İri həcmdə gəmi dizel yanacağının dağılması Dəniz mühitində gəmi dizel yanacağının aqibəti
Dizelin dispersiyasına təsir edən əsas proseslər Şəkil 7.2-də göstərilir. Neft dənizə atıldıqda buxarlanma, həll olma, dispersiya, emulsiyalaşma, çöküntü əmələ gəlmə, foto-oksidləşmə və bioloji parçalanma proseslərinin, ümumilikdə aşınma adlanan proses nəticəsində bir neçə fiziki və kimyəvi dəyişikliklərə uğrayır. Sözügedən dəyişikliklər dağılmış neftin növü və həcmindən, və mövcud hava və dəniz şəraitindən asılıdır.
Dizel yanacağı yüngül, emal edilmiş neft məhsuludur və ümumilikdə “gəmi dizeli” adlandırılır və qazoyl və az özlülüyə (12 santistoks (cSt)/400 C səviyyəsinədək) malik ağır dizel yanacağının qarışığıdır. Suya dağıldıqda, dizel yanacağı çox sürətlə yayılaraq nazik göy qurşağı və ya gümüşü rəngli ləkələr əmələ gətirdiyi halda gəmi dizeli tutqun və ya tünd rəngləri olan daha qalın təbəqə əmələ gətirə və səthdə daha uzun müddət davam gətirə bilər.
Buxarlanma və dispersiya neftin dəniz səthindən kənarlaşdırılması üçün əsas iki mexanizmdir, çöküntü əmələ gəlmə, oksidləşmə və bioloji parçalanma isə uzun müddət ərzində karbohidrogenləri ibtidai elementlərə çevirir.
Gəmi dizeli küləyin sürəti 5-7 dəniz milinə çatdıqda və ya dənizin vəziyyəti təxminən Bofort şkalası ilə 2 bal və ya daha çox olanda asanlıqla su sütununa yayılır. O, sudan çox yüngül olduğuna görə dizelin mürəkkəb və ya sərbəst neft kimi dəniz dibinə çöküb orda yığılması mümkün deyil. Lakin dizel fiziki olaraq dalğa hərəkəti sayəsində su sütununa qarışa, xırda damcılar yarada bilər və bu damcılar cərəyanlar vasitəsilə aparılıb asılı vəziyyətdə saxlanılır. Su sütununa yayılan dizel asılı çöküntülərə yapışaraq sonradan dənizin dibinə otura və ya çökə bilər. Bu prosesin açıq dəniz mühitindən daha çox sahilə yaxın ərazilərdə və ya çay deltalarında baş verəcəyi daha çox ehtimal olunur.
Emal edilməmiş xam neftlərlə müqayisədə, gəmi dizeli yapışqan yaxud özlülüklü deyil. Sahil xəttinə çıxdıqda, dizel sərt səthlərdə toplaşarsa məsaməli çöküntülərə sürətlə nüfuz etməyə meyllidir, dalğalar tezliklə onu yuyub aparır. Hər iki halda da, gəmi dizeli təbii mikroblar tərəfindən asanlıqla parçalanır (adətən bir – iki ay ərzində).
Dəniz orqanizmləri üçün toksiklik nöqteyi-nəzərdən dizel ən kəskin toksikliyə malik neft növlərindən biri hesab edilir.7
Dostları ilə paylaş: |