Transsərhəd təsirlər və fövqəladə hallar/qəzalar üzrə təsirlər
Transsərhəd təsirlər aşkar edildikdə, bu təsirlər müvafiq səlahiyyətli orqanın (Nazirlər Kabineti) müəyyənləşdirdiyi (hələ qəbul edilməmiş) prosedura və şərtlərə uyğun qaydada qiymətləndirilməlidir. Fövqəladə və qəza halları ilə bağlı təsirlərin proqnozlaşdırılması ƏMTQ hesabatına daxil edilməlidir.
Layihənin bütün mərhələləri üzrə qəbul edilən ətraf mühitin idarə olunması planı, o cümlədən müvafiq idarəetmə və monitorinq planları haqqında ümumi məlumat daxil edilməlidir.
Qanun planlaşdırılan fəaliyyətlərin təsirinə məruz qalacaq ictimaiyyətin ƏMTQ prosesi ərzində məlumatlandırılmasını tələb edir. Sifarişçidən nəzərdə tutulan fəaliyyətlərlə bağlı təsirə məruz qalan ictimaiyyəti müzakirələrə cəlb etməsi gözlənilir.
Dövlət ekoloji ekspertizası
“Ətraf mühitin mühafizəsi haqqında” Qanuna uyğun olaraq ƏMTQ hesabatı ETSN tərəfindən nəzərdən keçiriləcək (3 ay müddətində) və ETSN ekspert rəyi hazırlayacaq. Bu rəy nəşr ediləcək və nəzərdə tutulan fəaliyyətin həyata keçiriləcəyi ərazidə müvafiq icra hakimiyyəti orqanlarına təqdim ediləcək.
ƏMTQ-nin ETSN tərəfindən təsdiqlənməsi təşkilatın əməl etməli olduğu ekoloji və sosial standartlar da daxil olmaqla, tələblərə uyğunluq üzrə mexanizm yaradır. Qanun tələb edir ki, ƏMTQ sənədi ən azı üç ƏMTQ üzrə qiymətləndirici tərəfindən hazırlanmalıdır. Bunlar müvafiq qaydada ixtisaslaşmış və ETSN tərəfindən sertifikatlaşdırılmış və reyestrə daxil edilmiş şəxslər olacaq. Hesabat hazırlanan zaman sertifikatlaşdırma və qeydiyyat prosedurları hələ hazırlanmamışdı.
1996-cı ildə Azərbaycanda nəşr edilmiş Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi üzrə Məlumat Kitabı Azərbaycan Respublikasının “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Qanuna uyğunlaşdırılıb və ƏMTQ prosesinə dair əlavə təlimatları və davamlı idarəetmə və monitorinq prosesini əhatə edir4.