Sosial yardımın Amerika modeli və Rusiyada sosial işin müasir təcrübəsində onun əks olunması. Yardımın Amerika modeli insan resurslarının bərpasına və qorunub saxlanılmasına yönəldilmişdir. Sosial yardım sisteminin əsas dominantları ümumbəşəri və fərdi dəyərlərin, demokratiya əsaslarının, azadlıqların bərpa və qorunub saxlanılmasıdır.
Azad bazar şəraitində ailə və icmanın resursları bitən yerdə dəstəyə məcburi ehtiyacı olan şəxsiyyətin dəstəyi bu modelin yardımının strategiyasıdır.
Milli peşəkar assosiasiyası müntəzəm olaraq təhsil standartlarına və sosial xidmətlərin xidmət standartlarına nəzarəti həyata keçirir. Əhalinin ehtiyac duyan və zəif qruplarına kömək işinə xeyriyyə və dini təşkilatlar da qoşulmuşdur.
Bu təşkilatların fəaliyyətinin yerlərə köçürülməsi nəzarətsizliyə, səylərin və aksiyaların təkrarına gətirib çıxarır, bu da əhalinin müəyyən qruplar arasında başqasının hesabına yaşamaq vərdişinin inkişafına gətirib çıxara bilər.
Fəaliyyətin ən əhəmiyyətli əsası fərdin sosial fəaliyyətidir, bu da sosial xidmətlər tərəfindən səylərin son nəticəsi kimi nəzəriyyədə və təcrübədə nəzərdən keçirilir.
Rusiya bundan nə götürdü?
Təhsil standartlarda müştərinin sosial fəaliyyətinin konsepti (proqramı) təqdim edilmişdir. Təhsil paradiqmasında qeyri-müəyyənlik var, o sosial xidmətin normativ bazası və sosial işin fəaliyyət təcrübəsi ilə az əlaqələndirilir.
Sosial yardımın alman modeli. Sosial işin alman modelində vətəndaşlıq əsasında dövlət paternalizm prinsiplərindən istifadə olunur. Dövlət öz vətəndaşları qarşısında xidmətlərin minimum həddində verilməsinə, məcburi minimal yaşayış səviyyəsinin təmin edilməsinə görə öhdəlik daşıyır. Bu prinsiplər qanunvericilik tərəfindən tənzim olunur.
Almaniyada əhaliyə subsidiarlıq və fərdi yanaşma prinsiplərinə əsaslanan xidmət standartları mövcuddur. Qanunvericilikdə "çətin həyat vəziyyəti" göstərilmişdir ki, sosial işçinin əhaliyə yardım etməsi üçün bu, bir əsasdır. Qanunvericilikdə "Çətin həyat vəziyyəti" yalnız əhalinin hər kateqoriyası üçün yox, həm də dövlətin öz himayəsi altına götürdüyü zəif qrup üçün də müəyyən edilmişdir.
Burada böyük rol əhalinin zəif təbəqələrinə xeyriyyə yardımı göstərən qeyri-hökümət və ictimai təşkilatlar oynayırlar. Çatışmazlıqlar sırasında yardım modelinin konservatizmini, sosial problemlərin həllində kifayət etməyən operativliyi qeyd etmək olar. Təhsil standartları və təcrübə standartları uzlaşdırılmır. "Sosial pedaqogika" sahəsində fəaliyyətin tarixən yaranmış formaları sosial iş təcrübəsinə müəyyən dəyişikliklər gətirir.