DəDƏ qorqud dada gorgud elmi-ədəbi toplu



Yüklə 1,49 Mb.
səhifə75/131
tarix04.01.2022
ölçüsü1,49 Mb.
#56519
növüXülasə
1   ...   71   72   73   74   75   76   77   78   ...   131
Məsələnin qoyuluşu: Azərbaycan aşıq yaradıcılığında xüsusi yeri olan vücud­na­mələrin arxitektonik təhlili bizə imkan verir ki, həm Aşıq Valehin, həm də digər mü­əl­liflərin şeirlərinin məzmun və forma xüsusiyyətlərini vəhdət halında izləyə bilək.

İşin məqsədi: Aşıq Valehin vücudnaməsinin arxitektonik xüsusiyyətini üzə çıxarmaq, strukturunu və onu formalaşdıran vahidləri öyrənmək, müəllif para­diqma­sı­nı müəyyənləşdirmək işin məqsədini təşkil edir.
Giriş: Arxitektonika deyildikdə, ədəbiyyatşünaslıqda bədii mətnin ümumi struk­turu nəzərdə tutulur. Burada məzmun və forma xüsusiyyətləri tam bir vəhdət ha­lın­da çıxış edir. Arxitektonika termini ilə elmi ədəbiyyatşünaslıqda daha çox struktur anlayışı ifadə edilir. Ümumiyyətlə, struktur anlayışı burada məzmun və forma kimi başa düşülür. Formanı – formal xüsusiyyətləri öyrənmək üçün mətnin ümumi se­man­tikasını araşdırmaq vacibdir. “Semantik poetikada bədii əsər xüsusi işarəvi dil kimi alınır və bu dil daxilindəki estetik mənalar, məna yaradıcıları və daşıyıcıları, bədii məna­nın təkamülü və saxlanması mexanizmi araşdırılır” (3, s. 73). Bu baxımdan ar­xitektonik təhlil dedikdə sadəcə struktur deyil, məna ilə bağlı məsələlər də öyrə­nilməlidir. Ümumi olaraq bütün vücudnamələr əslində vahid məzmun özəlliyinə malikdir. Yəni bütün vücudnamələrdə insan həyatının müxtəlif yaşlarından bəhs olu­nur. Bu cür məzmun vəhdəti janrın tarixi təkamülündə və mətnlərarası əlaqədə qə­lib poetik model, eyni zamanda kollektiv təhtəlşüur elementləri – arxetiplər vasi­təsi­lə real­laşır. Arxetip anlayışından ilk dəfə K.Q.Yunq istifadə etmişdir. Daha sonra ədəbiyyat­şünaslıqda mətnin məna qatlarının məzmunu açmaq üçün bu termin ümumişləklik qazanmışdır. Bir çox bədii mətnlərin daxilində elə daxili mikromətnlər var ki, bunlar yazıçının paradiqmasında kollektiv təhtəlşüurun elementi kimi çıxış edir. Oxucu tərəfindən bu element (arxetipik simvol) çox vaxt tam mənası ilə qavranılmır. Bu gizli məzmun qatlarını açmaq və təhlil etmək ədəbiyyatşünaslığın problemlərindən­dir. Yun­qa görə, arxetiplər ilkin qəliblərdir: “Arketipin kendi boştur, saf biçim, kalıp halin­dedir. Apriori verilmiş bir ‘tasvir olanağından’ başka şey değildir” (6, s. 403). Bu ha­zır qəlibləri “məzmunun forması” kimi də dəyərləndirə bilə­rik. Zaman-zaman müxtəlif yaradıcı insanların qələmində bu hazır “məzmunlar” (arxetiplər) təhtəlşüurun təzahür forması kimi üzə çıxır. “Özgün konular yaratıp işlemek yerine, hazır ve bilindik ko­nular işleyen sanatçılar... aslında konu seçiminde kolektif bilinçdışının malzemele­rinden – arke­tip­­­lerden – yararlanırlar; çünkü bu hazır konuların kaynağı, mitler, efsaneler ve masallar gibi farklı kültürlerde benzerlikler sergileyebilen kültürel olgu­lardır” (8, s. 12). Mif dövründən indiyə qədər insanların təxəyyül və təhtəl­şüurunda təzahür edən arxetiplərin Yunq tərəfin­dən müəyyənləşdirilən formaları bun­lardır: qəhrəman, ana, yaşlı müdrik adam, saylar, rənglər, kölgə və s.

Aşıq Valehin vücudnaməsinin arxitektonik təhlilini aparmaq üçün onun əsərində əks olunmuş arxetipləri müəyyən etməklə yanaşı, ondan əvvəl qələmə alın­mış digər vücudnamələrə də nəzər salmaq vacibdir. Çünki arxitektonik təhlildə mət­nin məzmun və formasını tam şəkildə dərk etmək və açıqlamaq üçün mətnlərarası əla­qə qurmaq zəruridir. M.Baxtin tərəfindən bu əlaqə “mətnlərarası dialoq” və ya “polifoniya” adlandırılır. (4) Bu “dialoq”un və ya bir mətndən digər mətnə keçərək, onlar arasında “körpü yaradan” elementlərin və ya arxetiplərin üzə çıxarılması və hər müəllifin fərdi baxış bucağında fərqli şəkildə təqdimetmənin şəklinin müəyyən­ləşməsi mətnə daha geniş prizmadan nəzər salmağı tələb edir.

Aşıq Valehin də vücudnaməsinin Azərbaycan aşıq şerində və türk xalqları ədəbiyyatında yerini müəyyənləşdirmək və arxitektonik təhlilini aparmaq üçün struk­tur və semantik özəlliklərini öyrənmək, özündən əvvəlki vücudnamə mətnləri ilə əla­qədə araşdırmaq lazımdır.



  1. Yüklə 1,49 Mb.

    Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin