Zikr-Amədəni-Əbu Müslüm
be Dərbənd və Dağıstan
Tarixi hijri yüz on beşdə olanda jənab Əbu Müslüm bin Əbdülməlik iyirmi min mübarizi-jəladət ilə ləvai əzimətin Dərbənd və Dağıstan tərəfinə ujaldıb mənzil bemənzil qəti-mərahil edib varidi Dərbənd oldu. Şəhərin xarab olan büruj və hasarın təmir edib Narın qalada bir əzim imarət ki, beş səqfi var idi, onu yıxıb imarətin yerində jəbbəxana və su anbarı və neft və suyursat anbarları təmir edib Narın qalanı möhkəm və üstüvar edib tamam Dağıstan vilayətlərinin ixrajatını jəm edib anbarlara tökdü. Hajət vaxtında Dərbənd əhlinə və pasibanlarına təqsim edərlər idi.
Xülasə Dərbənd əhlinin əksərin müsəlman eyləyib, müsəlmanları yeddi məhəllə qərar verdi. Hər tayfa üçin bir məsjid təmir eylədi və məsjidlərin adın hər tayfanın adı ilə mövsum eylədi. Əvvəl məsjidi-Xəzəri, ikinji məsjidi-Fələstin, üçünji məsjidi-Dəməşq, dördünjü məsjidi-Xəməs, beşinji məsjidi-Qeysər, altınjı məsjidi-Jəzair, yeddinji məsjidi-Mosul. Bulardan böyük bir məsjidi-Jame jümə namazı qılmağa təmir eylədi və şəhər üçün daxi altı darvaza qərar verdi. Dəmirdən darvazalara ad qoyub: Babül-Mühajir imdi Jarçı qapı deyərlər; Babi-Ənjümən-Yeni qapı deyərlər; Bab-üs-Səğir, Türkman deyəllər; Babül-Mələkut, Bəyan qapı deyərlər; Əl-həlqə Narın qapı deyərlər. Jənab Əbu Müslüm Dərbənd şəhərinin işlərinə ənjam verəndən sonra şəhər əhalisi amana gəlib müsəlman oldular. Bir məsjidi-Jame olar üçün Qumuq şəhərində təmir edib Şahbal Abdullah Abbas oğlunu olara hakim və sərdar eylədi. Bir nəfər qazı islamın şəraitin olara təlim eyləmək üçün Şahbalın yanında qoydu, özu Qara Qeytaq üstə getdi. Qeytaq tayfası dəvayə mühəyya olub, çox yerlərdə müqatilə edəndən sonra əksəri müsəlman olmaq səbəbindən müti oldilər. Həmin tayfadan Əmir Həmzə adlı bir şəxsi Qara Qeytağa hakim qoydular. İmdi Qara Qeytaq Üsmisi onun silsiləsindəndir. Ondan Tabasaran üstünə getdi ki, Tabasaran tayfasının qamusi yəhudi və xarij məzhəbi idi. Olar daxi əvvəl fərmanbərdar oldular. Hakimini və çox xalqını əsir edəndən sonra baqisi müsəlman oldular. Məhəmməd Məsum adlı bir yaxşı müttəqi kəs öz ləşkərində var idi. Onu Tabasaran əhlinə hakim və iki nəfər qazı islam şəriətini olara təlim etməyə müqərrər edib Qadağan eylədi ki, hərgah bundan sonra bir [sanihə əhaliyə] vaqe olsa məjmu Tabasaran Məsumun və qazıların məsləhət və müşavirəsinə əməl etsinlər. Məsum və qazilər və əmir Həmzə və tamam Dağıstan xalqı Gürjüstandan dəşti Qıpçağadək Şahbal hakim Qumuqın fərmanına itaət edib tabe olsunlar. İmdi Şamxal hakim Tərxu Şahbalın silsiləsindəndir. Bu sərhədlərə ənjam verəndən sonra tav və avar xalqının üstünə gedib, oları dəxi qılınj zərbi ilə müsəlman eylədi. Qazilər və məsjidlər olar üçün təyin edib, oları qazilərə tapşırdı. İmdi tav və avar əhlinin paytaxtı Ağuşə və oların şəhəri Xunrizəqdir. Qamu Dağıstan hakimlərin və qazilərin ixtiyarını Şahbalə müsəlləm eyləyib, qadağan buyurdu ki, hərgah bundan sonra tayfeyi-Xəzəri Dərbəndin mühasirəsinə gəlsə bu məzkur olan hakimlər və qazilər Xəzəri tayfasının müqabilinə durub dəf eyləsinlər. Əgər Xəzəri tayfası müamilə üçün Dərbənd şəhərinə gəlsələr, şəhərin bir fərsəxində tajirləri saxladıb müamiləi-xərid və furuxt eyləyib getsinlər. Əgər Dərbənd əhlindən tijarət üçün tayfeyi-Xəzəri vilayətlərinə getməli olsa, onın malından dəhyek alsınlar. Şayəd ki, tijarəti tərk edib dursunlar və hərgah elçi Xəzəri tərəfindən gəlməli olsa elçinin gözlərini bağlayıb şəhərə gətirsinlər və yenə gözləri bağlu şəhərdən dışarı çıxarıb rəvan eyləsinlər. Ta ki, Xəzəri tayfası şəhərin əhvalından müttəle olmasınlar.
Əlqissə, jənab Əbu Müslüm tamam Dağıstan əhlinə xəraj qoyub müqərrər eylədi ki, hər ildə ixrajat müstəmirrilərin gətirib Dərbənd hakiminə tapşırsınlar.
Zikri-Amədəni-Mərvan ibn Məhəmməd
behökuməti-Dərbənd
Tarix yüz iyirmi ildə olanda Mərvan ibn Məhəmməd xəlifə tərəfindən Dərbənd şəhərinin hökumətinə müqərrər oldu. Şəhərə varid olandan sonra Əbu Müslüm təyin eylədi xərajı vilayətlərdən bu qərar ilə alırdı. Qumuq ilə Tuman tayfasından hər ildə yüz qulam, yüz jariyə və iyirmi min batman buğda yükü. Kubçi tayfasından əlli nəfər jariyə və Qara Qeytaqdan beş yüz əsir və iyirmi min batman buğda və Kürə və Miskinjə tayfasından on dörd min batman buğda və qırx min dirhəm aqça və Şirvandan iyirmi min batman buğda və əlli min dirhəm aqça tamam məzkur olan vilayətlərdən alınıb anbarlara və xəzinələrə yetişirdi. Həmişə hajət olan vaxtda şəhərdə olan mübarizlərə təqsim edərdilər və əhaliyi-Tabasaran hər ildə növbət ilə şəhərin və küçələrdə olan qazurat və nəjasatlarını pak və təmiz edərdilər.
Zikri-münqəteşodəni-xilafəti-Bəni
Ümiyyə və xəlifə şodəni-Bəni Abbas
Tarix yüz otuz iki ildə olanda xilafəti-bəni Üməyyə silsiləsindən gəsilib bəni Abbas silsiləsinə yetişən vaxtda Əbul-Abbas [kamali təmkin və vüqar] ilə xilafət təxtində əyləşib tamam islam vilayətlərin fərmanbərdar edəndən sonra Dərbənd əhlinə və onda olan mübarizlərə çox mehriban olub tayfeyi-Xəzərini qoymadı ki, Dərbənd şəhərinə qələbə etsinlər. Dörd il səkkiz ay xilafət edib dünyadan rehlət eylədi. Tarix yüz otuz altı ildə olanda Əbu Jəfər Mənsur məsəndi-xilafətdə əyləşib Yezid bin Əsədi Dərbəndin hökumətinə göndərdi. Yezid ibn Əsəd Dərbənd şəhərinə varid olandan sonra tayfeyi-Xəzəri çox ləşkər ilə sərhədlərdən keçib Dərbəndin mühasirəsinə gəldi və şəhəri mühasirə eylədi. Bir gejə hasarın dibinə ağaj və kəsməçə tökub istərlər idi barudan yuxarıya çıxıb şəhərə daxil olsunlar. Mübarizlər bürj və barudan ağajları gördukdə bürjdən neft töküb atəş vurdular. Axır-ül-əmr tayfeyi-Xəzəri şəhəri almaqdan ajiz olub mürajiət eylədilər. Əbu Jəfər Mənsur Yezid ibin Əsədi hüzura istəyib xitab eylədi ki: «Ya bin Əsəd, müsəlmanları Dərbənd şəhərində Xəzəri tayfasının şərarətindən saxlamaq nejə olur?» Yezid ibn Əsəd ərz eylədi ki, Dərbəndin həvalisində bir para qalaçalar var ki, xarab olubdur. Hərgah Dərbəndin həvalisində qalaçalar və qəryələr bina olub xəlaiq ilə dolu olsa, mühafizəti-Dərbənd asan olur. Xəlifeyi-Zəman fərman eylədi ki, qalalar və qəryələr təmir və köhnə qalaları abad eyləsinlər. Qəleyi-Süvar və qəleyi-Mətai və Kəmaxi və Rizman qalasını ki, imdi Çərkəni deyərlər və Dərvaqı, Dirsəni və Həmidini abad edib yeddi min ev Şam və Jəzirə və Mosul tayfasından köçürüb məzkur olan qalalarda və kəndlərdə sakin eylədi. Yezid ibn Əsədə qadağan eylədi ki, sərhədlərdə, xüsusən qalayi-Süvarda hər gün min adam qəravul təyin eylədi və yenə Yezidiyyə adlı qala təmir edib öz tayfasından gətirib qalalarda sakin eylədi və sair yerləri dəxi abad edib tamamını qoşun ilə doldurub Dərbəndi fərağət ilə saxladı. Daxi Xəzəri tayfası Qoysudan bu tərəfə keçmədilər.
Zikri-xilafəti Harun ər-Rəşid
Tarix yüz altmış ildə olanda xilafət növbəti Harun ər-Rəşidə yetişdi. Jüyun Ən-Jüm oğlunu Dərbəndin hökumətinə rəvanə qılıb müqərrər eylədi ki, ətraf əknaf Dərbəndin xəraj və müstəmərrisini jəm edib mürur ilə Dərbənd əhlinə və mübarizlərə təqsim eyləyin. Jüyun şöylə ki, şəhərə daxil oldu, şəhərin büruj və hasarın müdafiə edib, üstüvar görəndən sonra zülmün binasını qoyub, ləhv və ləəb və [mənahi] olan ümurə mürtəkib olub və şəhərdən bixəbər oldu. Dərbənd əhli ətraf və əknafə mütəfərriq oldular. Bu xəbər Bəğdad xəlifəsi Harun ər-Rəşid həzrətlərinə yetişən vaxtda, xəlifə Rəbiət-ül-Bahili Dərbənd şəhərinə varid oldu. Jüyun bin ənjümi tutub, məhbus edib, ayaqlarına gündə du şaxə vurub xəlifə hüzuruna göndərdi. Tarix yüz yetmiş üçdə olanda Harun Xəzimə Jazəmi oğlunu on iki min mübariz ilə Dərbənd şəhərinə məmur eylədi. O, Dərbəndə varid olandan sonra hər nə xərab olan bürj və baru var idi təmir edib. Bir neçə vaxtdan sonra xəlifə özü Dərbəndə gəlib görəndən sonra Rübasdan bəndla bağlayıb şəhərin kənarına su gətirib bağlar və bostanları sirab eyləyib oların mədaxil və mənafelərin şəhərin füqərasına vəqf və təsəddüq eylədi. İbn Öməri Dərbəndin hökumətinə təyin və müqərrər eylədi ki, jümə namazını fövt və təxir etməsinlər.
Əlqissə, Harun ər-Rəşid nəsihətlər verəndən sonra Bağdad tərəfinə mürajiət eylədi. Ravi nəql etmiş ki, Qırxlar qapı tərəfində daşdan günbəz vardır. Harun ər-Rəşidin oğlanları o daş günbəzin içində mədfundur.
Zikri-bəxşidəni-mədəni-nəmək
bemübarizani-Dərbənd
Tarix iki yüz yetmiş ildə olanda xəlifeyi-Bağdad fərman yazıb Dərbənd əhlinə göndərmişdi ki, neft və nəmək mədəninin mədaxilini Dərbənd əhlinə və mübarizlərə mərhəmət eylədim. Məhəmməd bin Əmmarı neft və nəmək üstündə təhvildar olub hər il neft və nəmək mədənlərinin mədaxilini jəm edib mübarizlərə təqsim edərdi. Belə rəvayət olunubdur ki, iki yüz doxsan ildə Haşim adlı Dərbəndin hökumətinə müqərrər olub, Dərbənd əhlinin məjmu vəzifələrin və neft və nəmək mədaxillərin və kəndlərdən hasil olan mənafelərin qət edib özünə zəbt eylədi. Dərbənd əhli naçar qalıb tijarət kəsbinə məşğul oldulər. Dərbənd arasında fisq və füjur işlər peyda olub, Xəzəri tayfası Dərbənd şəhərinin əhatəsinə gəlib çox səy və kuştiş eylədilər. Şəhəri zəbt edə bilmədilər. Axır-ül-əmr sərhədlərdə olan mübarizlərdən Xəzəri tayfasına həmlə edib kuruzan eylədilər. Tarix üç yüz iyirmi ildə islam vilayətlərində inqilab düşüb, Dərbənd şəhəri binizam olub, hərj və mərj fitnə və fəsad zühurə gəldi. Axır-ül-Əmr Dərbənd şəhəri və Dərbəndin həvalisində olan sərhədlər və Dərbəndə tabe olan kəndlər və qalalar Dərbənd əhlinə düşmən oldular. Dağıstan ümərası hər birisi öz ixtiyarı ilə sərxud olub, bir-birilə jəng və münaziə eyləyib günbəgün rüzigar namüvafiq Dərbənd şəhərini hər beş gündə bir hakimə mütəəlliq eylədi. Ta ki, xanlar və sultanlar Dərbənd şəhərinə mütəsərrif və malik oldular.
Zikri-şühədai-Dərbənd
Kütubi-təvarixdə belə rəvayət yazılubdur ki: «Üç yüz şəhid Qırxlar həvalisində mədfun olunubdur və yetmiş səkkiz nəfər şəhid Qırxlar həvalisində yenə mədfun və qırx nəfər ismətli qız düşmən qələbəsindən qaçıb mağarada qayib olubdurlar. İmdi ol mağara Qırxlar şəhidlərinin həvaləsində gözdən məsturdur…»
MÜNDƏRİJAT
Ön söz 3
Dərbəndnamə. B-333 5
Dərbəndnamə. A-613 53
Risaleyi-Dərbəndnamə. M-37 63
Dərbəndnamə. Daşbasma: I-363 79
Dostları ilə paylaş: |