ALTURİZM – insanıın davranış və diqqətinin başqa insanın və insan qruplarının xoşbəxtliyi və maraqları istiqamətinə yönəlməsi (alturisme, lat. alter – başqası)
ALTURİZM – insanıın davranış və diqqətinin başqa insanın və insan qruplarının xoşbəxtliyi və maraqları istiqamətinə yönəlməsi (alturisme, lat. alter – başqası).
VI MƏRHƏLƏ: QİYMƏTLƏNDİRMƏ
Qiymətləndirmə sosial işçinin müştəri ilə işinin ilkin mərhələsini yekunlaşdırır və problemin müəyyənləşdirilməsi və başa düşülməsi mərhələsinə keçir. Mərhələnin belə izahı şərti xarakter daşıyır, real təcrübədə bir mərhələdən digərinə keçidin sərhədlərini ayırmaq olduqca çətindir, lakin bununla yanaşı bir sıra ardıcıl əməliyyatlara riayət edilməsi vacibdir.
Qiymətləndirmə mərhələsində sosial işçinin məlumat toplamaq metodu kimi istifadə etdiyi müştəri ilə intervüsü müştərinin ailəsini ziyarət etmək, onun ətrafı ilə anket sorğusu aparmaq hesabına genişləndirilə və dəqiqləşdirilə bilinər.
Məqsəd müştərinin vəziyyətini təhlil etmək üçün mümkün qədər daha çox müxtəlif məlumatlar toplamaqdan ibarətdir. Belə yanaşma vasitəsilə müştərinin vəziyyətinin ilkin qiymətləndirilməsi həyata keçirilir. Sonradan bu, qiymətləndirmə sosial işçi və müştəri arasındakı qarşılıqlı fəaliyyət prosesində dəyişə bilir.
Qiymətləndirmə mərhələsinin müvəqqəti müddəti müştərinin tələbatı və probleminin spesifikliyindən asılıdır. Belə ki, məsələn, böhranlı vəziyyətdə qiymətləndirmə mərhələsi psixi sağlamlıq problemləri ilə bağlı müalicə situasiyasına nisbətən daha tez bitir.
Qiymətləndirmə mərhələsi müştəriyə onu əhatə edən mühiti təşkil edən sistemə nəzərən öz problemlərinin sahəsini görməyə, sosial işçiyə isə müdaxilə etmək üçün qarşıya qoyulacaq məqsədləri müəyyən etməyə imkan yaradır.
Sosial işçinin müraciət etməli olduğu ilk vasitə intervyüdür. Belə ki, məsələn ailə ilə intervyü aparılması sosial işçiyə ailə üzvlərinin situasiyaya aid mövqelərini müəyyənləşdirməyə, problemli sahəni qeyd etməyə imkan verir. İntervyü zamanı mövcud ailə bağlarını genoqram şəklində əks etdirməyin çox faydası var, belə ki, bu, sosial işçiyə sistemin əlaqə və elementlərini görməyə imkan verir.
İntervyü zamanı aşağıdakı amillərə riayət edilməsi vacibdir:
qeyri-verbal amillər (bədən, göz hərəkətləri, jestlət, üz ifadəsi, fərdi məkan).
Müştərini bilavasitə evdə ziyarət edilməsi və təbii həyat fəaliyyəti şəraitində onun birbaşa müşahidə edilməsi sayəsində sosial işçi çoxsaylı məlumatlar əldə etmiş olur. Bununla yanaşı, elə problem seçilməlidir ki, onun müzakirəsində daha çox ailə üzvü iştirak edə bilsin Rol mövqeləri, münasibətlər, davranış normaları sosial işçi tərəfindən müşahidə və təhlil predmeti ola bilər və müştərinin haqqında əlavə məlumat verə bilər.