11
1. 3. Mərkəzi Bank, onun quruluşu və hüquqi mövqeyi
Azərbaycan Respublikasının Mərkəzi Bankı – ölkənin
əsas bankıdır. Onun statusu Azərbaycan Respublikasının
Konstitusiyası, «Azərbaycan Respublikasının Mərkəzi Bankı
haqqında» Qanunla və digər qanunlarla tənzimlənir.
Mərkəzi Bank hüquqi şəxsdir və vergi orqanlarında qey-
diyyata alınmır. Gəlir əldə olunması Mərkəzi Bankın fəaliyyət
məqsədi deyildir.
Mərkəzi Banka rəhbərliyi Mərkəzi Bankın İdarə Heyəti
edir. İdarə Heyəti və onun digər stukturları aşağıdakı kimidir:
1. Mərkəzi Bankın sədri və onun müavinləri;
2. Əsas departament direktorları.
İdarə Heyəti və onun strukturları aşağıdakı funksiyaları
həyata keçirir:
1) Azərbaycan Respublikasının hökuməti ilə birlikdə vahid
pul-kredit siyasətinin əsas istiqamətlərinin yerinə yetirilməsini
işləyib hazırlayır və təmin edir;
2) Mərkəzi Bankın illik hesabatını təsdiq edir və onu
Azərbaycan Prezidentinə təqdim edir;
3) Cari ilin (31 dekabr tarixindən gec olmayaraq) Mərkəzi
Bankın növbəti il üçün xərc smetasını, eləcə də smetada nəzərə
alınmamış xərcləri nəzərdən keçirir və təsdiq edir;
4) Mərkəzi Bankın
strukturunu müəyyən edir;
5) Mərkəzi Bankın Sədrinin, Mərkəzi Bankın Sədr müa-
vinlərinin və Mərkəzi Bankın digər əməkdaşlarının əməkhaqlarının
forma və həcmini
təsbit edir;
6) Aşağıdakı qərarları qəbul edir:
Mərkəzi Bankın idarə və təşkilatlarının yaradılması və
ləğv olunması haqqında;
kredit təşkilatları üçün mütləq normativlərin təsbit edil-
məsi haqqında; ehtiyat tələblərinin həcmi haqqında;
Mərkəzi Bankın faizlərinin dəyişilməsi haqqında və s.
Mərkəzi Bankın idarələrinin, təşkilat və həmkarlarının
13
Mülki dövriyyənin müdafiəsi funksiyası və kredit siste-
minə inamın möhkəmlənməsi Mərkəzi Bank fəaliyyətinin əsas
məzmununu təşkil edir. Bu, yalnız Azərbaycan Respublikasının
maliyyə-kredit
sisteminin
xüsusiyyəti
deyildir.
Bazar
iqtisadiyyatında olan istənilən müasir dövlətin Mərkəzi Bankı
həmin məsələləri həll etmək məcburiyyətindədir. Ölkənin bütün
kredit
sistemi
funksiyalarının
yerinə
yetirilməsinin
müvəffəqiyyəti əsasən cəmiyyətin bu sistemə inamını təmin edən
müvafiq hüquqi və institusional şəraitlərin olmasından ibarətdir.
Əgər bu cür inam itirilmişsə, vətəndaşlar, təşkilatlar və firmalar
öz vəsaitlərini başqa yerə yatırmağa çalışar. Bu isə mütləq surətdə
bankın müflis olmasına və bankdan vəsaitlərin müsadirə
olunmasına gətirib çıxaracaqdır. Bu səbəbdən vəsaitlərin
təhlükəsizliyinə zəmanət verən maliyyə strukturları sistemi
mövcud olmalıdır.
Mərkəzi bank sistemli bank çətinliklərinin yaranmamasına
xüsusi diqqət yetirir. Bu məqsədlə problemli bankların ilk
mərhələdə aşkar edilməsi qaydası tətbiq edilmişdir. Bu isə kredit
təşkilatlarının maliyyə sabitliyinin müntəzəm olaraq sistemli
təhlilini aparmağa və daha operativ şəkildə təsir tədbirlərini tətbiq
etməyə imkan yaradır.
Dostları ilə paylaş: