Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235


 Birbaşa və portfel investisiyarı



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə109/114
tarix01.01.2022
ölçüsü1,92 Mb.
#106937
növüDərs
1   ...   106   107   108   109   110   111   112   113   114
bank emeliyyatlari

12.2. Birbaşa və portfel investisiyarı 
 
İnvestisiya  (kapital  qoyuluşu)  –  iqtisadiyyatın  bütün 
sahələrində  əsas  ehtiyatların  təkrar  istehsalının  genişləndi-
rilməsinə  yönəldilmiş  maddi,  əmək  və  pul  ehtiyat  xərclərinin 
məcmusudur. İnvestisiya – Azərbaycan iqtisadiyyatı üçün yeni bir 
termin  deyil.  Mərkəzləşdirilmiş  planlı  sistem  çərçivəsində  təmir 
xərcləri  daxil  olmaqla  əsas  ehtiyatların  təkrar  istehsalına  olan 
bütün  xərclər  kimi  başa  düşülən  «ümumi  kapital  qoyuluşu» 
anlayışı  istifadə  edilirdi.  İnvestisiya  anlayışı  mahiyyətinə  görə 
«kapital  qoyuluşu»  və  «maliyyə»  (portfel)  investisiyası 
terminlərinə  yaxın  olan  real  investisiyanı  əhatə  edir,  yəni 
səhmləri,  istiqraz  vərəqələri,  digər  qiymətli  kağızları  yerləşdirmə 
mülkiyyətindən mənfəət  əldə  etmə hüququ verən mülkiyyətçinin 
titulu  ilə  əlaqədardır.  Maliyyə  investisiyası  həm  kapital 
qoyuluşunun  əlavə  mənbəsinə,  həm  də  qiymətli  kağızlar 
bazarında  birca  oyunun  predmetinə  çevrilə  bilər.  Lakin  portfel 
investisiyasının  bir  hissəsi  (maddi  istehsalatın  müxtəlif 
sahələrində  müəssisənin  səhmlərinə  kapital  qoyuluşu)  təbiətinə 
görə  istehsalatda  heç  nəyinə  görə  birbaşa  investisiyadan 


 
 
 
 
199 
fərqlənmir.  
Birbaşa  və  portfel  investisiyaları  oxşar,  lakin  müxtəlif 
motivlərlə  hərəkət  edir.  Hər  iki  halda  investorlar  sahib  olduqları 
səhmlərin  hesabına  şirkətin  mədaxilindən  mənfəət  əldə  etmək 
istəyir.  Belə  ki,  portfel  investisiyası  həyata  keçirilən  zaman 
investor  şirkəti  idarə  etməkdə  deyil,  gələcək  dividentlərin 
hesabına gəlir əldə etməkdə maraqlıdır. Birbaşa kapital qoyuluşu 
edən  xarici  investor  (bir  qayda  olaraq,  iri  şirkət)  müəssisənin 
idarəçiliyini ələ keçirməyə çalışır.  
Birbaşa  xarici  investisiya  –  ölkə  iqtisadiyyatında  kapital 
qoyuluşunun  sadə  maliyyələşdirilməsindən  də  üstündür.  Birbaşa 
xarici  investisiyada,  həmçinin  müəssisənin  istehsalatının  və 
texniki  səviyyəsinin  yüksəldilməsinin  üsulları  vardır.  Ölkədə  öz 
kapitalını  yerləşdirən  xarici  şirkət  texnologiya  və  istehsalatın 
təşkilinin  yeni  üsullarını  tətbiq  edir  və  birbaşa  dünya  bazarına 
çıxır.  
Portfel  investisiyası  üzərində  nəzarət  hüququnu  verməyən 
xarici  müəssisələrin  səhmləri,  istiqraz  vərəqələri  və  xarici 
dövlətlərin və ya beynəlxalq valyuta-maliyyə təşkilatlarının digər 
qiymətli kağızları ilə kapital qoyuluşudur. Həqiqi investisiyalar da 
mövcuddur.  Bu  –  torpağa,  daşınmaz  əmlaka,  avtomaşınlara  və 
avadanlıqlara,  ehtiyat  hissələrinə  və  s.  kapital  qoyuluşudur. 
Həqiqi investisiyaya dövriyyə kapitalının xərcləri də daxil edilir.  
 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin