9.4. Təbii qiymətli daşlarla əməliyyatlar
Qeyd edilmiş müddəa qiymətli daşlar adlandırılan təbii
almaz, rubin, zümrüd, sapfir, aleksandrit, xammal və emal edilmiş
şəkildə mirvari, nadir kəhrəba törəmələri ilə həyata keçirilən
əməliyyatlara aiddir. Bu qayda aşağıda qeyd edilmiş qiymətli
daşlara da şamil edilir:
173
a) Təbii daşlar – seçilmiş və qiymətləndirilmiş;
b) Emal edilmiş – zərgərlik məmulatları, yarımfabrikatlar
və texniki təyinatlı məmulatlar.
Xam, seçilməmiş təbii qiymətli daşlarla əməliyyatların
keçirilməsinə yol verilmir.
Qiymətli metalların seçilməsi, ilkin təsnifi və ilkin qiymət-
ləndirilməsi respublika qanunvericiliyi və normativ-texniki
sənədlərə müvafiq olaraq hasilat subyektləri tərəfindən həyata
keçirilir. Hasil edilmiş qiymətli daşların ilkin təsnifatı və ilkin
qiymətləndirilməsini həyata keçirmək imkanı olmayan hasilat
subyektləri müəyyən edilmiş qaydaya əsasən onların seçimi, ilkin
təsnifatı və ilkin qiymətləndirilməsini həyata keçirmək üçün
dövlət qorunmasına təqdim edir. Emal müəssisələri əməliyyatları
aşağıdakı vasitələrlə həyata keçirə bilər:
İstehsalda istifadə olunmayan, emal edilməmiş qiymətli
metallar – qiymətli daşların emal edilməsi üçün müvafiq
lisenziyaya malik digər təşkilatlara və ya qiymətli daşlar
bircası vasitəsilə;
Emal edilmiş qiymətli daşlar – öz fəaliyyətində birbaşa
qiymətli daşlardan istifadə edən digər müəssisələrə və ya
qiymətli daşlar bircası vasitəsilə.
Qiymətli daşların istifadəsi və dövriyyəsinə dövlət nə-
zarətini həyata keçirmək məqsədilə Maliyyə Nazirliyi hasilat
subyektləri ilə emal təşkilatları, eləcə də emal təşkilatları arasında
emal edilməmiş qiymətli metallarla aparılan sövdələşmələrin
uçotunu həyata keçirir. Maliyyə Nazirliyi və Mərkəzi Bank hər il
qiymətli daşların əldə edilməsi sifarişini verir və cari ilin 1 yanvar
tarixinədək hökumətə gələn il dövlət ehtiyatlarının artırılması
üçün təbii qiymətli daşların alınması həcmini, onların satın
alınacağı hasilat təşkilatının adını, eləcə də qiymətli metallar və
qiymətli daşların dövlət fondundan satış limitləri (kvota)
haqqında xəbər verir.
Azərbaycanın Mərkəzi Bankı və xüsusi səlahiyyətli
banklar təbii qiymətli daşların alqı-satqı əməliyyatlarını öz
174
hesabına və öz müştəriləri hesabına yerinə yetirmək hüququna,
girov əməliyyatları və qüvvədə olan qanunvericiliklə nəzərdə
tutulmuş digər növ əməliyyatları həyata keçirmək hüququna
malikdir. Mərkəzi Bank xüsusi səlahiyyətli banklara respublika
ərazisində təbii qiymətli daşlarla əməliyyatlar aparılması
haqqında Müddəa ilə ona verilmiş hüquqlar çərçivəsində həyata
keçirə biləcəyi əməliyyatların siyahısı və xarakterini müəyyən
edir. Bunlara həmçinin aşağıda adları qeyd edilmiş təşkilatlarla
bağlanmış komissiya və ya tapşırıq müqavilələri üzrə özhesabına
və müştərilərin hesabına alqı-satqı müqaviləsi də daxildir:
Emal təşkilatlar ilə;
Digər xüsusi səlahiyyətli banklarla;
Sənaye təşkilatçıları ilə;
İnvestorlarla.
Bundan başqa xüsusi səlahiyyətli banklar yuxarıda qeyd
edilmiş Müddəanın tələblərinə müvafiq olaraq girovun satışı
şərtilə təbii qiymətli daşlarla əməliyyatların aparılmasını həyata
keçirmək hüququna da malikdir. İnvestorlar emal olunmuş
qiymətli daşların alqı-satqı əməliyyatlarını, onların saxlanmasını
və zərgərlik məmulatlarının alınmasını yalnız xüsusi səlahiyyətli
banklar vasitəsilə onlarla bağlanmış tapşırıq müqaviləsi əsasında
həyata keçirə bilər. Qiymətli daşların sahibləri onlardan girov
olaraq istifadə edə bilər. Girov saxlayanın tələblərinin yerinə
yetirilməsi təbii qiymətli daşların satışı nəticəsində əldə edilmiş
pul vəsaitləri hesabına həyata keçirilə bilər.
Təbii qiymətli daşlardan ödəniş vasitəsi kimi, eləcə də öz
məhsullarının istehsalında qiymətli daşlardan istifadə edən fərdi
sahibkarlara və hüquqi şəxslərə kommersiya bankları tərəfindən
verilmiş kreditlərin hesabatı zamanı istifadə edilməsinə yol
verilmir. Mərkəzi Bank və Maliyyə Nazirliyi «Azərbaycan
ərazisində qiymətli daşlarla əməliyyatların həyata keçirilməsi
haqqında Müddəanın tətbiq edilməsi qaydası haqqında» müştərək
məktubu ilə respublika ərazisində banklar tərəfindən təbii
qiymətli daşlarla həyata keçirilən əməliyyatların siyahısını təsdiq
175
etmişdir. Həmin əməliyyatlara qeyd edilmiş müddəada
göstərilmiş əməliyyatlardan başqa aşağıdakılar da aiddir:
1. Emal təşkilatları, xüsusi səlahiyyətli banklar, sənaye
istehlakçıları, investorlarla bağlanmış komissiya və ya
tapşırıq müqavilələri üzrə özhesabına və müştərilərin
hesabına alqı-satqı müqaviləsi;
2. Yuxarıda qeyd edilmiş müddəanın tələblərinə müvafiq -
olaraq girovun satışı şərtilə təbii qiymətli daşlarla həyata
keçirilən girov əməliyyatları.
Bank hüquqi şəxslərə qiymətli əşyaları (pul nişanlarını, qiy-
mətli metalları və daşları, sikkələri, zərgərlik məmulatlarını və s.),
eləcə də qiymətli sənədləri (nizamnamə sənədlərini, vekselləri,
sertifikatları, lisenziyaları və s.) fərdi bank ,seyflərində
saxlamaq imkanı təklif edir.
|