A-613
Rəhmli, mərhəmətli Allahın adı ilə!
Bu kitab Dərbənd şəhərin əslin və jümlə əhli-Dağıstan əslin söylər. Dağıstan bəglərin əslin və nəslin söylər. Əvvəl Dərbəndin və külli Əjəmin padşahı Nuşirəvan atası Qubad şahın və jümlə ol padşah xanədanından söylər. Ondan sonra Hüdud və Müskur və Həvabeyn və jümlə onun padşah və xanların söylər. Qubad Dərbənddə olurdu. Xaqan Ədildə olurdu. İkisi bir-birilə çox döyüşlər edərdilər. Bundan uzaq durmaz idi... Qubad xaqan elçi yəbərdi. Özi zubulə bizin aradə baru edəyim dedi. Xaqan daxi razı oldı. Qubad baru etməkə qəsdi etdi. Təvarixdə görmiş idi və neçələrdan eşitmiş idi bu Dərbəndə bir mübarək yerdur. Jəbrayıl Əleyhis-salam İsgəndər Zilqərneynə demişdi. Bundan baru et deyib. İsgəndər daxi ondan baru etmiş idi və daxi ol barunu qum basmış idi. Onu qazdırdı, barunu çıxardı, pozulan yerləri düzətdi. Bir il Qubad ləşkər ilə o barunu çıxardı, yerləşdirdi. Dəryadən başlıyub Tabasarandan keçinjə hər yerdə dəmir qapılar qoydu. Bu baru tamam olandan sonra qiblə yanında bir baru yeddi ayda yenə çəkdi. Bu iki baru tamam olandan sonra Xaqandan ziyan gəlməyini bildi. Əgər düşmən yüz min kişi gəlsə, bu qapıda yüz kişi olsa, o yüz min kişini girməyə qoymaz idi. Kuffari-Xəzəri bundan sonra Azərbayjana zərər edə bilmədilər. Bu sərhədə Xaqandan əmin olandan sonra Qubad Xaqan qızın geri göndərdi. Xaqan qızdan vələd olsa mülkə ortaq olmasın deyib. Xaqan heç söyləmədi. O bilmədi ki, qapı bərk olmuşdu. Güjü yetməz idi. Hər qapıda qaravul da qoymuşdu. Qubad qapıları bərk möhkəm edəndən sonra özü Azərbayjan və İraq vilayətinə getdi. Xaqan öz vilayətinə getdi. Dəşdi-Qıpçaq və Arqu və İnji və İndəri və Əhran və Gülbaxa və Kiçi Majar və Ulu Majar və Polad və Jumlu və Qızılyar və Ox və şəhri-Tatar xaqanın idi. Amma sərdarı və xanı Əhranda durardı və daxi şəhri-Tatar pozulandan sonra kübüsü qırmağa getdi. Qırmağa Tatar deyib onu üçün derlər və dəxi ol İndəridə olan bağır mədəni və Terekdə olan gümüş mədəni Xaqanın idi. Bu sərhəddə olan əsgərin olduğun və ol iki mədənin hasilin Xaqan Əhran hakimi Gülbaxə vermişdi. Hər kim Fars vilayətində padişah olsa ol səddini bina edərdi. Çün Nuşirəvan təxti-ədalətdə oturdu, bu sərhəddə çox binalar etdi. Rum sərhədinə yetinjə hər yerdə bir qala bina etdi. Bu İsgəndər Zülqərneyn tikən barını yerləşdirməyi və qiblə janibindəki səddini əvvəl Qubaddan Yəzdijid adlı Bəhrami-Gur oğlu padişah yerləşdirmişdi. Qumdan pak edib pozulan yerləri düzəldib. Amma Ənuşirəvan Fars vilayətindən çox rəiyyəti güj ilə gətirib, bu sərhəddə çox binalar etdi. Əvvəl Alqun adlı səddini bina qıldı. Ondan başlayıb Dərbəndə yetinjə üç yüz altmış şəhər bina qıldı. Amma bu Alqun adlı şəhər əvvəl də var idi. Çox yerlər xarab idi. Əvvəl onu bina edən İsfəndiyar padşah idi. Əvvəl bunu yenidən bina etmişdi. Dəryaya yetinjə dəxi qapı saldırdı. Ol qapıya Alan adı verdi. Əvvəl Nuşirəvani-adil onda oturdu. Adil Nuşirəvan atası Qubaddan şəhərlər etməyə rüxsət istədi. Əvvəl Şabnorı bina etdi. Ondan sonra Gərgər adlı şəhər bina etdi. Ondan sonra bir ağajlıq Abad adlı şəhər bina etdi. Müskür yerində Kəsra adlı şəhər bina etdi. Bu şəhərlərdə çox adamlar qoydu və dəxi çox gəldi. Sul adlı şəhər bina etdi. Üç yerində bir sədd bina etdi. Doqsan iki ağaj uzunluğu var idi. Ondan sonra hər yerdə bir şəhər bina etdi. Əhrana yetinjə. Əmir və Gulbax taxtı Əhrandadır. Xaqanı bəylərin ulusu Gülbaxdır. Dərbənddə iyirmi ağajlıq yerdə Səməndar bina etdi. Səməndar Turqunun adıdır. Ondan sonra İnji qalasını bina etdi. Bu qalaları bina etməkdən murad oldur ki, Dərbəndi Xəzəri kafirlərdən saxlamaqdır. Dəxi Qumuqadək şəhərlər bina etdi. Anılərə öz əvindən hakim qoydı. Səddi Alqundan Gülbaxa yetinjə yeddi iqlim idi. Nuşirəvandan əvvəl bu iqlimləri İsfəndiyar padşah bina etmişdi. Özünün ev əhlindən onlara hakim etmişdi. Gülbaxa və İsfəndiyarda İsbəhəndə durar idi. Onu çün Gülbax və Əhran Qamu taxtı deyər idi. Tamam Gürjüstandan axan sular Əhrandan axar. Əhrandan sonra ol su üstündə Bəlx şəhərini İsbəhəndə qalada durar idi. Qalası urus jənibində idi. Amma şəhər və şəhər Daruqəsi Qumu yanında idi. Qalada hakim və dövlət əhliləri olur idi. Adamları Xorasandan gətirmişidi. Bu şəhərləri İsfəndiyar bina etmişdi. Amma viran xarab olmuşidi. İkinji Nuşirəvan yenidən bina etmişidi və dəxi Tuman bir kəsin xəlqidir Hümraya yetinjə onlara mülk verdi, hakim tikdi, adı Tuman şah qoydu. Ondan sonra Qaytaq mülküdür. Qaytağın yuxarı yanı Zirehgərandır, adı Kupaçidir. Ondan sonra Tabasarandır. Hakiminə Tabasaran şah deyərlər. Dərbəndun baş ləşkəri anlərdur. Ondan sonra Sibi iqlimdəkilərdir. Onun adamlarını İsfahandan gətirmişdir. Hakiminə Hijran şah deyərdi. Bu iqlim daxi Qumuq tayfasıdır, yəvuq varidi. Adamlar Gilandan gətirmiş idi. Hakiminə Gilan şah deyəridi. Bir dəxi Məsqətdir. Onun adamlarını Saraydan gətirmişdir. Hakiminə Böyük şah deyəridi. Amma Qumuq hakimi Nuşirəvan öz evindən gətirmişdi. Ənuşirvan Dərbəndə yetinjə üç yüz altmış şəhər bina etdi. Jümlə bu şəhərlərin adamlarını Fars vilayətindən gətirmişdi. Bu şəhərləri bina etməyin səbəbi Dərbəndi Xəzəri küffardan saxlamaq üçün idi. Ondan keçib Azərbayjana və İraq vilayətinə getməsin deyib buyurduqda bu şəhərlər düzübdür. Ol Adil Nuşirəvan zamanında Həzrəti Məhəmməd Mustafa doğdu və nurül-islam yayıldı. Fars padşahının dövləti getdi, mülkü getdi. Xəzərlər kafirlikdən çıxdılar. Ondan sonra dini-islama qüvvət verib neçə kafirlərə güj edib, qılınj vurub, neçə şəhərləri alıb, pozub, nurül-islam aşkar oldu. Dəxi əshablar peyğəmbərdən eşitmiş idi. Bu Dərbənd bir mübarək yerdir. Bunda durub kafirlər qılınj vursa, hər nə itkən günahından keçər deyib, jümlə əshablar gəlməyə qəsd etdilər. Amma buyurmadı Əshabdan iki kişi – Salman ilə Rəbiə əmrilə gəldi. Peyğəmbər tarixi qırx bir il idi. Dörd min dilavər sərdar igidlər ilə gəldilər. Dərbəndə sakin oldu. Xaqani-Məlun bunların gəldiyini eşidib üç min kafir ilə bunlara qarşı gəldilər. Vuruşmaq qəsd edib, çadırlar və eyvanlar qurub oturdular. Xaqani-Məlun bu müsəlmanlardan hünərləri eşitmişdi. Onun üçün qorxub mən belə etmərəm deyib Dərvaqa qaçmaq istədi. Amma yanındakı dövlət əhliləri qoymadı, qaytardılar. Bu qədər çox əsgəri bir bölük ərəblərdən qaçsa qiyamətəjən yaman adı çıxar. Ondan isə jümləmiz ölürüz dedi. Xaqan dedi bir xalq imiş onlara süngü ox və qılınj batmazimiş. Bunlar Ərabdan bunda yetinjə neçə şəhərlərini almış heç bunlara bir zərər olmamış. Onun üçün qorxuram dedi. Sonra kafirlərdən birisi dedi:
- Mən varayım onları sınayayım.
Bir ox yay alıb getdi. Bir su qırağında yaşınıb durdu. Bir müsəlman gəldi sabah namazına girməyə öprəyin çıxardı. Ol kafir ox ilə vurub şəhid etdi. Başını kəsib Xaqana apardı. Dedi bu ol adamlardandır mən öldürdüm. Sənə başın gətirdim dedi ondan Xaqana dönüb verib müsəlmanlara qarşı vuruş istədi. Kafir əsgəri alay qirib vuruş başladılar. Müsəlmanlar təkbir gətirib, vuruş başladılar. Kafirləri axşam olunja qırdılar. Axşam Xaqan çadırına qayıtdı. Müsəlmanlar öz yerlərinə qayıtdı. Xaqan öz əsgərindən ölən kişini hesab etdi. İyirmi min kişi hesaba gəlmədi. İkinji gün dəxi sabahdan vuruşa başladilar. Müsəlmanlar aslanlar kimi döyüşdülər. Kafirləri yerlərindən təprəndi. Bölük-bölük kafir arasına qılınjlar vurdular. Ol qədər qılınj vurdular qüvvətləri getdi. Kafirləri qırmaqdan çarə qılmadı. Möminlərdən bir kişi min kafirə qarşı çıxsa, o min kafir qaçardı. Müsəlmanlar meydandan heç yüz döndərməz idi. Namaz vaxtı olanda müsəlmanların yarısı namaz edirdi. Yarısı döyüş edir idi. Bu namaz qılanlar varıb döyüş edər idi. Qılmayanlar gəlib namaz qılır idi. Üçünjü gün nağaraları döyüb müsəlmanlar meşəyə arxaların verib kafirlərə qılınj vurdular. Kafirlər heç vuruş qüvvətləri bulmadı. Qorxudan qüvvətləri getmiş idi. Kafirlərdən on min kişiyə bir müsəlman qarşı gəlsə, ol on min kafir qaçar idi. Kafirlərin neçəsin gövdəsindən meydanları ol qədər doldu. Müsəlmanların atları meydandan çıxıb olmaz idi. Kafirlər ol müsəlmanlara arxa verib döyüş edərkən meşəyə od saldılar. Müsəlmanlar ajiz qaldı. Bir-birinə arxa vurub döyüş etdilər. Dördünjü gün küffar əsgəri iki yanından vuruş etdilər. Müsəlmanlar hesabsız kafirlər qırdılar. Bir müsəlman ol gün üç yüz kafiri öldürdü. Möminlərin qüvvəti qəlmadı. Halları getdi. Ol gün çox mömin şəhid oldu. Kafirlərdən otuz min bəlkə kişi saya gəlmədi. Xaqan çox peşman oldu. Xaqan qaçıb bərkə girdi. Ol gün kafirləri ol qədər sana gəlmədi. Altınjı gün müsəlmanlar şəhidliyə aşiq olub küffar üstünə getdi. Xaqan dedi:
- Bu müsəlmanlar qüvvətlərin kəsib, yıxılıb qalmayanı ajiz deyildir.
Ol gün ol qədər döyüş oldu. Xaqan qaçdılar, müsəlman daxi laçınlar kimi çapdılar. Kafirlər qaçdılar. Axşam olunja çox döyüş etdilər. Ol kafirlər bir-birini görə bilmədi. Ol gün doxsan min kafir jəhənnəmə getdi. Ol Salman və Rəbiə ikisi də şəhid oldu. Allah rəhmət eyləsin. Qırx müsəlman ol gün onlar ilə birgə şəhid oldular. Xaqani-Məlun Humeyra janibinə gedib Həsin qalaya girdi. Ol Həsin qala bərk qaladır. Ol qaladan dərya görünür. Xaqana xəbər gəldi. Müsəlmanlar qirdilər deyib Xaqan durub gəldi. Əsgərindən heç baş kişi qalmamış. Çox peşman oldu. Sonra üç min kişi Dərbəndə qoydu. Özü İnji qalaya gəldi. Bu şəhərlər olandan sonra xalqa ajlıq düşdü. Göydən yağmur yağmadı. Jümləsi həlak olmağa yavuq oldular. Keşişləri nüjumə baxıb dedi: «Əgər bu müsəlmanları öz dinlərinə qayıtmasa, jümlə bu ajlıqdan həlak olursuz», - dedi və: «göydən yağmur düşməz dedi». Bu kafirlər keşişlərin sözünə baxıb bu Salman ilə Rəbiəni tabuta salıb onu əllərində gəzdirdi. Çox sədəqələr eylədilər, Allaha yalvardı. Ondan sonra şəfqət edib yağmur yağdı və bolluq oldu və dəxi bu zamanlar gedər. Çox zamanlar olandan sonra, peyğəmbər tarixində altmış dörd ildən sonra Mədinədə Əbdül-Məlik oğlu Vəlid xəlifə oldu. Həzrəti-peyğəmbərdən eşitmişdi, bu Dərbəndin yaxşılığın. Onda qəzavat etməyin savabın. Bir gün Vəlid qardaşı Müslümə buyurdu: «Şama get deyib ondan yaxşı igidlərdən qırx min kişi hazır et» deyib buyurdu. Amma nə yerə gedəjəyini bildirmədi. Müslümə Şama getdi. Qırx min kişi hazır etdi. Ondan sonra qardaşı Vəlidə xəbər etdi. Nə buyurursan, qırx min adamları hazır etdim dedi. Vəlid dəxi Zafir oğlu Əsədi yanına çağırdı, dedi: «Get qardaşım Müslüməyə gizli söylə varsın ol Dərbəndi-Xəzəri küffarından almağa əlaj etsin», - dedi və: «Dəxi bu sözü Müslümədən özgə heç kimsəyə söyləsən dilini kəsərəm», - dedi. Vardı, Müslüməni bir xəlvət yerə çağırdı, söylədi, ol dəxi qəbul etdi. Vuruş nağaralarını çıxardı, döydü. Dəmir qapıya yollandı. Yolda jövlan adlı və Lahijan adlı şəhərlər var idi. Onları aldı, virani-xarab eylədi və dəxi Şirvana və Müskura gəldi. Onlara hakim tikdi. Dərbənd şəhərinə gəldi, onu çavurdu almaq olmadı. Küffar Xəzəridən üç min kişi var idi. Onun üçün almaq olmadı. Heç əlaj olmadı. Ajiz olub qayıtmağa qəsd etdi. Sabah gedər biz dedi. Ol gejə şəhərdən bir kişi gəlib dedi: «Əgər bana aman verib baş çıxarır, mal versəz sizə bu Dərbəndi veririm», - dedi. «Şəhərin qapısından göz-gəzərəm», - dedi. Müslümə ol adamın sözün qəbul etdi. Müslümə uluların yaxşılarını çağırıb dedi: «Hər kim dünya malın sevən və axirət savabı sevən böylə gedib bu Dərbəndi alın», - dedi. «Ol kişi şəksiz jənnətə gedər», - dedi. Heç kimsə söyləmədi. Əbdüləziz iki oğlu ilə ayağa durub dedi: «Başımıza minnət bu işi mən edərəm. Çox kişi qəvilər müsəlmanlara jəfa edər», - dedi. Əbdüləzizin sözü Müslüməyə xoş gəlmədi, qala pozdu xarab eylədi. Getdilər və dəxi Əbdüləzizi Şirvan vilayətinə hakim tikdi. Müslümə əsgər ilə öz vilayətinə getdi və dəxi kafirlər gəlib hər il Ərməniyə və Azərbayjanı çapar idi. Çox jəfa edər idi. Müslüməyə ərz eylədi. İkinji daxi Müslümə gəlib Dərbəndə qala aşılayıb, içində çox müsəlmanlar qoyub getdi. Vəlidi bəkləyəni doqquz il oldu. Ondan sonra dəxi Əbdüləzizi Ərməniyədən çıxardı, yerinə Übeydəni hakim etdi və dəxi peyğəmbər tarixi yüz il olanda Əbdülməlik xəlifə sonra, Əbdülməlik Dərbəndə Ubeydi bin Jərrahı göndərdi. Xəzəri kafirlər ilə vuruşmaq üçün. Ol zamanda Xaqani-Məlun olmadı. Yerinə oğlu Bəşəngi xan olmuşdu. Bu Ubeydi ibn Jərrah Şirvan vilayətinə yetəndə Xaqan oğlu Bəşəngiyə xəbər verdilər. Bəşəngi dəxi əsgəri ilə çıxıb Həsin qala yanına gəldi. Qondu Əbu Ubeydullah dedi: «Mən bu kafirlər üzərinə çapğın edərəm», - dedi. Əsgəri dəxi qəbul etdi. Ləzgi bəylərindən bir bəy var idi. Ərtəniş adlı kafir idi. Ol müsəlman bir kişi göndərdi. «Bəşəngi yanına var bu gejə Əbu Ubeydi üstünə çapğın edər», - dedi. Əbu Ubeydullah jasusluğu bildi. «Çağırdı üç gün və munda durarsan», - dedi. Ondan sonra Bəşəngi annadı və buldu. Gejənin yarısı gedəndən sonra Əbu Ubeydullah əsgəri yığıb nağaralar çaldı. «Bu gejə çapğındır, hazır olun», - dedi. Ulu çıraqları böylə yaxıb getdilər. Çırağın yarağı ilə Çoban qapısına yetdilər, keçdilər və dəxi Əbu Ubeydullah əsgərin iki böldü. Biri Tabasaran jənubuna göndərdi. Biri Xeydaq jənubuna göndərdi. «Hər kim gün doğunja gəlməsə ol kişiyə mən jəfa edərəm», - dedi. Yenə ol ləzgi bəy buha bulub Bəşəngiyə xəbər verdi. Əbu Ubeydullah qalan əsgər ilə Dərvağa gəldi. Başəngi buldu. Əsgəri yanında yavuq ikən qalaya çıxdı əsgəri ilə Əbu Ubeydullaha qarşı gəldi. Kafir əsgər ilə müsəlman əsgərə nağara vurub döyüşdü. Əbu Ubeydullah ondan düşdü. «Ey əhli Şam və İraq və Jəzirə xilas etməyin bundan qaçıb vətənə gedəriz», - deyib: «Vətən uzaqdır», - dedi. «Biz xoş şəhidlik edib jənnətə girərik. Huruleyn bu dünyayi-fanidə yoxdur. Heç adam qılmaz. Çoxlu qənimət verir», - dedi. Bu xəbərdən sonra ol Xeydaq tərəfə gedən əsgəri Xeydağı çapıb gəldi. On iki min yesir ilə və dəxi onun ardından Tabasarana gedən əsgər dəxi gəldi. Qırx min yesir ilə, hesabsız mal ilə, Əbu Ubeydullah bu mali-qəniməti bu əsgərə qismət etdi. Ondan sonra kafirlərə qarşı getdilər. Nağaralar vurdular, vuruşa başladılar. Kafirlər dəxi qarşı gəlib vuruş etdilər. Bir-birinə halallaşıb vəsiyyətlər etdilər. Qəti vuruş buldular. Kafirlərin meydan içində nəəşlərin doldurub qaldı. Xaqan oğlu Bəşəngi qılınjdan qalan kafirlər ilə İnji qalasına girdi. Üç gün kafirləri qırdı. Bəşəngi İnjidəki kafirlərə dedi: «Çox ulu düşmandır. Bundan öz başın qurtaran dövlətlidir. Bizə və sizə heç yer olmaz», - deyib çıxıb getdi. Ondan Əhran hakimi Gülbaxa gəldi. Xəbər verdi «bir yaman düşmandır janımızı qurtardım», - dedi. Bəlxə və Qızılyarağa və Kiçi Majara və Jəmluğa jümləsinə dedi: «Əhran hakimi Gülbaxın yanına varıb müsəlman ilə vuruş edəsiz», - dedi. Ondan Ulu Majara getdi və Jəladuğa və şəhri-Tatargana getdi jümləsinə dedi: «Gülbax hakimi fərmanından keçməyin», - dedi. «Əvvəl biri hər kim Gülbaxda xan olsa özgə şəhərlərdə olan xanları onun ardından gedər», - dedi. Bu sözləri bunlara deyib özü öz yerinə getdi. Əbu Ubeydullah ol kafirlərin malın bir yerə yığıb islam əsgərinə uluşdu. Ondan sonra köçüb Səməndər Tərğudur. Onda gəldi vuruş etmədilər. Məsləhət edib aman verdilər. Qırağı dərya idi. Bir qırağı dağ idi. Baru çakilib bir uju dəryada idi. İnji hakimi qalası bərk edib jəng etdi. Müsəlmanlar çadırlar qurub, quruda qonub, bir neçə gün vuruş etdilər. Heç qala almaq olmadı. Ərzaqları tükəndi. Getmək qəsdi etdilər. Əsgərindən bir neçə müsəlman yoluna janın qurban eylədilər. Ubeydullah oğlu Səvad və İbrahim bu ikisini çağırdılar. «Ey qardaşlar, hər kim Həqq həzrətinə satar girər bizim əhlə bu qalaya gəlib», - dedi. Eşidən qazılardan otuz min kişi bir yerə gəldi. Səvad və İbrahim yanina gəldilər. Jümləsi kənkəş etdilər, dedilər arabalarilə üstünə ağajlar durquzub ol arabaların ardından oturup, arabalar ilə vurmaq gərək, dedilər. Bu sözünü yaxşı deyib etdilər. On iki araba etdilər. Arabalar ilə qala qapısına vardılar. Ondan şəhərə girdilər, aldılar. Hakimi yuxarı Narın qalasına girib gejə olunja jəng etdi. Gejə yarısı ev əhli ilə Keyvan qalaya getdi. Keyvan Bəlx ilə İnji arasındakı qaladır. Balıqçılardır. İnji kafirlərə islamı ərz edib müsəlman olanı qoyub, müsəlman olmayanı qılınj ilə öldürdülər. Malın sirrin bir yerə yığıb qismət etdilər. Qalasın yıxub, viran xarab edib getdilər. Peyğəmbər tarixi yüz on dörd ildən sonra olanda Rəbiəl-əvvəl ayında yəkşənbə günü idi.
Fəsil. Peyğəmbər tarixi yüz on beş ildən sonra Əbdülməlik oğlu Əbu Müslüm Dərbəndə gəlib Haşim rüxsətilə Şam Jəzairdən iyirmi dörd min kişi alıb gəldi. Bu Dağıstanı qılınj ilə bunları müsəlman edib, hər yerdən Dərbəndi saxlamaq üçün adamlar gətirib qoydu. Bu Dərbəndi Müslümə gəlib, yaraşdırıb, dəmir qapılar asıb getmiş idi. İkinji Əbu Müslüm gəldi Sərənçə adlı Nuşirəvan ikən imarəti pozub Dərbəndin bürjlərini yərəşdub xəzinə silah qoymaqla bir əzim ulu ev tikdi. Qeyd adlı imarətini abadan edib Qeydin barusunu dərya içində yüz beş arşın uzatdılar. Şəhərdən və qalanın xarab viran olan yerləri yaraşdırdılar. Xəzinə silah evindən başqa bir anbarxana tikdirdi. Ol gedib-gələn bolluğu tökməyə Dərbənd şəhərini yeddi məhəllə etdi. Bir məhəllə Ərtun tayfa idi. Onlara bir məsjid etdi. Ol məsjidə [kağız yarımçıqdır] deyərlər idi. Bir məhəllə dəxi əhli Fələstin idi. Onlara dəxi bir məsjid bina etdi. Evinə Fələstin məsjidi deyərlər idi. Bir məhəllə dəxi əhli Dəiməşq idi. Onlara bir məsjid bina etdi. Evinə məsjidi-Dəməşq deyərlər idi. Bir məhəllə dəxi əhli Huməs idi. Onlara bir məsjid bina etdi. Adı məsjidi Huməs deyərlər idi. Bir məhəllə dəxi Qeysər idi. Onlara məsjid bina etdi. Adı məsjidi-Qeysər deyərlər idi. Bir məhəllə dəxi Mosul idi. Onlara bir məsjid bina etdi. Adı məsjidi Mosul deyərlər idi. Bu məsjidlərdən qeyri bir ulu məsjid bina etdi. Jümə namazı qılmaq üçün və dəxi qapı tikdirdi. Birisinə Babül-Mühajir, birisinə Babül-Jihad, Babüs-Səğir, birisinə Babül-Məktum, birisinə Babül-Qala, birisinə Kiçik deyərlər idi və bu qapı dəryaya təpə açılır idi. Əgər müsəlmanlar bir məsləhət üçün bir kişi yürütsələr, bu qapıdan yürür idi. Bu imarətlər Əbu Müslüm zamanında tamam oldu. Əbu Müslüm Dərbəndi kamil, möhkəm edəndən sonra Qumuq üstünə əsgər ilə getdi. Qazı Qumuq bəyləri, qarşı gəlib döyüşdülər. Axırı qaçdılar. Çoxunu qırdılar. Müsəlman olanı malı, mülkü ilə qoydu. Müsəlman olmayanları öldürdülər. Mal və mülklərin aldılar.
Risaleyi-Dərbəndnamə
M-37
Raviyani-əxbar və naqilani-asar kütübi-sələfdən belə nəql edublər ki, İran tərəfində Qubad şah adlu bir padşahi-əzimüşşən ki, tamam məmaliki-Türkistan və Əjəmistan onun tərtif itaətində olurdı və Ənuşirəvani-adil Qubad şahın oğlıdur və şimal tərəfində ki, ibarət tayifəyi Xəzəridən ola Xaqan şah adlu padşahi-əzimüşşövkət var idi ki, tamam məmaliki-Rusiya və Moskva və Gazan və Krım və ğeyri sərhədlər onın əmrinə müti və fərmanbərdar idilər. Rəvayət edillər ki, Xaqan şahın padşahlıq taxtı dərya kənarında Ədil çayının qırağında ənva jəvahirat ilə mürəssə olunmuş var idi. Dayimulövqat dört yüz min pəhləvanı-dilavər ol taxtın ətrafında Xaqan şahın pasibanında olub həmişə mütəvaliüssə nəvat Qubad şahilə Xaqanın arasında ədavət və jəng və müqatilə olurdu. Axırüləmr Qubad müsalihəyə razı və Xaqanın qızını əqd eyləməgə raqib olub, elçi bəgləri Xaqanın hüzurinə göndərub Xaqanın qızını xastigarlıq eylədi. Xaqan dəxi rizaməndlik ilə qızını Qubad şaha əqd eyləyib tədarükat-firavan və ənvai-jəvahirat ilə Qubad şahın paytaxtına göndərdi. Ədavətləri dostluğa mübəddəl olub, tərəfeyn bu əmrə xoşhal oldular. Bir neçə vaxtdan sonra Qubad şah elçilər ilə Xaqan şaha bir namə bu məzmun ilə yazıb göndərdi ki, «həmd və səna olsun pərvərdigari-aləmin həzrətlərinə ki, qərabət və dostluq bizim aramızda vaqe olubdur, ümidvaram ki, bundan sonra heç vəjhilə bizim mabeynimizdə nəqs əhd və müqatilə olmaya, amma təvəqqem jənabınızdan oldur ki, beynüttərəfeyn bir sədd və sınır müqərrər edəsiniz ki, bizim ilə sizin dövlətin arasında ehdas olunsun ki, bundan sonra beynəttərəfeyn fitnə və fəsad bulunmasın». Xaqan namənin məzmunına müttəle olandan sonra əyani-dövlətin jəm edib jəvab yazdılar ki, İsgəndər Zülqərneyn ehdas edən sədd iki dövlətin arasında sınır olub şəhər təmir eyləsınlər.
Ravi belə rəvayət edibdir ki, nameyi-Xaqan Qubadın hüzurinə varid olandan sonra özünin əyanlarına fərman eylədi ki, çox xəzinə alıb mühəndis peşəli olan memarlar və sahibi-vüquf olan fəhlələr ətraf jəvanibdə olan rüayalardan jəm edib on min qoşun ilə gedib İsgəndərin səddinin bu tərəfindən səddə müttəsil bir əzm şəhər təmir edib mənə məlum edəsiz. Əyani-dövlət tədarükati-firavan ilə İsgəndərin səddinə yetişib gördilər səddin başı bir fərsəx dəryanın içindən daşilə çəkilib məğrib tərəfinə Qara dənizdən1.
Əlqissə, əyani-dövlət şəhər təmir eyləməgə şüru edib yeddi ay təmam olunja şəhər təmir edıb qapıların dəmirdən tərtib eyləyib, Babül-əbvab Dərbənd adilə adlayıb, Qubad şaha yazıb məlum eylədilər ki, Allah Təalanın inayətilə və padşahın nəzəri-mərhəmətilə İsgəndərin səddinə müttəssil bir şəhri-əzim təmir və Babül-əbvab Dərbənd adilə mövsum qılmışıq.
Ravi belə nəql eyləmişdir ki, Qubad şah fərmanı ilə çox tayfə İran əhlindən köçüb Dərbənd şəhərində sakin olandan sonra Xaqanın qızını Qubad bəkarətin zail etməmiş atası yanına rəvanə eylədi. Bu mənaya kim hərgah bu qızdan övlad vüjudə gəlsə müruri-əyyam ilə iki dövlətin arasına niza düşüb tayfeyi-Xəzəri İran sərhədlərinə mütəsərrif olmasın.
Əlqissə, Qubad şah özünün oğlı Ənuşirəvan ilə Dərbənd şəhərinə gəlib tamaşa qılıb şahzadə Ənuşirəvanı şəhərdə qoyub özü Mədayinə mürajiət eylədi. Xaqanın qızı bir vaxtki atasınun paytaxtına yetişib ki, Xaqan ənvai-jəşnüsürur ilə məjlis arastə edib badeyi-nabdan məst və sərxoş olduqda qızının əhvalından müttəle olandan sonra qəzəbnak olub dostluqları ədavətə döndü və həmişə bir-birilə jəng və müxalifət eylədilər. Şahzadə Ənuşirəvan madam ki, atası təxti səltənətdə var idi, çox qoşun ilə Dərbənd şəhərində olub şəhəri mühafizət edirdi.
Müvərrixlər belə yazıblar ki, Ənuşirəvan Qubad şahın oğlu fərmanilə üç yüz altmış şəhər və qalaça Dərbəndin həvalisində təmir qılıb tamam qalaçaları fars və Azərbayjan əhlindən gətirib doldurub qoydu, Qalaçaların jümləsindən dövri şəhri-Səmənd və şəhri-İnji və qalayi-Bəlx və şəhri-Keyvan və Əhran, şəhri-Gülbax, qalayi-Sürxab, Kiçi Majar və Ulı Majar və qeyri qalaçalar Dağıstanda təmir eylədi. Rum sərhədlərinədin və Dərbəndin qiblə tərəfində şəhərlər və qalaçalar təmir və tərtib eylədi. Şabran toprağında çay kənarında bir əzm şəhər bina eylədi və Müskurda Kövkəb qalası və Şahabad və Kəsiran və Sol adlı qalaları təmir eyləyib çox xəlaiq İraq və fars vilayətlərindən gətırıb sakin eylədi. İmdi ol Müskurda olan qalalar xarab olub, bişə olubdur. Dərbənd şəhərinin üç fərsəxində bir sədd ehdas eylədi ki, doqsan iki fərsəx məsafəti vardır. Şahzadə Ənuşirəvan atasından sonra təxti səltənətdə qərar tutub fərman eylədi. Tamam şəhərləri və Dərbəndin həvalisində olan qalaça və sərhədləri qoşun ilə doldurub kəndu paytaxtındakı Mədain şəhəri ola fəraqət olub sərhədləri saxlamaqda sabit qədəm oldi və Xaqan şahun qoşunu Əhran qalasında və Gülbaxda olurdı. Gülbaxə imdi Əndəri və Sürxab qalasına ki, xarab olubdur – imdi Qızlar qalası bina olub, Səmənd şəhəri Tarxu qalasıdır və İnji qalası imdi xarab olub dərya kənarında Tarxunun üç fərsəxindədir. Çox əzim şəhərdir və Həmra qalası ki, imdi Qaya kəndi deyərlər bu məzkur olan şəhərlər və qalalar təmamisi Ənuşirəvani-adilin məmurələridir, mənzur nəzəri və qəsdi bu qalaları təmir eyləməkdən bu olubdur ki, Xaqan şah və tayfeyi-Xəzər Dərbənd şəhərinə qalib olmasın. Amma Xaqan şah Əhran və Gülbax şəhərini Nuşirəvanın sərdarının ixtiyarından çıxarıb zəbt eyləmişdi. Əhran çay ki, əzim çaydır Gülbaxdan gedər. İmdi ona Qoysu deyərlər. Xaqanın hakimi Əhran şəhərində olurdı. İmdi Əhranə Avarıstan paytaxtı deyərlər və bəzilər Əhranə imdi Qumuq şəhəri deyərlər, Tuman adlı tayfadır, Əhran şəhərindən Həmərayadək imdi onlara tavləzgisi deyərlər. Onları Xorasandan gəturub sakin eylədi və onların jivarında, yəni Qaytaq mülkündə və Qaytaqın yuxarısında Zərgəran tayfasını ki, imdi Kübçi deyərlər sakin eylədi. Onlara hakim təyin eylədi və Dərbənd şəhərinin fövqündə Tabarsaran mülkündə Qumuq dağınadin çox xəlaiq Kaşandan və Gilandan gətirib sakin eylədi və qalan sərhədlərdə xalq tapılmaq üçün Müskurdə və Kürədə və Müskənjədə öz qəbiləsindən gətirib sakin eylədi və anlara hakim öz silsiləsindən təyin qılıb hakimlərə qadağan eylədi ki, sərhədləri mühafizət eyləsinlər. Madamiki, Nuşirəvan məsnədi-padşahlıqda qaim varidi Xaqan və tayifeyi-Xəzəri Dərbənd şəhərinə qələbə edə bilməzdi. Kafiri tərəfində olan qala və sərhədlərdə jəng və müqatilə xəzəri tayfəsilə olunırdu. Ta ki, Ənuşirəvan dünyadan vəfat eylədi. Tayfeyi-Xəzəri sərhədlərə və Dərbənd şəhərinə qalib olub İraq və Azərbayjan vilayətlərinə qətl və qarət edib mürajiət edəllərdi.
Pəs keçən padşahlar Dərbənd şəhərini mühafizət edub saxlarlardı ki, tayfeyi- Xəzəri Dərbəndə qalib olmasın. Hərgah tayfeyi-Xəzəri Dərbəndi təsərrüf eyləsələr, tamam fars və Azərbayjan vilayətləri onların paytaxtı olur.
Əlqissə, İran padşahları Dərbəndi tayfeyi-Xəzərinin qələbəsindən saxladılar, ta ki, Həzrəti Məhəmməd peyğəmbər risalətə məbus olundu. Tayfeyi-Xəzəri Dərbəndə qalib və tayfeyi-Rum və İran islam tayfasına hər tərəfdən hüjum eylədilər. Həzrəti peyğəmbər dört min qoşun özünün mötəbər olan sərkərdələri ilə Rum və Xəzəri tayfasının müqabilinə göndərib islam əsgəri yalın qılınjlar və jansitan olan nizələr ilə onlara həmlə edib qətl və qarəti bişumar zühurə gətirib mürajiət eylədilər və likən Həzrəti-peyğəmbər buyurubdur ki, Dərbənd şəhəri məjmu şəhərlərin qapısıdır. Hərgah Dərbənd şəhərini Xəzəri tayfası zəbt eyləsə bişəkk məjmu fars və Azərbayjan vilayət və sərhədləri onların paytaxtı olur.
Zikri-Jəngi İbrahim və Süleyman Bahili
Ravi belə rəvayət edir ki, hijrətin qırx birinji ilində Bəni Üməyyə xəlifəsinin əsrində xəbər yetişdi, kim Dərbənd şəhərinə qalib olub Azərbayjan sərhədlərinə qətlu qarət edirlər. Xəlifeyi-Zaman İbrahim və Süleyman Bahilini dört min bahaduri- tiğzən və dilavəri-səfşikən ilə Dərbənd şəhərinə məmur eylədi. Məzkur olan sərkərdələr əzimətə ələmin ujaldıb Dərbənd tərəfinə gəldilər. Azərbayjan sərhədlərinə yetişdikdə tamam sərhədlər əhlini qılınj zərbi ilə müsəlman eyləyib Dərbənd şəhərinə yetişdilər. Dərbəndin Narın qalasında olan xəzəri tayfəsi islam əsgərinin ğərimətin eşidib qaladan çıxıb Həmar qalasına yəni Qaya kəndinə qaçdılar. Ol tərəfdən Xaqani-Çin yüz min qoşun ilə Dərbənd şəhərinin içində olan islam qoşununun bərabərinə gəlib Dərvaq çayının qırağında nüzul eylədi. Xaqani-Çin şöylə ki, ərəb tayfasının qılınj zərbini eşitdi, özünün gəlməyindən peşiman olub mürajiət qılmaq istədi. Əyani-dövləti qayıtmağa səlah bilməyib durdilər islam əsgəri dəxi Dərbənd şəhərindən çıxıb Dərvaq çayının qırağında onların müqabilində durdular. Xaqan Çin həmişə söylərdi ki, «Ey mənim əmnalarım, deyillər bu ərəb tayfasına qılınj və nizə kargər etməz. Ərəb vilayətində bizim davamıza gəliblar. Bunlər ilə jəng səlah deyildir». Gördilər bir ərəb dərya kənarında üryan qüsl edir. Bir nəfər nizə ilə gəlib ol ərəbi zəxmdar qılıb, başın kəsıb, xaqanın hüzurına götirib dedi: «Bu ol ərəbin başıdır ki, heç silah ona kargər etməz.» Xaqan bunu mülahizə edəndən sonra jürətlənib səflərin rast eylədi və ləşkəri-islam dəxi səflərin rast eyləyib, Allahu Əkbər deyib yalın qılınjlarilə anların səflərinə həmlə edib, ol gün axşam olunja jəng eylədilər. İyirmi min adam xəzəri tayfasından qətlə yetirib, axşam hər güruh öz ordusuna qayıtdılar. Sübhgah aftab tülu edəndən sonra hər iki ləşkər bir-birinin müqabilinə yürüyüb qılınj və nizə və kaman ilə əsr namazı olunja jəng eylədilər. Ol gün min adam onlardan və iki yüz adam islamdan həlak oldular. Hər iki ləşkər öz ordularına qayıtdılar. Üçünjü gün ərəb ləşkəri Allahu Əkbər deyub şiri-məst kimi onların dəstələrinə həmlə aparıb çox pəhləvanlar iki tərəfdən qətlə yetişib yenə ordularına qayıtdılar. Dördünjü gün ləşkəri-islam öz səflərin düzəldib onların dəstələrinə hüjum eylədilər. Şöylə ki, ləşkəri-xaqani-Çin islamın hərbəsin gördulər tabi-müqavimət gətirməyib üz qoydular qaçmağa. Ləşkəri-islam onların ardınja yürüş aparıb jəmi-kəsir qətlə yetirdilər və islam ləşkərindən dəxi çox adamlar məjruh və məqtul olub, Xaqani-Çin öz ləşkərinə tənə nərəsin vurub islam ləşkərinin müqabilinə qayıdıb əzim jənglər eylədilər. Jəmi-kəsir islam ləşkərindən məjruh və həlak olundu. Axşam hər iki güruh yenə öz ordularına qayıdıb. Beşinji gün Xaqani- Çin öz ləşkərinə qadağan eylədi ki, hər kəs bu dəfə düşməndən üz döndərib qaçsa, toxmi vüjudu yer üzündən püç edərəm. Gərəkdir məjmu ləşkər fövj-fövj islam ləşkərinə həmlə edib onları məğlub edəsiz. Bu tərəfdən Səlman və rəbiə-əl Bahili qırx nəfər mübarizi-janbaz ilə daf tələb olub qarşıda və qalan dəstələr arxasınja Allahu Əkbər deyib xaqanın dəstələrinə qarşı bir mərtəbədə jəng eylədilər kim, iyirmi min nəfər onlardan həlak və özləri şəhid oldular. Ol qırx nəfər indi Dərbənd şəhərindədir. Onlara Qırxlar deyillər. Xaqani-Çin baqı ləşkər ilə Həmra qalasına ki, Qaya kəndi ola, getdi. Ol qalada qaravul qoyub İnji qalasına getdi. İnji qalasından Gülbaxa rəvan oldu. İnji qala çox əzim qaladır. Tərxunun üç fərsəxindədir. Baqi ləşkəri-islam məjruh və zəxmdar Dərbənd şəhərinə daxil olub, bir az vaxtdən sonra Şam tərəfinə rəvan oldular. Tayfeyi-Xəzəridən bir qədər qoşun gəlib Dərbənd şəhərinə mütəsərrif oldular.
Zikri-Firistadəni-vəlid ibin Əbdülməlik
ləşkərı betərəfi-Dərbəndi
Tarix kitablarında məsturdur ki, hijrətin altmış dördünjü ilində Vəlid Əbdülməlik oğluna xəbər yetişdi ki, tayfeyi-Xəzəri gəlib Dərbənd şəhərinə qalib olub, islam vilayətlərinə qətlu qarət edillər. Öz qardaşı Müslüm adlıya buyurdu kim qırx min mübarizi-rəzmkiş Şam güruhundan mükəmməl müsəlləh jəm edib, çox xəzinə və tədarükat ilə Dərbənd şəhərinə gedib, tamam sərhədləri və qalaçaları zəbt edib, Dərbənd şəhərində təvəqqüf edib mənə məlum edəsən. Jənabi-Müslüm dəxi qırx min mübariz Şam əhlindən zübdələyib ləvai-əzimətin təbli-jəng ilə ujaldıb Dərbənd tərəfinə gəldi. Yolda olan qalaları fəth edib, təzə hakimlər qoyub, Şabran və Müskur şəhərlərinə yetişdi. Onlara da hakimlər nəsb edib Rubas kənarına yetişib durdu. Amma Dərbənd şəhərində üç min nəfər qaravul xəzəri tayfasından Narın qalanı saxlamağa varidi. İslam ləşkəri Rubasdan keçib, Dərbəndi mühasirə eyləyib, dəva eylədilər. Üç ay qalabəndlik olub heç tərəfdən qaladakı qoşuna kömək gəlmədi şəhəri almağdan ajiz olub, istərdilər mürajiət eyləsinlər. Nagah gejə bir nəfər adam şəhərdən çıxıb jənabi-Müslüm yanına gəlib dedi: «Hərgah Xəzəri tayfasının qənimət malından mənə versən, mən qalanı almağa kömək eylərəm. Jənabi-Müslüm əhd eylədi ki, nə qədər mal tələb edərsən ənam qılıram».
Əlqissə, jənabi-Müslüm altı min mübarizi-nəqibzən Əbdüləziz və Kazım Bahilinin sərkərdəliyi ilə jasus qoşub qalaya girməyə əmr eylədi. Jasus məskur Dərvaq tərəfində olan qapıdan ki, yer altında var idi gejə nəqib vurub ol qapıdan Narın qalaya daxil eylədi. Sübhgahan tayfeyi-Xəzəri xəbərdar olub qalanın içində jəng və müharibə eylədilər. Jənabi-Müslüm dəxi dışarda səngərləri bürjə yetirib Narın qala içinə daxil oldu. Tamami xəzəri tayfasını qətl və əsir eylədilər. Çox əsbab və qənimət zəbt eyləyib tamam mali-qəniməti mübarizlərə və jasusə bağışladı. Jənabi-Müslüm əyani-dövlətlə məşvərət eylədi ki əgər bir qədər qoşun bu qalada qoyub biz mürajiət etsək, tayfeyi-Xəzəri yenə gəlib Dərbəndi təsərrüf eylər və qaravul qoyulan mübarizləri qətlə yetirib heç kəs onlara kömək edə bilməz. Səlah oldur ki, Narın qalanın bürj-hasarın xarab edib müavidət edək. Əbdüləziz Bahili dedi:
- Bu fikir səlah deyildir. Zira ki, tayfeyi-Xəzəri yenə gəlib qalanı təmir və möhkəm edib durar. Daxi qalanı almaq məqdur olmaz və hər il İraq və Azərbayjan vilayətlərin qətl və qarət ediblər.
Bu əmr jənabi-Müslümə xoş gəlməyib buyurdu, qalanın bürj və baruların xarab qılıb və Əbdüləzizi Gənjə və Şirvan əyalətinə sərəfraz edib özü Şam tərəfinə mürajiət eylədi. Tayfeyi-Xəzəri yenə gəlib Narın qalanı təmir və üstuvar saxladı. Hər il Müskur və Şirvan sərhədlərindən keçib İraq və Azərbayjanı qətl və qarət edib gedillər idi. Tarixi-hijrət yetmişdə olanda jənabi-Müslümə xəbər yetişdi ki, tayfeyi-Xəzəri Narın qala Dərbəndə daxil olub, islam sərhədlərinə qətl və qarət edillər. Yenə qırx min mübariz ilə Dərbənd şəhərinə gəlib, qalanı alıb, təzədən büruj-hasarın təmir eyləyib beş min mübariz qalada qoyub Şam tərəfinə getdi. Hijrətin yetmiş üçündə əyani-dövlət Vəlid ibn Əbdülməliki xilafətdən əzl edib qardaşı Əbdülməlik Mərvanı məsnədi-xilafətdə paydar eylədilər. Xəlifeyi- Şama xəbər yetişdi ki, Dərbənd şəhərində qoyulan mübarizlər mühasirədə qalıb tayfeyi-Xəzəri Narın qala boyundan keçib Azərbayjana və həm Dağıstandan keçib Rum sərhədlərinə qətl və qarət edillər.
Dər zikri-amədəni-Əbu Ubeydə Jərrahi
bebabül-əbvab Dərbənd
Tarix yüz üçünjü ildə olanda Əbdülməlik Mərvan Abdullah Bahilini Rum sərhədlərinin himayətinə və Əbu Ubeydə Jərrahini altı min mübariz ilə Dərbənd şəhərində olan qoşunun köməyinə buyurub, Əbu Ubeydə Jərrahi mənzil bəmənzil qəti-mərahil edib Şirvana yetişdi. Paşa Xaqani-Çin oğlu islam ləşkərinin gəlməyin eşidib öz ləşkərilə Qaya kəndinə gəldi. Əbu Ubeydə Şirvandan keçib Müskurdə olan qalalara gəldi və tamam qalaların qoşunların alıb Rubas qırağında Tabarsaran və Qara Qeytaq üməraları ilə ki, islam dininə daxil olmamışdılar mülaqat edib buyurdu ki, mən Ərəbistan vilayətindən gəlmişəm. Xəzəri tayfəsilə jəng etməyə. Gərəkdir siz daxi mənə kömək edəsiz. Sübbas adlı ki, ləkzilərin böyügyü-rəyisi idi, gizli səhər paşanın yanına xəbər göndərdi ki, Əbu Ubeydə Jərrahi altı min Şam ləşkəri və bu ətrafın qoşunları ilə sizin üstünüzə gəlir. Əbu Ubeydə Jərrahi bu xəbəri eşidəndən sonra öz ləşkərinə buyurdular ki, üç günün xörəyin hazır eylədilər. Ol gejə məşəllər işığilə Rubasdan köçüb Dərbəndin darvazasından girib Qırxlar qapıdan çıxıb Aveyin bulağında düşüb iki min atlı mübariz Qara Qeytağa və iki min atlı Yersi və Düyük və Zil və Dərvaq və Həmidi və Kəmaxi və Çardə güruhunu qətl və qarət etməyə müqərrir eyləyib buyurdu ki, gün tülu etməmişdən irəli mənim yanımda hazır olasız. Ol dört min atlı ol gejə Qara Qeytaq və Tabarsaran kəndlərinə şəbixun salıb sübhün tüluində on iki min mal və qoyun və iki min tuman qızıl və gümüş və yeddi yüz əsir Qara Qeytaqdan gətirdilər. Qırx min at və qoyun və mal və küllü nəqd və əsbab və iki min əsir Tabasaran kəndlərindən gətirdilər. Tamam qənimətləri mübarizlərə təqsim eylədi. Şahzadə Paşa bu xəbəri eşidəndən sonra öz ləşkərilə Qaya kəndindən köçüb Dərvaq çayının qırağında durmuşdu. Əbu Ubeydə Jərrahi özünün səflərin rast edib dəva Ələmin rast və təbli-jənglər döyüb hər iki tərəfdən dəstələr bir-birinə həmlələr aparıb qılınj və nizeyi-jansitan ilə çox mübarizlər iki tərəfdən məjruh və məqtul olub sər əsgəri-tayfeyi-Xəzəri tabi-müqavimət gətirməyib tamam əsbab əsasiyəsin qoyub İnji qalasına fərar eylədilər. Ol gün yeddi min adam xəzəri tayfasından və iki min mübariz islamdan meydanda qətlə yetişdi.
Əlqissə, İnji qalasında qaravullar qoyub, Bəlx qalasına gedib, Bəlx və Sürxab və Ulu Majar və Kiçi Majar və tatar qalalarının hakimlərinə qadağan eylədi ki, məjmu qalaların hakimləri Əhranın hakimi Gülbaxın fərmanına tabe olub islam ləşkərin bu ətrafa gəlməyə qoymayasız. Paşa öz paytaxtına ki, Ədil çayının qırağındadır gedib durdu. Əbu Ubeydə Jərrahi öz əsgərini Qaya kəndi qalasında münəqid edib, Tərxu qalasına getdi. Tərxu xalqı amana gəlib müsəlman oldular. Tərxu çərisin alıb İnji şəhərinin bərabərində çadırlar qurub, iqamət eylədi. İnji qalası çox möhkəm və üstüvar qala idi. Bir tərəfi dərya və bir tərəfi dağ. Hər jəhətdən bir şeyə hajətləri yox idi. Onların hakimi darvazaları bağlayıb jəngə durdular. Heç vəjhilə şəhəri almaq mümkün olmadı. Axırüləmr on iki min mübariz arabalar yürüdüb, darvazaları sındırıb qalaya daxil oldular. Qala xalqı itaət fərmanını boyunlarına alıb müsəlman oldular. Qalanın hakimi Narın qalada gizlənib gejə öz əyanları ilə Keyvan qalasına qaçıb getdi. Əbu Ubeydə Jərrami ol hakimin mal qənimətin alıb Dərbəndə gəldi. Dərbənd şəhərində qoşun qoyub Şam tərəfinə mürajiət eylədi.
Zikr i-amədən Əbu Müslüm
be Dərbənd və Dağıstan
Tarixi nəbivei yüz on beşdə olanda jənab Əbu Müslüm ibn Əbdülməlik iyirmi min mübarizi-jəladət rəzm ilə ləvai-əzimətin Dərbənd və Dağıstan tərəfinə ujaldıb mənzil bəmənzil qəti-mərahil edub varidi-Dərbənd olub şəhərin xarab olan büruj və hasarın təmir edib Narın qalada bir əzim imarət, beş səqfli var idi. Onı yıxıb, imarətin yerində jəbbəxana və su anbarları və neft və suyursat anbarları təmir eyləyib, Narın qalanı möhkəm və üstuvar eylədib tamam Dağıstan vilayətlərinin ixrajatını jəm edib anbarlara töküb hajəti vaxtında Dərbənd əhlinə və pasibanlara təqsim edərlərdilər.
Əlqissə, Dərbənd əhlinin əksərin müsəlman eyləyib, müsəlmanları yeddi məhəllə qərar verdi. Hər tayfa üçün bir məsjid təmir eylədi və məsjidlərin adın hər tayfənin adilə mövsum eylədi. Əvvəl məsjid xəzəri, ikinji məsjid Fələstin, üçünjü məsjid Dəməşq, dördünjü məsjid Həməs, beşinji məsjid Qeysər, altınjı məsjid Jəzair, yeddinji məsjid Mosul, bunlardan böyük bir məsjidi-Jame jümə namazı qılmağa təmir eylədi. Şəhər üçün daxi altı darvaza qərar verdi, dəmirdən. Darvazalara ad qoydu. Babül-Mühajir, indi Jarçı qapı deyərlər; Babül-Jihad, Qırxlar qapıya deyərlər; Babül-Həməs, Yeni qapıya deyərlər; Babüs-Səğir, Türkman qapıya deyərlər; Babül-Məktub, Bayat qapıya deyərlər; Babül-İlməqə, Narın qala qapısına deyərlər.
Jənab Əbu Müslüm Dərbənd şəhərinin işlərinə ənjam verəndən sonra ləvai əzimətin Qumuq tərəfinə ujaldıb yürüdü. Qumuq xalqı onun müqabilinə gəlib çox jəng və müqatilə edəndən sonra aman tələb eyləyib müsəlman oldular. Bir məsjidi- Jame onlar üçün Qumuq şəhərində təmir eyləyib Şahbal Abdullah Abbas oğlunu onlara hakim və sərdar eylədi. Bir nəfər qazi islamın şəraitin onlara təlim eyləmək üçün Şahbal sərdarın yanında qoyub, özü Qara Qeytaq üstünə yürüdü. Qeytaq tayfası davaya mühəyya olub, çox yerlərdə müqatilə edəndən sonra əksəri müsəlman olmaq səbəbindən xilas və müti oldular. Baqisi küfr üzrə qalıb qətlə yetişdilər. Əmir Həmzə adlı öz əqvamından yanında var idi. Əmir Həmzəni Qara Qeytağa hakim qoydu ki, indi Qara Qeytaq üsəmisi onun silsiləsindəndir. Ondan Tabarsaran üstünə yürüdü ki, Tabasaran tayfasının əksəri yəhudi və xariji-məzhəb idi. Onlar daxi əvvəl fərman bərdar olmadılar. Hakimin və çox xalqın qətl və əsir edəndən sonra baqisin müsəlman eylədi. Məhəmməd Məsum adlı bir yaxşı müttəqi öz ləşkərində var idi. Onu Tabasaran əhlinə hakim və iki nəfər qazi islam şəriətin onlara təlim eyləməyə təyin eyləyib qadağan eylədi ki, hərgah bundan sonra bir sanihə hayelə vaqe olsa məjmu Tabarsaran məsumun və qazilərin məsləhət və müşavirəsinə əməl eyləsinlər. Məsum və qazilər və əmir Həmzə və tamam Dağıstan xalqı Gürjistandan dəşti-Qıpçaqadək Şahbal hakim Qumuqun fərmanına itaət edib tabe olsunlar. İmdi Şamxal hakim Tərxu Şahbalın silsiləsindəndir. Bu sərhədlərə ənjam verəndən sonra Dav və Avar xalqının üstünə yürüyüb, onları daxi qılınj zərbi ilə müsəlman eyləyib, qazilər və məsjidlər onlar üçün təyin edib, onları qazılara tapşırdı. İmdi Dav əhlinin paytaxtı Aquşə və Avarın şəhəri Xunzəqdır. Məjmu Dağıstan hakimlərin və qazilərin Şahbala müsəlləm eyləyib, qadağan eylədi: «hərgah bundan sonra tayfeyi-Xəzəri Dərbəndin mühasirəsinə gəlsələr və bu məzkur olan hakimlər və qazilər xəzəri tayfasının müqabilinə durub dəf eyləsinlər. Əgər Xəzəri tayfası tajirləri müamilə üçün Dərbənd şəhərinə gəlsələr şəhərin bir fərsəxində tajirləri saxlədıb müamilə xərid və füruxt eyləyib getsinlər. Əgər Dərbənd əhlindən tijarət üçün tayfeyi-Xəzəri vilayətlərinə getməli olsalar, onun malından dəhyek alsınlar. Şayəd ki, tijarəti tərk edib dursunlər. Hərgah elçi xəzəri tərəfindən gəlməli olsa elçinin gözlərin bağlayıb şəhərə gətirsinlər və yenə gözləri bağlı şəhərdən dışarı çıxarıb rəvan eyləsinlər, ta ki, xəzəri tayfəsi şəhərin əhvalındən muttəle olməsunlər».
Əlqissə, jənab Əbu Müslüm tamam Dağıstan əhlinə xaraj qoyub müqərrər eylədi ki, hər ildə ixrajat müstəmərrilərin gətirib Dərbənd hakiminə tapşırsınlar.
Zikri-Amədəni-Mərvan ibn
Muhəmməd behükuməti-Dərbənd
Tarix yüz iyirmi ildə olanda Mərvan ibn Məhəmməd xəlifə tərəfindən Dərbənd şəhərinin hükumətinə müqərrər olub şəhərə varid olandan sonra Əbu Müslüm təyin edən xərji vilayətlərdən bu qərar ilə alırdı. Qumuq ilə Tuman tayfasından hər ildə yüz qulam, yüz jariyə və iyirmi min batman buğda. Kübçi tayfasından əlli nəfər çariyə. Qara Qeytaqdan beş yüz əsir və iyirmi min batman buğda. Kürə və Miskinjə tayfasından on dört min batman buğda və qırx min dirhəm aqça. Şirvandan iyirmi min batman buğda və əlli min dirhəm aqça. Tamam məzkur olan vilayətlərdən alınıb anbarlara və xəzainə yetişirdi. Həmişə hajət olan vəxtda şəhərdə olan mübarizlərə təqsim edəllərdilər. Əhali Tabarsaran hər ildə növbət ilə şəhərin və küçələrdə olan qazuvet və nəjasatları pak və təmiz edillərdilər.
Zikri-münqəte şüdəni-xilafəti-bəni
üməyyə və xəlifəşüdəni-Bəni Abbas
Tarix yüz otuz iki ildə olanda xilafət bəni Üməyyə silsiləsindən kəsilib bəni Abbas silsiləsinə yetişdikdə Əbül-Abbas xilafət taxtındə jülus edib tamam islam vilayətlərinə fərmanfərma olandan sonra Dərbənd əhlinə və onda olan mübarizlərə çox mehriban olub tayfeyi-Xəzərini qoymadı ki, Dərbənd şəhərinə qələbə eyləsinlər. Dört il səkkiz ay xilafət edib dünyadan rehlət eylədi. Tarix yüz otuz altı ildə olandan sonra Əbu Jəfər Mənsur məsnədi-xilafətdə əyləşib Yezid bin Əsədi Dərbəndin hökumətinə göndərdi. Yezid ibn Əsəd Dərbənd şəhərinə varid olandan sonra tayfeyi- Xəzəri çox ləşkər ilə sərhədlərdən keçib Dərbəndin mühasirəsinə gəlib şəhəri mühasirə eylədilər. Bir gejə hasarın dibinə ağaj və kəsməçə töküb istərdilər barudan yuxarı çıxıb şəhərə daxil olsunlar. Mübarizlər bürj-barudan ağajları gördükdə bürjdən neft töküb atəş vurdular. Axırül-əmr tayfeyi-Xəzəri şəhəri almaqdan ajiz olub mürajiət eylədilər Əbu Jəfər Mənsur Yezid ibn Əsəd hüzurə istəyib xitab eylədi: «Yə ibn Əsəd, müsəlmanları Dərbənd şəhərində Xəzəri tayfasının şərarətindən saxlamaq nejə olur?» Yezid ibn Əsəd ərz eylədi ki, «Dərbəndin həvalisində bir pare qalaça vardır, xərab olubdur. Hərgah Dərbəndin həvalisində qalaçalar və qəryələr bina olub xəlaiq ilə dolu olsa, mühafizəti-Dərbənd asan olur». Xəlifeyi-Zəman fərman eylədi ki, qalalar və qəryələr təmir və köhnə qalaları abad eyləsinlər. Qala Süvar və qala Mətai və Kəmaxi və Süfnan qalasını ki, indi Çərkəz derlər və Dərvaqı və Yersini və Həmidini abad edib yeddi min ev Şam və Jəzirə və Mosul tayfasından köçürüb məzkur olan qalalarda və kəndlərdə sakin eylədi. Yezid ibn Əsədə qadağan eylədi ki, sərhədlərdən, xüsusən Qalasüvarda hər gün min adam qaravul təyin edərsən və yenə Yezidiyyə adlı və Sərməkiyə adlı qala təmir edib öz qəbiləsindən gətirib qalalarda sakin eylədi. Müqatir və Məhraqəni daxi abad edib tamamın qoşun ilə doldurub Dərbəndi fəraqət ilə saxladı. Daxi Xəzəri tayfası Qoysudan bu tərəfə keçmədi.
Zikri-xilafəti- Harun ər-Rəşid
Tarix yüz altmış ildə olanda xilafət növbəti Harun ər-Rəşidə yetişdi. Jüyun adlı Nəjm oğlunu Dərbəndin hükumətinə rəvan eyləyib müqərrər eylədi ki, ətraf- əknafdan Dərbəndin xəraj müstəmərrisini jəm edib mürur ilə Dərbənd əhlinə və mübarizlərə təqsim etgilən, Jüyun şöylə ki şəhərə daxil olub, şəhərin büruj və hasarın mülahizə edib, üstuvar görəndən sonra zülmün binasını qoyub, ləhvvə ləəb və mənahi olan ümurə mürtəkib olub şəhərdən bixəbər oldu. Dərbənd əhli ətraf-əknafa mütəfərriq olub dağıldılar. Bu xəbər Bağdad xəlifəsi Harun ər-Rəşid həzrətlərinə yetişdikdə, xəlifə Rəbiə-əl-Bahilini Dərbəndin hükumətinə və həbsi Jüyun ibn Nəjmi müqərrər və rəvan eylədi. Şöylə ki, Rəbiə-əl-Bahili Dərbənd şəhərinə yetişdi, Jüyun bin Nəjmi tutub məhbus və ayağlarına qandal boynuna düşaxə vurub xəlifə hüzurinə göndərdi. Tarix yüz yetmiş üçdə olanda Harun Xəzimə Jazəmi oğlunu on iki min mübariz ilə Dərbənd şəhərinə məmur və rəvan eylədi. Xəzimə Dərbəndə varid olandan sonra hər nə xərab olan bürj-baru var isə təmir və abad eylədi. Bir neçə vaxtdan sonra xəlifə özü Dərbəndə gəlib görəndən sonra Rubasdən bənd bağlayıb qılub şəhərin qırağına su gətirib bağlar və bostanlar və dəyirmanlar təmir edib onların mədaxil və münafilərin şəhərin fəqirələrinə vəqf və təsəddüq eylədi. Hifzə ibn Öməri Dərbəndin hökumətinə təyin və müqərrər və təkid eylədi ki, jümə namazını fövt və təxir etməsinlər.
Əlqissə, Harun ər-Rəşid nəsihətlər verəndən sonra Bəğdad tərəfinə mürajiət eylədi. Ravi nəql etmiş ki, Qırxlar qapı tərəfində daşdan günbəz vardır. Harun ər-Rəşidin oğlanları ol daş günbəzin içində mədfundur.
Zikri-bexəşedəni-mədəni-nəmək
bemübarizani-Dərbənd
Tarix iki yüz yetmiş ildə olanda xəlifeyi-Bağdad fərman yazıb Dərbənd əhlinə göndərmiş idi ki, Muhəmməd ibn Əmmari neft və duz üstə təhvildar qılıb hər il neft və nəmək mədənlərinin mədaxillərin jəm edub mübarizlərə təqsim edirdi. Belə rəvayət olunubdur ki, iki yüz doqsan ildə Haşim adlı Dərbəndin hükumətinə müqərrər olunub Dərbənd əhlinin məjmu və zeyfələrin və neft və duz mədaxillərin və kəndlərdən hasil olan mənafelərin qət eyləyib özinə zəbt eylədi. Dərbənd əhli naçar qalıb tijarət və kəsəbə məşğul oldular. Dərbənd arasındə fisq və füjur işlər peyda olunub, Xəzəri tayfası Dərbənd şəhərinin mühasirəsinə gəlub çox səy və kuşiş eylədilər, şəhəri zəbt edə bilmədilər. Axırül-əmr sərhədlərdə olan mübarizlər xarijdən və şəhərdə olan mübarizlər şəhərdən Xəzəri tayfasına həmlələr edib güriza eylədilər. Tarix üç yüz iyirmi ildə islam vilayətlərində inqilablıq düşüb, Dərbənd şəhəri nizamdan düşüb, hərj və mərj, fitnə və fəsadlar zühura gəldi. Axırül-Əmr Dərbənd şəhəri və Dərbəndin həvalisində olan sərhədlər və Dərbəndə tabe olan kəndlər və qalalar Dərbənd əhlinə düşmən oldular. Dağıstan əmirləri hər birisi öz ixtiyarı ilə sərxod olub bir-birilə jəng və münaziə edib gün-gündən ruzigari-namüvafiq Dərbənd şəhərini hər beş gündə bir hakimə mütəəlliq eylədi. Ta ki, xanlar və sultanlar Dərbənd şəhərinə mütəsərrif və malik oldular.
Zikri-şühədai-Dərbənd
Kütubi-təvarixdə belə yazılıbdır: «Üç yüz şəhid Qırxlar həvalisində mədfun olunubdur. Yetmiş səkkiz nəfər şəhid Qırxlar həvalisində yenə mədfun olunubdur. Qırx nəfər ismətli qız düşmən qələbəsindən qaçıb mağarada ğeyb olublar. İmdi ol mağara Qırxlar şəhidlərinin həvaləsində gözdən məsturdur…»
DƏRBƏNDNAMƏ
Daşbasma: I - 363
Ravi belə rəvayət eylər ki, hijrətin qırx birimji ilində, Bəni-Üməyyə xəlifəsinin əsrində xəbər yetişdi ki, tayfeyi-Xəzər Dərbənd şəhərinə qalib olub Azərbayjan sərhədlərinə qətl və qarət eylərlər. Xəlifeyi-zaman İbrahim və Səlman Bahilini dört min bahaduri-tiğzən və dilavəri-səfi-şikən ilə Dərbənd şəhərinə məmur etdi. Məzkur olan sərkərdələr əzimətin ələmin ujaldıb Dərbənd tərəfinə gəldilər. Azərbayjan sərhədlərinə yetişdikdə tamam sərhəd əhlini qılınj zərbi ilə müsəlman eyləyib Dərbənd şəhərinə yetişdilər. Dərbənd Narın qalasında olan Xəzəri tayfası islam əsgərinin əzimətin eşidib qələdən çıxıb Hümra qalasına yəni Qaya kəndinə qaçdılar. Ol tərəfdən Xaqani-Çin yüz min qoşun ilə Dərbənd şəhərinin içində olan islam qoşunun bərabərinə gəlib Dərvaq çayının qırağında nüzul eylədi. Xaqan çün şəhərdə ərəb tayfasının qılınj zərbətini eşitdi, özünün gəlməyindən peşiman olub mürajiət qılmaq istədi. Əyani-dövlət qayıtmağı durmaqdan səlah bilməyib durdular. İslam əsgəri dəxi Dərbənd şəhərindən çıxıb Dərvaq çayının qırağında onların müqabilində durdular. Xaqani-Çin həmişə söylərdi ki, «Ey mənim əmsallarım, deyirlər ki, bu ərəb tayfasına qılınj kar eyləməz. Ərəb vilayətindən bizim davamıza gəlibdir. Bular ilə jəng eyləmək səlah deyildir». Gördülər ərəb dərya kənarında üryan qüsl edər. Bir nəfər gəlib nizə ilə ol ərəbi zəxmdar qılıb, başın kəsib, Xaqanın hüzuruna gətirib dedi: «Bu ol ərəbin başıdır ki, heç səlah ona kargər olmazdı». Xaqan bunu mülahizə edib sonra jürətlənib səflərini rast eyləyib, yalın qılınj ilə ön səflərinə həmlə edib, ol gün axşam olunja jəng eylədilər. İyirmi min adam Xəzəri tayfasından qətlə yetirib, axşam hər güruh öz məqamına qayıtdılar. Sübhgah aftab tülu’ edəndən sonra hər iki ləşkər bir-birinin müqabilinə yüyürüb qılınj və nizə və kaman ilə əsr namazı olunja jəng eylədilər. Ol gün min adam onlardan və iki yüz islam əhlindən həlak oldular. Hər iki ləşkər öz ordularına qayıtdılar. Üçünjü gün ərəb ləşkəri Allahu Əkbər deyib şiri-məst kimi onların dəstələrinə həmlə aparıb çox pəhləvanlardan iki tərəfdən qətlə yetişib yenə ordularına qayıtdılar. Dördümjü gün ləşkəri-islam öz səflərini düzüb onların dəstələrinə həmlə aparıb çox pəhləvanlardan hüjum eylədilər.
Belə ki, ləşkəri-xaqani Çin islam hərbəsin gördülər müqavimət gətirməyib qaçmağa üz qoydular. Ləşkəri-islam oların ardinja yürüş aparıb jəmi-kəsiri qətlə yetirdilər. İslam ləşkərindən dəxi çox adamlar məqtul və məjruh oldu. Xaqani-Çin öz ləşkərinə tənə nərəsin vurub islam ləşkərinin müqabilinə qayıdıb əzim jənglər eylədilər. Jəmi kəsir islam ləşkərindən məjruh olub axşam hər iki güruh yenə öz məqamına qayıtdı. Beşinji gün Xaqani-Çin öz ləşkərinə qadağan eylədi ki, hər kəs bu dəfə düşməndən üz döndərib qaçsa, toxmi vüjudun yer üzündən yox edərəm. Gərəkdir ki, məjmu ləşkər fövj-fövj islam ləşkərinə həmlə edib oları məğlub edəsiz. Bu tərəfdən Səlman və Rəbiə-əl-Bahili qırx nəfər mübariz jan ilə dav tələb olub qarşıda durub və qalan dəstələr əğəbinjə Allahu Əkbər deyib Xaqanın dəstələrinə qarışıb bir mərtəbədə jəng eylədilər ki, iyirmi min nəfər onlardan həlak və özləri dəxi şəhid oldular. Ol qırx nəfər imdi Dərbənd şəhərindədirlər. Onlara «Qırxlar» deyirlər. Xaqani-Çin dəxi ləşkərilə Həmra qalasına ki, Qaya kəndi ola, getdi. Ol qalaçada qaravul qoyub İnji qalasına ki, çox əzim şəhərdir. Tərxunun üç fərsəxində. Baqi ləşkəri islam məjruh və zəxmdar şəhərinə daxil olub, bir az vaxtdan sonra Şam tərəfinə rəvanə oldular. Tayfeyi-xəzəridən bir qədər qoşun gəlib Dərbənd şəhərinə mütəsərrif oldular.
Zikri-Firistadəni-Vəlid ibni Əbdülməlik
qoşun betərəfi-Dərbənd
Tarix kitablarında məsturdur ki, hijrətin altmış dördünjü ilində vəliəhd Əbdülməlik oğluna xəbər yetişdi ki, tayfeyi-Xəzəri gəlib Dərbənd şəhərinə qalib oldu və islam vilayətlərini qətl və qarət edirlər. Öz qardaşı Müslüm adlıya buyurdı ki, qırx min mübarizi-rəzm keçmiş Şam güruhundan mükəmməl və müsəlləh jəm edib çox xəzinə və tədarükat ilə Dərbənd şəhərinə gedib, tamam sərhədləri və qalaçaları zəbt edib, Rubas kənarına yetişib durdu. Amma Dərbənd şəhərində üç min nəfər Xəzəri tayfasından Narın qalanı saxlamaq var idi. İslam ləşkəri Rubasdan köçüb Dərbəndi mühasirə eyləyib dəva eylədilər. Üç ay qalabəndlik olub, heç tərəfdən qaladakı qoşuna kömək gəlmədi. Şəhəri almaqdan ajiz olub, istədi mürajiət etsin. Nagah gejə bir nəfər gürd ilə şəhərdən çıxıb jənabi-Müslüm yanına gəlib dedi ki, hərgah Xəzəri tayfasının qənimət malından mənə versələr, mən qalanı almağa kömək eylərəm. Müslüm əhd eylədi ki, nə qədər mal tələb eylərsən ənam qılıram.
Əlqissə, Müslüm altı min mübariz Əbdüləziz və Kazım Bahilinin sərkərdəliyi ilə jasusa qoşub qalaya köməyə əmr eylədi. Jasusi-məzkur Dərvaq tərəfində olan qapıdan ki yer altında var idi gejə nəqbdən ol qapıdan Narın qalaya daxil oldu. Sübhgahdan tayfeyi-Xəzəri xəbərdar olub qalanın içində jəng və müharibə eylədi. Jənabi-Müslüm dışarıda olan səngərləri bürjə yetirib Narın qala içinə daxil oldu. Tamam Xəzəri tayfasını qətl və əsir eylədilər. Çox əsbab və qənimət zəbt eyləyib mübarizlərə bağışladı. Jənabi-Müslüm əyani-dövlət ilə məşvərət eylədi ki, əgər bir qədər qoşun bu qalada qoyub biz mürajiət etsək, tayfeyi-Xəzəri yenə gəlib Dərbəndi təsərrüf edərlər və qaravul qoyulan mübarizləri qətlə yetirib heç kəs onlara kömək edə bilməz. Səlah oldur ki, Narın qalanın bürj hasarın xərab edib müavidət edək. Əbdüləziz Bahili dedi ki, bu fikr səlah deyil. Zira ki, tayfeyi-Xəzəri yenə gəlib qalanı təmir edib durər, dəxi qalanı almaq məqdur olmaz. Hər il vilayəti-Azərbayjan və İraqı qarət edərlər. Bu əmr jənabi-Müslümə xoş gəlib buyurdu, qalanın bürj və baruların xarab edib və Əbdüləziz Gənjə və Şirvan viyalətinə amir olub saxladı və hər il Müskuri və Şirvan sərhədlərindən keçib İraq və Azərbayjanı qətl və qarət edib gedərlərdi. Tarixi-hijrət yetmişinji il olanda jənabi-Müslümə xəbər yetişdi ki, tayfeyi-Xəzəri Narın qala Dərbəndə daxil olub, islam sərhədlərində qətl və qarət edirlər. Yenə qırx min mübariz ilə Dərbənd şəhərinə gəlib, qalanı alıb, təzədən büruj və hasarın tamir edib imarətlər və anbarlar bina eylədi. Beş min mübariz qalada qoyub özü Şam tərəfinə getdi. Hijrətin yetmiş üçündə əyani-dövlət Vəlid ibn Əbdülməliki xilafətdən əzl edib qardaşı Əbdülməlik Mərvanı məsnədi-xilafətdə paydar eylədilər. Xəlifeyi-Şama xəbər yetişdi ki, Dərbənd şəhərində qalan mübarizlər mühasirədə qalıb tayfeyi-Xəzəri Narın qala tərəfdən keçib Azərbayjana və həm Dağıstandan keçib Rum sərhədlərinə qətl və qarət edərlər.
Zikri-Amədəni-Əbu Ubeydə Jərrahi
bebabül-əbvab Dərbənd
Tarixi-hijrət yüz üç ildə olanda Əbdülməlik Mərvan Abdullah Bahilini Rum sərhədlərinin himayətinə və Əbu Ubeydə Jərrahini altı min mübariz ilə Dərbənd şəhərində olan qoşunun köməyinə yetirib. Əbu Ubeydə Jərrahi mənzil bəmənzil qəti- mərahil edib Şirvana yetişəndən sonra Paşa Xaqani-Çin oğlu islam ləşkərinin gəlməyini eşidib öz ləşkərilə Qaya kəndinə gəldi. Əbu Ubeydə Şirvandan keçib Müskurda olan qalalara gəldi və tamam qalaların qoşunların alıb Rubas qırağında Tabarsaran və Qara Qeytaq ümərası ilə ki, islam məzhəbinə daxil olmamışdılar mülaqat edib buyurdu ki, mən Ərəbistan vilayətindən gəlmişəm. Xəzəri tayfasilə jəng etmək gərəkdir. Siz daxi mənə kömək edərsiz. Sübbas adlı ki, ləzgilərin böyük-rəyisi idi, gizlin şahzadə Paşanın yanına xəbər göndərdi ki, Əbu Ubeydə Jərrahi altı min Şam ləşkəri ilə ətrafın qoşunları ilə sizin üstünüzə gəlir. Əbu Ubeydə Jərrahi bu xəbəri eşidəndə öz ləşkərinə buyurdu ki, üç günlük xörək hazır eylədilər. Ol gejə məşəllərin işığı ilə Rubasdan köçub Dərbəndin darvazasından girdi. Qırxlar qapısından çıxıb Avayin bulağında düşüb iki min atlı mübariz Qara Qeytağa və iki min atlı Dəluk, Zəbil, Dərvaq, Həmidi, Küçi və Çardə güruhlarını qətl və qarət etməyə müqərrər edib buyurdu ki, gün tülu etməmişdən irəli mənim yanimda hazır olasınız. Ol dörd min atlı ol gejə Qara Qeytaq və Tabasaran kəndlərinə şəbixun salıb gün tülunda on iki min mal və qoyun və iki min tümən qızıl və gümüş və yeddi yüz əsir Qara Qeytaqdan götürdülər. Qırx min at və qoyun və mal və küllü nəqd və əsbab və iki min əsir Tabasaran kəndlərindən gətirdilər. Tamam qənimətləri mübarizlərə təqsim eylədi. Şahzadə Paşa bu xəbəri eşidəndən sonra öz ləşkəri ilə Qaya kəndindən köçüb Dərvaq çayının qırağında durmuşdu. Əbu Ubeydə Jərrahi öz səflərini rast edib dəva ələmin uja eylədi. Təbli-jənglər döyülüb, hər iki tərəfdən dəstələr bir-birinə həmlə aparıb və qılınj və nizeyi-jansitan ilə çox mübarizlər iki tərəfdən məjruh və məqtul olub sər əsgəri-tayfeyi Xəzəri tabi-müqavimət gətirməyib tamam əsbab və əsasiyəsin töküb İnji qalasına fərar eylədilər. Ol gün yeddi min adam Xəzəri tayfasından və iki min mübariz islamdan meydanda qətlə yetişdilər.
Əlqissə, İnji qalasında qaravullar qoyub, Bəlx qalasına gedib, Bəlx və Surxab və Ulu Majar və Küçi Majar və Tatar qalalarının hakimlərinə qadağan eylədi ki, hamı qalaların hakimləri Əhruvanın hakimi Gülbaxın fərmanına tabe olub, islam ləşkərin bu ətrafə gəlməyə qoymayasınız. Paşa öz paytaxtına ki, Ədil çayının qırağındadır, gedib durdu. Əbu Ubeydə Jərrahi öz əsgərini Qaya kəndinin qələsində münəqid edib, Tərxu qalasına getdi. Tərxu xalqı amana gəlib müsəlman oldular. İnji şəhərinin bərabərində çadırlar qurub, iqamət eylədi. İnji qalası çox möhkəm və üstüvar qala idi. Bir tərəfi dərya və bir tərəfi dağ. Hər jəhətdən yürüş yolu yox idi. Oların hakimi darvazaları bağlayıb jəngə, durdular. Heç vəjhilə şəhəri almaq mümkün olmadı. Axır ül əmr on iki min ərradələr yürüdüb, darvazaları sındırıb qalaya daxil oldular. Qalanın hakimi Narın qalada gizlənib gejə öz əyanları ilə Keyvan qalasına qaçdı. Əbu Ubeydə Jərrahi ol hakimin mal-qənimətin alıb Dərbəndə gəldi. Dərbənd şəhərində qoşun qoydu. Şam tərəfinə mürajiət eylədi.
Dostları ilə paylaş: |