§ 3. Əhaliyə sosial xidmət sistemi : prinspləri, funksiyaları, növləri və fəaliyyət formaları Sosial xidmət sistemi əhalinin müvafiq qruplarına xidmət göstərilməsi üçün nəzərdə tutulmuş ixtisaslaşdırılmış müəssisələr şəbəkəsini özündə ehtiva edir.
Bu sistemdə əhəmiyyətli rol əhaliyə sosial xidmətin ərazi mərkəzləri oynayır. Aidiyyati ərazidə əhalinin sosial xidmət məsələlərinin idarə olunma funksiyalarını əhalinin sosial müdafiəsi orqanları həyata keçirir. Yerli hakimiyyət orqanları (o cümlədən qeyri-hökümət, ictimai, şəxsi və digər lisenziyası olan təşkilatlar sosial xidmətin ixtisaslaşdırılmış müəssisələrini yaradır. Burada aparıcı yeri sosial xidmət ərazi mərkəzləri tutur. Sosial xidmət Mərkəzi haqqında nümunəvi Qaydalara uyğun olaraq (Sosial Müdafiə Nazirliyinin 20.07.93 tarixli 137 saylı əmrə əsasən) sosial xidmət Mərkəzi əhalinin sosial müdafiəsi müəssisəsidir, şəhərin və ya rayonun ərazisində sosial dəstəyə ehtiyac duyan ahıl vətəndaşlara, əlillərə və əhalinin digər qruplarına sosial yardımın müxtəlif növlərinin göstərilməsi üzrə təşkilati və praktik fəaliyyəti həyata keçirir. Sosial xidmət mərkəzləri öz strukturunda sosial xidmətin müxtəlif bölmələrinə malik ola bilər. Məsələn, burada qocalar və əlillərin gündüz qalma bölmələri, evdə sosial yardım, təcili sosial yardım xidməti, həmçinin ehtiyac və imkanları nəzərə almaqla yaradılan digər yardım formaları daxidir. Belə mərkəzlər müxtəlif növlərdə kompleks sosial yardım göstərir: psixoloji, hüququ, sosial və psixoloji bərpa, sosial-pedaqoji, tibbi-sosial, profilaktika və s.
Ərazi xidmətinin tərkibinə həmçinin ixtisaslaşdırılmış funksional mərkəzlər, müəssisələr və mülkiyyət formalarından asılı olmayaraq sosial xidmət müəssisələri daxil ola bilər.
Sxemdə əhaliyə sosial xidmətin əsas mərkəzləri və dövlət, qeyri-hökümət və bələdiyyə xidmətləri arasında nisbəti göstərilmişdir.
Bu gün müəssisələrin və sosial xidmət müəssisələri şəbəkəsinin daimi inkişafı necə olmasını müşahidə etmək olar. Onların yeni növləri yaranır, bu da müxtəlif əhali təbəqə və qruplarının sosial problemlərinin daha da geniş spektrini əhatə etməyə icazə verir.
Dövlət sosial xidmətinə daxildir:
- federal orqanlar və müəssisələr, sosial xidmət müəssisələri;
- Rusiya Federasiyası subyektlərinin sosial xidmət bölmələri
Bələdiyyə sosial xidməti: sosial xidmətə cavabdeh yerli hakimiyyət orqanları, müəssisələr və bələdiyyəyə tabe olan sosial xidmət müəssisələri:
- əhaliyə sosial xidmət kompleks mərkəzləri;
- ailə və uşaqlara sosial yardımın ərazi mərkəzləri;
- sosial xidmət mərkəzləri;
- həddi-buluğa çatmamış uşaqlar üçün sosial-bərpa mərkəzləri;
- valideyn himayəsindən məhrum olan uşaqlara yardım mərkəzləri;
- uşaqlar və yeniyetmələr üçün sosial sığınacaqlar;
- əhaliyə psixoloji-pedaqoji yardım mərkəzləri;
- telefonla təcili psixoloji yardım mərkəzləri;
- evdə yerləşən sosial yardım mərkəzləri;
- gecə qalma evləri;
- tənha qocalar üçün xüsusi evlər;
- sosial xidmətin stasionar müəssisələri;
- qerontoloji mərkəzlər;
-qeyri-hökümət sosial xidməti və s.;
- ictimai, xeyriyyə, dini və digər sosial xidmət göstərən qeyri-hökümət təşkilatlara aid müəssisə və təşkilatlar;
- sosial xidmət müəssisələri (əhaliyə sosial xidmətlərin göstərilməsi, əlillərin əmək və peşəkarlığın bərpası, fiziki imkanları məhdud yeniyetmələrə yardımın göstərilməsi).
Sosial xidmət institutlarının maliyyələşdirilməsi bir qayda olaraq, büdcə əsasında həyata keçirilir. Sosial xidmətin maliyyə vasitələri belə formalaşdırılır:
- büdcənin məxaric hissəsinin ən azı 2% ölçüsündə uyğun olan səviyyənin büdcələrdən normativ ayırmalar;
- uşaqlı ailələrin sosial dəstəyinin hədəfində vəsaitlər hissəsinin ayrılması hesabına əhalinin sosial dəstəyi fonduna daxil olmalar;
- nizamnamə məsələlərinin icrasına federal büdcədən ayrılan vəsaitlər;
- komitə və vilayət, şəhər və rayon proqramlarının reallaşdırması üçün müxtəlif səviyyəli xidmət bölmələri arasında vəsaitlərin yenidən paylaşdırılması nəticəsində əldə edilən maliyyə;
- vilayət və yerli büdcədən əlavə vəsaitlər hesabına həyat səviyəsinin aşağı düşməsinə əhalinin gəlirlərinin uyğunlaşması üzrə məqsədli tədbirlərin təminatı və s.;
- müəssisələrin pullu xidmətlərindən və xidmət müəssisələrinin təsərrüfat fəaliyyətindən gəlirlər;
- ictimai təşkilatlar, müəssisələr və ayrı-ayrı şəxslərin ödəmələri, xeyriyyə səhmlərindən daxil olmalar, xeyriyyə ianələri. Fəaliyyətin növündən və onların maliyyələşdirməsinin təşkili tipindən asılı olaraq ixtisaslaşdırılmış mərkəzlərinin büdcə, təsərrüfat hesablı və ya qarışıq vəsaitləri formalaşır. Təşkilat nəzdində mərkəz tərəfindən əhaliyə pullu xidmətlərin göstərilməsi və gəlirin alınması nəticəsində bu gəlir mərkəzin əsas fəaliyyətinin sonrakı inkişafına yönəlir və yerli büdcəyə daxil edilən vəsaitlər hissəsində vergi qoymadan o, azad olur.
Rusiya Federasiyasında sosial xidmətlərin təşkilinin əsas prinsipi ərazi prinsipidir. Bu halda müxtəlif nazirliklərin və idarələrin sosial xidmətləri ərazi sosial xidmətlərinin ayrılmaz komponentləri (və ya sektorları) kimi baxılır. Bəzən yerlərdə əhaliyə sosial xidmət müəssisələri ikiqat inzibati tabe olmaya və maliyyələşdirmənin bir neçə mənbəyinə malikdir. Bununla birlikdə təcrübə göstərir ki, ayrı-ayrı inzibati qurumlar çərçivəsində sosial xidmətlərin alt sisteminin formalaşması ehtiyacı duyulur: məsələn, əhalinin sosial müdafiəsi, təhsil, Daxili İşlər Nazirliyi və ya gənclərin məşğulluq xidməti kimi sosial sahələr.
Ancaq bu gün sosial xidmət müəssisələr şəbəkəsinin inkişafının qarşısı aşağıdakı amillərlə alınır:
- sosial xidmət sisteminin zəif hüquqi bazası;
- federal və regional səviyyələrin idarəetmə orqanlarının, həmçinin yerli hakimiyyət orqanlarının öhdəsində olan maliyyə resurslarının məhdudluğu;
- sosial xidmət sahəsində nazirliklər və idarələrin fəaliyyətində koordinasiyanın yoxluğu;
- sosial iş sahəsində peşəkar hazırlığa malik olan personalın çatışmazlığı;
- aşağı sosial status və sosial xidmət işçilərinin uyğun olmayan əmək haqqı;
- qeyri-hökumət müəssisələrinin maliyyə, iqtisadi və intellektual imkanlarının kifayət qədər istifadəsi.
Bununla belə qeyd etmək olar ki, Rusiyada sosial xidmət sistemi ictimai-iqtisadi proseslərin sabitləşməsi dövründə əhaliyə əhəmiyyətli yardım göstərdi. Cədvəldə əhaliyə xidmətlərin göstərilməsində kompleks yanaşma haqqında məlumat verilmişdir.