Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi Metodik Şurasının



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə37/84
tarix30.03.2023
ölçüsü1,56 Mb.
#124581
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   84
Loqopediya (Mühazirələr)

Qısa tarixi nəzər 
XIX əsrə qədər qüsurlu uĢaqlara qayğı və onlarla davranıĢ əsas 
etibarilə dayəçilik üzərində qurulmuĢdur. UĢaqlar onların qayğısına 
qalan ailə zvləri ilə birgə evdə qalırdılar. Əksər hallarda bu uĢaqlara 
ailənin üzərinə düĢən ağır yük kimi baxırdılar. Ailələr onlara qayğı 
göstərmək üçün heç yerə, heç bir quruma müraciət etmirdilər.
1800-cü ildə fransız fiziki Jan Mark Ġtard qüsurlu uĢaqları təlimə 
cəlb etmək üçün ilk öncə vahid təlim texnikasını inkiĢaf etdirdi. Ġtardın 
davamçıları onun texnikasını BirləĢmiĢ ġtatlara gətirdilər, burada onlar 
idrakı qüsurların elmi Ģəkildə öyrənilməsi ilə əlaqədar olaraq təĢkilat 
yaratdılar.
1830-cu ildə ABġ-da karlar və korlar üçün məktəblər yaradıldı. 
Bu ilk məktəblərin təĢkilindən məqsəd əhalinin bacarıq və vərdiĢlərdən 
məhrum hissəsini təlimlə təmin etmək idi. karlar üçün məktəblərdə iĢarə 
dilindən və alternativ kommunikasiya sistemlərindən istifadə olunurdu. 
Adətən, uĢaqların yaĢadığı yerlərdə yüz millərlə uzaqda yerləĢən bu 
geniĢ Ģəbəkələr onların ünsiyyətinə Ģərait yaradılmasında misilsiz rol 
oynayırdı.
Rusiyada formal xüsusi təhsil sistemi 1917-ci il Rusiya 
inqilabından sonra (Malofeyev, 1998 həyata keçirilməyə baĢlamıĢdır. 


128 
Dövlət evdən uzaqda saxlanılan və xüsusi ehtiyaclı uĢaqlara dərs 
keçirilməsi üçün müvafiq haqq ödəyirdi.
Bu müddət ərzində Viqotskinin və baĢqa rus pedaqoqlarının 
sosial-mədəni nəzəriyyələri formalaĢmıĢdı. Viqotskinin irəli sürdüyü 
nəzəriyyələr Qərbdə əlli il əvvəl intiĢar tapa bilərdi. Onun əsərləri geniĢ 
ictimaiyətin nəzərinə çatdırıldıqda qüsurlu uĢaqların təliminə geniĢ 
miqyasda, bütün dünyada məĢğul olmağa baĢlanıldı.
Viqotski qüsurlu uĢaqların ictimaibaxımdan təcrid edilməsinin 
əsas nəticələrini açıb göstərirdi. O, belə bir nəticəyə gəlmiĢdi ki, uĢağın 
ailəsindən və dostlarından kənar bir yerdə, xüsusi ictimai mühitin 
yaradılması əsl həqiqətdə ikinci qüsurun törənməsinə səbəb olur 
(Viqotski, 1978). Qüsurlu uĢaqlar onların əsas sosial ehtiyaclarına 
əhəmiyyət verilmədikdə çox böyük zərbə alırlar.
1990-cı illərin əvvəllərində Ġtalyan fiziki Mariya Montesseri 
Romada uĢaqların kasıbçılıq içində yaĢamalarından son dərəcə 
narahatlıq keçirirdi. O, uĢaqları xüsusi Ģəraitli, hər baxımdan təĢkil 
edilmiĢ «UĢaq evləri» ilə təmin etmək üzərində iĢləyirdi. O, uĢaqlara 
fəaliyyət seçimi etmək imkanı verən və onları müəyyən problemləri həll 
etməyə sövq edən vasitələrə çox inanırdı. Onda belə bir inam 
formalaĢmıĢdı ki, uĢaqlar onlara müvafiq imkanlar verən vərdiĢlərin 
inkiĢaf etdirilməsinə möhtacdırlar. Bir sözlə o, təhsil almaq istəyən 
uĢaqların adından çıxıĢ edərək, onların müdafiəçisinə çevrilmiĢdi. (Kuk. 
Tezus və Armbrüster. 1987). 
Avropada, Amerika BirləĢmiĢ ġtatlarında, Avstraliyada və 
Kanadada valideynlər öz qüsurlu uĢaqlarının yerli məktəblərə daxil 
edilməsi üzərində təkid edirlər. Onlar uĢaqlar üçün nəzərdə tutulan 
müvafiq qeyri-adekvat məktəb proqramlarına əsaslanaraq qüsurluluğun 
əmələ gətirdiyi təcrid olunma çərçivəsini vurub dağıtmağa cəhd 
edirdilər. Ailələr öz qüsurlu uĢaqlarını onlar tam hüquqlu ailə üzvlərinə 
çevrilə bildikləri halda doğma ocaqlarında saxlamaq istəyirdilər.
1950-ci illərdən baĢlayaraq, valideynlər və bir qrup vəkil 
Amerikada ABġ Konstitusiyasına əsaslanan bir sıra əhəmiyyətli 
məhkəmə iĢlərini uddular. Qüsurlu uĢaqlar həm rəsmi müraciət və həm 
də qanunvericiliyə əsaslanan müntəzəm təhsil ocaqlarına daxil olmaq 
hüququ əldə etdilər.
1960-cı illərin ortalarında Amerika BirləĢmiĢ ġtatlarında BaĢ 
BaĢlanğıc Layihəsi təhsil proqramının və məktəbəqədər uĢaqlara və 
onların valideynlərinə tibbi yardımın tərkib hissəsi kimi fəaliyyətə 
baĢladı. 1972-ci ildən etibarən BaĢ BaĢlanğıc Layihəsi qüsurlu uĢaqların 


129 
bu siniflərə cəlb edilməsi iĢinə baĢladı. BaĢ BaĢlanğıc Layihəsi qüsurlu 
uĢaqların və onların ailələrinə xidmət göstərən ilkin qurum-model 
nümunəsi idi.
1975-ci ildə ABġ Konqresi dövlətlərə və məktəb dairələrinə «azad 
ictimai təhsil» keçməkdə kömək etmək üçün federal fonlardan yardım 
almağı nəzərdə tutan qanunvericilik aktını qəbul etdi. Bir çox uĢaqlar 
üçün bu qanun ailəni istənilən ibtidai təlim proqramının vacib vahidi 
sayması ilə böyük əhəmiyyət daĢıyırdı.
Amerika BirləĢmiĢ ġtatlarında qüsurlu uĢaqlar hal-hazırda ibtidai 
təhsilə yiyələnə bilərlər ki, bu da onlara öz potensialları çərçivəsində 
böyümək və inkiĢaf etməyə yardım göstərir. qüsurlu uĢaqlar yerli 
məktəbəqədər müəssisələrə gedir və kollektiv fəaliyyətlərdə iĢtirak 
edirlər. Daha yaĢlı qüsurlu fərdlər demək olar ki, ali məktəbləri və 
kollecləri bitirmiĢlər. Əmək qabiliyyəti olmayan yaĢlılar iĢləmir, 
vergiləri ödəmir və cəmiyyətin digər üzvlərinə aid olan imkanlardan 
istifadə edə bilirlər.

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin