Müştəri ilə effektiv qarşılıqlı təsirin şərtləri.
Sosial işçinin peşəkarlığının göstəricisi həmçinin:
■ peşəkar obyektivlik və bitərəflik. Peşəkarlıq bu halda onda ifadə edilir ki, praktik vəziyyətə nəzarətdə olan emosional qoşulmanın balansı saxlansın. Sosial işçinin müştərinin vəziyyətinə həddən artıq “həmrəy olması” halında onunla münasibətlərdə perspektivin və obyektivliyin itirilməsi mümkündür. Əgər sosial işçi müştərinin probleminin həllində kifayət qədər maraq göstərməmişdirsə, müvafiq olaraq mövcud vəziyyətin dəyişdirilməsi və həlli üçün lazım olan emosional enerjini reallaşdırmağa qabil olmayacaq;
■ öncədən görmə, fəallaşdırma və müştərinin özünün imkanlarından istifadə. Sosial işçinin peşəkarlığı yalnız ehtiyac duyan insana kənardan yardımın cəlb edilməsində reallaşmır, o, yaranmış çətin həyat vəziyyətindən çıxış məqsədi ilə insanın şəxsi resurslarını və potensialını səfərbər etməyə kömək etmək bacarığında özünü göstərir;
■ müştəri ilə münasibətlərin optimal-keyfiyyət səviyyəsi. Müştərilərin və sosial işçinin arasında münasibətlərin xarakteri, onların adekvatlığı və etik normalara və prinsiplərə uyğunluğudur. Bu halda yalnız göstərilmiş xidmətin keyfiyyəti haqqında yox, həm də müştəri və sosial işçi arasında formalaşan münasibətlərin keyfiyyət-effektiv səviyyəsi haqqında danışmaq olar.
“Səlahiyyətli əməkdaşlıq” mövqeyi sosial işçini “ vəziyyətə hakim olmağa”, “dəstək və qayğı” rolu və “tənzimləmə və nəzarət” rolunun arasında fərqi görməyə və buna uyğun olaraq öz işinin fəal cizgizisini müəyyən etməyə və nümayiş etdirməyə sövq edir.
Beləliklə, peşəkar sosial işçi hesab etmək olar:
■ peşə tələblərinə uyğundur (şəxsi və peşəkar potensial), sosial uyğunlaşma, yardım, korreksiya, ayrıca insanın və əhalinin müxtəlif kateqoriyalarını reabilitasiyası üzrə öz fəaliyyətini həyata keçirərək sosial siyasətə və sosial təcrübəyə müəyyən töhfə verir;
■ özü şəxsən peşəyə meyillidir, şəxsi-motivasiya və hazırlığı, peşəkara lazımi keyfiyyətləri, bacarığı, həmçinin əməyinin məhsuldarlığına cəhd edən peşəkar kimi özünə pozitiv münasibət;
■ bu gün cəmiyyət tərəfindən arzu olunan sosial yardım, dəstək, uyğunlaşma və insanların reabilitasiyası üzrə nəticələrin əldə olunması;
■ müasir, optimal-effektiv metodlar, priyomlar, insanın sosial müdafiəsi üçün texnologiyalardan istifadə edir;
■ peşənin normaları, standartları, etalonlarını yerinə yetirir, cəmiyyətdə onun əhəmiyyətini qeyd edir;
■ şüurlu olaraq öz şəxsi və peşəkar individuallığını inkişaf etdirərək peşəkar fəaliyyətə fərdi-yaradıcı, novator komponenti əlavə edir;
■ öz peşə təhsilinin, ixtisasın artırılmasının, özünütəhsilin, yerli və xarici təcrübənin araşdırılmasının perspektivini və əhatə dairəsini dərk edir.
■ artıq bu gün peşəkar və şəxsi keyfiyyətlərin, biliklərin və bacarıqların lazımlı səviyyəsinə nail olur;
■ artıq bu gün peşəkar və şəxsi keyfiyyətlərin, biliklərin və bacarıqların lazımlı səviyyəsinə nail olur;
■ sosial fəaldır, təcrübə haqqında peşəyə, onun statusuna münasibət məsələləri aşkarlayır və müzakirə edir; peşə və sosial problemlərin həlli üçün ehtiyatlar axtarır.
Sosial işçinin şəxsiyyətinə və müştəri ilə onun münasibətlərinin xarakterinə aid olan sosial iş prinsiplərinin ən ümumi təsnifatı belədir:
Dostları ilə paylaş: |