Dərs otağı, dərs cədvəli 11Məhsəti küç.(Neftçilər Kamp.). Çərşənbə 12: 00-15: 00 \ 415o məsləhət saatı

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 46.83 Kb.
tarix20.05.2018
ölçüsü46.83 Kb.

Ümumi məlumat

Fənnin adı, kodu və kreditlərin sayı

BME 240 Biomechanics

3 kredit



Departamentlər

Elektronika və telekommunikasiya mühəndisliyi departamenti

Proqram

Bakalavr

Tədris semestri

Yaz, 2016

Fənni tədris edən müəllim(lər)

PhD, Nuru Səfərov

E-mail

nsafarov@khazar.org

Telefon

(+99412) 4211093, d/n. 255

Dərs otağı, dərs cədvəli

11Məhsəti küç.(Neftçilər Kamp.). Çərşənbə 12:00-15:00 \ 415O


Məsləhət saatı

Cümə günü, saat 14.00-15.00

Prerekvizitlər

Yoxdur

Tədris dili

Azərbaycan dili

Fənnin növü

Məcburi

Dərsliklər və əlavə ədəbiyyat

Əsas dərslik və dərs vəsaitləri:

  1. Biomechanics. Lecture Notes on Cardiovascular Bio-solid Mechanics Section

http://user.engineering.uiowa.edu/~bme050/cvb-solids.pdf

  1. Теоретическая биомеханика: Концепция управления движением в условиях неопределенности.- М.: Физматлит, 2006.-Том III.- 447 с.

  2. Biomechanics Lecture. STABILITY & EQUILIBRIUM. Pdf

  3. Biofizika/ Antonov V.F , 2000, Moskow, 288p.

Tədris metodları

Mühazirə

x

Laboratoriya məşğələsi

x

Qiymətləndirmə

Komponentləri

Tarix/son müddət

Faiz (%)

Davamiyyət

Semestrin sonu

5

Fəallıq

Hər dərs

5

Yoxlama işi (Quiz)

Semestr müddətində

20

Referat

Semestr müddətində




Aralıq imtahan (yazılı)

Cədvəl üzrə

30

Son imtahan (yazılı)

Cədvəl üzrə

40

Yekun




100

Kursun təsviri

Bu kursda bioloji obyektlərdə stabillik və tarazlıq, bərk cisimlərin deformasiyası biomexanikası,

damar divarlarının mexaniki xarakteristikası kimi biomexaniki mövzulara diqqət yetirilir. O cümlədən, bu kurs xarici və daxili qüvvələrin təsiri ilə bioloji mexanika haqqında məlumatları özündə cəmləşdirir.



Kursun məqsədi

Tələbələrə insan orqanizminin bioloji mexanikasının xüsusiyyətlərini, bioloji - fiziki proseslər zamanı orqanizmdə baş verən mexaniki dəyişiklikləri və həmçinin canlı orqanizmlərdə tarazlıq prinsiplərini öyrətməkdir.

Tədrisin (öyrənmənin) nəticələri

Kursun sonunda tələbələrin nəyi bilməlidirlər:

1. Biomexanikanıın əsas prinsiplərini

2. Müxtəlif təyinatlı biotibbi cihazların quruluş prinsiplərini

3. Sadə quruluşlu biotibbi cihazlarda işləmə qaydalarını

4. İnsan orqanizminin əsas inkişaf qanunauyğuluqlarını


Qaydalar (tədris siyasəti və davranış)

Dərsin təşkili


Fənnə aid ümumi xarakterli məlumatlar mühazirə zamanı tələbələrə çatdırılacaqdır. Laboratoriya məşğələləri zamanı müvafiq əyani vasitələrdən (anatomik modellər, mikroskoplar, tibbi cihazlar) istifadə ediləcəkdir. Bu zaman yeni mövzu daha ətraflı müzakirə ediləcək və tələbələrə praktik vərdişlər öyrədiləcəkdir. Hər bir laboratoriya dərsində tələbələrə əvvəlki mövzuya aid suallar veriləcək və semestrin sonunda nəticəyə əsasən tələbələrin fəallığı qiymətləndiriləcəkdir. Aralıq və final imtahanları öncəsi tələbələrin mənimsəmə səviyyələri quizlər vasitəsilə yoxlanılacaqdır.

Ümumi qaydalar

Davamiyyət

Tələbələrin bütün dərslərdə iştirakı vacibdir. Tələbələr müəyyən səbəblərdən dərslərin buraxılması (xəstəlik, ailə vəziyyəti və s.) haqqında məlumatı fakültə dekanlığına təqdim etməlidirlər. 25%-dən artıq dərs buraxan tələbələr imtahana buraxılmır.



Gecikmə

Tələbə dərsə 10 dəqiqədən artıq gecikmişdirsə, onun dərs otağına daxil olması və dərsə maneçilik törətməsinə icazə verilmir.



Yoxlama işi (Quiz)

Müəllimə və dekanlığa qabaqcadan məlumat verilən səbəblərdən yoxlama işində iştirak etməyən tələbə yoxlama işini növbəti həftədə yaza bilər.



İmtahanlar

Tələbənin imtahanda iştirakı və ya imtahanın buraxılması ilə bağlı bütün məsələlər fakültə rəhbərliyi tərəfindən həll olunur. İmtahanda iştirak etməmə yalnız dekanlığın icazəsi ilə mümkündür. İctimai fəaliyyətlə əlaqədar imtahanlardan yayınma hallarına yol verilmir . İmtahanlar kumulyativ xarakterli olmalıdır . Aralıq və yekun imtahanların mövzuları tələbələrə imtahandan öncə verilir. Son imtahanda sualların əksəriyyəti aralıq imtahandan sonra keçirilmiş materialların əsasında tərtib olunur.



Tələbənin kursu başa vurması

60% və daha artıq bal toplamış tələbə kursu bitirmiş hesab olunur. Əks halda tələbə bu kursu yenidən keçməlidir.



İmtahan qaydalarının pozuntuları

İmtahanlarda mövcud qaydaların pozulması (köçürmə cəhdləri, köçürmələr, imtahanın gedişini pozmaq və digər qanunsuz hərəkətlər ) hallarında tələbənin imtahan işi ləğv olunur.



Dərslərdə davranış

Tələbə dərs zamanı müvafiq akademik şəraitin yaradılması üçün mümkün olan hər şeyi etməlidir. İcazəsiz danışığa, lüzumsuz hərəkətlərə və s. qeyri-etik davranışa qətiyyən yol verilmir.Tələbə dərsdə fəal şəkildə iştirak etməli, lazım olduqda suallar verməli və müzakirələrdən kənarda qalmamalıdır.



Dərs zamanı mobil telefonlardan və digər elektronik cihazlardan istifadə qəti qadağandır!

MÖVZULAR ÜZRƏ SAATLARIN TƏXMİNİ BÖLGÜSÜ VƏ TƏQVİM-TEMATİK PLAN

Həftə

Tarix

(planlaşdırılmış)

Mövzular

Saatlar


İstinadlar

1

10.02.2016

Stabillik və tarazlıq

4

[3]

https://cloud.mail.ru/public/de84750f3b96/biomechanics



2

17.02.2016

Nyutonun hərəkət qanunları

4

[3]

https://cloud.mail.ru/public/de84750f3b96/biomechanics



3

24.02.2016

Skelet sistemi

4

[4]

https://cloud.mail.ru/public/de84750f3b96/biomechanics



4

02.03.2016

Daxili və xarici qüvvələr

4

[4]

https://cloud.mail.ru/public/de84750f3b96/biomechanics



5

09.03.2016

Təsir edən qüvvəni xarakterizə edən sərbəst bədən sxemi

4

[3]

https://cloud.mail.ru/public/de84750f3b96/biomechanics



6

16.03.2016

Qüvvə - fırlanma momentlərinin qarşılıqlı əlaqəsi

4

[3]

https://cloud.mail.ru/public/de84750f3b96/biomechanics



7

30.03.2016

Linglər

4

[3]

https://cloud.mail.ru/public/de84750f3b96/biomechanics



8

06.04.2016

Anatomik linglər

4

[3]

https://cloud.mail.ru/public/de84750f3b96/biomechanics



9

13.04.2016

Çəki

Aralıq imtahanı

10

20.04.2016

Ağırlıq mərkəzinin ölçülməsi

4

[3] https://cloud.mail.ru/public/de84750f3b96/biomechanics

11

27.04.2016

Tarazlıq prinsipləri

4

[3] https://cloud.mail.ru/public/de84750f3b96/biomechanics

12

04.05.2016

Sabit vəziyyət. Sabit vəziyyətin saxlanması

4

[4] https://cloud.mail.ru/public/de84750f3b96/biomechanics

13

11.05.2016

Bərk cisimlərin deformasiya mexanikası

4

[3] https://cloud.mail.ru/public/de84750f3b96/biomechanics

14

18.05.2016

Bərk cisimlərin deformasiyası biomexanikası

4

[1] https://cloud.mail.ru/public/de84750f3b96/biomechanics

15

25.05.2016

Damar divarlarının mexaniki xarakteristikası

4

[1] https://cloud.mail.ru/public/de84750f3b96/biomechanics







Final imtahanı








Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə