SOSİAL MÜDAFİƏ dövlət tərəfindən qanunvericiliklə təyin olunmuş prinsiplər və metodlar sistemidir. Bu sistemə müxtəlif sosial kateqoriya ya mənsub qrupların və şəxsiyyətin həyatının optimal şəraitinin yaradılması, təyin edilmiş ehtiyacları təmin edən sosial zəmanətlər, tədbirlərin təmin olunması daxildir. Sosial müdafiə həm də həyat təminatının və fəal yaşamanın qorunmasını nəzərdə tutur.
Sosial müdafiə eyni zamanda, vətəndaşların normal həyatında risk vəziyyətlərinə, o cümlədən xəstəliyə, işsizliyə, qocalığa, əlilliyə, ailəni dolandıranın vəfat etməsi və s. vəziyyətlərə qarşı yönəldilmiş məcmu təsirləri nəzərdə tutur.
Nəhayət, sosial müdafiə əhalinin sosial cəhətdən zəif təbəqələrinin sosial-iqtisadi dəyişikliklər nəticəsində (bazar münasibətlərinə keçid şəraitində) minimal həyat səviyyəsini təmin etmək deməkdir. Rusiyada vətəndaşların sosial müdafiə olunmaq hüququ Rusiya Federasiya Konstitusiyası tərəfindən təsdiq olunmuşdur və Rusiya Federasiyasının qanunvericiliyi ilə tənzimlənir. Sosial müdafiə sisteminə sosial təminat, sosial sığorta , sosial yardım daxildir və federal büdcə, əhalinin sosial dəstəyi fondları, xüsusi olaraq yaradılan yerli büdcələr, qeyri-hökümət fondları hesabına həyata keçirilir.
Rusiya Federasiyasının Əhaliyə sosial xidmət inkişafı Konsepsiyasında göstərilirdiyi kimi, sosial xidmətlər və yaşamaq vasitələrlə əhaliyə dəstəyin məcmusu kimi başa düşülən bu sahənin praktik formalaşması Rusiya idarəetmə sistemini Ümumavropa dünya görüşünə yaxınlaşdırmağa imkan verir. Məlumdur ki, Avropada bu sistem bazar iqtisadiyyatı prinsipləri üzərində qurulmuş və humanist və hüquqi cəmiyyətin yaradılması tələblərinə cavab verir.
Hal-hazırda əhalinin sosial xidmət sisteminin inkişafı müəssisələr şəbəkəsinin yaradılması və Rusiya Federasiyasına müxtəlif regionlarının spesifikasını nəzərə alaraq sosial xidmət texnologiyalarının işləməsi mərhələsindədir. Bu halda əhəmiyyətli məna dəqiq strukturun, proqramların və idarəetmə prinsiplərinin təyini, həmçinin iqtisadi və sosioloji nöqteyi-nəzərdən muxtariyyət və özünü məhdudlaşdırma qabiliyyətlərin necə təyin olunması işi mühüm əhəmiyyət kəsb edir. Sosial xidmətin səmərəli sisteminin formalaşması üçün həmçinin sosial xidmətlərə ehtiyac duyan insanı və onu əhatə edən reallığın dərki ilə bağlı xüsusi alətlər dəstinin yaradılması zəruridir. Müasir mərhələdə sosial xidmətlər və onların fəaliyyət texnologiyalarının ərazilər üzrə modelləşdirilmənin ardıcıl prosesi həyata keçirilir.
Sosial iş əhalinin sosial xidmətinin səmərələliyini təmin etməyə çağırışdır. Eyni zamanda sosial xidmətin səmərəliliyi bir çox şeydə peşəkar mütəxəssislərin səviyyəsi ilə, onların konkret şəxsiyyət və ya insanlar qrupu ilə işləmək bacarığı ilə təyin edilir.
Buna görə, alimlərin fikrincə, sosial xidmətin səmərəliliyi bacarıq əsasında ümumi (onun bütovlükdə səmərəliliyinin qiymətləndirilməsi üçün xidmət edən), həm də spesifik (ayrı-ayrı növ konkret sosial xidmətlərin və sosial iş metodlarının, ayrı-ayrı mütəxəssislərin işləri, müəssisələrin işçilərinin qiymətləndirilməsi üçün) meyarlar üzrə qiymətləndirilə bilər. Hədəflər və sosial xidmətlərin göstərilməsi məsələləri və onların reallaşdırması dərəcəsi sosial xidmət meyarlarının təyininin bilavasitə mənbəyi kimi çıxış edir.
Bu halda növbəti anlar prinsipial olaraq əhəmiyyətlidir:
- birincisi, sosial xidmətin hədəfləri cəmiyyət səviyyəsində, məntəqələr, rayonlar və mikrorayonlardan tutmuş ayrı-ayrı regionlar, əhali və ayrı şəxsiyyət qrupları səviyyəsində baxıla bilər;
- ikincisi, sosial xidmətin hədəfləri və s. 1990-cı ilin birinci yarısının siyasi və iqtisadi islahatları şəraitində yaranmış vəziyyəti, yəni ictimai-iqtisadi, mənəvi-psixoloji, ekoloji, siyasi xüsusiyyətləri nəzərə almalıdır;
- üçüncüsü, müasir Rusiyada sosial xidmət hədəfləri obyektiv qiymətləndirmə, ölkə və regionlarının böhrandan çıxış proseslərinin pozitiv işıqlandırması ilə qırılmaz surətdə bağlı olmalıdır.
Sosial xidmətin səmərəliliyi meyarı sosial xidmətə ehtiyac duyan əhali və ayrı-ayrı insanlarla sosial xidmətin bütün növləri, formaları və metodlarının təsirliliyi olmalıdır. Sosial işin bütün prosesi əhalinin müxtəlif kateqoriyalarını əhatə etməlidir. Cəmiyyətdə ictimai-iqtisadi strukturların sistem tələbatları konsepsiyasına əsaslanaraq sosial xidmət sferasının praktik və təşkilati məsələlərinin həllinə müvəffəq olmaq, sistem funksiyalarını yerinə yetirmək lazımdır.