156
Köçürmə vekseli indossamentin vasitəsilə üçüncü şəxsə
verilə bilər. İndossament üzrə veksel verən şəxs indossant,
indossament üzrə vekseli alan şəxs isə indossat (və ya indossator)
adlanır. Əgər veksel verən vekseldə «əmrsiz» və ya digər oxşar
ifadəni göstəribsə, onda sənəd ancaq adi sessiya forması ilə verilə
bilər. Sessiya digər şəxs qarşısında öhdəliyə görə tələbin güzəşti, hər
hansı bir öz hüququnun verilməsidir. Öz hüququnu güzəşt edən şəxsi
sedent, həmin hüququ eldə edən şəxs isə sessionar adlanır.
İndossament vekselin aksept edilib-edilməməsindən asılı
olmayaraq ödəyicinin xeyrinə, həmçinin veksel verənin və veksel
üzrə borclu olan digər şəxsin xeyrinə yerinə yetirilə bilər. Bu şəxslər
,
öz növbəsində, vekseli indossat edə bilərlər.
İndossament sadə və mürəkkəb (razılaşdırılmamış) ola
bilər. Qanuna görə qismən indossament etibarsızdır.
Vekseli verən zaman İndossant ötürücü yazı qeydini
göstərə bununla da o üzərindən ödənilməyən və veksel
ödənilmədikdə etiraz etməyə görə məsuliyyəti götürə bilər. Bu da
digər indossantlara şamil edilmir.
İndossament köçürmə vekseldə və ya ona əlavə edilmiş
əlavə vərəqədə – alloncda yazır. O, indossant tərəfindən
imzalanır.
İndossamentdə görülmüş işin kimin xeyrinə olması gös-
tərilməyə də bilər, o, ancaq indossantın bir imzasından ibarət ola
bilər. Belə indossant blanklı hesab olunur. Blanklı indossamentin
etibarlı olması üçün köçürmə vekselin digər tərəfinə allonc
yazılmalıdır.
İndossament köçürmə vekseldən irəli gələn bütün
hüquqları keçirir. Əgər indossament blanklıdırsa, onda veksel
saxlayan aşağıda göstərilən hüquqları əldə edir:
Blankı öz adından və ya digər şəxsin adından doldurmaq;
Vekseli həm blank vasitəsilə, həm də digər şəxsin adından
indossant etmək;
157
Blankı doldurmadan və indossament həyata keçirilmədən
vekseli üçüncü şəxsə ötürmək.
İndossant akseptə və ödənişə görə cavabdehdir. Bununla
yanaşı o, yeni indossamentə qadağa qoya bilər. Belə halda o,
sonradan həmin vekselin kimin xeyrinə indossant edilmiş şəxslər
qarşısında məsuliyyət daşımır.
Əgər indossamentdə «alınması üçün valyuta», «inkasso
ilə», «etibarlı şəxs kimi» və ya sadə tapşırıqdan ibarət digər
qeydlər göstərilibsə, veksel saxlayan köçürmə vekseldən irəli
gələn bütün hüquqları həyata keçirir, ancaq yenidən həvalə etmə
qaydasında indossant edə bilər. Bu halda borclu şəxs veksel
saxlayana qarşı ancaq indossanta qarşı yönələn etirazlarını bildirə
bilər. Əgər indossamentdə «təminat valyuta ilə», «girov valyuta
ilə» və ya girov mənasında digər qeydlər göstərilmişsə, onda
veksel saxlayan köçürmə vekseldə olan bütün hüquqları həyata
keçirir. Lakin onun tərəfindən qoyulmuş indossament ancaq
yenidən həvalə edildikdə qüvvədə qalır.
İndossament ödəniş müddətindən sonra da həyata keçirilə
bilər. O, əvvəlki indossament kimi eyni hüquqi qüvvəyə malikdir.
Maliyyəçi nəzərə almalıdır ki, ödəniş edilmədikdə etirazdan və ya
etirazın edilməsi üçün müəyyən olunmuş müddət keçdikdən sonra
edilmiş indossament adi sessiya nəticələrinə səbəb olur. Bu
zaman tarix göstərilməyən indossament etirazın edilməsi üçün
müəyyən olunmuş müddət bitənə kimi başa çatmış hesab olunur.
Dostları ilə paylaş: