61
Cingiltili samitlərin tələffüzü
6. Sonu d samiti ilə bitən bəzi təkhecalı və ümumən çoxhe-
calı sözlər ayrılıqda deyildikdə, yaxud həmin sözlərdən sonra
samitlə başlanan söz gəldikdə sondakı d kar tələffüz edilir; mə-
sələn:
dərd
—
dər[t ]
dörd
—
dör[t ]
qənd ver
—
qən[t ] ver
7. Sonu c samiti ilə bitən çoxhecalı sözlər ayrılıqda deyil-
dikdə, yaxud ondan sonra samitlə başlanan söz gəldikdə c səsi
kar tələffüz olunur:
ağac
—
ağa[ç ]
çəkic
—
çəki[ç ]
kərpic kəsən
—
kərpi[ç ] kəsən
8. Sonu b samiti ilə bitən çoxhecalı sözlər ayrılıqda deyil-
dikdə yaxud da ondan sonra samitlə başlanan söz gəldikdə b səsi
kar tələffüz edilir:
corab
—
cora[p ]
cavab verdi
—
cava[p ] verdi
9. Sonu g samiti ilə bitən çoxhecalı sözlər ayrılıqda deyil-
dikdə, yaxud da ondan sonra samitlə başlanan söz gəldikdə g səsi
kar tələffüz edilir:
nəhəng
—
nəhən[k ]
pələng dərisi
—
pələn[k ] dərisi
10.
Rus və avropa mənşəli sözlərdə t səsindən əvvəl
gələn v samiti f kimi tələffüz olunur. Məsələn:
avtomat
—
a[f]tomat
avtobus
—
a[f]tobus
11.
Söz daxilində b və m samitlərindən əvvəl gələn n
səsi m kimi tələffüz edilir: Məsələn:
zənbil
—
zə[m]bil
62
sünbül
—
sü[m]bül ]
12.
Söz sonunda q samiti kar tələffüz olunur:
otaq
—
ota[x ]
dodaq
—
doda[x ]
13.
Q samiti söz ortasında kar samitdən əvvəl gəldik-
də kar tələffüz olunur:
nöqsan
—
nö[k’]san
məqsəd
—
mə[k’]səd
14.
Qoşa q samitli sözlərdəki birinci q səsi kar, ikinci
cingiltili tələffüz edilir:
toqqa
—
to[k’]qa
saqqal
—
sa[k’]qal
baqqal
—
ba[k’]qal
15.
Sonu q samitli çoxhecalı sözlərdən sonra samitlə
başlanan şəkilçi, yaxud söz gəldikdə q səsi x kimi tələffüz edilir:
qonaqlar
—
qona[x]lar
torpaq becərmək
—
torpa[x ] becərmək
16.
Sonu q samitli coxhecalı sözlərdən sonra saitlə
başlanan söz gəldikdə q səsi ğ kimi tələffüz edilir:
papaq aldım
—
papa[ğ ] aldım
uşaq əli
—
uşa[ğ ] əli
17.
Rus və avropa mənşəli sözlərin çoxunda qoşa sa-
mitlərdən ancaq biri tələffüz olunur. Məsələn:
attestat
—
[ atestat ]
rejissor
—
[ rejisor ]
18.
Sonu (st) səs birləşməsi ilə bitən sözlərədən sonra
samitlə başlanan şəkilçi, yaxud da söz gəldikdə t səsi tələffüz
olunmur:
dostluq
—
[ doslux ]
sərbəst yazı
—
[ sərbəs ] yazı
|