Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə



Yüklə 0,73 Mb.
səhifə169/206
tarix11.06.2023
ölçüsü0,73 Mb.
#128041
növüDərs
1   ...   165   166   167   168   169   170   171   172   ...   206
kitab tercume

Tədris kursunda mövzunun yeri
Verilən mövzuda hadisə ilə işdə əsas yanaşmalar nəzərdən keçirilir, ümumi model göstərilir,təkbətək situasiyalarla işin istiqamətləri təqdim edilir.
Baxılan əsas məsələlər

  1. Hadisə ilə fərdi işdə ümumi prinsip və yanaşmalar

  2. Müqavilə fərdi sosial işin əsas hissəsi kimi

  3. Hadisə ilə fərdi işin ümumi modeli

  4. Hadisə ilə fərdi işin əsas modelləri




  • 1. Hadisə ilə fərdi işdə ümumi prinsiplər və yanaşmalar

Sosial fərdi iş və ya hadisə ilə fərdi iş (social casework) kimi müəyyənləşdirilmiş fərdi sosial işə yanaşmalar təcrübənin inkişafı prosesində formalaşdırılır.
Hadisə ilə fərdi işin çoxsaylı izahlarından biri də X.Perlamana məxsusdur. O, sosial fərdi işi “fərdlərə problemlərinin öhdəsindən daha effektiv şəkildə gəlmədə kömək etmək məqsədilə sosial agentliklərin sosial fəaliyyətdə istifadə etdikləri proses” kimi başa düşür.
Lakin psixi-sosial təcrübənin inkişafı prosesində yalnız ayrı-ayrı ünsürlər dəyişilmir, ümumiyyətlə, bu metodun əsas görüntüsünün dəyişməsi baş verir. Əgər X.Perlmanda sosial fəaliyyətin əsas təməli yardımdırsa, F. Hollisin yanaşmasının əsasında isə, “insan situasiyanın içində” anlayışının hər üç komponentinin arasındakı qarşılıqlı təsir bu metodun spesifikliyini müəyyənləşdirir. Fərdi işin müxtəlif modelli əsaslarının olmasına baxmayaraq, təcrübənin həm fərdi işin, həm də bütövlükdə sosial işin bir metodu kimi inkişaf etməsi ilə bu yanaşmanın sistematik xüsusiyyətləri müəyyənləşdirilmişdir.
Məhz bu, tədqiqatçılara imkan verdi ki, onlar sosial fərdi işin bu gün hamı tərəfindən başa düşülən aşağıdakı izahını versinlər: Peşəkar sosial işçilərin fəaliyyəti psixososial konsepsiyaya, davranış, sistem konsepsiyalarına əsaslanan, sistem dəyərlərinə sahib olan, müştəri ilə birbaşa qarşılıqlı fəaliyyət vasitəsindən istifadə etməklə intrapsixiki, şəxslərarası, sosial iqtisadi inkişaf problemlərinin öhdəsindən gəlməkdə ailələrə və fərdlərə kömək edən bir fəaliyyətdir.
Sosial fərdi işin ümumi və spesifik xüsusiyyətləri vardır ki, bunlara dəyişilmə prosesində müştəri ilə iş prosesinin spesifikliyini, intervünü, əlaqə qurulmasını, müştəri ilə qarşılıqlı fəaliyyət dinamikası və işin özünün modellərini aid etmək olar.
Sosial işçi müştərinin şəxsi və sosial problemlərini həll etdiyi zaman, “təkbətək” situasiyalarda fərdi sosial iş, fərdi hadisə ilə sosial iş metodundan istifadə edir. Sosial iş təcrübəsində tipik fərdi problemlər bunlardır: emosional problemlər, ailə böhranları və şəxsi böhranlar, ailə münaqişələri, iş yerində və məktəbdə problemlər, işin itirilməsi və s.
“Təkbətək” situasiyası sosial işçi ilə müştəri arasında müəyyən spesifik münasibətləri nəzərdə tutur. Fərdi kömək prosesində yalnız müəyyənləşdirilmiş qarşılıqlı fəaliyyət prosedurası planlaşdırılmır, eyni zamanda sosial işçinin rolu qarşısında tələblər irəli sürülür, ondan müştəri haqqında müəyyən biliklərə sahibolması gözlənilir. L.Consonun konsepsiyasına görə koməketmə konteksti spesifik keyfiyyətləri və özünəməxsusluğu sosial işçi ilə müştəri arasında olan fəal sistem şəklində təsəvvür edilir.
Sxemdə hadisə ilə fərdi iş prosesində subyekt – subyekt qarşılıqlı fəaliyyətinin şərtləri təqdim olunur.
Fərdi kömək prosesində qarşılıqlı münasibətlər sistemi

sosial işçi müraciətçi



  1. biliklər,bacarıqlar,dəyərlər 

  2. emosional sferaØ

  3. professional təcrübə və həyat təcrübəsi Ø




  1. gender Ø

  2. mədəni identifikasiya Ø

  3. agentlikdə vəzifə Ø

FƏAL
SİSTEM

situasiya haqqındabilik
həyat təcrübəsi
özünüdərk
gender

mədəni identifikasiya
gözləntilər
ailədə və mikrososial mühitdə üzvlük


ətraf mühitdə dəyişikliklər

Uzunmüddətli və daimi olan konstruktiv dəyişilmədə müştəri vacib dəyişmələrə nail olmalı, sosial işçi və müştəri arasında münasibətlər isə kəsilməlidir.


Lakin fərdi iş prosesində müştərinin yalnız ehtiyaclarının olduğu nəzərə alınmamalı, həm də onun müəyyən haqlara sahib olduğu da diqqətdən qaçırılmamalıdır. Eyni zamanda peşəkarlar sosial işin professional dəyərlərinə əsaslanaraq qarşılıqlı təsir prosesində aşağıdakı prinsipləri əldə rəhbər tuturlar:

  1. müştəri fərdidir;

  2. onun öz hisslərini ifadə etmək haqqı var;

  3. emosional iştirakı idarə olunandır;

  4. qəbuledilmə;

  5. qiymətləndirilməyə məruz qalmamalı;

  6. onun müstəqil seçim etmək haqqı və müstəqil qərar qəbul etmək haqqı var;

  7. müştərinin konfidensiallıq haqqı var;

Qeyd etmək lazımdır ki, əldə rəhbər tutulacaq qaydalardan əlavə,fərdi iş prosesində müəyyən prinsiplər formalaşır ki, bunlar sosial işçiyə müəyyən hallarda müştərini izləməyi qadağan edir, belə ki, əks halda bu, ona zərər verə bilər, onun müstəqilliyini məhdudlaşdıra bilər.
Təcrübəçilər bu qaydaların arasından aşağıdakıları ayırırlar;

  • heç vaxt “üçüncü şəxsə” – üzünü görmədiyiniz, yaranan situasiyanı müzakirə etmədiyiniz birisinə kömək etməyin;

  • heç vaxt insanın köməksiz olduğuna inanmayın (huşsuz olduğu zaman istisna olmaq şərtilə);

  • başqa insanı nəyin bahasına olursa-olsun, özünü yaxşı hiss etməyə məcbur etməyin;

  • başqa insanın yerinə qərar qəbul etməyin və insanı sizin baxış bucağınızdan seçim etməyə inandırmağa çalışmayın;



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   206




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin