Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə



Yüklə 0,73 Mb.
səhifə165/206
tarix11.06.2023
ölçüsü0,73 Mb.
#128041
növüDərs
1   ...   161   162   163   164   165   166   167   168   ...   206
kitab tercume

Baxılan əsas məsələlər

  1. Sosial işçi şəxsiyyətinin deformasiyasının mahiyyəti, növləri və təzahürü

  2. Sosial işdə “emosional yanma” sindromu və psixogigiyena




  1. Sosial işçi şəxsiyyətinin professional deformasiyasının mahiyyəti, növləri və təzahürü

Məlum məsələdir ki, əmək insan şəxsiyyətinə faydalı təsir göstərmə gücünə malikdir. Eyni zamanda da, hər bir ixtisasın özünə məxsus əmək şərtləri mövcuddur. Əmək özlüyündə adi məişət şəraitində əməyə; açıq havada əməyə; ağır və qeyri-adi şəraitdə əməyə; yüksək risk şəraitində əməyə ayrılır. “Sosial işçi” ixtisası da spesifik risk daşıyan bir peşədir. Çünki öz fəaliyyətində o, uğur qazanmayan, stress yaşayan, əzab çəkən insanlarla iş aparmalı olur və onların hər birinin sağlamlığına və həyatına görə mənəvi məsuliyyəti öz üzərinə götürür.
Pis əmək şəraiti özü ilə bərabər müxtəlif pozuntular, deformasiyalar və peşə xəstəlikləri gətirir. Təcrübə göstərir ki, xüsusi risk hallarında əmək fəaliyyəti prosesi insanın əmək bacarıqlarını və əməyin effektivliyini azaltmaqla yanaşı, həmçinin psixikanın neqativ dəyişikliklərinə və əməkdə dəyər oriyentasiyasının itirilməsinə də səbəb olur. Tədqiqatçıların fikrinə görə, pozuntular əmək prosesinin müxtəlif tərəflərinə − peşə fəaliyyətinə, mütəxəssisin şəxsiyyətinə, peşəkar ünsiyyətə toxuna bilir. Bu pozuntular adətən ondan ibarətdir ki, insan psixi yorğunluq vəziyyəti ucbatından ona xas olan şəxsi imkanlardan istifadə edə bilmir və yaxud da əmək bacarıqlarını və vərdişlərini itirir, nəticədə peşəkar fəaliyyətdə pozuntular və deformasiyalar baş verir (məsələn, əmək stajının yarıda kəsilməsi və s.), bütövlükdə əməyin səmərəliliyi aşağı düşür. Peşəkar inkişafdan kənarlaşmaq, bir qayda olaraq şəxsiyyətin deprofessionallaşmasına və desosiallaşmasına gətirib çıxarır.
Bu səbəbdən də bağlı olaraq sosial işçinin psixogigiyenasının təmin edilməsinə və profilaktika sisteminin yaradılmasına xüsusi diqqət ayırmaq lazımdır.
Sosial iş, mütəxəssisin psixi-fizioloji xüsusiyyətlərinə qarşı kəskin tələblər irəli sürür və peşə risklərinin seçilmə metodunun, adaptasiya və profilaktikasının elmi cəhətdən əsaslandırılmasını tələb edir. Məhz, bu təmayüllər hələ də sosial işçi ixtisasının daha az işlənmiş problemləri kimi qalmaqdadır.
Sosial işin məzmununun baza əsaslarından biri məqbul risk konsepsiyasıdır. Daha çox ümumi olan risk mənbələri bunlardır:

  • süni yaşayış mühiti (ekoloji aspektlər);

  • daxili mühit (gigiyenik və somatik xəstəliklər);

  • təbii mühit (zəlzələlər, daşqınlar və qasırğalar zamanı baş verən bədbəxt hadisələr);

  • peşə mühiti( peşə xəstəlikləri, istehsalatda baş verən bədbəxt hadisələr);

  • qeyri-ixtisas mühiti (yüksək risk daşıyan yerlərdə-dağlar, mağaralar və s.- həvəskar fəaliyyət, aktiv idman);

  • sosial mühit (intiharlar və s.).




RİSK – mümkün ola biləcək təhlükə deməkdir; risk etmək – riskə məruz qalmaq, özünü mümkün ola biləcək xoşagəlməz hadisə qarşısına qoymaqdır; riskli – özündə risk daşıyan, təhlükəli.

Risk kateqoriyasına alimlər adətən “qeyri-müəyyənlik”, “gözlənilməzlik”, “təsadüfi”, “ehtimal” kimi kateqoriyalarla yanaşı baxırlar. Psixososioloji mövqedən risk “insanların həyatları üçün təhlükəli ola biləcək mühitə könüllü – asılı düşmələri deməkdir”.


Risk konsepsiyasında fəallıq hüdudlarının seçilməsi, qiymətləndirilməsi və dərk edilməsinə mühüm əhəmiyyət verilir. Mütəxəssislər riskin mənbəsini, dərəcə və yayılma səviyyəsini, insana və onun yaşadığı məkana təsir intensivliyini, sağlamlığın kompensasiyası və reabilitasiyasına sərf edilən xərcləri tədqiq edirlər.
Alimlərin fikrinə görə, təhlükəsizlik meyarının müəyyənləşdirilməsi və əsaslandırılmasında insanlar üçün potensial təhlükə mənbələrinin mümkün xarakterinin; müxtəlif amillərin göstərdiyi təsir nəticələrinin fərdi dəyişkənliyinin və d.-nin mütləq nəzərə alınmasl lazımdır.
Məqbul risk konsepsiyası insanın məruz qaldığı müxtəlif mənfi təsirlərin öyrənilməsində fənlərarası yanaşmanı nəzərdə tutur. Lakin ayrıca regionlarda məqbul risk konsepsiyasının əməli istifadəsində çətinlik ondan ibarətdir ki, insanın həyat fəaliyyətində məruz qaldığı neqativ təsirlərə səbəb olan şərtlər və amillərin əsas siyahısı yaşayış məkanının, sosial zamanın, insan məskənlərinin və yaş həddinin konkret şəraitinə müvafiq şəkildə tərtib edilməlidir. Bütün bunlar böhran şəraitinin neqativ təsirinə qarşı sosial müdafiə və reabilitasiyanın texnologiyasının, reabiliativ-preventiv strategiyanın texnologiyasının hazırlanması zamanı nəzərə alınmalıdır.
Xüsusi fəaliyyət şəraitinin və artıq yüklənmənin təsirindən yaranan neqativ şəxsiyyət simptomlarından və keyfiyyətlərindən irəli gələn ixtisas pozuntularının və onun konkret təzahürünün ümumi istiqamətləri L.S.Vıqotski, V.V.Zeyqarnik, S.L.Rubinşteyn, Q.E.Suxareva, V.V.Lebedinski, A.K.Markova və d.-nin əsərlərində öz əksini tapmışdır.
Əmək prosesinin sosial işçinin şəxsiyyətinə mənfi təsirinin əsas amilləri koqnitiv davranış, affektiv-motivativ və s. kimi stereotiplərdir. Tam peşekar fəaliyyət onunla ifadə olunur ki, sosial işçi əməyin subyekti kimi professional məsələlərin müəyyənləşdirilməsi və həll edilməsində müstəqil və yaradıcı yanaşmaq iqtidarında olmalıdır; standartlara uyğun nəticələr əldə etməlidir; texnoloji prosesləri tənzimləməyi və analiz etməyi bacarmalıdır və s. Professional inkişafda pozuntular və kənaraçıxmalar əmək prosesində mürəkkəb dinamik təzahürlərə gətirib çıxarır:

  • professional inkişafda yaş sosial normaları ilə müqayisədə geri qalma (professional özünütəyinmetmədə gecikmə, qeyri-müvafiq ixtisas seçimi);

  • professional fəaliyyətin və zəruri mənəvi təsəvvürlərin formalaşmaması, peşəkarlıq və ixtisaslılıq çatışmazlığı və s.;

  • peşəkar fəaliyyətin bəsitliyi, motivasiya çatışmazlığı, əməkdən zövq almada zəiflik;

  • dəyər dezoriyentasiyası və əməkdə mənəvi oriyentlərin itirilməsi;

  • professional inkişafın ayrıca həlqələri arasında uzlaşmanın pozulması;

  • ixtisas keyfiyyətlərinin zəifləməsi (ixtisas bacarıqlarının azalması, işləmək qabiliyyətinin aşağı düşməsi və s.);

  • əmək və ixtisas bacarıqlarının, vərdişlərinin, peşəkarlığın və təcrübənin itirilməsi, müvəqqəti olaraq əmək qabiliyyətinin itirilməsi, əməyin səmərəliliyinin və əməkdən məmnun qalmanın kəskin aşağı düşməsi;

  • professional inkişafda sosial və fərdi normalardan uzaqlaşmaq, şəxsiyyət deformasiyasının təzahürü (emosional tükənmə, insanları manipulyasiya etməyə cəhd etmə), professional şüurun deformasiyası və s.;

  • peşə xəstəliyi ucbatından professional inkişafdan qalma, uzunmüddətli və ya daimi olaraq əmək qabiliyyətinin itirilməsi;

Professional inkişafda bu və ya digər sapmalar deprofessionalizmə gətirib çıxarır
Müvəqqəti psixi yorğunluq vəziyyəti, emosional gərginlik, stress kimi professional şəxsiyyət deformasiyaları şəxsiyyətin mənfi istiqamətdə dəyişilməsinə gətirib çıxarır.
Professional fəaliyyət xüsusilə əlverişsiz və ekstremal əmək şəraitində əhəmiyyətli dərəcədə təhrif olunmaya məruz qalır ki, bu da orqanizmin müxtəlif sistemləri və psixika arasında uzlaşmanın pozulmasına səbəb olur. Əlahiddə şəraitdə yerinə yetirilən fəaliyyət təhlil edilərkən ekstremal amillərin xüsusiyyətləri, funksional psixiki vəziyyət və şəxsiyyətin psixoloji keyfiyyətləri kimi parametrlər nəzərə alınmalıdır.
Məsuliyyətin sosial işçinin üzərinə qoymuş olduğu qəti tələblər və obyektiv olaraq onların yerinə yetirilməsinin mümkünsüzlüyü arasında olan kəskin daxili münaqişə zamanı yaranan ekstremal vəziyyətlər çox vaxt stresslə müşayət olunur. Çətinlikdən və təhlükədən doğan psixi gərginliyin bir növü olan stress, insanı səfərbər edir ki, bütün bunları özündən uzaqlaşdıra bilsin. Lakin əgər stress böhran həddini aşarsa, o zaman əməyin səmərəliliyini aşağı salan və insan sağlamlığını pozan distressə çevrilər. Peşə stressi, şəxsi stress, məsuliyyət stressi və s. kimi stress növləri mövcuddur.
Peşə stressinə yeni professional mühitə daxil olma; bu sferadakı yeniliklər və münaqişələr situasiyası; ixtisasa və daxili böhranlara yönəlik tələblərin dəyişilməsi situasiyaları; ixtisas yüksəlişi və karyera ilə bağlı situasiyaları və s. aid etmək olar. Belə ki, professional sferada yeniliklər və münaqişələr situasiyası insanda acizlik, münaqişələrə meyllilik, emosional gərginlik, işləmək qabiliyyətinin və özünü tənqidin aşağı düşməsi kimi stresli halları yarada bilər.
Son illərdə ABŞ-da güclü emosional yüklənməsi olan uşaq sosial xidməti işçilərinin stressli vəziyyətlərinə səbəb olan amillər tədqiq edilmişdir. Çətin şəraitin yoluna qoyulması, məhdud vəsait, tələbkar müştərilər, aşağı əmək haqqı və daima dəyişən xarici şərait – bütün bunlar sosial işçinin peşə xəstəliyi stressinə səbəb olur. Ona görə də stress gərginliyinin aradan qaldırılması yollarını öyrətmək zərurəti birinci yerdə durur.
Sosial işçinin şəxsi stresslərinə sosial statusun dəyişilməsi və itirlməsi situasiyaları; işini itirmə situasiyası; risk situasiyası; ekstremal şərait situasiyaları; qeyri-müəyyən situasiyalar və d. bu kimi amillər səbəb ola bilər.
Məsələn, psixoloqlar insanın qeyri-tipik situasiyalarda lazımi qərarları necə qəbul etməsini, ona hansı psixoloji keyfiyyətlərin gərək olduğunu, ekstremal situasiyalarda onda hansı neqativ keyfiyyətlərin oyandığı məsələlərini öyrənirlər.
“Məsuliyyət stressi” adlanan stress də bununla bağlıdır. Məsuliyyət sosial işçinin müştəriyə olan xüsusi hüquqi və əxlaqi münasibətini əks etdirən etika və hüquq kateqoriyasıdır; sosial işçinin bacarığı ilə öz funksiyasını yerinə yetirə bilmək imkanları arasındakı nisbətdir. Sosial işçinin öz ixtisası qarşısında etik məsuliyyəti sosial iş elmindən istifadə edib, onu inkişaf etdirərək bu ixtisasın dəyərlərini və təyinatını qoruyub saxlamaqdan ibarətdir. Öz ixtisasının şərəf və ləyaqətini müdafiə etmək, sosial iş praktikasında neqativ hallara qarşı dura bilmək üçün sosial işçinin məsuliyyət sərhədləri normativ sənədlərlə müəyyənləşdirilmişdir.
Bu təhlükələrin əvvəlcədən görülməsi və qeydə alınması sosial işçiyə işləmək qabiliyyətini qoruyub saxlamaqda və peşəkarlığının uzunömürlülüyünü təmin etməkdə kömək edə bilər.
Subyektiv olaraq yorğunluqdan yaranan narahatlıq, motivativ və emosional dayanıqsızlıq kimi halları özündə birləşdirən emosional-motivativ yorğunluq da belə vəziyyətlərdən biridir. Bu vəziyyət xroniki yorğunluğa gətirib çıxara bilər. Əmək yorğunluğu əmək prosesinin orqanizmdə yaratdığı işləmək qabiliyyətini aşağı salan, işin xarici tələbləri ilə insanın aşağı düşən imkanları arasında münaqişəyə səbəb olan müvafiq fizioloji dəyişikliklər kompleksi kimi başa düşülür. Bunları aradan qaldırmaq üçün orqanizm öz daxili ehtiyatlarını səfərbər edir və daha yüksək səviyyəli fəaliyyət göstərməyə cidd-cəhd göstərir. Yorğunluq tez qıcıqlanma, işə marağın zəifləməsi, motivativ və emosional dayanıqsızlıq, özünə inamın olmaması və digər hallarla müşayət olunur. Nevroz və psixogen xarakterli somatik pozuntular, şəxsiyyət dəyişikliyi  epizodik münaqişə, əzginlik, yüksək emosional qeyri-sabitlik kimi halların baş verməsi mümkündür.
Həddən artıq yorğunluğun açıq şəkildə özünü biruzə verməsi səviyyəsində bütün bunlar – intervativlik, özünəqapanıqlıq, aqressivlik, narahatlıq, depressivlik, zəruri motivlər dairəsinin daralması davamlı hal alır.
Aqressivliyin subyekt, institut, kommunikativ, rol və “vəzifə” kimi amilləri vardır. Preventiv xarakterli tədbirlərə rejimə riayət edilməsi, əmək və istirahətin növbələşdirilməsi, yorğunluğu aradan qaldırmağa kömək edən və bərpaedici xüsusiyyətə malik olan üsulların mənimsənilməsi aiddir.
Professional fəaliyyətin əlverişsiz amillərinə mürəkkəb sosial problemlərin həlli zamanı ortaya çıxan çətinliklərdən və münaqişələrdən doğan, diskomfort, narahatlıq, frustrasiya, pessimist əhvali-ruhiyyənin yaranması ilə müşayət olunan psixi gərginlik vəziyyəti də aiddir. Psixi gərginliyin növləri və mahiyyətinin müəyyənləşdirilməsində müxtəlif elmi yanaşmalar mövcuddur. Bəzi alimlər belə vəziyyətin iki növünü ayırırlar: 1. səfərbəredici və müsbət effektə səbəb olan gərginlik; 2. psixi funksiyaları və hərəkət funksiyalarının dayanıqlığını şəxsiyyətin dezinteqrasiyasına qədər zəiflədən gərginlik. Digər alimlər isə emosional gərginliyi bir halda normal vəziyyət kimi, digər halda da patalogiya öncəsi vəziyyət kimi qiymətləndirməklə fərqləndirirlər. Psixi gərginlik aşağıdakı növlərə ayrılır: perspektiv (məsələn, lazımi informasiyanın qəbul edilməsində yaranan böyük çətinliklərdən doğan); intellektual (böhranlı vəziyyətdən çıxmaq və ya onu həll etmək üçün müvafiq yol tapmağın mümkünsüzlüyü zamanı); emosional (fəaliyyəti pozan emosiyaların yaranması zamanı); sıfırıncı (insanın situasiyaya hakim olma və şüurlu səy göstərmə qabiliyyətinin olmaması zamanı); motivativ (motivlərin mübarizəsi ilə bağlı, məsələn, öz borcunu yerinə yetirmə və ya təhlükə və riskdən qaçma)
Psixi gərginlik fəaliyyət pozuntularının xarakterinə görə təsnifatlandırılır:
Belə ki, gərginliyin əyləcli forması intellektual əməliyyatların yavaşıdılmış halda yerinə yetirilməsi ilə xarakterizə olunur ki, bu zaman diqqətin ayrı istiqamətə verilməsi, yeni vərdişlərin formalaşması, köhnələrin yenidən qurulması çətinləşir, yeni şəraitdə ilkin fəaliyyəti yerinə yetirmək bacarığı aşağı düşür.
Gərginliyin impulsiv forması çox vaxt iş tempinin saxlanması və hətta artırılması zamanı səhv hərəkətlərin sayının artması ilə özünü göstərir; korazehin, impulsiv fəaliyyətə meyllilik, tələskənlik, qərarsızlıq, təlimatın unudulması kimi hallar müşahidə olunur ki, bu da professional vərdişləri kifayət qədər formalaşmamış sosial işçilər üçün xarakterik cəhətdir.
Gərginliyin ümumiləşmiş formasında güclü həyəcan, icraedici keyfiyyətin pisləşməsi, iş tempinin aşağı düşməsi ilə müşayət olunan, bəzən fəaliyyətin pozulmasına, məhkumluq hissinin yaranmasına qarşı biganəliyə, depressiyaya qədər gətirib çıxaran hərəkət koordinasiyasının pozulması halları müşahidə olunur.
İnsanın motivasiyası və emosiyası nəzərə alınaraq gərginliyin aşağıdakı əlavə formaları da müəyyənləşdirilmişdir: fəaliyyət prosesinə neytral yanaşma, prosessual motivin üstünlüyü və özünü tamamilə işə həsretmə ilə xarakterizə olunan, fəaliyyətə optimal təsir göstərən operasional gərginlik; fəaliyyət prosesində intensiv, emosional həyəcanla, özünütəsdiq motivi ilə, fəaliyyətin məzmunundan yayınmaqla və onun effektini azaltmaqla özünü biruzə verən gərginlik.
Bəzi tədqiqatçıların fikrinə görə emosional gərginliyin əlamətləri hərəkət koordinasiyasının pozulması, həmçinin yaddaş obyektinin daralması, diqqətin azalması, reaksiyaların ləngiməsi, situasiyaların düzgün qiymətləndirilməməsi kimi psixi pozuntulardır.
Xroniki emosional gərginlik qismən həddən artıq yorğunluq üçün xarakterik olan əlamətlərə (intravertlik, aqressivlik, yüksək həyəcan, özündən narazı olma, şəxslərarası münaqişələr yaratmaq, nevroz) bənzəyən neqativ xüsusiyyətlərin yaranmasına səbəb olur.
Sosial işçinin işində növbəti mənfi amil, hətta yüksək ixtisaslı mütəxəssislərin belə bütün professional fəaliyyətləri boyu dəfələrlə rastlaşdıqları peşə böhranlarıdır. Bu böhranalar, məsələn, professional fəaliyyətin başlanğıc mərhələsində, peşə daxili digər yaxın ixtisasa keçildiyində, ixtisas dəyişdirilməsinə zərurət yarandıqda və s.-də özünü göstərə bilir.
Böhran zamanı professional özünü qiymətləndirmənin zəifləməsi müşahidə edilir, şəxsi imkanların tükənməsi hissiyatı yaranır (L.Piterə görə, “son dayanacaq” sindromu), hətta özünü doğrultmuş riskə belə getmək qorxusu, müdafiə motivlərinin güclənməsi, sonrakı inkişafa marağın azalması və yaxud əksinə səriştəsinə uyğun olmayan yeri tutmağa can atması özünü göstərə bilər.
Əgər insan böhranlı vəziyyəti dəf etməyi bacarmazsa, o zaman pozitiv məqsədlərin yox olması, özünə və başqalarına qarşı neqativ münasibətin güclənməsi ilə xarakterizə edilən şəxsiyyət deformasiyası meydana gələ bilər.
Professional deformasiyalar bir sıra hallard fəaliyyətin spesifikliyindən irəli gələ bilər. Tədqiqatçıların göstərdiyi kimi sosial sahə işçilərinin təxminən beşdə bir hissəsində etinasızlıq və depressiya şəklində özünü biruzə verən “rəhmdillilik yorğunluğu” adlandırılan sindrom müşahidə olunur. Bir qayda olaraq, bu professional xəstəlik daima insanların dərdləri ilə məşğul olan işçilərdə yaranır.
Eyni şəraitdən bəhrələnərək şəxsiyyət deformasiyasının digər halları kimi laqeydlik, daşürəklilik, utanmazlıqda özünü göstərə bilər.
Səciyyəvi haldır ki, “insan  insan” tipli peşənin nümayəndələri, daim insanlarla birbaşa işləyənlər, o cümlədən sosial işçilər professional deformasiyaya “insan – texnika”, “insan – təbiət” tipli peşələrin nümayəndələrinə nisbətən daha çox məruz qalırlar. Bu, ondan irəli gəlir ki, başqa insanlarla ünsiyyət hökmən onların sosial işçiyə təsirini də bərabərində gətirir. Empatiya bəsləyən və müştərinin dərdinə şərik olan sosial işçi iş ünsiyyətində olduğu öz tərəf müqabilinin şəxsiyyət xüsiyyətlərini və problemlərini bir növ öz üzərinə götürmüş olur ki, bu da onun psixi sağlamlığına təhlükə törətməyə bilməz.
Mümkün professional şəxsiyyət deformasiyaları haqqında məlumatlardan xəbərdar olmaq sosial işçiyə onları qabaqcadan görüb, lazımi tədbirlər görməyə kömək edə bilər.
Mütəxəssislər insan sağlamlığına təsir etmə dərəcəsinə görə əmək şəraitini üç sinfə ayırırlar:

  • təhlükəli və zərəli amillərin mənfi təsirlərini kənarlaşdırma və işgörmə qabiliyyətini yüksək səviyyədə qoruyub-saxlamağa zəmin yaratma xüsusiyyətinə malik olan əmək və optimal şərait;

  • elə xüsusiyyətli əmək və mümkün şərait ki, orada təhlükəli və zərərli amillər sabit gigiyenik normaları aşmır, əmək prosesinin yaratdığı mümkün funksional dəyişikliklər isə istirahət zamanı bərpa olunur və insan sağlamlığına mənfi təsir göstərmir;

  • sanitariya normalarının və qaydalarının pozulması nəticəsində gigiyenik normaları aşan təhlükəli və zərərli amillərin və bərabərində işləmək qabiliyyətinin aşağı düşməsinə və ya insan sağlamlığının pozulmasına gətirib çıxaran funksional orqanizm dəyişikliklərinə səbəb olan əmək fəaliyyətinin psixo-fzioloji amillərinin təsir edə biləcəyi zərərli və təhlükəli şərait.

Peşə xəstəliklərinə istehsalat mühitinin mənfi amillərinin yaratdığı xəstəliklər aid edilir. Bu xəstəliklər kəskin və xroniki peşə xəstəliklərinə ayrılır.




  1. Yüklə 0,73 Mb.

    Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   206




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin