Bu yalan o dərəcə sadə və aydındır ki, o dərəcə bizə, müxtəlif dinlərə etiqad edilən ölkələrdə yaşamış və orada katolikin pravoslav və protestanta, pravoslavın katolik və protestanta, protestantın hər ikisinə olan nifrət dolu, lovğa, sarsılmaz inkar etmə münasibətini və köhnə təriqətçinin, paşkovçunun, şekerin və bütün məzhəblərin biri birinə olan həmin bu münasibətini görmüş savadlı insanlara bu yalan o dərəcə aydındır ki, onun şübhəsizliyi ilk zaman çaşdırır. Özün-özünə deyirsən: ola bilməz ki, bu belə sadə və aydın olsun və buna baxmayaraq insanlar görməsinlər ki, əgər iki fikir biri biriniinkar edirsə, deməli nə birində nədə ki o birisində din olan, din adlanan o ümumi, vahid həqiqət yoxdur. Burada nə isə var. Hansı sa bir izah olmalıdır – və mən düşünürdüm ki, izah var, onu axtarırdım, mövzuya aid nə var sa hamısını oxuyurdum və bacardığım hər kəslə məsləhətləşirdim. Bütün səylərimə baxmayaraq, mən yalnız bir izah alırdım, bu izah o idi ki, onu əsas tutaraq Sum* qusarları hesab edirlər ki, dünyada ən birinci alay Sum qusar alayıdır, Sarı ulanlar* isə hesab edirlər ki, dünyada birinci alay – Sarı ulanlardır. Müxtəlif etiqadların hamısının ruhani simaları, onların ən görkəmli təmsilçiləri, mənə yalnız onu deyirdilər ki, onlar özlərinin haqq yolda, başqalarının isə səhv yolda olduqlarına inanırlar və onlar yalnız onu edə bilərlər ki, bu yolunu azmışlar haqda dua etsinlər. Mən arximandridlərlə, arxiyepiskoplarla, stareslərlə, sximniklərlə* görüşürdüm və söhbət edirdim, lakin onların heç biri mənə bu yalanı izah etməyə heç bir cəhd etmədi. Onlardan yalnız biri mənə hər şeyi izah etdi, lakin elə izah etdi ki, mən artıq heç kimdən və heçnə soruşmadım. Mən düşünürdüm ki, dinə qayıdan hər bir dinsizi(bu qayıdışa isə bizim bütün gənc nəsil cəlb edilməlidir) ilk növbədə: nə üçün həqiqət lüteranlıqda deyil, kotolisizimdə düyil məhz pravoslavlıqdadır? – syalı maraqlandırır. Onu gimnaziyada öyrədirlər və o, kəndlidən fərqli olaraq, yaxşı bilir ki, katolikdə, protestanda eynilə başqaları kimi yalnız öz məzhəbinin həqiqiliyini iddia edir. Hər bir məzhəblə öz tərəfinə əyilən tarixi dəlillər, kifayət etmirlər. Mən, – təlimi daha yüksək başa düşmək olmazmı, – deyirdim, – elə başa düşmək ki, onun yüksəkliyindən fərqlər yoxa çıxsınlar, necə ki onlar həqiqi mömin üçün yoxa çıxırlar? Olmazmı, köhnə təriqətçilərlə getdiyimiz yolla daha dairəliyəyək? Onlar iddia edirlər ki, xaç, həmd-səna və mehrab(səcdəgah) ətrafında dövrə gəzmək bizdə fərqlidir. Biz də deyək: siz Nikey simvoluna, yeddi ayinə inanırsınız, bizdə inanırıq. Gəlin bunda dayanaq, qalan şeydə isə istədiyiniz kimi edin. Nəticədə, biz dinin mühüm tərəfini ikincidərəcəli tərəfindən üstün tutaraq onlarla birləşək. İndi isə, olmazmı katoliklərə deyək:siz buna və buna, ən əsas şeyə inanırsınız, “filioque” və papaya münasibətdə isə, istədiyinizi edin. Olmazmı, elə bunu protestantlara da, onlarla da əsas şeydə birləşərək, deyək? həmsöhbətimmənim fikrimlə razılaşdı, lakin mənə dedi ki, belə güzəştlər dini hakimiyətə qarşı, əjdadların dinindən döndüklərinə görə, narazılıq yaradar və parçalanmaya gətirib çıxarar, dini hakimiyətin vəzifəsi isə - əjdadlardan miras qalmış yunan-rus pravoslav dinini bütün saflığında qoruyub saxlamaqdır.
Bu söhbətdən sonra mən hər şeyi başa düşdüm. Mən inam, həyat gücü axtarıram, onlar isə məlum insan fəzifələrinin insanlar qarşısında icra edilməsinin ən yaxşı yolunu(üsulunu) axtarırlar; və bu insan vəzifələrini icra edərək, onları elə insancasına icra edirlər. Nə qədər yollarını azmış qardaşları haqda təəssüfləndiklərini bildirsələrdə, həqq-təala taxt-tacı önündə onlara oxunan dualar haqda nə qədər danışsalarda – insan vəzifələrinin icrası üçün zorakılıq lazımdır və o daim tətbiq edilib, edilir və ediləcək. Əgər iki dini etiqad özlərinui haqq yolda, biri birini isə yalan yolda olduqlarını hesab edirlərsə, onda, qardaşlarını haqqa gətirməyə arzulayaraq, öz təlimlərini təbliq edəcəklər(yayacaqlar). Belə halda, yəni əgər yalançı təlim həqiqi yolda olan kilsənin təcrübəsiz evladlarına təbliq edilirsə, onda bu kilsə, onun evladlarını aldadan insanın kitablarını yandırmıya, özünü isə uzaqlaşdırmaya bilməz. Pravoslavlığın fikrincə yalançı din odu ilə yanan və həyatda ən vacib olan məsələdə, inamda, kilsə evladlarını yoldan çıxaran sektantla bəs nə etməli? Onun boynunu vurmaqdan, yaxud zindana salmaqdan başqa bəs nə etməli?
Aleksey Mixayloviçin dövründə odda yandırırdılar, yəni o dövrə görə ən ağır cəza növü tətbiq edirdilər; bizim dövrdə də ən ağır cəza növü tətbiq edirlər – bir nəfərlik həbsxanaya salırlar. Mən din naminə edilən işlərə nəzər saldım və dəhşətə gəldim; və mən, demək olar ki, artıq pravoslavlıqdan təmamilə imtina etdim. Kilsənin həyat məsələlərinə olan ikinci münasibəti, onun müharibəyə və ölüm cəzasına olan münasibəti idi.
Bu zaman Rusiyada müharibə baş verdi. Ruslar xristian məhəbbəti naminə öz qardaşlarını öldürməyə başladılar. Bu haqda düşünməmək mümkün deyildi. Qətlin gunah və bədbəxtlik olduğunu və hər bir dinin ən başlıca əsaslarına zidd olduğunu görməmək mümkün deyildi. Bununla belə, kilsədə bizim silahın müvəffəqiyəti haqda dualar oxunurdu, din müəllimləri isə bu qətlləri dindən irəli gələn bir hadisə kimi qələmə verirdilər. Nəinki müharibədə baş verən bu qətlləri, hətta müharibədən sonra baş verən qiyam və ixtişaşlar zamanı mən, yollarını azmış köməksiz gənclərin qətlini bəyənən kilsə üzvlərinə, onun ustadlarına, rahiblərə, sximniklərə* rast gəlirdim; və mən xristianlığa etiqad edən insanların törətdiyi əməllərə diqqət yetirdim və dəhşətə gəldim.
XVI
Mən artıq bütün şübhələri kənara atdım və təmamilə əmin oldum ki, qoşulduğum dini bilikdə hər şey həqiqət deyil. Əvvəllər mən deyərdim ki, bütün təlim yalandır; indi isə bunu demək mümkün deyildi. Bütün xalqın həqiqi biliyə malik olduğu heç bir şübhə doğurmurdu, çünki əks halda o yaşaya bilməzdi. Digər tərəfdən bu bilik artıq mənə açılmışdır, mən artıq onunla yaşayırdım və onun bütün doğruluğunu hiss edirdim; lakin həmin bu bilikdə yalan da var idi və mən artıq buna şübhə edə bilməzdim. Əvvəllər məni qorxudan nə var idi sə, indi canlı şəkildə mənim qarşımda durdu. Ona baxmayaraq ki, kilsə nümayəndələrinə nisbətən xalqın içində məni qorxudan yalan qarışığının daha az lduğunu görürdüm, mən onu da görürdüm ki, xalqın inamında da yalan həqiqətə qarışdırılıb.
Lakin yalan və həqiqət haradan gəlib? Yalanda həqiqətdə kilsə tərəfindən ötürülüb. Yalanda həqiqətdə dini kitablarda, dini ənənədə, müqəddəs adlanan əhdi-ətiq və əhdi-cədiddədir.
Istər-istəməz mən bu vaxta qədər çox qorxduğum bu dini kitabların öyrənilməsi və tətqiqinə gəlib çıxdım.
Mən nə vaxtsa lazımsız bir şey kimi nifrət hissi ilə kənara atdığım ilahiyyətin öyrənilməsinə başladım. O zamanlar o mənə bir sıra lazımsız cəfəngiyatlar toplusu kimi görünürdü, o zamanlar məni hər tərəfdən aydın və mənalı görünən həyat təzahürləri əhatə edirdi; indi isə mən şad olardım ki, sağlam başa girməyən şeyi atım, lakin nə etmək olar. Mənə açıla həyat mənası haqqında yeganə bilik bu dini təlimə əsaslanır, yaxud, ən azından onunla ayrılmaz şəkildə bağlıdır. Mənim qoca kobud ağlıma nə qədər qəribə gəlsədə, o xilas və qurtuluşun yeganə ümid yeridir. Onu başa düşmək üçün, özüdə, elmin müddəalarını başa düşdüyüm kimi deyil, özünə məxsus tərzdə baş düşmək üçün, onu ehtiyayla diqqətlə araşdırmaq lazımdır. Dini biliyin bu xüsusiyətini bilərək, mən bunu axtarmıram və heç axtara da bilmərəm. Mən hər şeyin izahını axtarmayacağam. Mən bilirəm ki, hər şeyin izahı hər şeyin başlanğıcı kimi, sonsuzluqda itir. Lakin mən onu elə başa düşmək istəyirəm ki, mütləq izaholunmaza gəlib cıxım; mən istəyirəm ki, izaholunmaz nə var sa ona görə izaholunmaz olmasın ki, mənim ağlımın tələbləri doğru deyil(onlar doğrudur və onların xaricində mən heçnə anlaya bilmərəm), onlar yalnız ona görə izaholunmaz olsun ki, mən öz ağlımın hüdudlarını görürəm. Mən elə başa düşmək istəyirəm ki, hər bir izaholunmaz müddəa inanmaq məcburiyəti kimi deyil, məhz dərrakəm yetişdiyi bir zərurət kimi görünsün.
Dində həqiqətin mövcudluğu məndə heç bir şübhə doğurmur; lakin oda şübhəsizdir ki, orada yalanda var və mən həqiqəti və yalanı araşdırıb tapmalıyam və biri birindən ayırmalıyam. Mən bu işə başladım. Dində yalan və həqiqi olan nə tapdım və hansı neticələrə gəldim, əsərimin növbəti hissələrini təşkil edirvə əgər o buna layiqdirsə və kimə sə lazımdır sa, yəqin ki, nə vaxt sa və harada sa çap ilunacaq.
____
(yuxu)
Mən bunu üç il əvvəl yazmışam.
Indi çap olunan bu hissəni təkrarən gözdən keçirərək və onu yaşayaraq, məndə olan düşüncələrə və hisslərə qayıdaraq, mən bu yaxınlarda bir yuxu gördüm. Bu yuxu yaşadığım və təsvir etdiyim hər şeyi mənim üçün yığcam şəkildə göstərdi və ona görə, düşünürəm ki, bu yuxunun təsviri məni başa düşən hər bir kəs üçün bu səhifələrdə uzun uzadı söylənilən hər şeyi canlandıracaq, aydınlaşdıracaq və bir yerə toplayacaq. Həmin o yuxu budur: mən görürəm ki, yataqda uzanmışam. Mən arxası üstə uzanmışam və mənə nə yaxşı deyil nədə pis. Lakin mən bədənimin rahatlığı haqda düşünməyə başlayıram; mənə nə isə elə gəlir ki, ayaqlarıma rahat deyil; qısadı mı, əyri-üyrüdü mü, lakin nə isə rahat deyil; mən ayaqlarımı tərpədirəm və eyni zamanda o vaxta qədər ağlıma gəlməyən şey haqda – necə və nəyin üstündə uzandığım haqda – düşünməyə başlayıram. Mən öz yatağımı nəzərdən keçirirəm və görürəm ki, çarpayının böyrünə bərkidilən hörülmüş kəndir bağları üstündə uzanmışam. Pəncələrim bağların birinin üstündədir, baldırlarım – o birisinin , ayaqlarımın yeri narahatdır. Mən nədən sə bilirəm ki, bu bağların yerini dəyişdirmək olar. Mən ayaqlarımın hərəkəti ilə onların altında olan ən qıraqdakı bağı itəliyirəm. Mənə elə gəlir ki, belə daha rahat olacaq. Lakin mən onu çox uzağa itəliyirəm, onu ayaqlarımla tutmaq istəyirəm, lakin bu hərəkətlə baldırımın altındaki o birisi bağda sürüşüb çıxır və mənim ayaqlarım sallanır. Mən, təmamilə əmin olaraq ki. indi yerimi düzəldəcəm, bütün bədənimlə hərəkət edirəm, lakin bu hərəkət nəticəsində o birisi bağlarda altımdan sürüşür və yerlərini dəyişirlər və mən görürəm ki, vəziyyət lap pisdir: bədənimin aşağı hissəsi bütövlüklə enir və sallanır, ayaqlarım yerə çatmır. Mən yalnız kürəyimin yuxarı hissəsi ilə asılmışam və mən nəinki özümü narahat hiss edirəm, məni,hətta, nədənsə dəhşət bürüyür. Yalnız indi, əvvəl heç, ağlıma da gəlməyən şeyi özümdən soruşuram. Mən özümdən soruşuram: mən haradayam və nəyin üstündə uzanmışam? Ətrafa boylanmağa başlayıram və hər şeydən əvvəl aşağı, bədənim sallanan yerə baxıram və hiss edirəm ki, indi ora yıxılmalıyam. Mən aşağı baxıram və gözlərimə inanmıram. Mən nəinki ən hündür qalanın yaxud dağın zirvəsinə bərabər bir yüksəklikdəyəm, mən elə bir yüksəklidəyəm ki, onu özümə heç vaxt təsəvvür edə bilməzdim.
Mən, hətta, seçə də bilmirəm – orada, aşağıda, üstündən asıldığım və məni özünə çəkən dibi görünməyən o ucurumda nə isə görə bilirəm mi. Mənim ürəyim sıxılır və mən dəhşət hissi keçirirəm. Ora baxanda adamı dəhşət hissi bürüyür. Mən hiss edirəm ki, əgər ora baxsam dərhal axırıncı bağlardan sürüşəcəm və məhv olacam. Mən üzümü çevirirəm, lakin baxmamaq daha dəhşətlidir, çünki indi, axırıncı bağlardan sürüşüb yıxıldıqda, mənimlə baş verəcəyi şey haqda düşünürəm. Mən hiss edirəm ki, məni bürüyən dəhşətdən sonuncu dayağıda itirirəm və kürəyim üstə yavaş yavaş aşağı sürüşürəm. Bir anda belə davam etsə, mən yıxılacağam. Onda mənim ağlıma belə bir fikir gəlir: bu həqiqət ola bilməz. Bu yuxudur. Oyan. Mən oyanmağa cəhd edirəm və bacarmıram. Özümdən – Bəs görəsən nə edim, görəsən nə edim? – soruşuram və yuxarıya baxıram. Yuxarıda sonsuzluqdur. Mən səmanın sonsuzluğuna baxıram və aşağıdakı uçurumu unutmağa çalışıram və həqiqətəndə unuduram. Aşağıdaki sonsuzluq məni qorxudur və dəhşətə gətirir; yuxarıdaki sonsuzluq məni özünə cəlb edir və inam verir. Mən əvvəlki kimi uçurumun üstündə hələdə altımdan sürüşüb çıxmayan bağlar üstündə asılmışam; mən bilirəm ki, asılmışam, lakin yalnız yuxarıya baxıram və qorxu məni tərk edir. Yuxuda olduğu kimi, hansı sa bir səs mənə deyir: “Yadında saxla, bu odur!” – və mən səmanın sonu görünməyən dərinliyinə baxıram və hiss edirəm ki, sakitləşirəm, baş vermiş hər şeyi xatırlayıram və bunun hamısının necə baş verdiyini yadıma salıram: necə ayaqlarımı tərpədirdim, necə asıldım, necə dəhşətə gəldim və necə yuxarı baxmağa başlayaraq, dəhşətdən xilas oldum. Mən, ətrafa baxmadan, məni saxlayan dayaq nöqtəsini bütün bədənimlə hiss edirəm. Mən görürəm ki, artıq nə asılmamışam nədə yıxılmıram, əksinə möhkəm durmuşam. Mən özümdən necə uzandığımı soruşuram, hər tərəfimi əllərimlə yoxlayıram, ətrafa baxıram və görürəm ki, mənim altımda, bədənimin ortasın da bir bağ var və yuxarı baxdıqda mən onun üstündə ən sabit müvazinətdə uzanmış oluram və başa düşürəm ki, elə əvvəldə məni yalnız o saxlayırdı. Bu zaman, yuxuda olduğu kimi, məni saxlayan bu mexanizm, mənə olduqca təbii, asan, anlaşılan və şübhəsiz görünür, ona baxmayaraq ki, həqiqətdə bu mexanizmin heç bir mənası yoxdur. Mən hətta yuxuda təəcüblənirəm, necə olub ki, mən bunu əvvəldən başa düşməmişəm. Məlum olur ki, başımın üst tərəfində bir dirək var və, ona baxmayaraq ki, bu nazik dirəyin üstündə duracağı bir yer yoxdur, onun möhkəmliyi heç bir şübhə doğurmur. Sonra dirəkdən çox ustalıqla və eyni zamanda çox sadə bir ilmə çəkilib və əgər bu ilmənin üstündə bədənin ortası ilə uzanıbsan sa və yuxarı baxırsan sa, onda yıxılmaq haqda heç sualda ola bilməz. Bunların hamısı mənə aydın idi və mən şad və rahat idim. Sonda elə bil kimsə mənə deyir: bax ha, yadında saxla...və mən oyandım.
fggg
ə
dir.
Dj
Dostları ilə paylaş: |