D230 saylı blok üzrə seysmik tədqiqat


Ətraf mühitin mühafizəsi haqqında milli qanunvericilik



Yüklə 198,04 Kb.
səhifə9/17
tarix10.01.2022
ölçüsü198,04 Kb.
#106972
1   ...   5   6   7   8   9   10   11   12   ...   17

Ətraf mühitin mühafizəsi haqqında milli qanunvericilik


Azərbaycan Hökuməti ətraf mühitin mühafizəsi üzrə milli qanunvericiliyin Avropa Birliyinin ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyinə əsaslanan beynəlxalq səviyyədə qəbul olunmuş qanunvericiliyə uyğunlaşdırılması prosesini həyata keçirmək ilə bağlı öhdəlik götürmüşdür. Həmin proses hazırda davam etdiyi üçün Layihə qüvvədə olan milli qanunvericilik tələblərinə uyğun olacaq, o şərtlə ki, həmin tələblər beynəlxalq neft-qaz sənayesi standartları və təcrübəsi ilə ziddiyyət və yaxud digər şəkildə uyğunsuzluq təşkil etməsin.

Azərbaycanda ətraf mühitin mühafizəsi üzrə milli qanunvericiliyin əsasını aşağıdakı məsələlərin həllinə yönəlmiş “Ətraf mühitin mühafizəsi haqqında” Qanun (1999) təşkil edir:



  • Dövlətin, vətəndaşların, ictimai birliklərin və yerli özünüidarəetmə orqanlarının hüquq və vəzifələri;

  • Təbiətdən istifadə;

  • Monitorinq, standartlaşdırma və sertifikatlaşdırma;

  • Ətraf mühitin mühafizəsi sahəsində iqtisadi tənzimləmə;

  • Dövlət Ekoloji Ekspertizası (DEE);

  • İqtisadi fəaliyyət üzrə ekoloji tələblər;

  • Təhsil, elmi tədqiqatlar, statistika və informasiya;

  • Fövqəladə ekoloji şərait və ekoloji fəlakət zonaları;

  • Ətraf mühitin mühafizəsinə nəzarət;

  • Ekoloji audit və onun həyata keçirilməsi;

  • Ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət; və

  • Beynəlxalq əməkdaşlıq.

“Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 54.2 maddəsinə müvafiq olaraq, ƏMTQ sənədləri DEE-dan keçməlidir, yəni ətraf mühit məsələləri üzrə səlahiyyətli orqan (ETSN) tərəflərin hazırlayıb təqdim etdiyi ƏMTQ sənədlərinin nəzərdən keçirilməsi və təsdiq edilməsi üzrə cavabdehlik daşıyır. Qanun DEE prosedurunun əsasını qoyur, Bu, nəzərdə tutulan layihənin ətraf mühitin mühafizəsi üzrə müvafiq standartlara uyğunluğunun (misal üçün, çirklənmə səviyyələri, atqılar və səs-küy) ayrıca yoxlanılmasına bənzəyir. Bundan əlavə, qanunla müəyyən olunur ki, layihələr DEE tərəfindən müsbət rəy olmadan həyata keçirilmə bilməz.

DEE çərçivəsində dövlət orqanları təqdim olunan bütün hazırlanmış hesabatları onların ətraf mühitə potensial təsirləri baxımından rəsmi olaraq yoxlayıb təsdiq etməlidir. Hazırkı beynəlxalq miqyasda qəbul edilmiş təcrübə təsirlərin qiymətləndirilməsində mütənasib, konsultativ və ictimai baxımdan məsuliyyətli yanaşmaya üstünlük verir.

12 iyun 2018-ci il tarixində Azərbaycanda ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) haqqında qanun qəbul edilib və bu qanun özəl və dövlət sektorundakı subyektlərin nəzərdə tutduğu təsərrüfat fəaliyyətlərinin ətraf mühitə və insan sağlamlığına təsirinin qiymətləndirilməsi prosesinin hüquqi, iqtisadi, təşkilati əsaslarını müəyyən edir2. Bu qanunun məqsədləri və prinsipləri və mövcud təlimatlarla qarşılıqlı əlaqəsi bölmə 2.6.1-də təsvir edilib.

Cədvəl 2.3-də ət

Yüklə 198,04 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin