197
ucuz vasaitlərdir. Bu məsələ həll edilən zaman onlar kapital
qoyuluşuna yönəldilir və yaxud digər aktivlərə daxil edilir. Bank
iki hala riayət edir:
İqtisadi mənfəət (kapital qoyuluşundan nəticə);
İqtisadi mənfəətdən başqa konkret investisiya layihəsinin
həyata keçirilməsində maraq (əgər varsa).
Əgər bank ancaq iqtisadi mənfəət götürməyə yönəl-
dilmişsə, bank maksimal gəlir gətirən kapital qoyuluşunun üsu-
lunu axtarır. Bu elmi işin növbəti fəsillərində kapital qoyuluşunun
cəlb
edilməsinin
nümunəvi metodiki göstəriciləri qeyd
olunmuşdur.
Bankın şəxsi vəsaitləri kapital qoyuluşunun maliyyələş-
dirilməsi üçün olduqca cəlbedici mənbədir.
Müştərilərin hesablarında vəsaitlərin qalıqları, uzun-
müddətli passivlər, müştərilərin girov öhdəlikləri və s. daha
dəyərli passivlərdir.
Buna görə də investisiya üçün istifadə edilən zaman
onlarla ehtiyatlı olmaq lazımdır. Müştərilər tərəfindən vəsaitlərin
geri tələb edilmə riski mövcuddur (hesablarda qalıqlar və girov
öhdəlikləri üçün). Uzunmüddətli passivlərin istifadəsinə görə
böyük faizlər ödənilməlidir.
Beləliklə, aşağıda göstərilən şərtlərə riayət olunmalıdır:
a) İnvestisiya üçün bu passivlərin ancaq kiçik bir hissəsi
əlverişli ola bilər (məsələn, 25%);
b) Bu mənbələr layihədə ancaq ən minimal risklə kapital
yerləşdirə bilər (məsələn, dövlət və ya bələdiyyə qiymətli
kağızları);
c) İnvestisiya
layihəsinin
ödənilməsinin hesablanması
zamanı zəruri diskontedilmə normasını nəzərə almaq lazımdır.
Dostları ilə paylaş: