Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Ġdarəçilik



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə49/119
tarix18.10.2022
ölçüsü1,28 Mb.
#118372
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   119
2015-332

Leksik dialektizmlər. Ədəbi dildə qarşılığı olan dialektizm-
lər leksik dialektizm adlanır; məsələn: qəlbi (uca), becit (tez) və 
sair. 
Bu qrup dialektizmlərə dilçilik ədəbiyyatında xüsusi dialek-
tizmlər də deyilir. Lakin, əslində bunlar sinonim dialektizmlərdir. 
Ona görə ki, bu cür dialektizmlərin ifadə etdiyi mənaların 
özünəməxsus ədəbi şəkildə ifadə forması – yəni sözü olur. Bu 
dialektizmlər isə öz dialekt çalarlığını saxlayaraq həmin sözlə 
qoşalaşır və beləliklə də, sinonimik vahidlər meydana çıxır. Əgər 
bu qrup dialektizmlərin ədəbi dildə dialekt çalarlığı nəzərə 
alınmasa, onlar sadəcə dublet dialektizm olar. 
 Leksik – semantik dialektizmlər. Müəyyən ərazidə, yaxud 
ərazilərdə yaşayan kütlə üçün xarakterik məfhumu bildirən sözlər 
leksik – semantik dialektizmdir. Bu cür dialektizmlərdə müəyyən 
ərazi ilə bağlı geyim adları, hadisə, əşya və sair adlarını misal 
göstərmək olar. Məsələn, dələmə sözünə fikir verək. Bu dialek-
tizm Tovuz, Qazax, Borçalı, Zəngilan ərazisində pendir hazırla-
maq üçün südün maya tutmuş formasına deyilir. 
Belə dialektizmlər, eyni zamanda etnoqrafik dialektizm də 
adlanır. Bu, etnoqrafik adlanır ona görə ki, müəyyən yerlə, müəy-
yən qrup insanın işi, fəaliyyəti və sair ilə bağlıdır. 
Deməli, etnoqrafik dialektizmlərdə həm məfhum, həm də 
onu ifadə edən söz dialektə aid olur. 
 Semantik dialektizmlər. Ədəbi dildə olan bu və ya digər bir 
sözün dialektdə başqa mənada işlənməsi nəticəsində semantik 
dialektizm əmələ gəlir. Məsələn, ədəbi dilimizdə işlənən qara 
sözü sözünün əksinə olan mənanı bildirir. Lakin həmin səs 
kompleksi dialekt və şivələrimizdə mürəkkəb, ey, yazı, on iki 
dərz və sair mənalarda işlənir. Bu mənaların heç biri ədəbi dil 



Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin