Dərs vəsaiti Bakı 2014


Dəyişənin tipi, adı və qiyməti



Yüklə 1,75 Mb.
səhifə19/48
tarix25.05.2018
ölçüsü1,75 Mb.
#51492
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   48

Dəyişənin tipi, adı və qiyməti


Prosedur dillərində olduğu kimi, obyekt-istinad dillərində, o cümlədən, Visual Basic

dilində də dəyişənlər mühüm rol oynayır. Dəyişənlər verilənləri saxlamaq və emal etmək üçündür.


Dəyişənlərin hər biri öz adı ilə verilir. Bu ad dəyişənin qiymətinin saxlandığı yaddaş oblastını göstərir. Dəyişənin qiyməti müxtəlif tip verilənlər ola bilər.

Dəyişənin tipi. Dəyişənin tipi verilənin tipinə görə təyin edilir. Ədədi tip dəyişənin qiyməti ədəddir (Byte, İnteger, Long, Single, Double). Məntiqi tip dəyişənin (Boolean) qiyməti True (doğru) və ya False (yalan), sətri tip dəyişənin (string) qiyməti isə simvollar ardıcıllığıdır və s.

Dəyişənin tipi açar sözdür. Buna görə də bunlar digər sözlərdən seçilməlidir.

Müxtəlif dəyişən (verilən) tipləri üzərində müxtəlif əməllər103 icra edilir. Müxtəlif tip verilənlər yaddaşda müxtəlif həcmdə yaddaş sahəsi tutur.

Dəyişənin adı. Hər bir dəyişənin adı (identifikatoru) yeganədir və o, proqramın gedişi prosesində dəyişə bilməz. Dəyişənin adı müxtəlif simvollardan (latın və rus hərflərindən, rəqəmlərdən və s.) təşkil edilə bilər. Lakin dəyişənin adı yalnız hərflə başlamalıdır və adda nöqtə işarəsindən istifadə etmək olmaz. Adın uzunluğu 255 simvoldan çox olmamalıdır. Ədədi dəyişəni, məsələn, A və ya Число adlandırmaq, sətri dəyişəni A və ya Строка adlandırmaq mümkündür. Visual Basic dilində tam ədədi dəyişənin adı intA və ya intЧисло, sətri dəişənin adı strA və ya strСтрока kimi yazılır.

Dəyişənin tipinin elan edilməsi. Həm proqramçı, həm də kompüter bilməlidir ki, dəyişənin tipi hansıdır. Buna görə də dəyişənin tipi elan edilir. Bunun üçün dəyişəni təyin edən operatordan istifadə edilir. Bu operatorun sintaksisi aşağıdakı kimidir: Dim Dəyişənin Adı [As ТипПеременной].

Bir operatorla bir neçə dəyişəni elan etmək olar:



Dim intЧисло As İnteger, strСтрока As String.

Proqramın icrası gedişində qiyməti dəyişməyən dəyişənə sabit deyilir. Bu, belə elan edilir: Const ИмяКонстанты [As Тип] = ЗначениеКонстанты.



      1. Hesabi, sətri və məntiqi ifadələr. Mənimsətmə


Dəyişənlərdən hesabi, sətri və məntiqi ifadələr yaratmaq mümkündür.

Hesabi ifadələr. Hesabi ifadələrin tərkibinə ədədi dəyişənlərlə yanaşı, həm də bilavasitə ədədlər daxil ola bilər. Dəyişənlər və ədədlər üzərində müxtəlif hesabi əməllər, həmçinin funksiyaların köməyi ilə ifadə edilmiş riyazi əməllər icra edilir. Hesabi ifadələrin


103ədədi dəyişənlər üzərində hesabi əməllər, məntiqi dəyişənlər üzərində məntiqi əməllər və s.
hesablanması ardıcıllığı məlum qayda üzrə, mötərizə daxilində qüvvətə yüksəltmə, vurma, bölmə, toplama və cıxma ardıcıllığı ilə aparılır.

Sətri ifadələr. Sətri ifadələrin tərkibinə sətri dəyişənlər, sətrlər və sətri funksiyalar daxil olur. Dırnaq arasında verilmiş ixtiyari simvollar ardıcıllığı sətr adlanır. Məsələn,

―informatika‖, ―2000‖, ―2+2‖.

Sətri dəyişənlər və sərtlər üzərində konkatenasiya104 əməli icra edilir. Konkatenasiya əməli ―+‖ işarəsi ilə təsvir edilir və bunun nəticəsində iki sətir bir sətrə çevrilir.

Məntiqi ifadələr. Məntiqi ifadələrin tərkibinə, məntiqi dəyişənlərlə yanaşı, ədədlər, bir-biri ilə müqayisə edilən105 ədədi və sətri dəyişənlər daxil ola bilər.

Məntiqi ifadələr yalnız iki qiymət ala bilir: ―doğru‖ və ―yalan‖. Məsələn: 5>3 – doğru; 2*2=5 – yalan.

Məntiqi ifadələrin elementləri üzərində məntiqi vurma (And) və məntiqi toplama (Or) əməlləri aşağıdakı kimi icra edilir:

(5>3) And (2*2=5) – yalan (5>3) Or (2*2=5) – doğru



Dəyişənlərə qiymətlərin mənimsədilməsi. Dəyişənin qiymətini mənimsətmə operato- runun köməyi ilə daxil etmək mümkündür. Bu operatorun sintaksisi aşağıdakı kimidir:

[Let] DəyişəninAdı = İfadə

Adətən Let açar sözü yazılmır. Bu sözü = işarəsi əvəz edir.

İndi bu deyilənlərdən istifadə edərək, müxtəlif dəyişənlər üzərində müxtəlif əməllər icra edən ―Dəyişənlər‖ layihəsi tərtib etməyə çalışaq.



        1. Yeni layihə yaratmalı. Qrafik interfeys yaratmaq üçün forma (frm1) üzərində əmr düyməsi (cmd1) yerləşdirməli. Fərz edək ki, proqramda arqument kimi iştirak edən dəyişənlər tam ədədlərdir: (intA) və (intB). Nəticələr mənfi olmayan tam dəyişən: bytC , birqat dəqiqlikli həqiqi dəyişən: sngD və ikiqat dəqiqlikli həqiqi dəyişəndir: dblE.

2. Proqramda istifadə edilmək üçün dəyişənləri elan etməli: Dim intA, intB As İnteger, bytC As Byte, sngD As Single, dblE As Double. Bundan sonra hadisəvi prosedur hazırlanmalıdır. Bunun üçün obyekt olaraq cmd1 düyməsi, hadisə olaraq düymənin basılması – Click() seçməli.

104 sətri birləşdirmə

105 >, <, =, >=, <= və s.
3. cmd1 düyməsini dalbadal 2 dəfə basmaqla Proqram kodu pəncərəsində aşağıdakı hadisəvi proseduru hazırlamalı:

Sub cmd1_Click()

End Sub


İndi A ədədini B-yə bölən alqoritmi reallaşdıran proqram modulunu işləyib hazırlamaq lazımdır:

  1. intA intB parametrlərinə konkret qiymətlər verməli;

  2. Bölmənin nəticəsini bytC, sngD dblE dəyişənlərinə mənimsətməli;

  3. Nəticələri, yəni, bytC, sngD dblE dəyişənlərinin qiymətlərini formada çap etməli.

  4. Proqram kodu pəncərəsində ilk hadisəvi proseduru aşağıdakı şəkildə tərtib etməli:

Dim intA, intB As İnteger, bytC As Byte, sngD As Single, dblE As Double Sub cmd1_Click()

intA = 2

intB = 3

bytC = intA / intB sngD = intA / intB dblE = intA / intB

frm1. Print bytC, sngD, dblE

End Sub


İndi sətr və sətri dəyişənləri birləşdirən (konkatenasiya edən) hadisəvi proseduru hazırlamaq lazımdır. Bunun üçün:

  1. frm1 forması üzərində cmd2 əmr düyməsi yerləşdirməli. Yaradılacaq hadisəvi prosedurda obyekt cmd2 düyməsi, hadisə isə Click() olacaqdır. Bundan sonra sətri dəyişənləri elan etmək və bunları birləşdirmək lazımdır. Bunun üçün:

  2. Proqram kodu pəncərəsində ikinci hadisəvi proseduru yazmaq lazımdır:

Dim strA, strB As String Sub cmd2_Click() strA=‖forma‖ strB=‖in‖+strA+‖tika‖ frm1.Print strB

End Sub

İndi də məntiqi dəyişənlər üzərində məntiqi əməllər icra edən hadisəvi prosedur hazırlayaq.



  1. frm1 forması üzərində cmd3 əmr düyməsi yerləşdirməli. Yaradılacaq hadisəvi prosedurda obyekt cmd3 düyməsi, hadisə isə Click() olacaqdır. Bundan sonra məntiqi dəyişənləri elan etmək, bunları müqayisə etmək, məntiqi vurma əməlini icra etmək lazımdır. Bunun üçün:

  2. Proqram kodu pəncərəsində üçüncü hadisəvi proseduru yazmaq lazımdır:

Dim blnA, blnB, blnC As Boolean Sub cmd3_Click()

blnA = 5 > 3 blnB = 2*2 = 5

blnC = blnA And blnB frm1. Print blnC

End Sub


  1. Layihəni işə buraxdıqdan sonra ekranda onun qrafik interfeysi görünəkdir. Buradakı əmr düymələrini basmaqla müvafiq əməliyyatın icra nəticələrini forma üzərində almaq mümkün olacaqdır. Belə ki, birinci hadisəvi prosedur icra edildikdə bölmənin nəticələri müxtəlif dəqiqliklə ekrana çıxacaqsa, ikinci hadisəvi prosedur ―informatika‖ sözünü ekrana çıxaracaq, üçüncü prosedur isə ekrana False (yalan) sözünü çap edəcəkdir.

Layihəni \textbook\VB\prjVB2\ adı ilə saxlamalı.



      1. Yüklə 1,75 Mb.

        Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin