öz məntiqi və bu məntiqin intensivliyi mövcud olmuşdur. Bir neçə il əvvəl milli folklorşünaslıq elmində mifologiya ilə bağlı bir neçə əsər oxudum. Keç­miş­dən günümüzə qədər bir çox əsərlərə nəzər saldım. Düzünü söyləmək boy­numuzun bor­cu­dur. Ona görə də deməliyəm ki, mifologiya ilə bağlı bütün bu irili-xırdalı əsərlərdə Me­letinski-Losev-Neklyudov üçbucağının çərçivə sədlərini aşan fi­kir və ideya kon­sep­tinə rast gəlmədim. Son dövrlərdə isə Bəhaəddin Ögel, Mə­hər­rəm Ergin, Fəxrəddin Qır­zıoğlu, Mehmet Aça və b-nın baxışlarının bənzər sunumları realizasiya olu­nurdu.

Əlbəttə, bunu deməklə mifologiya sahəsində yazılmış əsərləri inkar etmək niy­yətində deyi­ləm. Məqsədim Azərbaycan folklorşünaslığında yunan və türk mifo­lo­gi­yası və ümumən mifologiya haqqında yeni düsturun, yeni nəzəriyyənin qarşıma çıx­ma­masını nəzərə çatdırmaqdır. Və nəhayət, 2004-cü ildə S.Rzasoyun “Oğuz mifinin paradiqmaları” (Bakı, 2004) əsəri işıq üzü gördü.

Sözün düzü, bu əsərə mən də ilk baxışdan isti münasibət bildirmədim. Çünki türk mifologiyası mövcuddur və onun haqqında yetərincə tədqiqatlar da eləcə. Ancaq S.Rzasoyun 2015-ci ildə nəşr olunan “Azərbaycan dastanlarında şaman-qəhrəman arxetipi” əsərini oxuduqdan sonra mən yenidən “Oğuz mifinin paraqdiqmaları” kita­bı­nı oxumalı oldum. Müəllifin mətn paradiqmasını duyduğunu və elmi istehsala kəşf kimi daxil etdiyini aydın gördüm. “Oğuz mifi” dedikdə S.Rzasoy təkcə müxtəlif ide­ya­ların yükləndiyi etnik sistemi nəzərdə tutmur. O, bunu bədii mətn modeli olaraq bütöv bir etnos mədəniyyətinin bədii sosiologi­yasını və həmin etnomədəni sistemin tarixi diaxroniyasını bədii təsvir aspektləri kimi dərk edir.

Alim əsərlərində elmi dövriyyəyə terminoloji bazanın idxalı ilə də diqqəti çəkir. Bir vaxtlar hamı yazılarında yeri gəldi-gəlmədi xaos-kosmos münasibətlərin­dən yola çıxmaq istəyirdi. Bu konseptin də S.Rzasoy tərəfindən milli təfəkkürün mifoloji modeli kimi elmi dövriyyəyə hələ keçən əsrin 90-cı illərindən daxil edildiyinin şahidi oldum.


Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin