D230 saylı blok üzrə seysmik tədqiqat


Hasilatın pay bölgüsü haqqında saziş



Yüklə 198,04 Kb.
səhifə6/17
tarix10.01.2022
ölçüsü198,04 Kb.
#106972
1   2   3   4   5   6   7   8   9   ...   17

Hasilatın pay bölgüsü haqqında saziş


HPBS Xəzər dənizinin Azərbaycan sektorunda Şimal Abşeron hövzəsində yerləşən D230 saylı blokun birgə kəşfiyyatı və işlənməsi üçün hüquqi sazişdir. Bu saziş 26 aprel 2018-ci il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və BP arasında imzalanıb. HPBS 2018-ci ilin oktyabr ayında Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunub. 25 illik müddəti əhatə edən HPBS-ə əsasən BP kəşfiyyat fazası ərzində operator qismində çıxış edəcək və 50 faiz iştirak payına malik olacaq, digər 50 faizlik iştirak payı isə SOCAR-a məxsus olacaq. Operator HPBS-in bütün müddəti ərzində D230 saylı blokunda karbohidrogenlərin kəşfiyyatını, işlənməsini və hasilatını həyata keçirmək hüququna malikdir.

HPBS-in 26.1-ci maddəsində qeyd edilir:

Podratçı Xəzər dənizinin səciyyəvi ekoloji xüsusiyyətlərini nəzərə alan və müvafiq olaraq, (i) dünyanın digər regionlarında kəşfiyyat və istehsal işlərinə tətbiq edilən beynəlxalq neft-qaz sənayesi standartlarına və təcrübəsinə və (ii) Azərbaycan Respublikasının təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsi haqqında mövcud qanunvericiliyinə istinad edən təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsi standartlarını və metodlarını tətbiq edir. Belə standartlar və metodlar müəyyənləşdirilərkən ətraf mühitin mühafizəsinin məqsədləri, texniki cəhətdən mümkünlük, iqtisadi rentabellik və kommersiya rentabelliyi kimi məsələlər nəzərə alınır.”

26.1-cı maddədə həmçinin tələb olunur ki, müvafiq standartlar və metodlar hazırlanarkən ətraf mühitin keyfiyyət məqsədləri, texniki imkanlar, iqtisadi və kommersiya cəhətdən rentabellik kimi məsələlər nəzərə alınmalıdır və sonra qeyd edilir:

Nə qədər ki, 9-cu Əlavənin II hissəsində göstərilmiş standartlar və metodlar Podratçının, ARDNŞ-nin və ETSN-in hazırlayıb razılaşdırdıqları yeni təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsi standartları ilə əvəz edilməmişdir, 26.4 bəndinin birinci cümləsinə əməl edilməsi şərtilə, onlar Qüvvəyəminmə tarixindən etibarən Neft-qaz əməliyyatlarına tətbiq edilən standartlar sayılırlar. Bu cür əvəzetmə Podratçı, ARDNŞ və ETSN arasında saziş imzalandıqdan sonra, Tərəflərlə ETSN-in razılaşdırdıqları tarixdən etibarən qüvvəyə minir və həmin tarixdən sonra bu cür razılaşdırılmış standartlar, bu Sazişdə tam şəkildə şərh olunduğu kimi, qanun qüvvəsi kəsb edir.”

HPBS-in 26.2-ci maddəsində qeyd edilir:

Podratçı Neft-qaz əməliyyatlarını Ətraf mühitin mühafizəsi standartlarına uyğun olaraq lazımi həssaslıqla, səmərəli və təhlükəsiz şəkildə aparır və məhdudiyyət qoymadan, yerin üstü, yerin təki, dəniz, hava, göllər, çaylar, flora və fauna, kənd təsərrüfatı bitkiləri, digər təbii ehtiyatlar və əmlak daxil olmaqla bütövlükdə ətraf mühitin müvazinətinin hər hansı potensial pozuntularını minimuma endirmək üçün Ətraf mühitin mühafizəsi standartlarına müvafiq surətdə bütün zəruri tədbirləri görür.”

HPBS-in 26.4-cü maddəsində “Podratçıdan” tələb olunur ki:

“…Azərbaycan Respublikasının səhiyyəyə, təhlükəsizlik texnikasına, ətraf mühitin mühafizəsinə və bərpasına ümumən tətbiq edilə bilən mövcud və gələcək qanunlarına, yaxud qərarlarına tabe olur, bu şərtlə ki, həmin qanunların və qərarların tələbləri 9-cu əlavənin II hissəsində müəyyənləşdirilmiş Ətraf mühitin mühafizəsi standartlarının tələblərindən sərt olmasın.”

HPBS-in 9-cu Əlavəsinin II hissəsində verilmiş A.1 maddəsində qazma tullantılarının atılması məhdudlaşdırılır:

Aşağıdakı normativlərdə göstərilənlər istisna edilməklə, kəşfiyyat və hasilat obyektlərindən emal olunmuş neft, quyulardan çıxan qum, lay suyu, qazma məhlulu, qazma şlamı yaxud başqa tullantılar ətraf mühitə atılmır (axıdılmır).”

HPBS-in 9-cu əlavəsinin II hissəsindəki B.3(a) bəndinə əsasən Layihənin məişət-təsərrüfat tullantılarının axıdılması ilə bağlı Neft-qaz Sənayesində Qəbul Edilmiş Beynəlxalq Müsbət Praktikaya riayət etməsi tələb olunur və orada aşağıdakılar qeyd edilir

Məişət tullantıları və məişət-təsərrüfat çirkab suları Neft-qaz Sənayesində Qəbul Edilmiş Beynəlxalq Müsbət Praktikaya uyğun olaraq təmizləndikdən sonra dənizə axıdıla bilər. Təmizlənmiş çirkan suların tərkibində gözlə görünən üzən bərk maddələr olmamalıdır.”

Bütün tərəflər Hasilat Standartlarının qüvvəyə minməsinə dair yazlı razılaşma imzalayanadək, HPBS-in 9-cu Əlavəsinin II hissəsində müəyyənləşdirilmiş standartlar və praktiklara neft-qaz əməliyyatlarına tətbiq olunmağa davam edəcək.



    1. Yüklə 198,04 Kb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin