DəDƏ qorqud dada gorgud elmi-ədəbi toplu



Yüklə 1,49 Mb.
səhifə53/131
tarix04.01.2022
ölçüsü1,49 Mb.
#56519
növüXülasə
1   ...   49   50   51   52   53   54   55   56   ...   131
Çapa tövsiyə edən: Fil.ü.e.d. Ramazan Qafarlı

Nailə ƏSKƏR

Filologiya üzrə fəlsəfə doktoru,

AMEA Folklor İnstitutunun

Dədə Qorqud” şöbəsinin böyük elmi işçisi



e-mail: qaracantali@live.com
MEYDAN TAMAŞALARI VƏ ZORXANA OYUNLARI
Xülasə

Qədim tarixə malik olan meydan tamaşaları və zorxana oyunları bu gün də xalq arasında ge­niş yayılmış idman oyunlarıdır. Mərasim folklorunun tərkib hissəsi olan bu tamaşalar əsasən əla­mətdar günlərdə, bayramlarda göstərilir. Bu tamaşa və oyunlara daşoynatma, nizə və oxatma, qı­lıncoy­natma, güləşmə, ağırlıqqaldırma, kəndirbazlıq və s. aiddir. Bir də at üstündə oynanılan oyunlar vardır ki, bunlar da tamamilə orijinal və rəngarəng meydan tamaşalarıdır. At üstündə oynanılan oyunlarından “Cirit”, "Çovqan”, "Sürpapaq”, "Baharbənd”, "Yaylıq”, "Gərdəkqaçırma”, "Papaq” və digər oyunların bir çoxu öz rəngini qorumuş və günümüzə qədər gəlib çatmışdır. At üstündə zorxana oyunları çox qədim tarixə malikdır, həm də çox böyük bacarıq tələb edən meydan tamaşalarıdır. Bun­lar­dan biri olan at belində güləş də ən qədim meydan tamaşalarımızdan biridir. Özünəməxsus fəndləri və oyun qaydaları olan bu tamaşada at belindən düşən oyunçu 3 dəqiqə ərzində ata qalxa bilirsə, məğlub sayılmır.

Bu məqalədə qədim oğuz mərasim folklorunun tərkib hissəsi olan, fiziki cəhətdən fəallıq, çeviklik tələb edən meydan tamaşaları və zorxana oyunları haqqında ümumi məlumat veriləcək, bu oyunların hər biri ayrılıqda analiz ediləcəkdir.

Açar sözlər: meydan tamaşaları, zorxana oyunları, atüstü oyunlar, güləş, kəndirbazlıq


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin