ƏDƏBİYYAT
1. Atalar sözü, toplayanı Ə.Hüseynzadə, tərtib edəni H.Qasımzadə. Bakı: Yazıçı, 1985, 690 s.
2. Qədim Kəmaləddin. Allahdı, şeytandı, mənəm, Bakı: “Vektor”, 2009, 206 s.
3. Qədim Kəmaləddin. Yığış gedək, günahım. Bakı, “Vektor” Nəşrlər Evi, 2007, 180 s.
4. Qədim Kəmaləddin. Dünya qonaq sevən deyil. Bakı: Elm və təhsil, 2016, 320 s.
5. Quran-Kərim, Bakı, 2005, 604 s.
6. Naxçıvan folklor örnəklərindən, (arxiv özümüzdədir).
Çapa tövsiyə edən: Fil.ü.e.d., prof. Kamran Əliyev
Rövşən ƏLİZADƏ
Filologiya üzrə fəlsəfə doktoru
İstanbul Aydın Universiteti
e-mail: rovshen_alizade@yahoo.com
TÜRK DASTANLARININ TƏSNİFATI, STRUKTUR ÖZƏLLİKLƏRİ
VƏ BAŞ QƏHRƏMANLARIN MİSSİYASI
Xülasə
Türk dastan mətnlərinin şifahi olaraq söyləndiyi zaman limiti çox qədim dövrləri (eramızdan əvvlki dövrü) əhatə edir. Qədim dastan söyləyiciləri olan “qam”, “ozan” tipləri türk xalqlarındakı müasir dastan söyləyicilərinin “əcdadlarıdır”. Türk qəhrəmanlıq dastanlarının bir çoxunda struktur xüsusiyyətləri baxımından bənzərliklər vardır. Türk dastanlarında qeyri-adi elementlərin zənginliyi, qəhrəmanların qeyri-adi varlıqlarla mübarizə etmələri və hər bir savaşı qələbə ilə sona çatdırmaları türk dastan gələnəyinin ortaq cəhətlərindəndir.
Açar sözlər: türk, oğuz, dastan, folklor, təsnifat, struktur, qam, ozan
Dostları ilə paylaş: |